Ənənəvi və interaktiv təlim metodları



Yüklə 204,38 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix23.05.2023
ölçüsü204,38 Kb.
#112255
növüDərs
1   2   3   4   5   6   7
Ənənəvi və interaktiv təlim metodları

İnternet resuslarından
məqsədyönlü istifadəyə geniş 
meydan açır. İnternet resursları təlimin əyaniliyinə, rahatlığa, mobilliyə zəmanət verir, təlim 
üçün zəruri olan əlavə informasiya mənbələrini seçməyə meydan açır. Aparılmış elmi 
tədqiqatların nəticəsi sübut edir ki, qrup şəklində təlim fərdi təlimlə müqayisədə daha yüksək 
nəticələr əldə etməyə imkan yaradır. Birgə iş şagirdlərin qabiliyyətlərinin inkişafına etibarlı 
təminat verir. Fəal və interaktiv təlimdə təlim diskusiyalarının təşkili, səmərəli istiqamətləndirici, 
təhrikedici suallar şagirdləri yeni bilikləri müstəqil fəaliyyət əsasında əldə etməyə yönəldir. Fəal 
təlimdə 
fasilitativ yanaşma
idraki və yaradıcılıq təlabatlarının tam təmin edilməsinə, şagirdlərin 
özünü reallaşdırma imkanlarının genişlənməsinə yol açır. Müəllim tərəfindən şagirdlərin 
fəaliyyətinin stimullaşdrılması, “yaxşı” və “pis” cavablandırma zamanı fərdi qiymətləndirmədən 
imtina edilməsi onların öz qüvvələrinə inamını və çalışqanlıq əzmini artırir. Hər bir şagird təlim 
prosesinin digər iştirakçıları ilə birgə fəal əməkdaşlığa qoşularaq daha səmərəli çalışmaqla 

kollektiv zəka
” məhsulu olan həll yolunun tapılmasına öz töhfəsini vermək üçün səylərini 
səfərbər edir. 
Fəal təlimdə şagird-tədqiqatçı, müəllim –fasilitator kimi çıxış etməli, şagirdlərin idrak 
fəallığı tədqiqatçılıq xarakteri kəsb etməli, onların biliklərin mənimsənilməsi prosesində 
bərabərhüquqlu subyekt rolunda iştirakı təmin olunmalıdır. Müəllim planlı və məqsədyönlü 
şəkildə siniflə əməkdaşlıq edərək problemli situasiyaları təşkil etməli, şagirdlər qarşısında 
tədqiqat xarakterli məsələlər qoymaqla, onların həllinə metodik kömək göstərməli, şagirdləri 
biliklərin müstəqil əldə edilməsi yoluna istiqamətləndirməlidir. 

fəal təlimdə müəllimin fasilitator kimi fəaliyyəti şagirdləri fəallaşdırmaq üçün təlim 
diskusiyalarının, dialoji qarşılıqlı təsirdə açıq mübahisə və mühakimələrin, məntiqi 
ümumiləşdirmələrin və yaradıcı təxəyyülün inkişafına stimul yaradır; 

fəal təlimdə qeyri-standart, strukturlaşmamış dərs tiplərinə -dərs-işgüzar oyunlar
yarış dərsləri, fantaziya dərsləri, dialoq dərlər, dərs-rollu oyunlar, dərs –konfranslar, 
inteqral dərslər və s. kimi təşkilati-didaktik strukturlara geniş instinad imkanları 
mövcuddur; 


- 4 - 

fəal və inteqrativ təlim məntiqi düşünmə, tənqidi təfəkkür, yaradıcı yanaşma və 
yaradıcı tətbiqetmə kimi idrak fəaliyyəti əməliyyatlarıın inkişafının motivləşməsinə 
stimul yaradır. 
Fəal təlimdə şagirdlərin fəal idrak mövqeyinin saxlanılması üçün psixoloji dəstək 
göstərilməli, sinifdə hörmət və inam mühiti daim saxlanılmalı, müəllim tərəfindən şagirdlərin 
stimullaşdırılması diqqət mərkəzində saxlanılmlıdır. Fəal əməkdaşlıq və birgə iş vərdişlərinin 
inkişaf etdirilməsi yolu ilə sosial birgəfəaliyət və birgə yaşayış qaydalarının mənimsənilməsinə
təminat verilməlidir. Bizim fikrimizcə, interaktiv metodların psixoloji konsepsiyası sistemli 
təhlil olunduqda, onun başlıca pradiqması –

Yüklə 204,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə