Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə148/154
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#64027
1   ...   144   145   146   147   148   149   150   151   ...   154

Ağarəhim                                                                                                     Əsərlər 

 

444 



rəyan  edən  hadisəni  öz  həyatına  köçürür.  Nazimin  daxili  aləminə 

nüfuz  edir,  keçirdiyi  psixoloji  halları  keçirir,  başqa  sözlə,  onunla 

birlikdə sevinir, şənlənir, fərəhlənir və s. 

Hekayədə  təsvir  olunan  hadisənin  baş  vermə  zamanını  dəyiş-

məklə məzmunun nağıl etdirilməsi, də faydalıdır. Tutaq ki, hekayə 

keçmiş hadisəyə həsr olunmuşdur. Ola bilər ki, müəllim şagirdlərin 

yaradıcı  fəaliyyətini  və  şüurluluğunu  təmin  etmək  üçün  məzmunu 

indiki,  yaxud  gələcək  zamanda  nağıl  etdirsin.  Məsələn,  II  sinifdə 

İ.Əfəndiyevin ―Maraqlı hadisə‖ hekayəsini indiki zamanda təzahür 

edən, (davam  etməkdə olan hadisə kimi) şagirdlərə nağıl etdirmək 

olar. Şagirdlər müəllimin tələbi ilə işə girişirlər. Hadisənin ayrı-ayrı 

elementlərinin, hər cümlənin üzərində düşünür, götür-qoy edir, əhə-

miyyətsiz  olanı  atır,  faktları  yeni  söz  və  cümlələrlə  təsvir  edirlər. 

Keçmiş hadisəni davam etməkdə olan prosesə çevirirlər. Yaxud ək-

sinə. İndiki zamanda ifadə edilən məzmunu keçmiş, yaxud gələcək 

zamana çevirib nağıl etdirilməsi məsləhətdir. Əlbəttə, həmişə yox, 

müəllim ehtiyac duyduqda bu variantlardan istifadə

:

 edə bilər. 



II sinifdə tədris ilinin sonunda, III-IV siniflərdə isə il boyu eyni 

mətndə verilmiş müsbət və mənfi obrazın hərəkətlərini müqayisəli 

şəkildə  şagirdlərə  nağıl  etdirmək  lazımdır.  Bu  prosesdə  şagirdlər 

daha müstəqil fəaliyyət göstərirlər. Onlar qarşı-qarşıya duran surət-

lərin  hərəkətinə  diqqət  yetirir,  xarakterlərini,  psixologiyalarını  öy-

rənirlər.  Sonra  onların  əlamətlərini  tutuşdurur,  müqayisə  edir,  hər 

ikisinin fəaliyyətini nağıl edirlər. Məslən, II sinifdə ―İlk bahar‖ he-

kayəsi  oxunduqdan  sonra  ―İlk  baharda  hansı  çiçəklər  görünür? 

Hansı  ağaclar tez çiçək  açır?  İşti  ölkələrdən uçub gələn quşlardan 

hansılarını  müşahidə edirsiniz?  Adamlar  bağlarda, tarlalarda hansı 

işləri görürlər? Havalar necə olur?‖ və s. kimi suallar verilməlidir. 

Bundan  sonra  şagirdlərdən  biri  otlar,  çiçəklər,  ikincisi  insanların 

əməyi,  üçüncülər  heyvanlar,  quşlar,  dördüncülər  isə  ümumiyyətlə 

təbiət haqqında danışırlar. Beləliklə, şagirdlər təsvir etdikləri əşya-

ları  tutuşdurur,  cümlələr  qurur,  məzmunu  monoloji  şəkildə  ifadə 

edirlər. 

III-IV  siniflərdə  monoloji  şifahi  nitqin  inkişafı  baxımından  bu 



Ağarəhim                                                                                                     Əsərlər 

 

445 



işə bir qədər də geniş yer verilməlidir. 

Təcrübə göstərir ki, nəzm əsərlərinin nəsrə çevrilərək nağıl etdi-

rilməsi monoloji şifahi nitqin inkişafında çox əhəmiyyətlidir. Heka-

yə və nağılda olduğu kimi, burada şagirdlər hazır nitq materialların-

dan  (ifadə  və  cümlələrdən)  istifadə  etmirlər.  Onlar  təfəkküründə 

yaranan obrazı (məzmunu) vermək üçün aydın və dəqiq forma ax-

tarırlar. Bu baxımdan kiçik yaşlı məktəblilərin işini bir qədər baya-

ğı görünsə də, yazıçının işi ilə müqayisə etmək olar. Hər ikisi qu-

rur, hər ikisi yaradır, ifadə edir. Şagirdə məzmunu oxu materialı ve-

rir, yazıçıya isə həyatın özü. 

II sinifdə bu işə sadə təmsillərdən başlamaq məsləhətdir. Əvvə-

la  təmsillərdə  məzmun  heyvanların,  quşların  dili  ilə  açıldığından 

şagirdləri çox maraqlandırır. İikncisi, təmsillər bir qədər sadə süjet 

üzərində qurulur. Məzmun oynaq dillə təfsilatı ilə verilir. Məsələn, 

II  sinifdə  E.Mehdiyevin  ―Bülbül  və  qarğa‖  təmsilini  oxuyan  kimi 

şagirdlər çətinlik çəkmədən məzmunu nağıl edirlər. Belə sadə ma-

teriallar üzərində işin təşkili şagirdləri mahiyyəti anlamağa, III-IV 

siniflərdə  böyük  həcmli  mürəkkəb  və  qəliz  nəzm  əsərlərinin  məz-

mununu nağıl etməyə hazırlayır. 

IV  sinifdə  Ə.Kərimin  ―Dənizdə  şəhər‖  şeirini  nəsrə  çevirərək 

danışmaq məqsədi ilə şagirdlərə müəyyən suallar verilməlidir: III-

IV siniflərdə seçmə nağıletməyə yer verilməlidir. İlk vaxtlar şagird-

lər bu işə girişməkdə çətinlik çəkirlər. Lakin tədricən buna alışırlar. 

Məsələn,  IV  sinifdə  H.Senkeviçin  ―Çalğıçı  Yanko‖  hekayəsinin 

məzmunu  ilə əlaqədar şagirdlərə  ―Yankonun  gecələr musiqiyə qu-

laq  asmaq  üçün  meyxanaya  gəlməsi  təsvir  olunmuş  hissəni  nağıl 

edin‖,  ―Yankonun  mülkədarın  evinə  gəldiyi  hissəni  nağıl  edin‖, 

―Yankonun döyülməsi təsvir olunmuş hissəni danışın‖, ―Yankonun 

ölümü təsvir olunmuş hissəni nağıl edin‖ və s. kimi tapşırıqlar ve-

rib danışdırmaq mümkündür. Şagirdlər belə tapşırıqlar əsasında öy-

rəndiklərini  təhlil-tərkib  etməyə,  onları  digərlərindən  ayırmağa, 

fakt və hadisələr arasındakı fərqi tutmağa və öyrəndiklərini mono-

loji şəkildə ifadə etməyə çalışırlar. 

Təcrübə  göstərir  ki,  ibtidai  siniflərdə  məzmunun  yığcam  nağıl 




Ağarəhim                                                                                                     Əsərlər 

 

446 



olunması  müstəsna  əhəmiyyət  kəsb  edir.  Bu,  şagirdlərdən  araşdır-

malar aparmağı, şüurlu fəaliyyət göstərməyi, birinci dərəcəli məsə-

lələri,  ikinci,  üçüncülərdən  fərqləndirməyi,  əsas  məzmunu  tutmağı 

və s. tələb edir. Bu işə II sinifdə tədris ilinin ikinci yarısından başla-

maq və şagirdlərə məzmunla bağlı tutarlı sualların verilməsi məslə-

hətdir.  Məslən,  III  sinifdə  ―Qara  qızıl‖  hekayəsi  üzrə  ―Hekayə  nə 

üçün ―Qara qızıl‖ adlanır?‖, ―Nefti necə çıxarırlar?‖, ―Neftdən nə-

lər  alınır?‖,  ―Qəhrəman  neftçilərdən  kimləri  tanıyırsan?‖  yaxud 

―Möcüzə‖ mətni ilə əlaqədar ―İnsan əlləri ilə hansı möcüzələr edil-

mişdir?‖,  ―Elektrikin  köməyi  ilə  yer  üzündə,  su  altında,  fabrik  və 

zavodlarda, məktəblərdə və evdə hansı işlər görülür?‖ və s. suallar 

şagirdləri konkret vəzifələrlə qarşılaşdırdığından onlar da real fakt-

lara əsaslanır, məzmunu yığcam nağıl etməyə çalışırlar. 

III-IV  siniflərdə  şagirdlər  böyük  həcmli  mətnlərin  məzmununu 

plan əsasında nağıl etməyi bacarmalıdırlar. 

Plan elə tərtib olunmalıdır ki, onun hər bir maddəsi məzmunun 

əsas hissəsini, fabulasını açmağa zəmin yaratsın. Məsələn, IV sinif-

də ―Nəsrəddin Tusi ilə bostançı‖ hekayəsi üzrə ―Nəsrəddin Tusinin 

Marağaya  getməsi‖,  ―Nəsrəddin  Tusinin  qocaya  rast  gəlməsi‖, 

―Nəsrəddin  Tusinin  qocanı  sınağa  çəkməsi‖;  Qocanın  Marağa  rə-

sədxanasına gətirilməsi‖ və s. maddələr üzrə yığcam nağıl etdirmək 

mümkündür. 

I-IV  siniflərdə  dialoqlu  mətnlərin  məzmununun  improvizasiya 

üzrə  nağıl  etdirilməsi  çox  faydalıdır.  Burada  şagirdlər  hekayənin 

məzmununu təkcə təfsilatı ilə nağıl etməklə qalmırlar, həm də özlə-

ri  onun  iştirakçısına  çevrilirlər.  Belə  nağıletmə  yalnız  oxumağa, 

eşitməyə  deyil,  həmçinin  əyaniliyə,  hissi  obrazlara  əsaslanır.  Şa-

girdlər bir növ aktyor kimi hərəkət etməli olur, məlumat verməklə 

onların  hissi,  duyğusu,  emosional  fantaziyası  da  hərəkətə  gəlir, 

özləri yeni obraz yaradırlar. Belə obrazların dünyası şagirdin şəxsi 

həyatına çevrilir. Tərəf müqabilinə emosional təsir göstərməyə çalı-

şır. Nağıletmə canlı şəkil alır. Ona görə də improvizasiya üzrə na-

ğıletmə prosesində müəllim aşağıdakıları nəzərə almalıdır: 

— şagirdlərə nağıletmə  nümunəsinin  (müəllim və  yaxud maq-




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə