ƏŞİr bəŞİROĞLU



Yüklə 6,52 Kb.
Pdf görüntüsü
səhifə5/132
tarix15.03.2018
ölçüsü6,52 Kb.
#32171
1   2   3   4   5   6   7   8   9   ...   132

Əşir Bəşiroğlu 
 
15 
 
igidləri yığaraq erməniləri geri oturdur. 1905-1906-cı illərdə, habelə 1918-1919-cu 
illərdə Sultan bəyin başçılıq etdiyi igidlər ermənilərə ağır zərbə vurur.  
1919-
cu  ilin  fevral  ayı  ermənilərin  hər  zaman  kədərlə  xatırlayacağı  bir 
tarixdir.  Məhz  fevral  ayında  Sultan  bəyin  başçılıq  etdiyi  cəsur  oğullar 
müsəlmanların qatı düşməni olan erməni generalı Andraninkin 30 minlik qoşununu 
Laçının Zabux dərəsində darmadağın edir. Bununla da ermənilərin Qarabağı, sonra 
isə  Gəncəni  tutaraq  Stepan  Şaumyanın  bolşevik-daşnak  hərbi  hissələri  ilə 
birləşməsinin  qarşısı  alınır.  Ermənilər  birləşərək  Azərbaycanda  erməni  dövləti 
qurmaq  istəyirdilər.  Lakin  Sultan  bəy  ermənilərin  planını  onları  məğlub  etməklə 
iflasa uğradır. Xalq arasında həmin dərə döyüşlərin miqyasına görə “Qanlı dərə” 
adlandırılır. Sultan bəylə bərabər, qardaşı Azərbaycan Demokratik Respublikasının 
ilk  hərbi  naziri,  ikinci  hökümətdə  əkinçilik  naziri  və  Qarabağın  general-
qubernatoru  vəzifəsində  çalışmış  Xosrov  bəy  Sultanov  da  bu  döyüşlərdə  iştirak 
edirdi.  Zəngəzur,  Qarabağ,  Kəlbəcər,  Basarkeçər  və  digər  ərazilərimizin 
qorunmasında bu iki cəsur dağlar oğlunun böyük şücaəti var idi.  
Hələ  sağılığında  əfsanəvi  xalq  qəhrəmanı  adını  qazanan  Sultan  bəy  Sovet 
hakimiyyəti  qurulan  kimi  təqib  olunmağa  başlayır.  O,  məcburiyyət  qarşısında 
qalaraq ailəsini burada ataraq mühacir həyatı yaşamağa başlayır. Ermənilər onu hər 
yerdə arayırdılar. Vaxtilə erməni tarixçilərindən biri yazırdı: - “Ermənilər Zabuxda 
məğlub  olmaqla  planlarını  bir  neçə  əsr  gecikdirdilər.  Sultan  bəy  bizim Böyük 
Ermənistan planlarımızı alt-ust etdi” 
Mühacirətin  ilk  illərini  İranda  yaşayan  Sultan  bəy  erməni  emissarları 
tərəfindən  təqib  olunduğunu  bildikdən  sonra  1923-cü  ildə  Türkiyəyə  gedir. 
Qəhrəman Azərbaycan oğlunun ailəsi isə Qazaxıstana sürgün edilir. Həyat yoldaşı 
və üç azyaşlı uşağı 1956-cı ilə qədər sürgündə qalır. Sultan bəyə ailəsinə qovuşmaq 
nəsib olmur, 1955-ci ildə Türkiyədə Qars vilayətində vəfat edir.  
Tarix  və  zaman  keçsə  də  heç  bir  xalq  öz  qəhrəmanını  unutmur. 
Unudulmayan  və  adını  Azərbaycan  tarixinə  qızıl  hərflərlə  yazan 
sərkərdələrimizdən biri də düz 140 il öncə anadan olan, xalq qəhrəmanı Sultan bəy 
Sultano
vdur.  Biz  də  babalarımızın  qəhrəmanlıq  səlnamələrini  hər  tərəfli 
öyrənməliyik. Çünki qəhrəmanlar unudulmur. Böyük sərkərdələr tarix yazmasa da, 
özləri tarix yaradır.  


C
əsur qardaşlar 
16 
 
SULTAN BƏYİN ZƏKASI 
Tat  qırğınının  axşamı  Andranik  Abdallardan  Şuşaya  keçmək  üçün  Sultan 
bəydən  yol  istəyir.  Elçiləri  vasitəsi  ilə  Sultan  bəyə  çatdırır  ki,  hərgah  Qarabağ 
yürüşümün  təhlükəsizliyini  təmin  edə  bilsən  sənə  istədiyin  qədər  qızıl  verərəm. 
Sultan bəy cavabında bildirir ki, hələ bu elin igidləri qeyrətlərini pula satmayıblar.  
Xalqı  yaranmış  vəziyyətdən  çıxarmaq  üçün  ciddi  tədbirlər  görə  biləcək  iti 
zəkaya ehtiyac var  idi. Sultan bəy Şuşa quberniyasında işləyən çox ağıllı, müdrik 
zəkalı  qardaşı  general  Xosrov  bəylə  təcili  məsləhətləşdikdən  sonra  Andranikə 
bildirir ki, onun Qara
bağ  yürüşünün  təhlükəsizliyini  təmin  etmək  üçün bir  qədər 
silah lazımdır. (İ.E. “ Zəngəzur hadisələri”) 
Andranik 
Sultan  bəyə  20  qatır  yükü  silah  verir.  Sultan  bəy  Andranikdən 
aldığı sursatla özünün suvari dəstələrini silahlandırıb Qaladərəsindən Şuşaya gedən 
yolda, Yeddiqatın ayağında nal şəkilli pusqu yaradır. Andranikə xəbər göndərir ki, 
yolda şübhə doğurmamaq üçün topları da sökdürsün və mənim işarəmi gözləsin. 
Andranik  də  belə  edir.  Topları  sökdürüb,  yükləri  hazırlatdırır.  Əhvalatın  üçüncü 
gününün    axşamı  Sultan  bəy  Andranikə  xəbər  göndərir  ki,  gecə  gəlib  keçsin. 
Andranik xəbəri alandan bir az sonra silah yüklənmiş 170 qatır karvanını Şuşaya 
yola salır, özü isə sübh çağı ordu ilə getmək qərarına gəlir.  
Eyni  zamanda  həmin  gecə  Sultan  bəy  bir  neçə  atlıya  neft dolu tuluqlar 
verdirib  tapşırır  ki,  Dığa,  Xınzirəyə,  Gorusa,  Sisyana  gedib  Andranikin  gəldiyi 
yollardakı bir neçə erməni kəndlərinə od vursunlar.  
Gecə  Andranikin  silah  aparan  karvanı  yeddiqata  çatanda  Sultan  bəyin 
pusquda  dayanmış  suvariləri  meşədən  çıxıb  silah  yüklü  qatır  karvanının  yönünü 
Kürdhacı  kəndinə  tərəf  döndərirlər.  Beləliklə,  zəhmli  silahlar  Andranikin 
ordusunun əlindən çıxır.  
Həmin gecə arxa kəndlərdən tez-tez çaparlar gəlib Andranikə bildirirlər ki, 
türklər  arxadan  hücuma  keçib  kəndləri  yandıra-yandıra  gəlirlər.  Qayıdıb  onların 
qabağını kəsmək lazımdır.  
Gecədən  xeyli  keçmiş  Andranikə  xəbər  verirlər  ki,  Qarabağa  göndərdiyin 
silah  yüklü  qatır  karvanı  keçib  Sultan  bəyin  dəstələrinin  əlinə.  Bu  xəbəri  eşidən 
Andranik  buraxılmış    səhvin  nə  ilə  nəticələnəcəyini  dərk  edərək  qorxu  və 
həyəcanını  gizlədə  bilməyib  çox  bərkdən  hönkürərək  zarıyır.  Sonra  orduya  geri 


Əşir Bəşiroğlu 
 
17 
 
qayıtmaq əmri verir. Andranikin ordusu geri dönüb Zabux kəndinin yaxınlığındakı 
Ərin  dərədən  Dığ  kəndinə  keçmək  istəyərkən  Sultan  bəyin  dəstələri  daşnaqları 
mühasirəyə alıb onları qabaqdan və arxadan qırırlar.  
Tarixdə daşnaqlara ibrət dərsi olsun deyə Sultan bəy quldur ordusunun 30 
min  əsgərini  quzğunlara  yedirtdirir,  61  sərkərdəsinin  başını  kəsdirib  Hacısamlı 
meşəsində saxlatdırdığı şirlərə atdırır. Qocalar danışırlar ki, bir müddət Zabux çayı 
qan axırmış.  
Mükəmməl  hərbi  biliyə  yiyələnmiş  Sultan  bəyin  “Dağlarda  tufan”,  “Güllə 
ətdən  keçib,  ətdə  soyumalı”,  “Zərbə  dalınca  zərbə”,  “Nalşəkilli  mühasirə”, 
“Üçbucaq”, “Qəflətən hücum”, “Güllədən leysan”, “Mövqe seçmək bacarığı” kimi 
hərbi taktiki nəzəriyyələrindən daşnakların Zəngəzurda əzişdirilməsində çox böyük 
ustalıqla istifadə edilmişdir.  
Andranikin quduz ordusunun Zabux 
dərəsində  məhv  edilməsi  xəbəri 
Zəngəzur  kəndlərində  böyük  ruh  yüksəkliyinə  səbəb  olub.  Bundan  sonra  hamı 
Sultan  bəyin  dəstələrinə  köməyə  qalxıb.  Sultan  bəy  Zəngəzura  soxulmuş  daşnak 
quldurları  təmizləmək  məqsədi  ilə  öz  dəstələrinə  üç  istiqamətdə  hərəkət  etməyə 
göstəriş verir: 
1.
 
Canqurtaran  dağının  ətəyində  ciddi təlim keçmiş  700  atlıdan  ibarət Minkənd 
alayı Qaragöl, Üçtəpə, Burunkənd, Gorus istiqamətində hərəkət edib Xınzirək 
k
əndinə  dolmuş  daşnaklara  arxadan  güçlü  zərbə  endirilməli,  haramı  düzündə 
İrana  qaçan  daşnak  qruplarını  mühasirədə  saxlayan Güləbirdli Aslanbəyin və 
M
əzməzək igidlərinin köməyinə çatmalı idi.  
2.
 
Zabux  d
ərəsində qələbə qazanmış dəstələr Dığ, Xınzirək istiqamətində sürətlə 
ir
əliləyib Haramı düzünə köməyə gələn İldırımbəyin dəstələrinə qoşulmalı idi.  
3.
 
Malx
ələf, Fərəcan istiqamətində hərəkət edib Başarat meşəsinə Haral, Xozabird 
t
ərəfindən soxulmuş Qarabağ daşnak qruplarına qarşı vuruşan Kişi Tavat, Ovçu 
Sultan, P
ələng Rəsulun dəstələrinə  kömək  edib  meşəni  daşnaklardan 
t
əmizləməli idi.  
 
ANA ÖVLADINI NİYƏ BOĞUR? 
1988-
ci  ildən  başlayaraq  Sovet  quruluşu  dağılmağa  başladı.  Yenə  nankor 
qonşularımız  torpaq  iddiasına  düşdülər.  Bizim  birləşə  bilməməyimizdən  istifadə 


Yüklə 6,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə