ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə7/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   2   3   4   5   6   7   8   9   10   ...   132

Əşir Bəşiroğlu 
 
21 
 
d
ə bu işə məktəb qarışırdı. Oğlanlar məktəbdən kimi desələr onu alardı, qızlar da 
h
əmçinin onların məsləhəti ilə ərə gedərdilər. Bizi başa salmağa çalışırdılar ki, siz 
çox nüfuzlu bir z
ədəgan  olacaqsınız.  Odur  ki,  həmin məktəbdə  oxuyanların 
h
əyatda heç bir problemi olmayacaqdı. Elə də oldu. Ancaq o problemlər ki, bizdə 
oldu, o, t
əkrarolunmaz və əbədisağalmaz problemlər oldu. İlk andan bizi türklərə 
qarşı hazırladılar. Dünyəvi elmləri öyrətdilər. Bizə təmiz azərbaycanca danışmağı 
öyr
ətdilər. Bizi o dərəcədə öyrətmişdilər ki, qabağımıza küçədə bir türk çıxsaydı 
imkanımız  olsaydı  qanını  içərdik, yenə  də  doymazdıq.  Həm də  hələ  gözümüzü 
dünyaya  açandan  anamız  nəql edərdi ki, 1905-1906-cı  illərdə  türklər erməniləri 
qılıncdan keçirdib. Ancaq analarımız hərdən çaşıb deyərdilər ki, vallah, biz yaxşı, 
mehriban dolanırdıq. Hardansa saqqallılar peyda oldu və bu iki milləti bir-birinə 
vurdular. Yazıq istər müsəlman, istərsə də erməni xalqının nə idi günahı? Ancaq 
indi is
ə bizi başa salırdılar ki, həmin illərdə güya saqqallılar olmasaydı, onda bütün 
yer üzünd
ə  türklər erməniləri məhv edəcəkdi. Bax, bizim gənc beynimizi beləcə 
korlayırdılar.  Spitak  məktəbində  isə  bizə  deyirdilər ki, indi də  gizli-gizli türklər 
erm
əniləri öldürür, məhv edirlər.  İlk  illərdə  bizi gecə  praktikasına  aparırdılar  ki, 
g
əlin gedək, görün türklər ermənilərə necə divan tuturlar. Bizi gecə yarı durquzub 
aparırdılar.  On  uşaq,  bir  təlimçi  qaranlıq  küçələrlə  gedirdik.Qaranlıq  zülmətdə 
tanımadığımız bir həyətə girib zirzəmiyə daxil olanda inilti səsləri eşidilirdi. Yerdə 
qan içind
ə  uzanmış  insan  bizi  görəndə  deyirdi: “Sizi and verirəm  ananızdan 
əmdiyiniz südə, mənim  qisasımı  türklərdən  alın.  Baxın,  kimisi  mənim qolumu, 
kimisi burnumu
, kimisi qulağımı kısib”. Bax, beləcə yuxumuza haram qatıb bizi 
türkl
ərə  qarşı  düşmən mövqedə  hazırlayırdılar.  Biz  bir  qədər  çılğınlaşanda 
t
əlimatçımız bizə deyərdi, siz çılğın olmamalısınız, səbrli və təmkinli olun. Hər bir 
işdə siyasətlə qalib gəlmək olar. Türklərə yalnız türklər qalib gələ bilər. Yamanca 
qorxuya  düşmüşdük.  Gözümüzü  yumanda  gözlərimizin önündə  atamız,  anamız, 
bacı-qardaşlarımız gəlirdi. Onları da bax beləcə, qanın içərisində görür və yuxudan 
qışqırıb  ayılırdıq.  Elə  hey onu fikirləşirdik  ki, nə  vaxt böyüyüb türklərdən qisas 
alacayıq. Artıq böyümüşdük, hər şeyi dərk edirdik. Çalışırdılar ki, biz bir-birimizlə 
az ünsiyy
ətdə  olaq. Hətta bizi bir-birimizdən  ayırıb  ayrı-ayrı  otaqlarda  dərs 
keçirdil
ər.  Yeganə üç nəfəri tanıyırdıq. Bir saqqallı  bizə islamiyyətdən, Qurani-
K
ərimdən dərs deyirdi, biri təlimatçı  idi,  o  biri  isə  ümumi dərsləri  deyirdi.  İlk 


