80
Azərbaycan
geosiyasətinin
gələcək
perspektivləri
və
onları
formalaşdıran vasitələr
Ölkə daxilində iqtisadi istiqamətdə,
-ölkənin daxili geosiyasi gücünü, nüvəsini artırmaq, bu baxımdan,
-texno-millətin formalaşması və aralıq geosiyasi məkanda yüksək
texnologiyalar mərkəzinə çevrilmək -burada enerji sərmayələri təkrar olaraq
ölkənin sənaye sahələrinə yatırıla bilər;
-ölkəni informasiya texnologiyaları istehsal edən mərkəzə çevirmək;
-ölkədə iqtisadi dinamik aktivliyi qorumaq və işsizliyin qarşısını almaq
məqsədilə “beynəlxalq şəhərlər” və “beynəlxalq mədəniyyət mərkəzləri”
tikintisini həyata keçirmək;
-ölkəni regional (Qafqaz-Xəzər regionu) banklar mərkəzinə çevirmək və
əhalinin banklardan asılılığını artırmaq;
-xarici ölkə vətəndaşlarının depozitlərinin daha çox cəlb etmək siyasətini
həyata keçirmək;
-Mərkəzi Asiya regionunun və digər geosiyasi istiqamətlərdəki
məkanların (məsələn, İran, Türkiyə, Asiya vətəndaşlarının və digər ölkələrin
fiziki və hüquqi şəxslərinin) maliyyə resurslarını maksimum səviyyədə
ölkəyə cəlb etmək;
-ölkə daxilində milli valyuita ilə yanaşı, digər valyutaların da paralel
işləməsini təmin etmək;
-milli valyutanı hələlik beynəlxalq valyuta olan ABŞ dolları ilə eyni
kursda saxlamaq və ABŞ dollarının da ölkə daxilində alış-satış vasitəsi kimi
istifadəsini təmin etmək;
-dövlətin özünün iştirak etdiyi iqtisadiyyat sektorunu gücləndirmək və
azad sahibkarlığı tarazlı şəkildə inkişaf etdirmək;
-ölkəyə turistləri cəlb etmək çalarlı mədəniyyət tədbirlərini (məsələn,
“Novruz paradlarını” təşkil etmək) həyata keçimək və s.
Ölkə daxilində -siyasi istqamətdə,
-beynəlxalq aləmi cəlb edə biləcək rasional cəmiyyətin yaranmasını təmin
etmək;
-ölkəni regionda beynəlxalq təşkilatlar mərkəzinə və beynəlxalq
konfranslar mərkəzinə çevirmək;
-miqrasiya siyasətini sadələşdirmə yolu ilə təkmilləşdirmək və vizalar
məsələsini sadələşdirmək və s.
Ölkə xaricində -iqtisadi istiqamətdə,
-xarici ölkələrin (Rusiya, Türkiyə, İran, Gürcüstan, Şərqi Avropa,
Mərkəzi Asiya və s. ölkələrin) makroiqtisadi mühitində təsir imkanları əldə
81
etmək, bu ölkələrin sənaye sahələrində və bank sektorlarında nüfuzlar əldə
etmək;
-Azərbaycan banklarının xarici ölkələrdə fəaliyyətinə çalışmaq;
-Rusiya bazarında böyük nüfuzlar qazanmaq və Qafqaz bölgəsində
sərmayələr yatırmaq, ümumiyyətlə, iqtisadi sferanı genişləndirmək;
-sadələşdirilmiş gömrük siyasətini həyata keçirmək və azad gömrük
zonalarının yaranmasına çalışmaq;
-azərbaycanın milli valyutasının işləmə diapazonunu genişləndirmək;
-texno-azərbaycanlı insanın potensialını yaratmaq və xaricə ixrac etmək və s.
Ölkə xaricində -siyasi istiqamətdə,
-
diaspora və lobbiçilik fəaliyyətini gücləndirmək;
-xarici ölkələrdə “azəritaunların” yaradılmasına çalışmaq;
-xarici ölkələrin ali məktəblərində və elm mərkəzlərində çalışan
azərbaycanlıların sayının çoxalmasını təmin etmək;
Sözügedən vasitələr və istiqamətlər Azərbaycanın regionda geosiyasi
mövqeyinin artmasına şərait yaradar və aralıq geosiyasi məkanda güclü
dövlətlərin genişlənən maraq sferalarında “əzilməsi”nin qarşısını alar.
Avropa Türkiyədən nə istəyir -beynəlxalq təzyiqlərin köklü səbəbləri
(XXI əsrin reallıqları kontekstindən yanaşma)
Zaman dəyişir, əsr dəyişir, lakin beynəlxalq münasibətlərdə təzyiq
metodları köklü olaraq, ruhən və materila baxımından tam da dəyişmir.
Özünün elə baza (klassik) mahiyyətini trayektorik formada, şaxələnmə ilə
ötürə-ötürə davam edir. Qloballaşma dövründə artan güc amilləri özü ilə
təzyiqin üsullarını və tərkibini də artrırır. Düzdür, artıq qlobal müharibələr
yoxdur, lakin qlobal rəqabət və buna müvafiq qaydada qlobal və regional
təzyiq üsulları və vasitələri vardır. Qlobal təzyiq üsulları özünü regional
müharibələrdə göstərir. Dünya iqtisadi və maliyyə böhranları da rəqabətin
şəbəkəli əsaslarını ortaya qoyur.
Bu gün müxtəlif gücə malik olan dövlətlər arasında onların güclərinə
müvafiq olaraq təzyiqlər də miqyaslanır. Məsələn, Ruisya Avropa İttifaqına,
Avropa İttifaqı Rusiyaya, Rusiya ABŞ-a, ABŞ Rusiyaya, Rusiya Türkiyəyə,
Avropa İttifaqı Türkiyəyə öz təzyiqlərini edir və üsul olaraq müxtəlif
vasitələrdən yararlanır. Burada tarixi aspektlər də mühüm rol oynayır və tarixi
hadisələr qabardılır və sanki, öz “yerinə oturtmaq” funksiyasını daşıyır.
Məsələn, “erməni soyqırımı”, yahudi holokostu, İkinci Dünya müharibəsinin
nəticələri bu kimi amillər sırasında yer alır. Böyük dövlətlərin qarşılıqlı təzyiq
metodları içərisində Türkiyəyə qarşı Avropanın, ABŞ və Rusiyanın da