74
İngilis dünyası, Rus-slavyan dünyası, Türk –islam dünyası, Ərəb-islam
dünyası, Latın Amerikası dünyası, Çin və Hindistandan ibarət buddizm və
hinduizm dünyası, Avropada Fransa və Almaniya (Mərkəzi Avropa dünyası)
idarəçilər kimi dünya düzəninin avanqard elementlərini təşkil edəcəklər və
onlar arasında rəqabət mübarizəsi dünyanı siyasi palitrasını yaradacaq. Bu
məsələdə “siyasi heliosentrzim” böyük prinsipə çevriləcək. Dünya
müharibəsinin baş verməsi risqlərinin meydana gələ biləcəyi regionlar
formalaşacaq.
Konkret proqnozlar
-Avropa İttifaqı indiki formasını itirəcək, salvyanlar, xüsusilə,
pravoslav slavyanlar Rusiyanın təsiri ilə bu qurumu tərk edəcəklər və
Rusiya orbitinə daxil olacaqlar. Almaniya və Fransanın da istəyi bundan
ibarətdir;
-NATO-dan slavyanlar çıxacaqlar və Rusiya tərəfə üz tutacaqlar;
-Bolqarıstan Rusiya tərəfindən siyasi təqiblərə məruz qalacaq, sanki
cəzalandırılacaq;
-Polşa, Çexiya və Slovakiya da Rusiyanın cəzasına məruz qalacaq;
-NATO (ABŞ) bazaları bu ölkələrdən çəkiləcək;
-İngilis dünyası dünya okeanlarında hökmranlıq edəcək;
-Latın Amerikası dünyası Atlantik okeanının cənub akvatoriyalarına
nüfuz edəcək;
-Latın Amerikası Avropadakı Latın dünyası ilə birləşəcək;
-Afrika bölünmüş vəziyyətdə qalacaq;
-Ərəb dünyası əsasən ingilis dünyasının təsirində qalacaq;
-Rusiya ərəb dünyasında qismən təsirli dövlətə çevriləcək və xüsusilə,
Aralıq dənizi ətrafındakı Ərəb ölkələri ilə qismən yaxınlıq vəziyyətində
olacaq;
-Rusiya iqtisadi cəhətdən çox güclənəcək;
-Çin regional dövlət kimi böyük təsirləri əlində saxlayacaq;
-Çin ilə Rusiya çox vaxtlarda yaxınlaşacaqlar və Əfqanıstandan ABŞ
və Qərbin hərbi qüvvələrini çıxaracaqlar;
-Mərkəzi Asiyanın türk dünyası Rusiya ilə yaxınlıq vəziyyətində
olacaq;
-Çin-Rusiya-Türk dünyası birliyi yaradılacaq;
-Slavyan-Türk dünyası birliyi yaradılacaq;
-“Avrasiya” ittifaqı, “Şanxay Əməkdaşlıq Təşkilatı”, “BRİCS”
formatı Rusiya, Çin, Türkiyə, Hindistan, İran, Braziliya kimi
oyunçuların siyasətini ingilis dünyasına qarşı çevirəcək;
-İran baza olaraq türk-slavyan dünyası ittifaqına yaxın olacaq, Çin-
türk dünyası-Slavyan dünyası ittifaqında aralıq mövqe tutacaq;
-İran burada həm də ingilis dünyası ilə türk-slavyan dünyası
arasında aralıq oyunçuya çevriləcək. (Ola bilər ki, ingilis dünyası (ABŞ)
75
İ
rana türk –slavyan dünyasında aralıq mövqe tutmaq üçün nüvə silahını
versin);
-Türkiyə Rusiya ilə yaxınlaşacaq və ittifaq yaradacaqlar;
-Türkiyə ola bilər ki, Rusiyadan nüvə silahı əldə etsin;
-Türkiyə Rusiyanın dəstəyi və təşəbbüsü ilə “Avrasiya” ittifaqına və
“BRİCS” formatına daxil ola bilər;
-Türkiyə-İran yaxınlaşması baş verəcək;
-Qafqaz bölgəsi slavyan-türk dünyasında yer alacaq;
-Azərbaycan və Gürcüstan “Avrasiya” ittifaqına daxil olacaqlar;
-Ukrayna tamamilə Rusiya orbitində qalacaq;
-Türkiyə Rusiya üçün Ərəb dünyasına təsir edən dövlət olacaq;
-Rusiyada arta biləcək türklərin hesabına rus dilində danışan
türklərin sayı çoxalacaq;
-Rusiya Çinin regional təsirinə qarşı öz ərazisini kiçik xalqlarla
dolduracaq;
-XXI əsrdə Rusiya dünyanın ən böyük miqrasiya mərkəzinə
çevriləcək;
-Fransa və Almaniya Avropa gücləri olaraq ingilis və slavyan
dünyaları arasında oyunçuya çevriləcəklər;
-Fransa və Almaniya ingilis dünyasının təsirlərinə qarşı Latın
Amerikası dünyasından və slavyanlardan istifadə edəcək;
-Türkiyəni Fransa və Almaniya Rusiya tərəfə yönləndirəcək;
-Rusiya miqrantlar hesabına qarışıq dinlərin ən böyük dövlətinə
çevriləcək;
-Miqrantlar hesabına rus dilində danışanların sayı çoxalacaq. Asiya
ölkələrindən Rusiyaya böyük axın olacaq. İkinci axın isə slavyanlardan
ibarət olacaq;
-ABŞ valyutası dünya valyutası kimi öz əhəmiyyətini itirəcək və s.
Azərbaycanın geosiyasəti: əsas istiqamətlər və vasitələr
(ümumiləşdirilmiş təhlil)
Heç bir dövlət inteqrasiyanı, imkanların yaratdığı səviyyədə əməkdaşlığı
və tərəfdaşlığı özündə əks etdirən müasir qloballaşma şəraitində təcrid
olunmuş vəziyyətdə öz mövcudluğunu təmin etmək iqtidarında deyil. Ancaq
dövlətlərin inteqrasiya, tərəfdaşlıq və əməkdaşlıq əlaqələri onlar arasında fərqli
münasibətlərin yaranmasını zəruri edir. Fərqli münasibətlər də fərqli
potensialdan (resursların yaratdığı imkanlardan) meydana gəlir. Dövlətlərin
güclərinə görə bölünməsi beynəlxalq əlaqələrin təbii bir prosesinə çevrilir.
Məkanlar üzrə geosiyasət öz rüşeymini məhz əlaqələrdəki fərqli
imkanlardan və güclərin fərqli olmasından götürür.
Fərqli güc
məkanlardakı resursları da fərqli əsaslarla hərəkətdə saxlayır. Hərəkətlər
əlaqələr fonunda müxtəlif təsir imkanlarını ortaya qoyur.