C
əsur qardaşlar 
22 
 
vaxtlar bizim ümumi sayımız iki yüz əlli uşaq idi. Onlardan yüzü oğlan, yüz əllisi 
qız idi. Təlimatçı bizə deyidi ki, qadın türkləri məhv etmək üçün ən yaxşı vasitədir. 
Çünki  onların  hamısını  türklərə  verəcəyik.  Əksər  kişiləri döndərib  tam  şəkildə 
erm
əni edəcək.  Ondan  olan  övladı  isə  tam erməni olub türklərə  arxadan zərbə 
vuracaq v
ə  biz onda qələbə  qazanacağıq.  Artıq  mən  insanlar  üçün,  doğmalarım 
üçün 
darıxırdım. Saatlarla xəyala dalır, yeddi il öncə ailəmizi, qardaş-bacımı uşaq 
t
əfəkkürü ilə xəyalıma gətirir, gecələr hönkür-hönkür ağlayırdım. Hərdən hətta dəli 
olmaq d
ərəcəsinə  gəlib  çıxırdım.  Birdən mənim də  valideynlərimi türklər məhv 
ed
ərlər, onda mən necə olaram? Çünki təlimatçı hər gün üç dəfə - səhər, günorta, 
axşam  foto-şəkillər gətirirdi  ki,  baxın,  görün türklər Gorusda bir ailəni, Qafanda 
başqa  bir  ailəni necə  doğrayıblar,  hətta  bir  qız  uşağının  bakirəliyini  pozub  şişə 
ç
əkib yeyiblər. Bax, bu hadisə Yerevanda olub. Görün bir ermənini diri-diri təndirə 
salıb  necə  öldürüblər. Beləcə, hər gün belə  foto-şəkillərdən gətirib bizə  göstərir, 
bizi türkl
ərə qarşı amansız olmağa çağırırdılar.  
Artıq  demək olar ki, dərslərimizi  qurtarırdıq.  Yaman  darıxırdıq. Ana-
atalarımızın, bacı-qardaşlarımızın surətini xəyalımıza gətirirdik. Mən onlarla görüş 
gününü gözl
əyirdim. Gözləyirdim ki, nə vaxt bu uzun ayrılığın əvəzini çıxacağam, 
onları  duz  kimi  yalayacağam,  anamın  saçlarını  sığallayıb  onu  iyləyəcəyəm, onu 
qoxlay
acağam. Gecələr elə bilirdim ki, anamın kəsilmiş başı və digər bədən üzvləri 
il
ə danışıram. Hövlank yuxudan oyanıb göz yaşları tökürdüm. Bax, beləcə günlər 
keçirdi. H
ər bir saat bir ilə bənzəyirdi.  
Bir gec
ə saat dörd radələrində təlimatçı məni yerimdən durquzub, dur ayağa, 
gedirik sizin ev
ə, - dedi. Qulaqlarıma inanmadım. Mənə elə gəldi ki, bu yuxudur. 
Ancaq yox, yuxu deyildi. C
əld geyinib bu on ildə  ilk dəfə  məktəbdən havaya 
çıxdım.  Elə  bil  dünya  başıma  fırlanırdı.  Sanki  bu  kainat  məni  sıxırdı,  tarazlığım 
pozulurdu. Zindandan açıq kainata çıxdıqda gözlərim qarşısında alov yanırdı. Hər 
şey  mənə  yad idi. Hər bir şey  məni intiqama səsləyirdi. Qaranlıq yolla gedirdik. 
H
ətta küçələri də  yadırğamışdım.  Evimizin  yerini  tapa  bilmirdim.  Yamanca  da 
t
ələsirdim ki, tez anamın boynuna sarılam və ona deyəm ki, məni bir daha özündən 
ayırma.  Axı,  insan  bir  dəfə  dünyaya gəlir. O, gərək  doğmalarının  qoynunda 
p
ərvazlana, onlarla fəxr edə. Bəs mən nə üçün öz doğmalarımdan ayrılmışam? Nə 
üçün m
ən anamın boynuna sarılıb onu doyunca öpməyim? Təlimatçı, hə, çatmışıq, 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə