Ənənəvi və interaktiv təlim metodları



Yüklə 204,38 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix23.05.2023
ölçüsü204,38 Kb.
#112255
növüDərs
1   2   3   4   5   6   7
Ənənəvi və interaktiv təlim metodları

passiv, aktiv 

 interaktiv
olmaqla üç əsas qrupa ayrılır. 
Passiv təlim və ya ekstraaktiv təlim modelinin əsas xüsusiyyəti öyrənənlərin deyil, öyrədici 
mühitin fəallığının üstün olmasından ibarətdir. Bu, o deməkdir ki, şagirdlər təlim materiallarını 
bir-biri ilə ünsiyyətdə olmadan, heç bir yaradıcı məsələni həll etmədən müəllimin nitqindən və
dərslikdəki mətnlərdən öyrənirlər. Belə modelə nümunə olaraq məktəb mühazirəsi şəklində 
aparılan ənənəvi dərs formalarını misal göstərmək. Ənənəvi dərs modeli uzun illərdir ki, tətbiq 
olunsa da, dərsə verilən ən yeni tələblər belə onun strukturunda uşaqların fəallığını təlim edə 
bilməmişdir. 
Aktiv və ya interaktiv metodlar
isə bundan fərqli olaraq şagirdlərin müstəqilliyini 
və idrak fəallığını stimullaşdırmağa imkan yaradır. Bu təlim modeli adətən yaradıcı xarakterli 
ev tapşırıqlarının yerinə yetirilməsi və şagird-müəllim münasibətləri sistemində ünsiyyətin 
zəruriliyinin təmin olunması tələbi ilə şərtlənir. Bu modelin əsas çatışmazlığı ondan ibarətdir ki, 
şagirdlər öyrənmə subyekti kimi yalnız özləri üçün çalışır, onlar müəllimdən başqa prosesin 
digər iştirakçıları ilə heç bir qarşılıqlı təsirdə ola bilmirlər. 
Beləliklə, qeyd etmək olar ki, bu metod özünün birtərəfli istiqaməti, xüsusən müstəqil
fəaliyyət, özünütəhsil, özünütərbiyə, özünü inkişaf texnologiyaları üçün yetərli olsa da, qrupda 
təcrübə mübadiləsi və qarşılıqlı təsir bacarıqlarının inkişafını təmin edə bilmir. 
İnteraktiv təlimdə qrupda iştirakçıların sayı artanda, bu və ya digər dərəcədə 
kütləviləşəndə təlimin intensivliyi, hər bir iştirakçının faydalı iş əmsalı” aşağı düşür,
“Rengelman effekti” özünü göstərir. Kiçik qruplarda iş prosesində rəqabət mühiti hökm 
sürdüyündən qrup üzvlərinin bir-birinə münasibətinin psixoloji məziyyələri də dəyişir, əlaçılarla 
geridə qalan şagirdlərin münasibətlərində dəyişmələr yaranır

Yüklə 204,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə