Əsərlər Ana dilinin tədrisi metodikası


Ağarəhim                                                                                                     Əsərlər



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə12/748
tarix31.12.2021
ölçüsü3,8 Mb.
#81589
1   ...   8   9   10   11   12   13   14   15   ...   748
Cild 20 1

Ağarəhim                                                                                                     Əsərlər 

 

12 



1. Tədrisdə sistemin tamlığı (hər bir dərsdə məqsəd aydınlığının 

olması, məzmuna uyğun forma, vasitə və metodlardan, iş formala-

rından düzgün və dəqiq istifadə edilməsi). 

2. Fənlərarası və fəndaxili (ayrı-ayrı mövzular, bölmələr arasın-

da zəruri) əlaqələrin nəzərə alınması. 

3. Nəzəri biliklərin təcrübəyə tətbiqi. 

4.  Təcrübədən  nəzəri  məlumatların,  mülahizələrin  çıxarılması. 

Ana  dili  tədrisi  metodikası  elminin  məzmunu  əlaqədə  olduğu  elm 

sahələri ilə yanaşı illərdən bəri toplanmış qabaqcıl təcrübənin təhli-

li,  ümumiləşdirilməsi  və  alınan  nəticələrin  müxtəlif  şəraitdə  yeni-

dən praktikaya tətbiqi və təkrar-təkrar sınaqdan keçirilməsi əsasın-

da yaranır. Heç şübhəsiz ki, bu da ana dili tədrisi metodikası fənni-

nin predmetini düzgün müəyyənləşdirməyə tam əsas verir. 

Ana dili təlimi inkişafetdirici və tərbiyəedici təlim prinsipi əsa-

sında qurulmuşdur. O, ibtidai siniflərdə başlıca fənn hesab edilir. 

1... İbtidai təhsildə ana dilinin tədrisi baş fənn, başqa fənlərə da-

xil olan və onların nəticələrini özündə toplayan bir fənn olaraq qa-

lır


1

.  Bu  siniflərin  tədris  planında  başqa  fənlərə  nisbətən  ana  dilinə 

daha çox yer verilir. Ana dili şagirdlərin dəqiq, aydın, savadlı yaz-

maq,  düzgün,  sürətli,  ifadəli  və  şüurlu  oxumaq,  fikrini  aydın  və 

məntiqi ardıcıllıqla ifadə etmək bacarıq və vərdişlərinin formalaşdı-

rılmasında,  təfəkkürlərinin  inkişafında,  elmi  dünyagörüşünün  ge-

nişləndirilməsində və gələcəkdə (yuxarı siniflərdə) müxtəlif fənlər 

üzrə  sistematik  kursu  mənimsəməyə  hazırlanmasında  müstəsna 

əhəmiyyət kəsb edir. 

Ana dilini dərindən mənimsəmədən digər fənləri (riyaziyyat, tə-

biətşünaslıq, əmək təlimi, təsviri incəsənət və s.) mənimsəmək, ya-

radıcı fəaliyyət göstərmək mümkün deyildir. 

Dillə  təfəkkür  dialektik  əlaqədə  olduğundan  dilin  mənimsənil-

məsi üzrə aparılan işlər şagirdlərin idrak fəaliyyətinin, elmi dünya-

görüşünün, mənəvi aləminin, ümumiləşdirmə aparmaq bacarıqları-

nın inkişafına da güclü kömək göstərir. 

2...  Uşaq  ana  dilini  öyrənərkən  yalnız  şərti  səsləri  öyrənmir,  o 

                                                 

1

 K.D.Uşinski. ―Rəhbərlik‖, 1-ci cild, 1864, səh.24-26 (rusca). 





Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   748




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə