Ərşad Namazalı



Yüklə 192,95 Kb.
səhifə3/3
tarix01.02.2018
ölçüsü192,95 Kb.
#22959
1   2   3

Qeyd: 1943-46-cı illər II-Dünya Müharibəsinin qızğın vaxtında kənd təsərrüfatını daha da idarə edilməsini asanlaşdırmaq məqsədilə Horadiz kolxozunu 3 hissəyə bölünür. Horadiz güneyə sədr - Fərhad İsmayılov, Horadiz quzeyə sədr - Bayramalı Namaza-lıyev və Dördçinar-Hüngütlüyə sədr - Hüseyn Bəylərov olmuşlar. 1967-ci ilin yanvarında isə Horadiz kolxozu iki hissəyə yenidən bölündü. Gyney hissəyə - Məhərrəmov Mösü və Quzey hissəyə - Suruş Fərhadova sədri seçildilər. Lakin 1967-ci ilin noyabrında Mösü Məhərrəmov istefa verdikdən sonra, kolxoz birləşib Suruş Fərhadovanın rəhbərliyində qaldı.
Horadiz kolxozuna 1939-cu ildən sədr kimi

rəhbərlik edən şəxslərdən:

1. Namazalıyev Bayramalı Fərzalı oğlu - - - -1939-46-cü illər;

2. İsmayılov Fərhad Şükür oğlu - - - - - - - - -1943-52-cü illər;

3. Cəfərov Məhəmməd Xanlar oğlu - - - - - - 1952-53-cü illər;

4. Rzayev Vəli Əli oğlu - - - - - - - - - - - - - - 1953-61-cı illər;

5. Fərhadova Suruş Cabbar qızı - - - - - - - - -1961-69-cu illər;

6. Məhərrəmov Mösü Rüstəm oğlu - - - - - - -1967-il səkkiz ay;

7. Talıbov Hüseyn Salman oğlu - - - - - - - - -1969-78-cı illər;

8. Cəfərov Akif Cəlil oğlu - - - - - - - - - - - - - 1978-80-cı illər;

9. Fərhadova Suruş Cabbar qızı - - - - - - - - 1980-88-ci illər;

10. Mehdiyev Əkrəm Cəlil oğlu - - - - - - - - - - 1988-92-ci illər;

11 .Cəfərov Akif Cəlil oğlu - - - - - - - - - - - - - 1992-93-cü il

3 sentyabr 1993-cü kəndimiz işğal olana kimi.

Baş mühasib işləyənlər;

1 Ağayev Allahverdi Muxtar oğlu - - - - - - - 1950-57-cı illər;

2. Abışov Xasay Məhərrəm oğlu - - - - - - - - 1957-65-ci illər;

3. İmanov Fərhad Eyvaz oğlu - - - - - - - - - 1965-78-ci illər;

4. Qurbanov Yusif Hüseyn oğlu - - - - - - - - 1978-93-cü illər.

Horadiz kənd sovetinin sədri olanlar:

  1. Namazalıyev Bayramalı Fərzalı oğlu - - - 1935-39-cu illər;

  2. Fərəcov Cəlil Allahverdi oğlu - - - - - - - - 1939-49-ci illər;

  3. Bəylərov Hüseyn Nəcəfqulu oğlu - - - - - 1949-52-ci illər;

  4. Rzayev Vəli Əli oğlu - - - - - - - - - - - - - - 1952-53-cü illər;

  5. Cəfərov Məhəmməd Xanlar oğlu - - - - - - 1953-66-cı illər;

  6. Sultanov Ədil Muxtar oğlu - - - - - - - - - - 1966-75-ci illər;

  7. İsmayılov Vəli Məhər oğlu - - - - - - - - - - 1975-79-cu illər;

  8. Kazımov Həbib Əyyub oğlu - - - - - - - - - -1979-92-cü illər;

Füzuli rayon İcra hakimiyyətinin,

Horadiz kəndi üzrə nümayəndəli­yii:

9. Cəfərov Qulu Məhəmməd oğlu - - - - - - - 1992-93-cü illər.

10. İbrahimov Vəli Cabbar oğlu - - - - - - - 1993-2010-cü illər;

11. Ağayev Rasim Muradxan oğlu - - - - - 2010-cü il avqustdan.
Kənd Soveti katibləri:

1. Namazalıyev Heydar Muxtar oğlu - - - - - - 1939-42-ci illər;

2. Həsənov Əyyub İmran oğlu - - - - - - - - - - 1942-47-ci illər;

3. Məmmədov Həsən Möhsün oğlu - - - - - - - 1947-74-ci illər;

4. Mehdiyev Vəli Əliş oğlu - - - - - - - - - - - - - 1974-75-cu illər;

5. Mehdiyeva Qənirə Hətəm qızı - - - - - - - - - 1975-94-ci illər;

6. Cəfərov Əliş Tehran oğlu - - - - - - - - - - - - 1994-cı ildən hal-hazıra kimi Füzuli rayon İcra hakimiyyətinin, Horadiz kənd nüma­yəndəliyində mühasibdir.

HORADİZ ÜZÜM SAHƏLƏRİ
Horadiz kəndinin üzüm becərilən sahələri – cəmi 650 hektar idi.

Bu sahələr: - Bakı Naxçıvan dəmir yolu ilə Bakı Zəngilan şosse magistral yolu arasında və Horadiz stansiyası ilə Cocuq Mərcanlı kəndinin sahələri arasında olan ərazidə yerləşirdi. Bu sahə 21 icarəçi arasında bölünmüşdü;




  1. Mehdiyev Vəli Əliş oğlu - - - - - - - 30 hektar;

  2. Abışov Tofiq Məhəmməd oğlu - - - 36 ---*---;

  3. Sultanov Müzəffər Temir oğlu - - - 46 ---*---;

  4. İsmayılov Əyyub Şükür oğlu - - - - 50 ---*---;

  5. Orucov Eldar Əmir oğlu - - - - - - - 30 ---*---;

  6. Abbacov Əli Hüseyn oğlu - - - - - - 40 ---*---;

  7. Mehdiyev Ənvər Yaqub oğlu - - - - 22 ---*---;

  8. Məhərrəmov Rüstəm Mösü oğlu - - 40 ---*---;

  9. Orucova Mədinə Vəli qızı - - - - - - - 26 ---*---;

  10. İsmayılov Vəli Məhər oğlu - - - - - - 35 ---*---;

  11. Namazov Namaz Əyyub oğlu - - - - 26 ---*---;

  12. Mehdiyev Həmid Cəlil oğlu - - - - - - 35 ---*---;

  13. Əliyeva Zeynəb Aqil qızı - - - - - - - - 30 ---*---;

  14. Quluyev Hilal Əbülfət oğlu - - - - - - 30 ---*---;

  15. Novruzov Fərzalı Əsəd oğlu - - - - - 24 ---*---;

  16. Məmmədova Təranə Təbriz qızı - - - 36 ---*---;

  17. Şükürov Abbasqulu Xudu oğlu - - - 27 ---*---;

  18. Soltanov Ramiz Məhəmməd oğlu - - 30 ---*---;

  19. Məmmədov Şakir Cahangir oğlu - - 28 ---*---,

  20. Ağayev Əhəd Muxtar oğlu - - - - - - - 29 ---*---,

  21. İmanov Bahadur Hümbət oğlu - - - - 46 ---*---.

Dördçinar kəndin üzüm becərilən cahələri – cəmi 65 hektar idı.

Bu sahələr – Dördçinar və Hüngütlü kəndlərinin sıra təpəlikləri arasında və Dördçinar kəhrizi ilə Musabəyli kənd bağları arasında olan sahədə yerləşir.



  1. Rüstəmov Musa Aslan oğlu - - - - - - - 35 hektar;

  2. Mahmudova Püstə Şirxan qızı - - - - - 30 hektar.

Horadiz “Qurban Namazalıyev” adına kolxozun iqtisadiyya­tın­da digər təsərrüfatların da böyük rolu vardır. O cümlədən: taxılçılıq, üzümçülük, baramaçılıq, maldarlıq, süd, ət və yun istehsalları əsas yer tuturdu.

Təkcə 1992-ci ilin göstəricilərinə müraciət etsək görərik ki, Horadiz “Qurban Namazalıyev” adına kolxoz (1991-ci ilə qədər “Rusiya” kolxozu) Füzuli rayonunda ən yüksək nəticələrə nail olmuşdur.




S.s

məhsulun adı

dövlət planı

faktiki

faizlə verilib

plandan əlavə

1.

Üzüm

8000t

12000t

150%

4000t

2.

Taxıl

2500t

2620t

104%

120t

3.

Barama

22t

22,5t

102,5%

500kq

4.

ət

80t

83t

103,7%

3t

5.

Süd

450t

463t

02,8%

13t

6.

Yun

8t

8,5t

106,2%

500kq


1992-ci ildə Horadiz “Qurban Namazalıyev” adına kolxozunun təsərrüfatında aşağıdakı heyvanların, avtomobillər, traktorlar və aqreqatların sayı göstərilir:

  1. Qaramal - - - - - - - - - - - 1000 baş,

  2. Qoyun - - - - - - - - - - - - -4500 baş,

  3. Avtomobil - - - - - - - - - - - -35 ədəd,

  4. Traktor –(tırtıllı) - - - - - - - 12 ədəd,

  5. Kombayn - - - - - - - - - - - - - 8 ədəd,

  6. Belorus” traktoru - - - - - - 3 ədəd,

  7. T-28” traktoru - - - - - - - -28 ədəd,

  8. Otbiçən - - - - - - - - - - - - - - 4 ədəd,

  9. KUS-4” kip vuran - - - - - - 1 ədəd,

  10. Müxtəlif aqreqatlar - - - - -10 ədəd,

1992-ci ilə qədər kolxoz sədri işləmiş Əkrəm Mehdiyevin dediklətinə ğörə 1992-ci ilin noyabrın 1-nə kolxozun 12 milyon rubl gəliri olmuşdur.

1992-ci ildə Füzuli rayonunda ilin yekununa görə Horadiz “Qurban Namazalıyev” adına kolxozu rayonun qabaqcıllar sırasında olmuşdur.

1989-cu ildə SSRİ Nazirlər Sovetinin Zaqafqaziya üzrə kura­toru (təhkimçisi) Y.Tişşenko Horadiz kolxozunun üzüm planta­siyalarına baxış keçirərkən, üzüm sahələrimiz onu valeh etmişdir. O, üzüm sahələrini gəzərkən belə bir fikir söyləmişdi: -

Mən dünyanın əksər ölkələrində, hətta Amerika Birləşmiş Ştatlarında da olmuşam və belə barlı-bərəkətli üzüm plantasiyası heç bir yerdə görməmişəm.”.

Kolxoz idarə heyəti başda sədr Əkrəm Mehdiyev olmaqla, öz təşəbbüsləri ilə qərar qəbul edib Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi qarşısında 1992-ci il üzüm məhsulunu saxlamaq üçün, soyuducu anbarını tikilməsini xahiş edilmişdi.

Lakin mənfur ermənilərin Qarabağ hadisələri və 3 sentyabr 1993-cü il Horadiz kəndimizin işğalı, bütün plan və arzularımızı həyata keçirməyə imkan vermədi. Təəssüflər!

Ağrı-acılı kədərlərimizi artıran bu hadisələr çox təəssüf ki, hələ də davam edir. Xalqımızın başına açılmış Qarabağ müsibəti indi də bir çox məsələlərin həll olunmamasının əsas səbəbidir.



Bunlardan əlavə kənd zəhmətkeşlərinə, camaatımıza, ziyalıla­rımıza, sadə həyat tərzi yaşayan insanlarımıza heç bir ölçüyə sığ­mayan itkilər oldu. Belə ki, öz doğma torpaqlarını, ağır zəhmətlə tikdirdikləri evlərini, ev əşyalarını, həyətyanı bağlarını, doğmaların qəbirlərini, qohum-qonşularını, dost tanışlarını, bulaq və kəhriz­lərini itirdilər. Hələ bu az imiş kimi, anbarlarda qalan 1200 ton taxıl­larını, kolxoz əmlakı olan 1000 baş qaramalını, 4500 baş qo­yun-quzularını, traktor və kombaynlarını, avtomobillərini, mədə­niy­yət sarayını, xəstəxana və ambulatoriyasını, 2 məscidini, 1000-dən çox şagirdi və 82-ə qədər müəllimi olan 2 orta məktəb binasını,
2 kitabxanasını, 2 aptekini, 6 maqazalarını, 2 dəyirmanını, 650 hektar üzüm plantasiyalarını, 200 hektar Horadiz, 100 hektar Dördçinar üzüm və tut bağlarını, 2 məişət evini, poçtunu, Qozlu çay və Dəli çayını, ümumiyyətlə 5641 hektar barlı-bərəkətli torpaqla­rımızı, “İmamzadə” ziyarətgahımızı, ürək ağrısı ilə yad etdiyimiz anamız Horadizi, eləcədə Füzuli bankında olan halalca zəhmətlə qazandığımız 12 milyon rubl pullarımızı itirdik!
Əli Abbasovun briqadasında üzüm yığımı zamanı.


Yenə də bütün bu ağır günümüzə baxmayaraq, göydə Allahı­mıza ümidlə bağlanırıq, yerdə isə ulu öndərimiz Heydər Əliyevin tutduğu yolla gedən və bu yoldan dönməyən müdrik Prezidentimiz İlham Əliyev sülh siyasətini yeridərək Qarabağ düyününü bütün dünya ictimaiyyəti qarşısında açıb-araşdıracaq və işğal altında olan torpaqlarımızı qaytaracaq, qaçqın və köçgünlər öz doğma torpaqlarına qayıdacaqdır.

Əgər sülh yolu ilə alınmasa, bütün Azərbaycan xalqını yağı düşmənə qarşı, səfərbərlik elan edib “cihad” müharibəsinə qalxıb hamılıqla, öz doğma torpaqlarımızı yağı düşməndən, əsirlikdən, əsarətdən azad edib düşmən tapdağından qurtaracağıq!

İnşallah! Mübarək o günü görərik! Amin!!!.
Öz həmyerlimiz doğma yurdunu sevən Vüqar Zakir oğlu yazdığı şerində Horadiz kən­dimizi belə təsəvvür edir:




Vüqar Zakir oğlu



YER ÜZÜNDƏ HORADİZ

Yovşan ətri vururmu?

Quşlar yuva qururmu?

Kəndin kənarındakı,

O “Tək ağac” dururmu?

***

Hər obanın var daşı,

Elçi daşı, yar daşı.

Elimi xəbər alıb,

Dindirəydim “Kar daş”ı.

***

Salam, salam “Göl bağı”m,

Çiçək bağım, gül bağım.

Qürbətdə dən gəzirəm,

Ətrafı sünbül bağım.

***

Sinəsi dərd, çinarım,

Mərd elim, mərd çinarım.

Kölgəndə kimlər yatır,

Ay mənim “Dörd Çinar”ım?

***

Dumanım var, çənim var,

Taleyinə qənim var.

Kimlərə sübut edim –

Mənim də vətənim var?

***

Seyidin eli yandı,

Bağların gülü yandı.

Xan kəhriz” deyə-deyə,



Neçə sevgili yandı.

***


Mindiyim at yorğadı,

Ciblərim qoğurğadır

Sür gedək kəndə sarı,

Qarşımızda “Burğa”dir...

***


Gün əyildi, gün axdı,

Gün nalədi, gün ahdı.

Onu danmaq günahdı,

Bura çovğun, bura buz.

***

Ora çəmən, ora düz,

Göy üzündə Allahdır,

Yer üzündə Horadiz!

Yer üzündə Horadiz!...

***



Zahid Quluyev və Əvdil Ələkbərov

650 hektar keçmiş pambıq və sonralar üzüm sahələrimizdən olan bir parça çılpaq torpağımızın - Əhmədalılar kəndindən görünüşü-2008 il.
Yüklə 192,95 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə