Əsərlər Ana dilinin tədrisi metodikası


Ana dili tədrisi 1830-1920-ci illərdə



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə2/748
tarix31.12.2021
ölçüsü3,8 Mb.
#81589
1   2   3   4   5   6   7   8   9   ...   748
Cild 20 1

1. Ana dili tədrisi 1830-1920-ci illərdə 

 

Ana dili təlimi problemi XIX əsrin 30-cu illərindən Azərbaycan 



pedaqoq alimlərinin əsərlərində öz əksini tapmış, əsrin ikinci  yarı-

sında  daha  geniş  vüsət  almışdır.  A.A.Bakıxanov,  M.Ş.Vazeh, 

M.Kazım  bəy,  L.M.Lazarev,  L.Z.Budaqov  və  başqaları  ana  dilini 

öyrətməyin  zəruriliyini  dönə-dönə  göstərmiş,  bu  dildə  uşaqların 

nitq  və  təfəkkürünü  inkişaf  etdirməyi  məsləhət  bilmişlər.  Ana  dili 

təlimində əyani vəsaitlərin, müəllimin iş metodlarının rolu məsələsi 

xüsusi qeyd olunmuşdur. Azərbaycan dili tədrisinin ilk tədqiqatçısı 

və bu haqda elmi fıkir söyləyən professor Mirzə Kazım bəydir. O, 

1839-cu  ildə  ―Qrammatika  turetsko-tatarskoqo  yazıka‖  kitabında 

Azərbaycan  dilinin  morfologiya  və  sintaksis  bölmələrinin  öyrədil-

məsinin ümumi məsələlərindən bəhs etmişdir. Onun davamçıların-

dan  P.M.Budaqov  ―Praktiçeskoye  rukovodstvo  turetsko-tatarsko-

azerbaydjanskoqo nareçiya‖ (1857) adlı əsərində 20 dərs nümunəsi 

vermiş və hər dərsin sonunda mətndə olan cümlələrin sintaktik xü-

susiyyətlərini  izah  etmişdir.  M.Ə.Vəzirov  ―Uçebnik  tatarsko-azer-

baydjanskoqo nareçiya‖ (1861) əsərində M.Kazım bəyin qrammati-

kasında  olan  məlumatı  sadə  və  asanlaşdırılmış  şəkildə  vermişdir. 

1866-cı  ildə  L.M.Lazarev  ―Türk  dilinin  müqayisəli  müntəxəbatı‖ 

adlı dərsliyini Moskvada çap etdirmişdir. 1869-cu ildə L.Budaqov 




Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   748




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə