39
"Cəlilabad"filialına müdir vəzifəsinə
namizədin təyin edilməsi
30.01.2015
Leyhinə - 4
Əleyhinə - 0
40
"Şəmkir" filialına müdir vəzifəsinə
namizədin təyin edilməsi
13.03.2015
Leyhinə - 4
Əleyhinə - 0
6.8.2. Müşahidə Şurasının və ya Təftiş Komitəsinın (banklar üçün Audit Komitəsinin) və
ya İdarə Heyətinin üzvləri, onlar barədə məlumat;
Müşahidə Şurasının tərkibi haqqında məlumat:
Mehdiyev Elmir Maqbed oğlu; Müşahidə Şurasının sədri;
Göyüşov Urfan Rövşən oğlu; Müşahidə Şurasının üzvü;
Ələkbərov Şaiq Oqtay oğlu; Müşahidə Şurasının üzvü;
Emitentin İdarə Heyəri haqqında məlumat:
İdarə Heyətinin sədri: Həsənov Elmir Əlimərdan oğlu
İdarə Heyəti sədrinin 1-ci müavini: Cəlilov Rəsul Marajidinoviç
İdarə Heyəti sədrinin müavini: Qasımlı Etibar Qasım oğlu
İdarə Heyəti sədrinin müavini: İsmayılov Rasim Miskin oğlu;
Maliyyə Departamentinin direktoru - Sidneva Qalina Dmitriyevna;
Kredit Departamentinin direktoru - İsmayılov Samir Abas Qulu oğlu;
Kreditlərə Nəzarət Departamentinin direktoru - Allahverdiyev Şakir Nəsib oğlu;
Emitentin Audit Komitəsi haqqında məlumat:
Audit Komitəsinin sədri: Vəliyev Vüqar Nəriman oğlu;
Audit Komitəsinin üzvü: Məmmədzadə Veis Bəhram oğlu;
Audit Komitəsinin üzvü: Hüseynov Qabil Hüseyn oğlu;
6.9. Emitent üzərində Nəzarət haqqında məlumat.
6.9.1. Emitent şirkətlər qrupuna daxildirsə, qrupun qısa təsviri və Emitentin bu qrupda
tutduğu yeri haqqında məlumat;
Daxil deyildir.
6.9.2. Emitentin səsli səhmlərinin 10% (on faiz) və ya artıq faizinə sahib olan
səhmdarlar və həmin səhmdarların sahib olduqları səhmlərin sayı və ümumi səhm
sayına qarşı faiz nisbəti;
Soyadı adı ata adı
Miqdarı
(ədəd)
Sahib olduğu
səhmlərin
dəyəri (AZN)
Nizamnamə
kapitalındakı
payı (%)
Mehdiyev Elmir Maqbed oğlu
143846
28 769 200
63.50%
Vəliyeva Vəfa Əhməd qızı
27297
5 459 400
12.05%
Mehdiyev Maqbed Rəhim oğlu
29675
5 935 000
13.10%
Mehdiyeva Fəridə
25711
5 142 200
11.35%
6.9.3. Emitentə birbaşa və ya dolayısıyla nəzarət edən və ya edə bilən şəxslər haqqında
məlumatlar, o cümlədən, səsli səhmlərin nisbətinin göstərilməsi;
Məlumat 6.9.2 bəndində qeyd olunmuşdur.
7. Emitentin maliyyə vəziyyəti haqqında məlumatlar
7.1. Son 3 (üç) maliyyə ili ərzində hər bir Qiymətli Kağız üzrə ödənilmiş dividendlərin
və ya digər ödənişlərin məbləği;
Ödənilmiş dividendlərin 2014 ildə - 80 min.manat
Buraxılmış Borc Qiymətli kağızları üzrə faiz xərcləri (AZM)
2012-ci il: 448 min manat (AZN);
2013-ci il: 1 023 min manat (AZN);
2014-ci il: 1 831 min manat, (AZN)
7.2. Emitentin maliyyə vəziyyətinin və fəaliyyətinin nəticələrinin təhlili, maliyyə
hesabatları, son 3 (üç) maliyyə ili ərzində hər bir il üzrə konsolidə olunmuş şəkildə
Emitentin maliyyə vəziyyəti, maliyyə vəziyyətində dəyişikliklər və fəaliyyətinin
konkretləşdirilmiş nəticələri, xüsusən aşağıdakıların təsviri:
7.2.1. Pul vəsaitlərinin və maliyyə resurslarının mənbələri;
a) Pul vəsaitlərinin daxili və xarici mənbələrinin müəyyən edilməsi və təsviri;
2014
2013
2012
Qısamüddətli Borc
103 341
102 571
80 840
Uzunmüddətli Borc
242 779
169 769
153 532
Əlavə Kapital
5 421
4 803
4 601
b) Emitentin kapitalına əhəmiyyətli təsir göstərə bilən amillərin təsviri. Emitentin pul
vəsaitlərinin artması və ya azalması ilə nəticələnəcək və ya məntiqi baxımdan nəticələnə
biləcək təsiredici amillərin müəyyən edilməsi. Mühüm kəsir (defisit) müəyyən edildikdə, onu
aradan qaldırmaq üçün Emitentin gördüyü və ya görülməsini təklif etdiyi tədbirlər barədə
məlumat; Son üç maliyyə ili ərzində bölüşdürülməmiş mənfəətin həcmi aşağıdakı kimidir:
2014
2013
2012
Bölüşdürülməmiş
Mənfəət
5 421
4 803
4 601
c) Sonuncu maliyyə ilinin və cari ilin dövrləri üçün təqdim olunan maliyyə hesabatları
üzrə Emitentin maliyyə xərclərinə dair öhdəliklərinin təsviri və həmin öhdəlikləri
yerinə yetirmək üçün gözlənilən vəsait mənbələrinin müəyyən edilməsi.
Bankın maliyyə resurslarını səhmdarlar tərəfindən kapitala qoyuluş, fəaliyyətin nəticəsində
əldə olunmuş mənfəət, borc öhdəlikli qiymətli kağızların emissiyasi və diğər formada daxili və
xarici bazarlardan cəlb edilmiş əmanət və kreditlər təşkil edir. Bankın maliyyə resursları
fəaliyyət nəticəsində əldə olunmuş mənfəət, daxili və xarici mənbələrdən cəlb olunan əmanət
və kredit vəsaitləri hesabına formalaşmışdır.
Öhdəliklər
2014
2013
2012
Banklara, dövlətə və digər maliyyə
qurumlarına ödəniləcək vəsaitlər
164 803
120 105
164 803
Müştəri hesabları
181 317
152 235
181 317
Buraxılmış borc qiymətlı kağızları
21 078
10 747
21 078
Təxirə salınmış verqı öhdəlikləri
419
311
419
Carı gəlir vergisi öhdəlikləri
259
286
259
Digər öhdəliklər
2 729
3 307
2 729
Cəmi öhdəliklər
370 605
286 991
370 605
Şirkət öhdəliklərini kredit portfelinin toplanması nəticəsində ödəyir.
7.2.2. Fəaliyyətinin nəticələri:
a)
Mütəmadi fəaliyyətdən gələn gəlirlərə mühüm təsirə malik amillərin təsviri və
bu cür halların hər birində bu təsirin dərəcəsinin göstərilməsi:
2014–cü il ərzində bankin əldə etdiyi gəlirlərin ümumi strukturuna baxıldığında faiz
üzrə əldə olunmuş gəlirlər qeyri faiz gəlirlərinin həcmindən 4.41 dəfə çoxdur. Eyni
zamanda bankın aktivlərinin 68.26%-i kreditlərdə və 22.91% digər likvid aktivlərdə
saxlanması risklərin diversifikasiya olunmasının göstəricisidir. Bununla bərabər
kreditlərin sektorlar üzrə bölgüsü hərhansi sektorda yaranabiləcək problemlerin
ümumi faiz gəlirlərinə təsirini minimuma endirməyə hesablanmışdır.
b) Emitentin xalis və ya ümumi gəlirlərinin artması zamanı bu artımların satılan
məhsulların və göstərilən xidmətlərin qiymətindən, onların həcmində və ya
məbləğində olan artımlardan və ya yeni məhsul və xidmətlərin təqdim
edilməsindən nə dərəcədə asılı olduğu barədə məlumat: Bankın gəlirlərindəki
artım əsasən xidmətlərin həcmində və məbləğində həmçinin xidmətlərin maya
dəyərindəki dəyişıkliklərlə bağlıdır. Bu faktorlara nisbətdə yeni məhsul və xidmətlərin
ümumi gəlirlərin artımına təsiri nisbətən azdır.
ç) İnflyasiyanın və dəyişən qiymətlərin Emitentin gəlirlərinə təsirinin təsviri:
Yüksək inflasiyanın mövcud olduğu illərə nəzər salsaq, emitentin aktivlərin və
gəlirlərin həcmində artım müşahidə olunmuşdur.
8. Emitentin idarə edilməsi haqqında məlumat
8.1. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri\Baş Direktor haqqında
məlumat:
8.1.1. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri\Baş Direktoru
vəzifəsinə seçilmiş və ya namizədliyi irəli sürülmüş şəxslər barədə məlumat;
Mehdiyev Elmir Maqbed oğlu; Müşahidə Şurasının sədri; Emitentin nizamnamə kapitalında
payı: 143846 ədəd səhm 63,50%.
Göyüşov Urfan Rövşən oğlu; Müşahidə Şurasının üzvü; Emitentin nizamnamə kapitalında payı:
yoxdur
Ələkbərov Şaiq Oqtay oğlu;
Müşahidə Şurasının üzvü;
Emitentin nizamnamə kapitalında payı:
yoxdur.
Emitentin
İdarə Heyəti
haqqında məlumat:
İdarə Heyətinin sədri: Həsənov Elmir Əlimərdan oğlu; Emitentin nizamnamə kapitalında payı:
Yoxdu
İdarə Heyəti sədrinin birinci müavini: Cəlilov Rəsul Marajidinoviç;. Emitentin nizamnamə
kapitalında payı: Yoxdur
İdarə Heyəti sədrinin müavini: Qasımlı Etibar Qasım oğlu; Emitentin nizamnamə kapitalında
payı: Yoxdur
İdarə Heyəti sədrinin müavini: İsmayılov Rasim Miskin oğlu;; Emitentin nizamnamə
kapitalında payı: Yoxdur.
Maliyyə Departamentinin direktoru - Sidneva Qalina Dmitriyevna.Emitentin nizamnamə
kapitalında payı: Yoxdur
Kredit Departamentinin direktoru- İsmayılov Samir Abas Qulu oğlu; Emitentin nizamnamə
kapitalında payı: Yoxdur.
Kreditlərə Nəzarət Departamentinin direktoru - Allahverdiyev Şakir Nəsib oğlu; Emitentin
nizamnamə kapitalında payı: Yoxdur.
8.1.2. Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri/Baş Direktor arasında olan
qohumluq münasibətlərin xüsusiyyətləri haqqında məlumat;
Müşahidə Şurasının, İdarə Heyətinin üzvləri arasında qohumluq əlaqələri mövcud deyildir.
8.1.3. Yuxarıdakı bənddə göstərilmiş şəxslərdən hər birinin son 5 (beş) ildə iş
təcrübəsinin, o cümlədən, son 5 (beş) ildə əsas fəaliyyətinin təsviri, bu fəaliyyətin
həyata keçirildiyi şirkətin adı, əsas fəaliyyəti və bu şirkətin Emitentin ana şirkəti,
törəməsi və ya Aidiyyatı şəxsi olub-olmadığı haqqında məlumat;
Göstərilən şəxslərin son 5 (beş) ildə əsas fəaliyyətin həyata keçirilməsində dəyişiklik olmayıb.
8.1.4. Bu Əlavənin 8.1.1. bəndində göstərilmiş şəxslərin digər şirkətlərdə tutduğu
mühüm vəzifələr haqqında məlumat; Yoxdur
8.1.5. Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş Direktorun
bacarığını və dürüstlüyünü qiymətləndirmək üçün mühüm olan və son 5 (beş) ildə baş
vermiş aşağıdakı hadisələrin təsviri:
a) Bu şəxslərin rəhbərliyində təmsil olunduqları hüquqi şəxslərə qarşı müflisləşmə və
iflas haqqında qanunvericiliyə əsasən iddianın verilməsi;
Mövcud deyil
b) Bu şəxsin qəsdən törədlmiş cinayətdə təqsirli bilinməsi və ya onun barəsində qəsdən
törədilmiş cinayət əməli ilə bağlı istintaq hərəkətlərinin aparılması;
Mövcud deyil
c) Bu şəxsə qarşı məhkəmə və ya digər səlahiyyətli dövlət orqanları tərəfindən aşağıda
göstərilmiş fəaliyyət növləri ilə məşğul olmağın və ya vəzifələrin tutulmağının qadağan
edilməsinə dair qərar:
Mövcud deyil
(i) Qiymətli Kağızlara dair investisiya, anderrayter, zaminlik, broker, diler, sığorta,
bank, depozitari fəaliyyəti ilə məşğul olan şirkətlərdə Müşahidə Şurasının və ya İdarə
Heyətinin üzvü\Baş Direktoru vəzifəsini tutmaq; Yoxdur
(ii) Sahibkarlıq fəaliyyətinin hər hansı bir növü ilə məşğul olmaq.
Mövcud deyil
8.2. Emitent Hesabatında aşağıdakılar daxil olmaqla rəhbərliyin mükafatlandırılması
haqqında məlumat verilməlidir:
8.2.1. Adlarını çəkməmək şərtilə Müşahidə Şurasının və İdarə Heyətinin üzvlərinin\Baş
Direktorun sonuncu maliyyə ili ərzində hər hansı qismdə göstərdikləri xidmətlərə görə
Emitent və ya onun Aidiyyatı şəxsləri tərəfindən birgə mükafatlandırılması haqqında
məlumat. Bu cür məlumat əməkhaqqı, bonuslar, əməkhaqqı və ya bonus hesab
edilməyən digər illik mükafatları və ya uzunmüddətli mükafatlandırmaları əks
etdirməlidir.
Müşahidə Şurasının və Audit Komitəsinin üzvləri istisna olmaqla, mükafatlandırma ümumi
bank üzrə rübün nəticələrinə görə İdarə Heyətinin qərarı ilə aparılıb.
8.2.2. Emitentin və ya onun Aidiyyatı şəxləsinin Müşahidə Şurasının və İdarə Heyətinin
üzvlərinə\Baş Direktora hər-hansı təminatın və digər imtiyazların ödənilməsi üçün
sonuncu maliyyə ili ərzində ması nəzərdə tutulmuş vəsaitin məbləği;
Mövcud deyil
8.3. Son 3 (üç) maliyyə ili ərzində Emitentin Müşahidə Şurasının və İdarə Heyətinin
üzvlərinin\Baş Direktorun onların digər fəaliyyəti ilə əlaqədar Emitentin hər hansı
əməliyyatlarında birbaşa və ya dolayısıyla maraqlı olduqları halda, həmin əməliyyatlar
haqqında məlumat verilməlidir. Bu məlumatda şəxslərin adı, Emitentdə tutduğu
vəzifəsi, onların əməliyyatda olan maraqlarının xüsusiyyəti, bu cür əməliyyatların
məbləği və lazım gəldikdə həmin şəxslərin bu əməliyyatlarda maraqlarının məbləği
göstərilməlidir.
Mövcud deyil
8.4. Emitent son 5 (beş) ildə dövlət qeydiyyatına alındıqda, Emitent Hesabatında
təsisçilərin adları, Emitentin təsisçiləri barədə məlumat.
Mövcud deyil
9. Qiymətli Kağızın təklifi
9.1. Emitent tərəfindən Qiymətli Kağızın təklifi olduqda, Emitent Hesabatında aşağıdakı
məlumat verilməlidir:
9.1.1. Təklif olunan Qiymətli Kağızın miqdarı:
Hər birinin nominal dəyəri 200 (iki yüz) manat olan 25 000 (iyirmi beş min) ədəd adi
səhmlər sənədsiz adlı.
9.1.2. Təklif olunan Qiymətli Kağızın satılmasına və/və ya yerləşdirilməsinə əsas verən
sənədlər (qərar, müraciət və s.), Səhmdarlar tərəfindən üstünlük hüququndan istifadə
və bu hüququn məhdudlaşdırılması və ya ləğvi halları olduqda, bu cür halların xülasəsi;
Səhmdarların ümumi yığıncağının 25 may 2015-ci il tarixli, 40/1№-li qərarı (protokol № 1).
9.1.3. Təklif olunan qiymət, təklifin müddəti və qiymətin ödənilmə qaydası;
Səhmlərin nominal dəyəri 200 manat təşkil edir.
Səhmlərin emissiyası haqqında qərar qəbul edilən zaman Emitentin səhmdarlarına
nizamnamə kapitalında paylarına mütənasib miqdarda yerləşdirilir. Bu barədə hər bir
səhmdara Emitent tərəfindən rəsmi bildiriş göndəriləcək.
Səhmlərin yerləşdirilməsinin başlanma tarixi:
Səhmlərin yerləşdirilməsi səhm buraxılışı dövlət qeydiyyatına alındıqdan sonra,
Emissiya prospektində olan məlumatların açıqlanması başlandığı tarixdən etibarən 15 (on
beş) təqvim günü bitdikdən dərhal sonra başlayacaq. Emissiya prospektində olan
məlumatların açıqlanması tarixi, bu barədə məlumatın “BFB” QSC-nın İnternet şəbəkəsində
olan rəsmi səhifəsində (www.bse.az) dərc olunduğu tarix hesab olunur.
Səhmlərin yerləşdirilməsinin başa çatma tarixi:
Səhmlərin yerləşdirilməsinin başa çatma tarixi səhmlərin yerləşdirmənin başlandığı
gündən etibarən 1 (bir) il sonra;
Səhmlərin alqı-satqısı üzrə əqdlər “BFB” QSC-nın ticarət meydançasında, “Bakı Fond
Birjasında qiymətli kağızlarla ticarətin Qaydaları”na müvafiq olaraq “BFB” QSC-nın
ticarət sistemi vasitəsilə səhmlərin alqısı barədə “BFB” QSC-nın üzvləri tərəfindən
verilmiş sifarişlərin icrası yolu ilə bağlanır.
Səhmlərin dəyəri nağdsız və/və ya nağd qaydada manatla ödənilir.
9.1.4. Qiymətli Kağız Emitent tərəfindən təklif edildikdə, Qiymətli Kağızın satışından
əldə olunan gəlirin Emitent tərəfindən hansı əsas məqsədlər üçün istifadə olunacağı və
hər bir məqsəd üçün istifadə olunacaq təxmini məbləğ. Gəlirin və ya onun mühüm
hissəsinin istifadəsi üçün Emitentin heç bir xüsusi planı olmadıqda, bu barədə
məlumat.
Səhmlərin yerləşdirilməsindən əldə ediləcək vəsaitlər Bankın inkişaf strategiyasına
uyğun olaraq, maliyyə sabitliyi və dayanıqlığı potensialının daha da gücləndirilməsi, habelə
Bankın maliyyə vasitəçiliyi və iqtisadiyyatı dəstəkləmək imkanlarının daha da
genişləndirilməsi və effektivliyinin yüksəldilməsi məqsədi ilə nizamnamə kapitalının
artırılmasına yönəldilir.
İdarə heyətinin Sədri E.Ə.Həsənov
Dostları ilə paylaş: |