ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ


"BĠZ UÇURUMUN QARġISINDAYIQ"



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə7/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   2   3   4   5   6   7   8   9   10   ...   153

"BĠZ UÇURUMUN QARġISINDAYIQ" 
Bəli, Əbülfəz Elçibəy özü də istəmədən prezidentliyə öz namizədliyini verməli oldu. 
ARTIRMA
 
"
-…Ayaz Mütəllibovun uzaqlaĢdırılmasından sonra biz məcburən prezident seçkisinə qatılmalı 
olduq, halbuki dəfələrlə tələb etmiĢdik ki, gəlin buna getməyək, çünki dövlət quruculuğumuz 
prezidentlik instituna hələ hazır deyildi. Deyirdik ki, prezidenti seçəcəksiniz - o, oyuncaq kimi 
qalacaq,  əlindən  çığırmaqdan  baĢqa  bir  iĢ  gəlməyəcək.  O  ya  hakimiyyətdə  qalmaqçün 
diktatora çevrilməlidir, ya da demokrat olaraq hakimiyyətini itirməlidir. 
 
-Bəy,  25  mart  1992-də  Ali  Sovetdə  deyirdiniz  ki,  üç  aydan  sonra  seçəcəyiniz  prezidenti  bir 
ildən sonra devirəcəksiniz. Sizi düz bir ildən sonra devirdilər...
 
-
BaĢqa cür ola da bilməzdi, çünki gərək öncə elə güclü demokratik institutlar yaradılaydı ki, 
seçilən  demokratik  prezident  də  hakimiyyətdə  qalmağı  bacaraydı.  Bu  amil  mövcud  deyilsə 
onda  hakimiyyəti  saxlamaqçün  prezident  hökmən  diktatorlaĢmalıdır ki,  hakimiyyətdə  qalsın. 
Gözünüzün qabağındakı örnək - bu gün Heydər Əliyev yalnız diktatorluğuna görə hakimiyyəti 
saxlaya  bilir.  Bizsə  diktaturanın  əleyhinəyik  -  söz  vermiĢdik  ki,  xalq  hakimiyyəti,  yəni 
demokratik hakimiyyət quracağıq. O sözümüzün üstündə indi də dururuq və axıra kimi də bu 
yolda  mübarizə  aparacağıq
".  (
Ə.Elçibəyin  Ə.Tahirzadə  ilə  söhbətindən.
  -  "Elçibəylə  13  saat 
üz-üzə", Bakı, 1999, s.30).  
Mərkəzi Seçki Komissiyası prezident seçkisinin nəticələrini, toplanan səsləri 13 iyunda rəsmən 
açıqladı.  Əbülfəz  Elçibəy  -  59,4%  (1.829.448  nəfər),  Abdullayev  (Turabxanoğlu)  Rafiq  - 
0,5%, Ġsmayılov Ġlyas - 0,7%, Məmmədov Yaqub - 1,7%, Süleymanov Nizami - 33%. 
Dünyanın ən böyük dövlətlərinin baĢçıları Əbülfəz bəyi prezident seçilməsi münasibətilə təbrik 
etdilər.  ABġ  prezidenti  Corc  BuĢ  öz  təbrikində  yazırdı: 
"Hörmətli  prezident  Elçibəy!  XahiĢ 
edirəm  ...  prezident  seçkilərində  qələbəniz  münasibətilə  mənim  Ģəxsi  təbriklərimi  qəbul 
edəsiniz.  Bu  seçkilər  Azərbaycanda  demokratiyanın  inkiĢafında  mühüm  rol  oynamıĢdır.  [...] 
Azərbaycanda  demokratiya  və  azad  bazar  münasibətləri  yaratmaq  iĢinə  sədaqətinizi 
alqıĢlayıram"
. Rusiya prezidenti Boris Yeltsin də "xalq tərəfindən Azərbaycan Respublikasının 
ali dövlət vəzifəsinə" seçilmiĢ Əbülfəz Elçibəyi təbrik etdi. 
Müstəqil Azərbaycanın demokratik yolla seçilmiĢ ilk prezidentinin andiçmə mərasimi 16 iyun 
1992-də  keçirildi.  Dövlətin  ali  qanunvericilik  orqanının  -  Ali  Sovetin  binasında  düzənlənən 
mərasimin xüsusi təntənəylə qeyd olunmasının qarĢısını alan Bəy onun dövlət əhəmiyyətli adi 
bir  tədbir  kimi  təĢkil  olunmasını  tələb  etmiĢdi.  Yığıncaqda  öz  Ģəxsiyyətinin  qabardılmasının 
qəti əleyhinə olan yeni prezident həmin tarixi hadisə iĢtirakçılarının məhz onun andiçməsinin 
yox,  azad  Azərbaycanın  dövlətçiliyində  yeni  bir  ənənənin  yaradılmasının  Ģahidinə 
çevrilmələrini  istəyirdi.  Buna  görə  də  ən  yaxın  silahdaĢının  -  Milli  Məclisin  sədri  Ġsa 
Qəmbərovun  apardığı,  üst-üstə  cəmi  45  dəqiqə  çəkən  və  cah-cəlallı  siyasi  Ģoudan  əsər-
əlamət  belə  görünməyən  bu  andiçmə  törənində  yaxın  keçmiĢin  sırf  partokrat 
kommunistlərinin deyil, içində çoxlu demokratik ruhlu insanlar da bulunan millət vəkillərinin 


qarĢısında  çıxıĢ  edən  prezident  Əbülfəz  Elçibəy  bütün  soydaĢlarına  özünün  quruculuq 
manifestini bəyan etdi.  
Elçibəyin çıxıĢı Azərbaycanın dövlətçilik tarixində əsl inqilabi dönüĢün - demokratik prinsiplər 
əsasında  idarəçiliyin  baĢlandığını  xəbər  verirdi.  Əslində  bütünlüklə  yeni  olan  dövlətin  və 
mahiyyətcə  büsbütün  yeni  hakimiyyətin  sükanı  arxasına  keçən  Bəy  öz  üzərinə  düĢən 
vəzifənin  nə  qədər  çətin  olduğunu  xatırlatmağa  məcburdu.  O,  öncə  ölkənin  olduqca  ağır 
ictimai-siyasi durumunun ən yığcam mənzərəsini göz önünə qoydu:  
"Ġndi  Azərbaycan  hədsiz  dərəcədə  ağır  günlərini  yaĢayır.  Qarabağda,  Ermənistanla 
sərhədboyu rayonlarda müharibə gedir, torpaqlarımızın bir hissəsi təcavüzkar tərəfindən zəbt 
edilmiĢdir, iqtisadiyyat dərin böhran içərisindədir, nizam-intizamdan əsər-əlamət qalmamıĢdır, 
yüksək ixtisaslı kadrlar çatıĢmır, cinayətkarlıq baĢ alıb gedir... Bir sıra xarici ölkələrin siyasi, 
iqtisadi,  hərbi  təxribatçılığı,  informasiya  blokadası  respublikamıza  güclü  ziyan  vurur.  Bütün 
bunlar azmıĢ kimi,  Azərbaycandakı siyasi  çəkiĢmələr,  qarĢıdurmalar cəmiyyəti  içindən  didib-
parçalayır. Açıq demək lazımdır: biz uçurumun qarĢısındayıq". 
 
Bəli, hələ tələbəlik illərindən azad və çiçəklənən Azərbaycanın qurulmasını ən müqəddəs arzu 
kimi ürəyində yaĢadan və bu yolda sayagəlməz əzablarla, məhrumiyyətlərlə üzləĢən Bəy indi 
həmin  Azərbaycanın  qapısı  ağzındaydı  və  onun  açarını  millətdən  təhvil  alırdı.  Ən  pisi  də 
buydu ki, qapının arxasında onu necə müdhiĢ gerçəkliyin gözlədiyini, bir ildən sonra baĢına 
nə  gələcəyini  hələ  25  martda  elə  bu  zaldaca  elə  bu  deputatlaraca  özü  söyləmiĢdi.  Ancaq 
təbiətcə  çətinliklərdən  qorxmayan,  əksinə,  onların  üzərinə  yeriməyi  sevən  bu  bədəncə 
çəlimsiz,  ancaq  iradəcə  qənirsiz  insan,  ürəyində  yalnız  isti  duyğulara,  beynində  yalnız  iĢıqlı 
düĢüncələrə  yer  verən  bu  ROMANTĠK  və  ĠDEALĠST  FĠLOSOF  uçurumun  lap  qırağında 
dayanmıĢ doğma xalqını oradan sağ-salamat uzaqlaĢdıraraq abad yola çıxarmaq, onu bu son 
dərəcə  sarsıntılı  durumdan  ən  az  ağrılarla  qurtarmaqdan  ötrü  özünü  gözgörəsi  qurban 
verərək hakimiyyətə gəlməyi vətəndaĢlıq borcu saydı.  
Əbülfəz  bəyin  indi  içində  bulunduğu  vəziyyətlə  Mustafa  Kamal  PaĢa  Atatürkün  1918-1923-
dəki  vəziyyətinin  az  qala  eyni  olduğunu  deməklə  ĢiĢirtməyə  yol  vermərik  -  özlərinədək  hər 
ikisinin  Vətəni  amansız  yağıların  tapdağı  altında  qalmıĢ,  fərsiz  dövlət  baĢçılarının  təslimçi 
siyasəti  nəticəsində  ölkə  ordusuz  qalmıĢ,  çaĢqınlıq  və  umudsuzluq  dənizində  boğulmaqda 
olan xalq qurtuluĢa inamını itirmiĢdi. Ancaq GENERAL Atatürkdən fərqli olaraq hələ əlinə bir 
dəfə  də  silah  götürməmiĢ  ALĠM  və  FĠLOSOF  Elçibəyin  çarpıĢma  meydanı  hədsiz  kələ-kötür, 
manevr  imkanları  xeyli  məhduddu.  Artıq  ölümlə  üzbəüz  dayanmıĢ  Vətənini  labüd 
məhvolmadan  xilas  edən  Atatürk  nə  qədər  ağır  durumda  olsa  da  qosqocaman  Osmanlı 
imperatorluğunun  dövlətçilik  ənənələrini  mənimsəmiĢ  saysız  məmurlara  və  türklərin  min 
illərdən  gələn  döyüĢkənlik  ruhunu  bir  an  belə  yadırğamamıĢ  yenilməz  əsgərə  güvənirdi.  Və 
məhz  özünün  yaratdığı  yeni  hakimiyyət  bütünlüklə  elə  onun  özünün  də  tabeliyi  altındaydı. 
Həm də Atatürk xüsusi mülkiyyətə əsaslanan cəmiyyətdə çağdaĢ islahatlar aparırdı.  
Əbülfəz bəysə bu deyilənlərin hamısından məhrumdu. Birincisi, onun quracağı yeni dövlətin 
indiyədək müstəqil idarəetmə ənənələri olmadığından, onu idarə etməyi bacaracaq təcrübəli 
kadrları  yoxdu,  təcrübəlilərinsə,  demək  olar  ki,  hamısı  kommunistdi  və  gözləri  Moskvadan 
çəkilmirdi.  Onun  arxasında  dayanmıĢ  Azərbaycan  Xalq  Cəbhəsindəki  yeni  həyat  qurmaq 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə