Ağarəhim Əsərlər
453
məz hadisə‖, ―Tətilin ən maraqlı günü‖, ―Yaşıllıqları necə qoruyu-
ruq‖, ―Neft mədənində nə gördük‖, ―Bizim futbol komandamız‖ və
s.) mövzu yazıb şagirdlərə xoşladıqlarını seçdirmək və bu xüsusda
danışdırmaq monoloji nitqin inkişafı nöqteyi-nəzərindən çox fayda-
lıdır. Bu prosesdə şagirdlər öz istədikləri, arzuladıqları əsasında bil-
diklərini həyəcanla, emosiya ilə danışdılar. Lakin bundan həmişə
istifadə etmək yaxşı nəticə verməz. Buna adət etsələr, sonralar tələb
olunan mövzularda inşa qurmaqda çətinlik çəkərlər.
Ona görə də şəxsi təcrübələri əsasındakı inşalar həyatımızın,
məişətimizin mümkün qədər müxtəlif sahələrini əhatə etməlidir.
Ümumiyyətlə, deyilənlərdən belə nəticəyə gəlmək olar ki, şa-
girdlərə şəxsi təcrübələri əsasında inşalar aşağıdakı sistem və ardı-
cıllıqla qurdurulmalıdır:
1. Xatırladıcı sualların köməyi ilə yaxın və uzaq zamanlarda hə-
yatlarında baş vermiş hadisələr üzrə hekayələrin qurdurulması;
2. Prosesi açan sualların köməyi ilə uşaqların əməyi üzrə heka-
yələrin tərtibi;
3. Şagirdlərə oyunları, əyləncələri əsasında müstəqil hekayələ-
rin qurdurulması;
4. Şagirdlərin başlarına gələn qorxunc hadisələr əsasında heka-
yənin qurdurulması;
5. Şagirdlərin başlarına gələn məzəli əhvalatlar əsasında heka-
yələrin qurdurulması və s.
7. Mühakimə xarakterli monoloji nitq
Mühakimə məntiqi ardıcıllıqla ifadə edilən bir sıra fikirlərin əq-
li nəticəsi olub, hər hansı bir şey və şəxs haqqında düşünməkdir. O,
monoloji nitqin nəqli və təsvir janrları kimi, yalnız məlum faktları
təfsilatı ilə sadalamaqla, hər hansı portretin məlum cizgilərini xatır-
latmaqla məşğul olmur. Doğrudur, mühakimədə də bəzi məlum
faktlar, hissələr göstərilir. Lakin bünlar, məzmunun açılışı üçün zə-
min yaradan köklər, rişələr funksiyası daşıyır. Mühakimə yalnız
ağıla, məntiqi təfəkkürə və inama əsaslanır, hadisələrin hansı za-
Ağarəhim Əsərlər
454
manda təzahürü onu düşündürmür. Bu baxımdan mühakimə sər-
bəstdir. Bununla belə mühakimənin özü də qarşıya qoyulmuş hər
hansı problemdən doğur. Deməli, mühakimə üçün şagird qarşısında
problemi həll etmək üçün müəyyən ehtimallar irəli sürür. ―Nə
üçün?‖, ―Hansı səbəbə görə?‖, ―Hansı inandırıcıdır?‖, ―Nə etməli?‖
və s. kimi suallara cavablar axtarır. Özünün düşüncə və səyi nəticə-
sində əldə etdiyi faktları təfəkkür süzgəcindən keçirir, qruplaşdırır,
ümumiləşdirib əqli nəticələrə gəlir, inandırıcı və məntiqi fikirlər
sistemi yaradır.
Oxunmuş material, müşahidə, şəkil və şəxsi təcrübə əsasında,
yaxud bir qism sərbəst inşalarda mühakimə elementləri olsa da, on-
ları mühakimə xarakterli inşa adlandırmaq olmaz. Ona görə də mü-
hakimə xarakterli inşa tərtib etdirərkən başlıca diqqət mövzusunun
seçilməsinə yönəldilməlidir. Belə ki, sərlövhə şagirdləri problemlə
qarşılaşdırmalı, mühakimə yürütməyə məcbur etməlidir: ―Sadiq
dost kim ola bilər?‖, ―Mən vətənimizi nə üçün sevirəm?‖, ―Kəndi-
mizin sabahı‖, ―Mən kim olacağam?‖, ―Müəllim nə üçün bizim
qayğımıza qalır?‖, ―Biz dirrikdə necə işləyəcəyik‖, ―Yay tətilini
Göy göldə keçirəcəyik‖ və s.
Təcrübə göstərir ki, mühakimə xarakterli inşanın mövzusunu
müəyyənləşdirmək hələ işin hamısı deyildir. Bunun üçün şagirdlər-
də aydın təsəvvür yaratmaq, əsas məzmuna dərindən nüfuz etmək
üçün onlara müəyyən ideya və istiqamət verilməlidir. Başqa sözlə,
III-IV sinif şagirdləri mövzu ilə bağlı fikri axtarışlara cəlb olunma-
lıdırlar. Qabaqcıl müəllimlər bu işin müxtəlif variantlarından istifa-
də edirlər. Məsələn, tutaq ki, III sinifdə yazı taxtasının yuxarı hissə-
sində ―Uşaqlar meşədə yolu necə tapdılar?‖ mövzusunu və aşağıda
inşanın sonuncu ―Çətinliklə də olsa uşaqlar meşədən kəndə gedən
yolu tapıblar‖ cümləsi yazılır. Şagirdlər mövzunu və cümləni oxu-
yur, fikirləşir, başlıqdan sonluğa qədərki mərhələni axtarır, nə isə
yeni bir şey qurmağa çalışırlar. Onlar çətinlik çəkdikdə məzmuna
istiqamətləndirici ―Görəsən, uşaqlar meşədə nə üçün yolu itirmiş-
lər?‖, ―Meşədə hansı işlərlə məşğul olmuşlar?‖, ―Yolu tapmaq üçün
çoxmu əziyyət çəkmişlər?‖, ―Bəs necə olmuşdur ki, onlar yolu tap-
Ağarəhim Əsərlər
455
mışlar?‖ və s. kimi suallar verilir. Beləliklə, şagirdlər artıq məlum
faktları sadalamaqla hadisənin müəyyən hissəsini təsvir etməli ol-
mur, əksinə müstəqil və məntiqi təfəkkürə əsaslanaraq, daha çox
yaradıcılıq fəaliyyəti göstərirlər. Bir neçə məlum faktın köməyi ilə
mövzunu ideya istiqamətinə uyğun ehtimallar irəli sürürlər. Müxtə-
lif detallar arasında möhkəm məntiqi əlaqə yaradır, sistem hazırla-
yır, inşa qururlar.
Mövzu və sonluq şagirdlərin düşüncələrini əvvəlcədən qarşıya
qoyulmuş məqsədə düzgün istiqamətləndirmişdir. Ona görə də şa-
girdlərin hər biri canlı, yaradıcı inşalar qururlar. Hər birinin inşa-
sında mühakimə elementləri özünü göstərir.
Yaxud IV sinifdə müəllim yazı taxtasına qurulacaq inşanın
mövzu və başlanğıcını yazır:
Sürü necə xilas oldu?
Payız fəslidir. Sürü meşənin kənarındakı talada otlayırdı. Birdən
sürü hürkdü. Çoban yapıncısını soyundu. Alabaş yerindən sıçradı...
Mövzu və başlanğıc bir növ fraza olur, şagirdləri düşünmək, ax-
tarmaq vəzifəsilə qarşılaşdırır. Bu zaman şagirdlər inşanın inkişaf
istiqamətini müəyyənləşdirir, hadisənin fabulasını, kulminasiya
nöqtəsini, fınalını mühakimənin köməyi ilə verməyə çalışırlar.
Ola bilər ki, III-IV siniflərdə müəllim inşanın fabulasını özündə
əks etdirən mövzunu və onun ətrafında şagirdləri mühakimə yürüt-
məyə təhrik edən sualları (və ya planı) yazı taxtasına yazsın. Sonra
həmin sualın (planın) hər bir maddəsinə aid ətraflı cavab hazırla-
mağı şagirdlərdən tələb etsin.
Təcrübə göstərir ki, belə priyomların müntəzəm tətbiqi əsasında
şagirdlərin hamısı öz düşüncələrini, hiss və həyəcanlarını, əşya və
hadisələrə münasibətini inşaya daxil edirlər. Nəticədə hər bir inşa
müstəqil təfəkkürün məhsulu kimi meydana çıxır.
Dostları ilə paylaş: |