ƏSRƏ BƏrabər biR İLİn salnaməSİ



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə15/153
tarix15.07.2018
ölçüsü1,94 Mb.
#55918
1   ...   11   12   13   14   15   16   17   18   ...   153

yüksəlməkdə,  bu  gün  türkün  səsini,  öz  səsini,  Türkiyənin  səsini,  tarixin  səsini  dünyaya 
eĢitdirməkdədir. Bu mutluluq içərisində yaĢayırıq, bu mutluluq içərisində qürurlanırıq. 
 
Sayın bəylər, bayanlar! Nə mutlu ki, bu gün Türkiyənin önündə böyük üfüqlər açılmaqdadır. 
Bu gün Türkiyə dünyaya səsini eĢitdirən böyük, güclü bir ölkədir. 
 
Qosqocaman  rus  imperiyası,  qırmızı  rus  kommunizmi  çokdü  və  dağılmaqdadır.  Onun 
içərisində yaĢayan qeyri millətlər… və o cümlədən də orada yaĢayan müsəlmanlar və qeyri-
türk millətlər öz özgürlükləri uğrunda mücadiləyə baĢlamıĢdır. ĠnĢallah, Ortaçağ qalıntısı olan 
belə  imperiyalar,  buna  bənzər  dövlətlər  çökərlər  -  Ġran,  Çin  və  baĢqaları.  Ġnsan  haqları, 
demokratiya  uğrunda  öz  tarixini,  milli  müqəddəratını  əldə  etmək  istəyən  millətlər  ayağa 
qalxmıĢdır. ĠnĢallah, bunlar da özgür olacaqlar. 
 
Təbii  olaraq,  dünyada  türk  bayraqları  arasında  hələ  yerini  almamıĢ  və  bu  gün  doğulmaqda 
olan  bayraqlar,  sancaqlar  doğulacaqdır;  o  Sibirdən,  o  Çindən,  o  Hindistandan.  Bu  ağır,  bu 
çətin,  ancaq  bu  Ģərəfli  tarix  dövründə  türk  dünyası  və  müsəlman  qardaĢlarımız 
imperiyalardan özgürlüklərini qazanacaq və öz həyatlarını quracaqlar. 
 
Biz  bu  gün  daha  çox  mutluyuq  ki,  Türkiyə  demokratiyanı  gəliĢdirərək  Avropaya  çıxmıĢ, 
Doğuya bir örnək olmaqdadır. Biz mücadiləyə baĢlarkən də bu məsələni hədəf götürmüĢdük 
və  məndən  də  soruĢanda  ki  "nə  edəcəksiniz?",  demiĢdim  ki,  ilk  yolumuz  Mustafa  Kamalın 
yoludur, sonra da dövlətimizi quracağıq. 
 
Bundan  iki  gün  öncə  dediyim  sözü  bir  dəfə  də  burada  təkrarlamaq  istəyirəm.  "ÇağdaĢ  bir 
cümhuriyyət qurmaq insanları insan kimi yaĢatmaq, öz haqqını almaq deməkdir" deyən böyük 
Mustafa Kamal bugünləri düĢünmüĢ, gələcəkdə türklərin öz ənənələrinə, öz gələnəklərinə, öz 
duyğularına  uyğun,  öz  mənliklərinə  uyğun  dövlətlər  quracaqlarına  iĢarə  etmiĢdir.  Bizim 
quracağımız dövlət də demokratik dövlətdir. Demokratiya türkün ruhunun içərisindədir. 
 
Tarixə  baxaq  -  dünyada  müstəmləkə  dövlətləri  olmuĢ,  türklər  bundan  keçmiĢlər.  Türklər 
haqqında tarix kitablarında yazarlar - min il öncə, iki min il öncə türklərin qurduğu dövlətləri 
yazarlar:  nə  olmuĢdu ki,  belə  yürümüĢ,  belə  dünyaya çıxa  bilmiĢlər?  Orada bir Ģey  vardır  - 
demokratiya.  Yəni  bütün  dünya  dövlətlərinin  demokratiyanı  ordu  üstündə  qurmalarına 
baxmayaraq, türklər ordunu da demokratiya əsasında qurmuĢlar: "Sağda oturan sağ bəylər, 
solda oturan sol bəylər, ortadakı inaqlar; mənim sözüm sizədir, hərəkətə keçəlim, yürüyəlim, 
haqqımızı  alalım"  demiĢlər.  Biz  bu  demokratiyadan,  bu  gələnəklərdən  gələn  millətik. 
Ġmperiyalar dağıldıqdan sonra bütün türk xalqları bu demokratiya ilə yürüyəcəkdir. Avropa və 
Asiyanı  birləĢdirən  Türkiyə  türklüyü  bu  məsələdə  bir  örnək  olacaqdır;  bunu  görməməzlik 
olmaz. 
 
ġərqin, Doğunun bir gələnəyi vardır. Fransadakı demokratiyanı götürüb kimsə tətbiq edərsə 
yanılır.  Hər  kimsə  amerikan  həyat  tərzini  də  Azərbaycana  və  yaxud  Orta  Asiyaya  gətirirsə 
yanlıĢ olur. Millətin ənənələri vardır, gələnəkləri vardır, bunların hamısı göz önünə alınmalıdır. 
Biz də onu edəcəyik. 
 


Sayın  bəylər,  sayın  siyasət  insanları,  sayın  böyük  ərlər!  Hüzurunzda  cəsarətlə  danıĢdığıma 
görə  üzr  diləyirəm  -  bu,  bir  mücadilədir,  biz  bu  yolda  öyrənəcəyik.  Parlament  sistemini  də 
Türkiyədən  örnək  alacağıq.  ĠnĢallah,  sizlərlə  geniĢ  görüĢəcəyik,  bol-bol  görüĢəcəyik, 
qucaqlaĢacağıq  və  bir  sıra  məsələlərdə  sizdən  görüĢlər  alacağıq  və  gələcəkdə  də  fikrmiz 
vardır  özgürlüyümüzlə  kifayətlənməyib  özgür  olmaq  uğrunda  mücadilə  verən  bütün  türk 
xalqlarına,  müsəlman  dünyasına  əlimizdən  gələn  yardımı  əsirgəməyəcəyik,  bir  əsgər  kimi 
onlara doğru qoĢacağıq. 
 
Çox sağ olun, çox minnətdaram".
 
QarĢılarında  müstəqil  Azərbaycanın  qurucusu  olan  alovlu  bir  vətənpərvəri,  BÜTÜN  TÜRK 
DÜNYASININ  sevimlisi  olan  çılğın,  idealist  və  romantik,  eyni  zamanda  təpədən-dırnağadək 
demokrat  bir  prezidenti  görən  qardaĢ  Türkiyənin  millət  vəkilləri  onu  sonsuz  diqqət  və 
ehtiramla dinləyərək öz sevgilərini aramsız alqıĢlarla bildirdilər. "Bizim əsas yolumuz Mustafa 
Kamal  yoludur!"  söyləyən  Bəy  çağdaĢ  dünyamızda  baĢ  verən  köklü  dəyiĢikliklərdən,  siyasi 
proseslərdən də söz açaraq bəyan etdi: "Ġndi tarix yeni inkiĢaf yolu ilə gedir. Ġnanıram ki, az 
bir  vaxtdan  sonra  dünya  xəritəsinə  Türkiyə  ilə  yanaĢı,  yeni  müstəqil  dövlətlərin  də  adı 
yazılacaqdır".  Əlbəttə,  Bəy  Azərbaycandakı  mövcud  ictimai-siyasi  durumdan  da  danıĢdı  və 
ölkənin ümumi inkiĢaf yönlərini açıqladı. 
Prezident Elçibəy Ģənbə günü  - 27 iyunda mətbuat konfransı keçirdi. Burada baĢlıca mövzu 
Qarabağ  problemi,  Ermənistan-Azərbaycan  müharibəsi  oldu.  Ancaq  Bəy  Azərbaycan 
mövzusuna da tez-tez toxundu. Bir suala cavabında o dedi: "Bizdə dövlət mexanizmi yoxdur. 
Atatürkün ən böyük əsəri Türkiyə Cümhuriyyətidir, bizim də ən böyük əsərimiz cümhuriyyətin 
qurulması  olacaqdır".  Elçibəy  dövlət  quruculuğunda  ordunun,  ölkənin  öz  pulunun  və 
büdcəsinin yaradılaraq inkiĢaf etdirməsinin hər Ģeydən önə çəkiləcəyini göstərdi. 
Türkiyə səfərini baĢa vuran Azərbaycan prezidenti iyunun 27-sində Ankaradan yurda döndü. 
Əbülfəz  Elçibəy  gərgin  iĢ  günlərini  arxada  qoydu.  Türkiyə  səfəri,  bu  ölkədəki  görüĢlər, 
imzalanan  sənədlər  və  aparılan  danıĢıqlar  müstəqil  Azərbaycanın  xarici  siyasətinin  ilk 
uğurlarından sayılmalıdır. 
Əbülfəz bəy özü tələsdiyi kimi, dostu və silahdaĢı Ġsa Qəmbərin baĢçılıq etdiyi Milli Məclisin də 
iĢinin  sürətli,  qanunvericiliyin  daha  çevik  olmasına  çalıĢırdı.  Bu  səbəbdən  də  hər  həftə 
mətbuatda bir neçə qanun iĢıq üzü görürdü. Onlar cəmiyyət həyatının ən "ağrılı" yerləriyçün 
nəzərdə  tutulurdu.  Bu  baxımdan  "Azərbaycan  Respublikasında  fiziki  Ģəxslərdən  gəlir  vergisi 
haqqında"  (24  iyun)  və  ""Siyasi  partiyalar  haqqında"  Azərbaycan  Respublikası  qanununda 
dəyiĢiklik  edilməsi  barədə"  (25  iyun)  qanunlar  önəmlidir.  Xüsusən  ikinci  qanun  Azərbaycan 
demokratiyasının inkiĢafı tarixində iĢıqlı bir an kimi qalacaqdır. Qanunda deyilir: "Dövlət siyasi 
partiyaların  hüquqlarına  və  qanuni  mənafelərinə  əməl  olunmasına,  ...onların  öz  nizamnamə 
vəzifələrini  yerinə  yetirmələri,  habelə  öz  sənədlərini  dövlət  mətbuat  orqanları  vasitəsilə 
yaymaları  üçün  bərabər  hüquqi  Ģərait  yaradılmasına,  partiyaların  rəhbər  orqanlarının 
mühafizəsinə  və  təhlükəsizliyinə,  bu  məqsədlə  dövlət  mühafizə  xidmətinin  yaradılmasını  və 
onun  təchizatını  təĢkil  etməyə  təminat  verir".  "Qanunla  nəzərdə  tutulmuĢ  hallar  istisna 
olmaqla,  dövlət  orqanlarının  və  vəzifəli  Ģəxslərin  siyasi  partiyaların  fəaliyyətinə  qarıĢmasına 
yol verilmir". 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə