Əsəd Əliyev
54
toplayardılar. Nəmər əsasən pul və ev əşyalarından ibarət olurdu
ki, bu da qıza çatırdı.
Toy m
ərasimi kiçicik fərqlərlə Borçalının Təkəli, Böyük-
Muğanlı, Keşəli, Kosalı, Görarxı, Alget, İlməzli, Yuxarı və
Aşağı Saral, Mameyi, Seyidxocalı, Sadaxlı, Dəmyə-Görarxı,
İmir, Qaçağan, Qullar, Qızılhacılı, Kəpənəkçi, Qasımlı,
Hallavar, Baytallı ; Bolusun Saraclı, Darvaz, Qoçulu, Arıxlı,
Faxralı, Bala-Muğanlı, Bəytəkər, Dəllər, Kolagir, Sisqala, Zol-
Göy
əc, Hasanxocalı, Daşdıoğullar; Başkeçidin Hamamlı, Aşağı
v
ə Yuxarı Oruzman, Aşağı və Yuxarı Qarabulaq, Gəyliyən,
Qızılhacılı, Armudlu, Şindilər, Baxcalar, Dağ-Arıxlı, Qamışlı,
Q
əmərli, Lök-Candar, Saca, Qızılkilsə, Örmeşən, Yırğançay;
Qarayazının Ağtəhlə, Qaratəhlə, Qaracalar, Soğanlıq, Muğanlı,
Birlik, T
əzəkənd, Kəpənəkçi, Kosalı, Nəzərli, Candar,
Ulyanovka-
Vayovka; Qaraçöpün Qarabağlı, Düzəyrəm,
L
əmbəli, Keşəli, Muğanlı, Tüllər, Qazlar; Laqodexin Qaracalar,
Qabal; Kaspinin Ferma, Tatuşağı (Sakadaqiano), Çəngilər;
Telavın Qaracalar; Muxran çökəyinin Çömbərli (Sixizdziri)
k
əndlərində, o cümlədən soydaşlarımız yaşayan digər qəsəbə və
şəhərlərdə aşağıdakı kimi keçirilərdi:
Toyun ilk günü oğlan evinə iki aşıq dəvət olunardı. Birinci
v
ə ikinci gecə onlar dastan danışır və müxtəlif havaları sazda
çalıb–oxuyurdular. Məhz bu gecələrə xalq arasında “dastan
gec
əsi” və ya “qonaqlıq” deyərdilər. Məclis əhli ilk gecəni çayla
keçins
ələr də, ikinci və “nəmər gecəsi” adlanan üçüncü gecədə
(b
əzi kəndlərdə oğlan evində toy iki gün olardı, 1-ci gün
XIX-XX
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti
55
“qonaqlıq”, 2-ci gün isə “mağar” adlanardı) onlara yemək
paylanardı. Birinci və ikinci gecələrdə olduğu kimi, üçüncü
gec
ədə də aşıqlar axşam saat 7-8 radələrindən gecə saat 3-4-ə
q
ədər çalıb-oxuyar, dastan söyləyər və şahidi olduqları maraqlı
əhvalatlar danışardılar. Müəyyən vaxtdan sonra “toybaşı”
aşıqlara işarə edərdi ki, nəmər yığmağın vaxtıdı, nəmər yığılana
kimi onlar dinc
əlsinlər. Toybaşının işarəsi ilə aşıqlar saza-sözə
ara ver
ərdilər. Sonra toybaşının qabaqcadan təyin etdiyi bir şəxs
əlində sini və ya balaca taxta çamadan məclisə daxil olardı. Bu
sini v
ə ya çamadana xalq arasında “nəmər sinisi”, yaxud “nəmər
çamadanı” deyərdilər. Nəmər puldan ibarət idi. Pul yığan şəxs
hamının eşidəcəyi tərzdə pul verənin adını çəkər, onun da
ail
əsində belə toy günü olmasını arzulayardı (məs: filankəs 10
manat, oğlu sağ olsun, onun da oğlunun və ya nəvəsinin toyuna
yığışaq). Nəmər yığıldıqdan sonra məclis üzvlərinə yemək
verilirdi. T
əkcə kişilərin iştirak etdiyi belə toylar-aşıq məclisləri
çox t
əmtəraqlı, yaxından-uzaqdan qonaq-qaralı olmağı ilə
s
əciyyələnirdi. Bu baxımdan tədqiq etdiyimiz dövrün toy
m
əclisinin mənzərəsini dolğunluğu ilə əks etdirən, Bolusun
Arıxlı kəndindən olan Uzunbaşoğlu Məhəmmədin qardaşı
N
əsibin toyunun şair Nəbi tərəfindən tərif və təsviri yer alan
aşağıdakı şeir nümunəsi (şeiri ixtisarla veririk- Ə.Ə.)
diqq
ətəlayiqdir:
Əsəd Əliyev
56
H
ər şenlikdən adam gəldi,
K
əpənəkçiynən, Faxralı.
Mol
la Hacı əvvəlindən,
Dolanıbdı qeyrət yolu.
D
əli Nəsib, Molla İsə,
R
əis idi Təhməzqulu.
Hat
əmi dövran verdilər,
X
əzələ saydılar pulu.
Haqverdiyn
ən, Saraclı Qurban,
Ayvazınan, İsmayılı.
Mahmudnan, Molla Namaz,
Münasibdi İmirzalı.
İsə kişiynən, Rustam ağa.
Astannan, Bayramalı,
Hansı məclisə girəndə,
Cibl
ərinə düşmən əli.
H
ər şair bir söz deyər,
T
ərifi dastana düşər.
Qızılhacılı Almaz ağa,
Yanında Cöyüroğlu Qara.
Haqq özü k
ərəmindən,
Xoş nəzər salıb onlara.
Aslan ağa sərrafıdı,
Qiym
ət qoyur ləl-gövhərə.
İsrafıl ağanın murazı,
Qılınc ağası Heydərə.
XIX-XX
əsrin əvvəllərində Gürcüstan azərbaycanlılarının ailə məişəti
57
Süleyman ağanı sevmişəm,
T
əhlədən məşədi Əsgər,
Nişan saldı bu diyara.
Dil
əmişəm o kimsədən,
M
əhşərdə yanmasın nara.
O vergid
ə insan olmaz,
Qulaq verir mahallara.
S
əxavətdə qəhrəmandı,
C
ənnəti-Rizvana düşər.
Uzun
başoğlu bir toy elədi,
Siz bilin xublar
əlası.
Gör
ənlər mətəl qaldılar,
Verildi xeyir-
duvası.
Doğruluqda belə xərcə,
Dayanmaz Qarsın qalası.
Yağılcada yatağı var,
Sürüdaşda mal binəsi.
Yaxınlara vəsv elədim,
Uzaxlara çatsın səsi.
İstambula xəbər getsin,
Eşitsin İran ölkəsi.
M
əclisin mətanəti,
Moyroy Quludu yezn
əsi,
B
əylərdə Səməd ağa,
Onun var açıq süfrəsi,
S
ədrəddin layiq olub,
Əsəd Əliyev
58
Bir mahalın qlavası.
Ç
əkisində ağır gəldi,
Muğanlı Hüseyn kirvəsi.
Şair Nəbi yaxşı deyir,
Aşıq Hasan müxəmməsi.
Sığalda naxışkardı,
O gövh
əri-kana düşər (11,106-107
).
Etnoqrafik v
ə ədəbiyyat materiallarından aydın olur ki,
araşdırdığımız bölgələrin toylarında saz-söz məclisini “Xəstə
H
əsən, Aşıq Şenlik, Aşıq Oruc, Aşıq İsmayıl, Aşıq Həsən, Dost
Pirm
əmməd, Aşıq İbrahim, Şair Nəbi, Qul Allahqulu, Şair
Ağacan, Aşıq Sadıq, Sarvan Bayram, Xındı Məmməd” (11,3),
Aşıq Cəfər, Dədə Ələsgər, Aşıq Talıb, Aşıq Əsəd, Aşıq Nəcəf,
Aşıq Mirzə, Dədə Əmrah, Şair Novruz Təhləli, Şair
Qulammirz
ə, Aşıq Əsgər, Hüseyn Saraclı, qaraçöplü Aşıq
Musa,
Aşıq Kamandar, Aşıq Əlixan Qarayazılı, Aşıq Aslan
Kosalı, Aşıq Əsəbəli, Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı,
Aşıq Nurəddin, Mikayıl Azaflı, Aşıq İmran, Aşıq Ədalət, Aşıq
Xanlar,
Aşıq Taharmirzə, Aşıq Məşədi, Aşıq Teymur, Aşıq
M
əhəmmədəli və s. kimi adlı-sanlı sənətkarlar aparardılar.
N
əmər gecəsinin səhərisi meydan çalğıçı dəstəsinə
veril
ərdi. Dəstə üç nəfərdən- iki zurnaçı və bir nağara vurandan
ibar
ət olurdu. Zurnaçının biri müəyyən el havasını çalır, digəri
is
ə züy tuturdu. Nağara vuran isə zurnada çalınan havaların
ah
ənginə uyğun olaraq kiçik ağac alətlərlə nağaranı döyürdü.
Dostları ilə paylaş: |