C
əsur qardaşlar
12
daxil olub özünü təqdim etdi. “Mən rəssamam, adım da Aqildi” Dedim: - Buyurun,
sizi eşidirəm. O, bir qədər tərəddüd etdikdən sonra: - Əşir müəllim, mən sizin
oğlunuz haqda yazdığınız kitabı oxumuşam. Əgər siz razı olarsızsa oğlunuzun
portretini çəkərəm. Yazılarınızdan aldığım təəssüratlarım əsasında oğlunuzun sifət
cizgilərini vermişəm.
Mən onun sözlərindən tutuldum. Ancaq o əlindəki sumkanı açıb oradan
bükülü bir kağız çıxarıb mənə uzatdı. “Baxın, mən sizin kitabınızı oxuya-oxuya,
görməzə-bilməzə oğlunuzun sifət cizgilərini çəkmişəm.
Mən yenicə işlənmiş portret cizgilərinə baxıram. Oğlumun şəkilini isə
əlimdə saxlamışam. O cizgilərdə necə də oxşarlıq var. O cizgilər həm də mənim
sifət cizgilərimə oxşayırdı. Mən oğlumun özümə oxşamasını indiyə qədər belə hiss
etməmişdim.
Mən oğlum Qabilin rəsmini rəssam Aqilə verdim. Yağlı boya ilə oğlumun
portretini yaratmasını xahiş etdim. O, mənə razılıq edərək getdi. Axı bu onun öz
arzusu idi. Təxminən bir aydan sonra həmin cavan oğlan rəssam Aqil axşamüstü
bizə gəldi. Biz, yəni mən və həyat yoldaşım Sərmayə xanım rəssam Aqili
mehribanlıqla qarşıladıq. O, yağlı boya ilə işlənmiş, böyüdülüb çərçivəyə salınmış
oğlum Qabilin portretini salafandan çıxarıb stolun üstünə qoydu. Aman Allah elə
bil oğlum canlı idi. Sanki bu saat dil açıb danışacaq idi. Yoldaşım Sərmayə xanım
portreti görən kimi qollarını açıb onu qucaqladı. “Can bala bizi atıb hara
getmişdin? Sənə anan qurban nə yaxşı ki, gəldin”. Yoldaşım tamamilə özünü
itirmişdi. Sanki canlı adam ilə danışırdı. O, özünə gələndə, qarşısındakının
oğlumuz Qabil yox onun portreti olduğunu anlayanda qəşş edib yerə yıxıldı, onun
ürəyi getdi. Biz onun ürəyinə yaş dəsmal qoyub onu ayıltdıq. Sonra ona dərman
içirtdik,
bir qədər özünə gəldi. Sonra mən onu yataq otağına aparıb çarpayıya
uzadıb, rəssam oğlan Aqilin yanına qayıtdım. Mən minnətdarlıqla rəssama baxdım.
Mənə elə gəldi ki, oğlum ölməyib, o, mənim yanımda əyləşib, mənimlə
həmsöhbətdir. Oğlum öləndən bəri mən bu qədər sevinməmişdim. Rəssam mərd,
cəsur və qorxmaz bir oğul surəti yaratmışdır. Həmin sənət əsərini mən evimdə iş
otağımın divarına vurdum. O portret indi də ordadır. Oturub işləyəndə onunla
üzbəüz oluram, bu mənə xüsusi ilham verir. Oğlumun dərdinə dözə bilməyən,
gecə-gündüz qan-yaş tökən həyat yoldaşım Sərmayə xanım dərdə dözə bilməyib
Əşir Bəşiroğlu
13
dünyasını dəyişdi. Biz onu oğlu ilə qoşa dəfn etdik. Onun öz vəsiyyətinə görə baş
daşına həkk olunan şəkildə Qabil anasının arxasında dayanıb əllərini onun çiyninə
qoymuşdur.
Yəqin oxucular məni daş ürəkli və biganə adam sayırlar. Bu belə deyil
mənim istəkli oxucularım. Mən çox həssas adamam. Oğlumun ölümündən sonra
ürək xəstəliyi tapmışam. Ancaq məni yaşadan yazılarımdı. Gecə-gündüz yazıb
pozuram. Cəmiyyətimizdə olan neqativ halları qələmə alıram. Tüfeyliləri,
yaramazları, satqınları, xainləri satira atəşinə tuturam. Bax budur məni yaşadan!
Mənə elə gəlir ki, oxucularıma oğlum haqqında qısa məlumat versəm yerinə
düşər. Azərbaycan xalqının böyük oğlu, xalq yazıçısı Süleyman Rəhimov qeyd
edir ki, “xoşbəxt o insandır ki, övlad dağı görməyib” Allah heç kəsə övlad dağı
göstərməsin. Ən ağır dağ oğul cənazəsinin ata çiynində getməsidir ki, o da mənə
qismət olub. Əlbəttə Allah bilən yaxşıdır.
Mənim dörd oğlum var. Onların ən kiçiyi Qabildir. Oğlanlarım Rusiyanın
İrkutski vilayətinin İrkutski şəhərində ali təhsil almışlar. Orada da işləyirdilər.
Qabil
Tibb universitetinin Stomatologiya fakultəsini bitirmişdi. Elə həmin şəhərdə
də diş həkimi işləyirdi. Çox incə əl qabiliyyəti var idi. O, orta məktəbi medalla
bitirmişdi. Çox savadlı oğlan idi. Onun qardaşları isə kommersiya ilə məşğul
olurdu. Qabib boş vaxtlarında qardaşlarına kömək edirdi. Onlar pulu evə
gətirirdilər, təkrar malı nəğd pul ilə alırdılar. Müəyyən səbəbə görə bir aya qədər
pul yığılıb şirkətdə qalmışdı. Qabil dostu ilə o pulu evə gətirəndə onların
xəzinədarı rus qızı gəzdiyi erməni oğlana onun maşın nömrəsini və ev ünvanını
verir. Qabilin qardaşlarının da qaz ilə işləyən tapancası var idi. O onlara dövlət
tərəfindən sənədlə verilmişdir. Üzbəüz savaşda atırsan dörd saat huşu başından
çıxır, ancaq ölmür. Dörd saatdan sonra huşu başına gəlir. Qardaşları bu silahı da
Qabilə verirlər ki, hər ehtimala qarşı lazım olar. Qabil dostu Aydın ilə həyətə
çatanda onları qaraba-qara izləyən erməni Aşot və Sergey də həyətə çatır.
(məhkəmədə onların adı məlum oldu) Qabilgil özlərinə arxayın olaraq silahı
götü
rmürlər. Silah elə oturacağın üstündə qalır. Pulu götürüb çıxarkən bir nəfər
əlində silah onlardan pulu tələb edir. Təbiiki onlar pulu vermək istəmirlər. Həmin
erməni Aşot Qabili ürəyindən vurur, ona 3 güllə vurmuşdu. Onun dostunu isə
C
əsur qardaşlar
14
hardan gəldi vurur və pulu götürüb aradan çıxırlar. Oğlum Qabil yerindəcə keçinir,
dostu Aydın isə uzun müalicədən sonra ölmədi, yaşadı.
Hörmətli oxucularım yəqin ki, sizi yordum. Tarix boyu bizə düşmən kəsilən,
milli düşmənimiz olan ermənilər harda olmalarından asılı olmayaraq bizə pislik
edirlər, öz məkirli niyyətlərindən, düşmənçiliklərindən əl çəkmirlər. İndi mənim
Qabilimin bir cüt ay parçası kimi qız balası qalıb. Onlar əmilərinin sayəsində yaxşı
yaşasalar da atalarının yeri görünür. Oğlumun qətlə yetirilmə tarixi 11 mart 2002-
ci ilə təsadüf edir. Oğlumu məzara sallayanda onun anası, bacısı, qardaşları, bəxti
qara zövcəsi göz yaşlarından məhv olurdular. Bircə mənim gözümdən yaş
çıxmırdı. Bütün varlığım isə daşa dönmüşdü. Qoy o böyük yaradana xoş gəlsin,
bəlkə onlar göz yaşları ilə dərddən-qəmdən azad olurdular, mən isə əksinə.
Əlbəttə müqəssirlər qanun qarşısında layiqli cəzalarını aldılar. Ancaq
gəlinim həyat yoldaşını, nəvələrim isə atalarını itirdilər. Allah sənə rəhmət eləsin
oğul yerin görünür.
BÖYÜK SƏRKƏRDƏLƏR TARİX YAZMASA DA, ÖZLƏRİ TARİX
YARADIR.
Əfsanəvi sözünü adların qabağında işlətməkdə bəşər çox “xəsisdir”. Məhz
belə bir əfsanəvi şəxsiyyətin adının siqləti, əzəməti, əməllərinin işığı bu yazını
yazmağımıza səbəb oldu. Elə bir şəxsiyyətin ki, hələ neçə-neçə nəsillər onun adına
bağlı qoşmalardan su içib bahadır olacaq.
XIX əsrin sonu XX əsrin əvvəllərində Zəngəzur bölgəsində öz şücaəti,
mərdliyi və igidliyi ilə xalq arasında böyük hörmətə və nüfuza malik çoxlu
şəxsiyyətlər var idi. Sultan bəy Sultanov da belə şəxsiyyətlərdəndir. Sultan bəy
1871-
ci ildə Zəngəzur qəzasının Qasımuşağı obasında anadan olub. Bu ərazi indiki
Laçın rayonunun Kürdhacı kəndi idi. Uşaqlıqdan vətənpərvər və ciddi bir insan
olan
Sultan bəy Gəncə şəhərində gimnaziyada orta təhsilini başa vuraraq Sank-
Peterburq Hərbi Akademiyasına daxil olur. Lakin Akademiyada azərbaycanlılara
olan münasibət onu qane etmir. Sultan bəy vaxtından əvvəl bu nüfüzlu
Akademiyanı tərk edir.
Sultan bəyin milli qəhrəman kimi xalq arasında ad qazanması 1905-1906-cı
illər erməni-müsəlman hadisələri ilə başlayır. Cəsur dağlar oğlu ətrafına özü kimi
Dostları ilə paylaş: |