ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə3/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   2   3   4   5   6   7   8   9   ...   153

Ġsmayıl  Xətayi…  kimi  bəzi  sufilər  bu  ənənəni  pozaraq  hökmdar  olmuĢdular,  ancaq  onlar 
sufiliyin tələblərindən yayınmıĢdılar, çünki tökdükləri qanlar o müqəddəsliyi saxlamağa imkan 
verməmiĢdi. Əbülfəz Elçibəysə prezident oldu və bu zaman sufi Ģeyxliyini büsbütün qorumağı 
bacardı. 
Ġndidən  çox  gözəl  bilirəm  ki,  bu  dediklərimdən  Elçibəyin  ideya  düĢmənləri  ona  qarĢı 
yararlanmağa  çalıĢacaq,  yaxın  dostlarımızsa  məni  Elçibəyi  ruhani  Ģəxs  ("molla")  kimi 
tanıtmaqda  suçlandıracaqlar.  Belə  olmasın  deyə  fikirlərimin  baĢlıca  tezislərini  burada 
açıqlayacaq, məsələnin geniĢ açımınısa, inĢallah, ayrıca yazıda verməyə çalıĢacağam. 
Bəli,  Əbülfəz  Elçibəyin  azman  sufi  Ģeyxi  olması  Ģübhə  doğurmayan  faktdır,  ancaq  o,  bu 
gerçəkliyi  həmiĢə  gizli  saxlayıb.  (Özüylə  apardığı  ən  böyük  sirlərdən  biri  də  budur!). 
Müridlərindən  olmuĢ  Tofiq  Türkel  yazır: 
Elçibəy  deyirdi  ki,  "bəĢər  olub  bəĢərin  özündən 
seçilən və elə bəĢər olaraq da bəĢərin heyrətinə dönənlər insanlığa xidmətdə KAMĠL ĠNSAN 
məqamına  ucalır.  Kamilliyin  əsasında  isə  EġQ  və  həmin  eĢqə  pərvanəlik,  ikilikdən  qurtaran 
könül ərənliyi durur. Elçibəyin "batin elm" dediyi "eĢq elmi" dörd qapı və məqamlar üzərində 
cəmlənib. Bu məqamlar, bu qapılar sirlərdi və bu sirlər bəĢərə açıla bilməzdi. Odur ki, Böyük 
Bəy hətta bu mövzularda camaat arasında danıĢmağımıza da yasaq qoydu. […] Bir O, iki kan 
və məkan, üç sima, dörd qapı, beĢ lamisə, altı cəhət, yeddi qat, səkkiz giriĢ, doqquz səyyarə, 
on  iki  bulaq,  on  dörd  hikmət,  qırx  yar,  yetmiĢ  iki  aĢiq,  yüz  iyirmi  dörd  sözçü  hikmətinə 
varmaq  kamillik  zirvəsidir,  bəqalıqdır.  Böyük  Bəy  bunların  hikmət  qayələrini  açmadı.  […] 
Yeddi ilə yetmiĢ qat arasında hikmət dövrəsi, bir dövrə sirri, piri-muğan batinliyi, ağ və göy 
dərviĢlər  haqqı,  nihan  dərviĢlər  haqqı,  batin  və  pünhan  pirlər  haqqı  -  bunlar  və  hələ 
eĢitmədiklərim  Böyük  Bəyin  pərdə  arxasındakı  könül  dünyasında  axtardığı,  amma  sirri 
verməyə  tapa  bilmədiyi  müridliyində  qaldı.  MürĢid  olan  Böyük  Bəy  sirlərində  özünə  mürid 
oldu"
.  [Bu  iqtibasla  və ümumiyyətlə, Elçibəyin  sufi  görüĢləriylə 
Tofiq Türkelin  "Kamil insan"
 
məqaləsində 
("Savalanda  görüĢənədək,  Bəy!"
  kitabı;  Bakı,  2000,  s.11-17)  tanıĢ  olmaq 
mümkündür].  
Bəllidir  ki,  sufilərin  baĢlıca  məqsədi  KAMĠL  ĠNSAN  olmaq  -  ġƏRĠƏT'i  öyrənib  TƏRĠQƏT'dən 
keçməklə MƏRĠFƏT'ə yiyələnərək HƏQĠQƏT'ə (Tanrıya) qovuĢmaqdı. (Əlbəttə, bu terminlərin 
çağdaĢ elmi ədəbiyyatdakı doqmatik yozumlarıyla onlara sufilərin, o sıradan Elçibəyin özünün 
baxıĢları  arasında  köklü  fərqlərin  olduğunu  unutmayaq).  Ancaq  Azərbaycanda  islam  dininin 
ən  dərin  bilicilərindən  sayılan,  Qur'anın  və  Ģəriətimizin  mahiyyətini  istənilən  ilahiyyatçıdan 
daha  dərin  Ģərh  edən  Əbülfəz  bəy  ehkamçılıqdan  çox  uzaqdı,  çünki  bütün  dünya  dinlərini, 
xüsusən ġərqin din, fəlsəfə, tarix və mədəniyyət sistemlərini incəliyinədək öyrənmiĢ olduqca 
geniĢ dünyagörüĢlü ərəbĢünas Elçibəy Ġbn Sina, Farabi, Sührəverdi, Qəzali, Biruni, Tusi… kimi 
əlyetməz  dahilərin  dünya  kitabxanalarındakı,  əlyazma  xəzinələrindəki  əsərləriylə  yaxından 
tanıĢ olmuĢ, onların elmi düĢüncələrini də mənimsəmiĢdi. 
(Onun mütaliəsinin geniĢliyinə bir 
örnək.  1999-da  bir  ĢərqĢünas  dostumdan  götürdüyüm,  XIII  əsr  ərəb  aliminin  özünəqədərki 
bütün islam alimlərinin ruh haqqındakı görüĢlərini toplayaraq təhlildən keçirdiyi çox sanballı 
"Kitab  ər-ruh"  adlı  əsərini  oxumaqçün  Bəyə  verdim,  iki  gün  sonra  ondan  "çox  zəif  əsərdir" 
sözlərini eĢidəndə gulaqlarıma inanmadım, çünki türkcəsini oxuduğum həmin əsəri mən islam 
alimlərinin ruh haqqında yazdığı kitabların ən bitkini sayırdım).
 O, çağdaĢ Qərbin demokratik 
dəyərlərinə də incəliyinədək bələddi və bu dəyərlərin millətimizçün nəinki faydalı, hətta zəruri 
olduğunu dönə-dönə vurğulayırdı. 


Hər bir nəhəng sufi Ģeyxi öz YOL'u (TƏRĠQƏT'i) ilə (təriqət ərəbcə "yol" demək olan "təriq" 
sözündəndir)  gedirdi.  Sufi  Ģeyxi  Əbülfəz  Elçibəy  də  öz  YOL'unu  (TƏRĠQƏT'ini)  artıq 
müəyyənləĢdirmiĢdi.  O,  özünün  ruhani-mənəvi-fəlsəfi  SĠSTEM'ini  yaratmıĢdı  və  bu  sistem 
TÜRK  (məhz  türk!)  SUFĠZMĠ'nin,  klassik  müsəlman  ELMĠ-FƏLSƏFĠ-DĠNĠ  ĠRSĠ'nin  və  çağdaĢ 
ümumbəĢəri dəyərlər'in sintezindən ibarətdi! Bu sistemin adı MÜSAVATÇILIQ'dı - bayrağında 
MĠLLƏT'i və MĠLLĠ DƏYƏRLƏR'i, ÜMMƏT'i və DĠNĠ DƏYƏRLƏR'i, BƏġƏR'i və ÜMUMBƏġƏRĠ 
DƏYƏRLƏR'i  birləĢdirən  nəhəng  bir  məfkurə,  ülkü! 
(Elçibəyin  ən  müqəddəs  andı  "Yol 
haqqı!"ydı  və  bu  zaman  onun  ürəyində  elə  öz  YOL'unu  tutması  Ģübhəsizdir)
.  Doğrudur,  bu 
YOL'un ümumi nəzəri müddəalarını hələ yüzilin baĢlanğıcında dahi Məmmədəmin Rəsulzadə 
irəli sürmüĢdü, ancaq əsrin sonunun tələblərinə cavab verməsiyçün Əbülfəz Elçibəy onu daha 
da  geniĢləndirdi,  ona  yeni  BÜTÖVLƏġMƏ,  MĠLLƏTLƏġMƏ,  DÖVLƏTLƏġMƏ  xətləri  artırdı, 
BÜTÖV AZƏRBAYCAN düĢüncəsi gətirdi. Elçibəy öz YOL'unu (TƏRĠQƏT'ini) yaymaqçün hələ 
universitetet müəllimi olarkən ətrafına müridlər toplamağa baĢlamıĢdı. 
* * * 
Beləliklə, sufi Ģeyxi Əbülfəz Elçibəy 1992-də dünya tarixində ən maraqlı təcrübələrdən birini 
apardı - PREZĠDENT olaraq tam ruhani sufiliyi tam dünyəvi dövlət idarəçiliyiylə ÜMUMBƏġƏRĠ 
DƏYƏRLƏR müstəvisində qovuĢdurmağa baĢladı. 
(Bəlkə də kimlərsə Elçibəyi ittiham edə bilər 
ki,  heç  EKSPERĠMENT  YERĠYDĠ?  Mən  də elələrindən  soruĢuram:  bəyəm Elçibəy  yalvarmıĢdı 
ki,  məni prezident  seçin?!  "Ġndi prezident  seçmək  olmaz,  çünki  üç  aydan  sonra  seçəcəyiniz 
prezidenti  bir  ildən  sonra  yıxacaqsınız"  deyə  1992-nin  25  martında  parlamentdə  az  qala 
böğaz  tutub  yalvaran  Elçibəy  deyildimi?!  Onu  bu  eksperimentə  baĢlamağa  millətin  özü  və 
Vətənin məhvolma qorxusu məcbur etmiĢdi!). 
 
Elçibəy YOL'unun - onun beynində bəlkə də tam baĢqa yozumları da olan MÜSAVATÇILIĞ'ın 
özəyində  də  HAQQ'a  SEVGĠ  (EġQ)  durur  və  bu  SEVGĠ  (EġQ)  MĠLLƏT'dən  və  BƏġƏR'dən 
keçərək HAQQ'da sona ərir (ƏRƏN bu zaman yetiĢir). Prezident Elçibəyin bütün fərmanları, 
bütün gördüyü iĢlər bu xətt üzərində köklənib, qurmaq istədiyi ƏDALƏT dövləti bu xəttə tabe 
edilib.  Bəli,  Elçibəy  ilk  növbədə  Azərbaycanı  və  azərbaycanlıları  sevirdi.  Xalq  Ģairi  Bəxtiyar 
Vahabzadə Elçibəyin tərifini nə qədər düzgün verib - VƏTƏN VƏ MĠĠLLƏT MƏCNUNU! Elə bu 
məcnunluq  insan  Elçibəyi  Vətən  Elçibəyə  döndərmiĢdi!  Gözəl  yazıçımız  Mehriban  Vəzir  bu 
çevrilməni  duyaraq  necə  də  ustalıqla  qələmə  alıb:  "Sən  mənim  Vətənimə  -  canım 
Azərbaycanıma  bənzəyirsən,  Əbülfəz  Elçi  Bəy  -  dini,  imanı,  Tanrısı  Vətən  Elçi  Bəy.  Bütün 
acıların  və  sevgilərinlə,  qəzəbin  və  rəhminlə,  ürəyinə  süzülən  göz  yaĢların  və  qüdrətinlə, 
sevənlərin  və  sevməyənlərinlə,  qanına  susayanların  və  öyünənlərinlə  canım  Azərbaycanıma 
bənzəyirsən,  Elçi  Bəy".  Ancaq  Elçibəy  Azərbaycanı  və  qandaĢı  türkləri  nə  qədər  sonsuz 
məhəbbətlə sevirdisə milli və dini azlıqlara da eyni gözlə baxır, onların milli və dini dəyərlərinə 
qayğı göstərirdi. Elçibəy "insan" adlanan bütün Tanrı bəndələrini sevirdi. Təsadüfi deyil ki, o, 
iĢğalçı  Ermənistanla  müharibə  aparsa  da  Türkiyədən  keçən  hava  yoluyla  bu  ölkəyə  ərzaq 
daĢınmasına razılaĢaraq demiĢdi: "Erməni balalarını ac qoymaq günahdır!".  
Prezident Elçibəyi mən, nədənsə, daha çox Azərbaycan ƏfĢar imperiyasının qurucusu, XVIII 
yüzil dünya siyasətinin nəhənglərindən olan Nadir Ģah ƏfĢara bənzədirəm. Görünür, ona görə 
ki: 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə