“Əmrahbank” SƏhmdar banki açIQ



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə7/27
tarix02.04.2018
ölçüsü0,98 Mb.
#35808
1   2   3   4   5   6   7   8   9   10   ...   27

“ƏMRAHBANK”

 

SƏHMDAR BANKI

 

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 



 

 

31 DEKABR 2008-

CI İL TARİXİNƏ BİTƏN

 

İL ÜZRƏ 

 

MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)

 

(

Azərbaycan manatı ilə

 

14 



 

 

Əmlak və avadanlığın köhnəlməsi və qeyri-maddi aktivlərin amortizasiyası onların ilkin dəyərindən 



çıxılır  və  aktivlərin  faydalı  istismar  müddətləri  üzrə  silinməsi  nəzərdə  tutulur.  Köhnəlmə  və 

amortizasiya  aşağıdakı  illik  faiz  dərəcələrini  istifadə  etməklə  bərabər  hissələrə  bölünməklə 

hesablanır: 

 

Mebel və qurğular 



25% 

Kompüterlər və avadanlıq 

25% 

Nəqliyyat vasitələri 



25% 

Digər 


20% 

Qeyri-maddi aktivlər 

10% 

 

 



Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin balans dəyərləri onların bərpa dəyərlərindən artıq dəyərlə 

uçota alınıb-alınmadığını qiymətləndirmək üçün hər balans hesabatı tarixində nəzərdən keçirilir. Bərpa 

dəyəri  aktivin  satış  xərclərini  çıxmaqla  ədalətli  dəyəri  və  istifadə  dəyəri  arasındakı  ən  yüksək 

məbləğdir.  Balans  dəyəri  hesablanmış  bərpa  dəyərindən  artıq  olduğu  halda,  aktivlərin  dəyəri  bərpa 

dəyərinədək azaldılır, dəyərsizləşmə zərəri müvafiq dövrdə tanınır və əməliyyat xərclərinə daxil edilir. 

Dəyərsizləşmə zərəri qeydə alındıqdan sonra əmlak və avadanlığın köhnəlmə xərclərinə qalıq dəyərini 

çıxaraq gələcək dövrlərdə aktivlərin balans dəyərini qalan faydalı istismar müddətlərinə bərabər şəkildə 

bölmək üçün (əgər varsa) düzəliş edilir. 

 

Vergi 

 

Mənfəət vergisi xərcləri cari və təxirə salınmış vergi xərclərinin cəmini əks etdirir. 



 

Cari  vergi  xərcləri  il  üzrə  vergiyə  cəlb  olunan  mənfəətə  əsaslanır.  Vergiyə  cəlb  olunan  mənfəət 

mənfəət  və  zərər  haqqında  hesabatda  göstərilən  vergidən  əvvəlki  xalis  mənfəətdən  fərqlənir,  çünki 

vergiyə cəlb olunan mənfəətə digər illərdə vergiyə cəlb olunan və ya tutulan gəlir və xərc maddələri 

daxil deyil, bundan əlavə o, heç vaxt vergiyə cəlb olunmayan və vergi tutulmayan maddələri özündə 

birləşdirmir. Bankın cari vergi xərcləri hesabat dövründə qüvvəyə minən vergi dərəcələrini istifadə 

etməklə hesablanır.  

 

Təxirə salınmış mənfəət vergisi öhdəlik metodunu istifadə etməklə balans hesabatı tarixində aktiv və 



öhdəliklərin  vergi  bazası  ilə  maliyyə  hesabatı  məqsədləri  üçün  onların  balans  dəyəri  arasındakı 

bütün fərqlər üzrə ödənilir və ya təmin edilir. Təxirə salınmış vergi aktivləri tutulan bütün müvəqqəti 

fərqlər  və  istifadə  olunmayan  vergi  zərərinin  gələcək  dövrlərə  keçirilməsi  üçün  tanınır.  Təxirə 

salınmış vergi aktivləri tutulmalı müvəqqəti fərqlərə və istifadə olunmayan vergi zərərinin gələcək 

dövrlərə keçirilməsinə qarşı yaranması ehtimal edilən vergiyə cəlb olunan mənfəət həcmində tanınır.  

Müvəqqəti  fərqlər  qudvildən  və  ya  digər  aktiv  və  öhdəliklərin  ilkin  tanınmasından  (şirkətlərin 

birləşməsindən başqa) vergi və ya maliyyə fəaliyyətinə təsir etməyən əməliyyat üzrə yaranırsa belə 

aktiv və öhdəliklər tanınmır. 

 

Təxirə  salınmış  vergi  aktivlərinin balans dəyəri hər balans hesabatı tarixində nəzərdən keçirilir və 



aktivlərin  bütün  hissəsini  və  ya  müəyyən  hissəsini  bərpa  etməsi  üçün  kifayət  qədər  vergiyə  cəlb 

olunan mənfəətin olacağı ehtimalı həcmində azaldılır. 

 

Təxirə  salınmış  vergi  -  öhdəliklər  üzrə  hesablaşmanın  aparıldığı  və  ya  aktivlərin  satıldığı  dövrdə 



tətbiq  edilməsi  gözlənilən  vergi  dərəcələri  ilə  hesablanır.  Təxirə  salınmış  vergi  mənfəət  və  zərər 

haqqında  hesabatda    xərc  maddəsi  kimi  göstərilir  və  ya  hesabatın  kredit  balansına  yazılır,  lakin 

təxirə salınmış verginin birbaşa kapitala və hesabatın kredit balansına yazıldığı hallar istisna təşkil 

edir, belə ki, bu halda təxirə salınmış vergi səhmdar kapitalı ilə bağlı olur.  




“ƏMRAHBANK”

 

SƏHMDAR BANKI

 

AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 



 

 

31 DEKABR 2008-

CI İL TARİXİNƏ BİTƏN

 

İL ÜZRƏ 

 

MALİYYƏ HESABATLARINA QEYDLƏR (DAVAMI)

 

(

Azərbaycan manatı ilə

 

15 



 

 

Təxirə  salınmış  mənfəət  vergisi  aktivləri  və  öhdəlikləri  aşağıdakı  hallarda  əvəzləşdirilir  və  balans 



hesabatında əks olunur: 

 



 

Bank  cari  mənfəət  vergisi  aktivlərini  cari  mənfəət  vergisi  öhdəliklərinə  qarşı  əvəzləşdirmək 

hüququna malik olduqda: və 

 



Təxirə  salınmış  vergi  aktivləri  və  təxirə  salınmış  mənfəət  vergisi  öhdəlikləri  eyni  vergi  orqanı 

tərəfindən eyni təşkilatdan tutulan mənfəət vergisinə aid olduqda. 



 

Azərbaycanda  Bankın  fəaliyyətinə  şamil  ediləcək  müxtəlif  başqa  vergi  növləri  də  mövcuddur.  Bu 

vergilər mənfəət və zərər haqqında hesabata əməliyyat xərclərinin komponentləri kimi daxil edilir.  

 

Banklara və digər kredit təĢkilatlarına ödənilməli vəsaitlər və müĢtəri hesabları  

 

Banklara və digər maliyyə təşkilatlarına ödənilməli vəsaitlər və müştəri hesabları ilk olaraq ədalətli 



dəyərlə tanınır. Daha sonra ödənilməli məbləğlər amortizasiya dəyəri ilə göstərilir və xalis mənfəətlə  

geri  alınma  dəyəri  arasındakı  hər  hansı  fərq  mənfəət  və  zərər  haqqında  hesabatda  effektiv  faiz 

metodunu istifadə etməklə borcların yarandığı dövr üzrə tanınır.  

 

Ehtiyatlar  



 

Ehtiyatlar Bank keçmiş hadisələr nəticəsində cari hüquqi və ya konstruktiv öhdəliyə malik olduqda, 

və  öhdəliyin  yerinə  yetirilməsi  üçün  iqtisadi  cəhətdən  faydalı  ehtiyatların  azalması  ehtimalı 

yarandıqda və öhdəlik düzgün qiymətləndirildikdə uçota alınır. 

 

VerilmiĢ maliyyə zəmanəti müqavilələri və akkreditivlər  

 

Bank tərəfindən verilən maliyyə zəmanəti müqavilələri və akkreditivlər iddiaçının zərərlərini bərpa 



etmək üçün ödənilən xüsusi ödənişlərdir. Bu ödənişlər müəyyən edilmiş borcalanın borc aləti üzrə 

ilkin və ya düzəliş edilmiş şərtləri üzrə ödəniş etmək imkanına malik olmadığından aparılır. Bu cür 

maliyyə  zəmanəti  müqavilələri  və  akkreditivlər  ilk  olaraq  ədalətli  dəyərlə  tanınır.  Daha  sonra  isə 

onlar  (a)  “Ehtiyatlar, şərti öhdəliklər və şərti aktivlər” haqqında  37 saylı  MUBS-a müvafiq olaraq 

ehtiyat  kimi  tanınmış  məbləğlə  və  (b)  ilk  olaraq  tanınmış  məbləğdən  verilmiş  maliyyə  zəmanəti 

müqavilələri və ya akkreditivlər üzrə əldə olunan ilkin mükafat məbləğinin yığılmış amortizasiyasını 

(müvafiq olduqda) çıxmaqla alınan məbləğ arasında daha yüksək olan məbləğ götürülməklə ölçülür.  

 

ġərti aktivlər və öhdəliklər  

 

Şərti  öhdəliklər  onlarla  bağlı  hesablaşma  üçün  maliyyə  vəsaitlərinin  azalması  ehtimalı  az  olduqda 

balans hesabatında tanınmır, lakin açıqlanır. Şərti aktivlər balans hesabatında tanınmır, lakin iqtisadi 

mənfəətin əldə olunması ehtimalı çox olduqda açıqlanır.     



 

Səhmdar kapitalı və adi səhmlər üzrə ödənilmiĢ mükafat  

 

Səhmdar kapitalı ilkin dəyər ilə tanınır. Adi səhmlər üzrə ödənilmiş mükafat əldə edilmiş vəsaitlərin 



buraxılmış səhmlərin nominal dəyərindən artıq olduğu məbləği əks etdirir.   

 

Adi səhmlər üzrə dividendlər kapitalda elan olunduqları dövrdə azalma kimi tanınır.  Balans hesabatı 



tarixindən sonra elan olunan dividendlər “Balans hesabatı tarixindən sonrakı hadisələr” haqqında 10 

saylı  MUBS-a  uyğun  olaraq  balans  hesabatından  sonrakı  hadisə  kimi  tanınır  və  müvafiq  qaydada 

açıqlanır. 

 



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə