ƏSƏD ƏLİyev



Yüklə 0,85 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix12.10.2018
ölçüsü0,85 Mb.
#73260
1   2   3   4   5   6   7   8   9   ...   37

XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 

birinci n
əsil  qadınlar  “analar”,  ikincilər “gəlinlər”, üçüncülər 
“qız  nəvələr”, dördüncülər  “qız  nəticələr”,  beşincilər isə  “qız 
kötüc
ələr” adını daşıyırdı. 
Böyük ail
ələr eyni məna və məzmun kəsb etsə də, fərqli 
terminl
ərlə  ifadə  edilirdi. Məsələn, Azərbaycanın  müxtəlif 
bölg
ələrində  “külfətli ailə”,  “ağır  külfət”, “bir çətən”, “böyük 
ail
ə”, “güclü ailə”, “bərəkətli ailə”(50,8) kimi bəlli olan böyük 
ail
ələr tədqiq etdiyimiz bölgələrin  əhalisi  arasında  “böyük 
külf
ət”, “birlikli ev”, “çoxluq ev” (92,3), “bir qoşun külfət”, “bir 
bölük külf
ət”, “topdağıtmaz ailə”, “bir ölkəyə sığmaz” (16,212) 
şəklində  təcəssüm  tapmışdır.  Böyük ailələrdə  ailə  başçısına 
m
əxsus müxtəlif müraciət  formaları  da  var  idi: “böyük lələ”, 
“qoca d
ədə”, “evin qocası”, “evin atası”, “evin başbiləni” və s. 
Az
ərbaycanın  Qazax,  Şəmkir, Gədəbəy bölgələrində  isə  ailə 
başçısına  “ev  böyüyü,  böyük  ata,  qağa”  (50,8) deyirdilər. 
Akademik  H
.Ə.Əliyev  adına  Coğrafiya  İnstitutunun  elmi  işlər 
üzr
ə  direktor müavini, Azərbaycan MEA-nın  müxbir  üzvü, 
professor  Ramiz M
əmmədovun verdiyi məlumata görə, bəzi 
k
əndlərimizdə (məs: Qarayazı bölgəsinin Qaracalar kəndində və 
i.) kiçik qardaşın uşaqları böyük əmiyə “baba”, atalarına “ata”, 
böyük 
qardaşın uşaqları  atalarından kiçik əmilərinə “ata” deyə 
müracıət edər, sonbeşik  əmini isə  öz  adı  ilə  çağırardılar. 
Mövcud müraci
ət  forması  ailədə  bir-birinə  olan məhəbbətin, 
şirinliyin  təzahürü idi.  Digər tərəfdən, ailənin  ilk  övladının 
böyükl
ərə müraciət forması ondan sonra dünyaya gələn uşaqlar 
üçün ad
ət  halını  alırdı.  Bu tipli ailələr  bir  damın  altında 


Əsəd Əliyev 
 
 
10 
yaşayırdılar və onların yaşadığı evlər “yuva, yurd, koma, dam, 
ev, imar
ət” (94,86) və s. kimi terminlərlə ifadə olunurdu. 
Adı  çəkilən ailə  formasının  Gürcüstan  azərbaycanlıları 
arasında  mövcudluğundan  bəhs edən XIX əsrin  sonlarına  aid 
ədəbiyyat 
materiallarında 
göstərilir ki, tatarlarda 
(az
ərbaycanlılarda-Ə.Ə.)  ailə  parçalanması  çox  nadir hadisədi. 
Onlar h
ər vəchlə ailə parçalanmasından qaçırlar. Həyat tərzləri 
onların  kiçik  ailələrə  bölünməsinə  imkan vermir. Zərurət 
üzünd
ən kiçik ailələrə bölünənlər böyük çətinliklərlə üzləşirlər 
(87,84;  114,395).  H
əmin dövrdə  böyük ailələrin  dağılmasına 
Raçinl
ər də mənfi münasibət göstərmişlər (104,98). 
Böyük ail
ələrin qorunub saxlanmasının,  kiçik  ailələrə 
bölünm
əyə  meyl göstərilməməsinin müəyyən səbəbləri  vardı. 
S
əbəblərdən biri  texniki  inkişafın  yüksək  olmadığı  zamanda 
bütün  işlərdə  əl  əməyindən istifadə  ağırlığı, böyük mülkiyyəti 
idar
ə  etmək çətinliyi  sayılırdısa,  digəri  kimi XIX əsrdə  rus 
çarizminin yeritdiyi 
ağır  vergi siyasəti üzə  çıxırdı.  Mövcud 
vergi qanununun t
ələbinə  görə  hər  bir  ailə  evlərin  sayı 
müqabilind
ə  vergi ödəməli idi. Məhz bu nöqteyi-nəzərdən 
“ail
ənin  parçalanması  və  yeni ailənin  yaranması  icmanın 
xeyrin
ə  deyildi.  Odur  ki,  qardaşlar  birgə  yaşamağı,  bir 
“tüstü”d
ə, yəni  bir  ayrılmaz  təsərrüfatda  olmağı  üstün 
tuturdular” (47,92).  Buradan bel
ə  qənaət hasil olur ki, vergi 
sistemind
ən  yayınmağın  ən münasib yolu böyük ailələri 
qoru
yub saxlamaq olmuşdur. 


XIX-XX 
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti 
 
 
11 
Yuxarıdakı  fikirlərdən  tam  şəkildə  açıqlanır  ki,  bir  evdə, 
bir  damın  altında  yaşamaqla  bərabər, böyük ailələrin iqtisadi 
əsasını kollektiv istehsal təşkil etmiş, onlar məişət əşyalarından, 
əkinçilik alətlərindən, təsərrüfat tikililərindən,  ağartı 
m
əhsullarından, qoşqu vasitələrindən, biçənək, otaracaq və əkin 
sah
ələrindən  birgə istifadə etmişlər. 
Böyük ail
ələrin  saxlanılmasının  digər səbəbi  düşmənlər-
d
ən, qaçaq-quldurlardan  qorunmaq  idi.  Onların  ağzıbir  olması 
ail
əyə  toxunacaq xətanın  qarşısının  alınmasında  mühüm 
əhəmiyyət kəsb edirdi. Xalq arasında dolaşan “Ağzıbir olanlara 
ölüm yoxdur” m
əsəli də  çox güman ki, bu münasibətlə 
deyilmişdir. 
Gürcüstanın  Dmanis  (Başkeçid-Ə.Ə.)  bölgəsinin ailə  və 
ail
ə  məişətinin  tədqiqatçısı  Ə.K.Əhmədov böyük ailələrin 
daxilind
ə  əmək bölgüsünün kişi  və  qadınların  gücünə  uyğun 
olaraq iki yönd
ə  aparıldığını  qeyd  edərək  vurğulayır  ki, 
əkinçilik və  maldarlıqla  bağlı  işlər bütövlükdə  kişilərin 
ixtiyarında idi. Əkinin şumlanmasında ailənin başçısı-ata və ya 
böyük 
qardaş kotançı vəzifəsini yerinə yetirirdi. Oğullardan biri 
(hodaxçı) iki böyük öküzü (cütü) idarə edirdi. Böyük nəvələrdən 
biri üç, dig
əri beş,  yaşca ən kiçik oğlan uşağı isə yeddi boyun 
öküzün idar
əsi ilə məşğul olurdu (92,7). Qoca kişi və qadınlar, 
el
əcə də azyaşlı qız uşaqları əmək fəaliyyətinə cəlb edilmirdi. 
Etnoqrafik materiallar göst
ərir ki, haqqında  sözü  gedən 
əmək bölgüsü sistemi təkcə  Başkeçid  yox,  Gürcüstan 
az
ərbaycanlıları (türkləri) yaşayan digər bölgələrin əhalisi üçün 


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə