Emitent hesabati



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix31.10.2018
ölçüsü0,75 Mb.
#77129
növüQaydalar
1   2   3   4   5   6   7   8

11.11.2014-cü il tarixində nizamnamə kapitalının həcminin 45 305 800 manatadək artırılması 

ilə bağlı nizamnaməyə əlavə və dəyişiklik edilmişdir.  

11.11.2014-cü il tarixində nizamnamə kapitalının həcminin 50 000 000 manatadək artırılması 

ilə bağlı nizamnaməyə əlavə və dəyişiklik edilmişdir.  

 

4.5. Emitentə və ya Emitentin törəmə və asılı şirkətlərinə məxsus Emitentin Qiymətli 

Kağızların miqdarı və nominal dəyəri. 

Mövcud deyil.  



 

5. Emitentin nizamnamə kapitalını təmsil etməyən buraxılışıları haqqında məlumat 

  

5.1.  Emitent  aşağıdakı  hallarda  nizamnamə  kapitalını  təmsil  etməyən  buraxılışıları 

haqqında ətraflı məlumat verməlidir:  

 

5.1.1. Son 3 (üç) il ərzində Emitent tərəfindən buraxılmış və onun nizamnamə kapitalını 

təmsil etməyən Qiymətli Kağızlar və onların buraxılışları haqqında məlumat;  

 

Qiymətli kağızların növü:  adi adlı istiqraz (avrobond) 

Qiymətli kağızların forması:  sənədsiz (sənədli sertifikat verilməsi imkan ilə) 

Hər bir qiymətli kağızın nominal dəyəri: 1000 (bir min) ABŞ dolları; 

Qiymətli kağızların yerləşdirilən miqdarı:   7000 ədəd (tam yerləşdirilmişdir); 

Qiymətli kağızlar buraxılışının ümumi məbləği:  7 000 000 (yeddi milyon) ABŞ dolları 

Qiymətli kağızların yerləşdirilən tarix: 27.02.2013;  

Başa çatma tarixi:  27.02.2016 

Hər bir qiymətli kağızla təsbit olunan hüquqlar:  

Azərbaycan  Respublikasının  vergi  qanunvericiyində  bəzi  dəyişikliklər  baş  versə,  Emitent 

tərəfindən qiymətli kağızlarının  müddəti bitmə tarixindən öncə geri almaq

Emitentin investorlarında hər  hansı bir dəyişiklik baş versə, İnvestorlar (Qiymətli Kağızların 

alıcısı) tərəfindən qiymətli kağızlarının  müddəti bitmə tarixindən öncə ödəmək

 

5.1.2.  Son  3  (üç)  ildən  əvvəl  buraxılmış  və  hal-hazırda  dövriyyədə  olan  nizamnamə 

kapitalını təmsil etməyən Qiymətli Kağızlar və onların buraxılışları haqqında məlumat. 

Mövcüd deyil  



 

6. Emitentin fəaliyyəti haqqında məlumat  

 

6.1. Emitentin və ya onun Aidiyyatı şəxslərinin kommersiya fəaliyyətinin təsviri. Bu cür 

təsvir aşağıdakıları daxil etməlidir:  

 

a) Emitentin, onun Aidiyyatı şəxslərinin ən azı son 3 (üç) maliyyə ili ərzində kommersiya 

fəaliyyətinin xülasəsi;   

Aidiyyatı şəxslərin heç bir kommersiya fəaliyyəti yoxdur. 

1992-cü  ildə  yaradılıb,  MuğanBank  ASC  bütün  maliyyə  göstəricilərinə  görə  Azərbaycanın  ilk 

20  ən  iri  banklarından  biridir.  Bank  44  filial  və  6  xidmət  şöbə  ilə  ölkə  ərazisini  geniş  əhatə 

edərək, Cari ilin strateji planina əsasən region filiallarının şəbəkəsini artırmaq, yeni innovativ 

məhsulları bazara təqdim etmək və yüksək gəlirliliyə nail olmaqdır. 

 



 

Muganbank Standards & Poors reytinq agentliyi tərəfindən B-/Stable/C B-/Positive/C    

 reytinqini almışdır.   

Muganbank la əməkdaşlıq edir:   

İctimai  qurumlarda  üzvlük:  Azərbaycan  Banklar  Assosiasiyası,  Azərbaycan  Respublikası 

Sahibkarlar  Təşkilatları  Milli  Konfederasiyası,  Azərbaycan-Türkiyə  İş  Adamları  Birliyi, 

Azərbaycan Risk Peşəkarları Assosiasiyası, Azərbaycan Mikro-Maliyyə Assosiasiyası. 

 



Ödəniş sistemlərində üzvlük: AzeriCard, SWİFT, AZIPS, XÖHKS, MasterCard International, 

Visa International. 

 

Təcili  pul  köçürmələri  sistemlərində  üzvlük:  Monex,  Western  Union,  Contact,  Leader, 



Blizko, Coinstar, Caspian Money Transfer. 

 



Agent  bank:  Sahibkarlığa  Kömək  Milli  Fondu,  Kənd  Təsərrüfatı  Nazirliyi  yanında  Kənd 

Təsərrüfatı Dövlət Agentlyi, İpoteka fondu. 

 

Maliyyə  infrastrukturlarında  üzvlük:  Bakı  Banklararası  Valyuta  birjası,  Bakı  Fond  Birjası, 



Əmanətlərin Sığorta Fondu. 

 



Beynəlxalq  əməkdaşlıq:  Beynəlxalq  Maliyyə  Korporasiyası,  World  Business  Capital  Inc., 

NASDAQ  OMX  Riga,  Dünya  Bankı,  OPİC,  USAİD,  ICD:  Özəl  Sektorun  İnkişafı  üzrə  İslam 

Korporasiyası, EBRD. 

 



Müxbir əlaqələr: Almaniya, Latviya, Rusiya, Avstriya, Litva, Qazaxıstan, Türkiyə, Gürcüstan 

və Ukraynanın 23 bankı ilə müxbir  əlaqələr  qurulmuşdur.  

 

      Muğanbankın  möhkəm  fiziki  və  hüquqi  şəxslərdən  ibarət  olan  müştəri  bazası  vardır.  



Bankın  kredit  portfeli  düzgün  bölünərək  istehsal,  kənd  təsərrufatı,  telekommunikasiya, 

tikinti, ticarət, turizm və digər sahələri əhatə edir.  

 

b)  Sonuncu  tam  maliyyə  ilinin  sonundan  başlamaqla,  Emitentin  kommersiya 

fəaliyyətinin inkişafına əhəmiyyətli təsir göstərə bilən amillər.  

Səhmlərin  əlavə  emissiyası  yolu  ilə  Nizamnamə  kapitalının  artırılması  bankın  likvidlik 

potensialını daha da möhkəmlədən amillərdəndir.  

 

6.1.1. Emitent tərəfindən istehsal olunmuş əsas məhsullar və göstərilmiş xidmətlər, bu 

məhsulların  yayılması  və  xidmətlərin  göstərilməsi  üsulları  və  məhsul  və  xidmətlər 

üçün əsas bazarlar

Bank  Azərbaycan  Respublikasının  maliyyə  bazarında  qanunvericiliyin  tələbləri  üzrə  maliyyə 

xidmətləri göstərir. Bakı şəhəri və respublikanın regionlarında hüquqi və fiziki şəxslərə bütün 

növ bank xidmətlərini təklif edir 

 

6.1.2.  Emitentin  aktivlərindən  mühüm  məbləğdə  investisiya  tələb  edən  və  ya  digər 

cəhətdən mühüm olan yeni məhsul buraxılışı və ya xidmət göstərilməsinə başlandıqda, 

həmin  məhsulun  və  ya  xidmətin  hansı  mərhələdə  olmasının  təsviri,  xammalın 

mənbələri və mövcudluğu;  

Emitentin investisiya tələb edən əsas aktivi emitentin mövcud kredit portfelidir. 



 

6.1.3. Emitentin fəaliyyətinin nə dərəcədə mövsümi olduğu və ya ola biləcəyi


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə