78
Azərbaycanın mövcud durumdakı geosiyasətinin formasına iki
aspektdən yanaşmaq olar:
birincisi, Azərbaycanın özünün sərhədlərindən
kənar məkanlar və məkanlardakı strukturlar üzrə geosiyasi maraq dairəsi -
buraya ölkənin regionda və regiondan kənarda formalaşdırdığı geosiyasi
məkanlar aiddir. Məkanlardakı geosiyasi vasitələr və onların imkanları
dövlətlərin geostrateji maraq sferalarını təşkil edir. Azərbaycanın tranzit
mövqeyi və transmilli korporasiyası (SOCAR) bu istiqamətdə makro təsirlər
etməkdədir. Regional enerji layihələri də geosiyasətin makro formasını
yaradan elementlər kimi əhəmiyyət kəsb edir; ikincisi, Azərbaycan üzərində
formalaşan geosiyasət. Buraya isə Azərbaycana diqqət göstərən kənar ölkələrin
strateji maraqları aid olur. Strateji maraqlara iqtisadi, mədəni, hərbi sahələr
aid olunur. Əgər biz regional geosiyasi məkanı xarici ölkələrin maraq
istiqamətləri üzrə xəyali olaraq dairələrə alsaq, onda belə qənatə gələ bilərik ki,
Azərbaycan xarici ölkələrin dairələrində öz dairəsini böyütmək siyasətini
həyata keçirir. Bu böyüyən dairə də öz növbəsində xarici dairələrin kəskin
şəkildə toqquşmasının və ölkəni tamamilə əhatə etməsinin qarşısını alır.
Ölkənin geosiyasi nüvəsi xarici ölkələrin periferik geosiyasətinə qarşı sanki bir
sipər rolunu oynayır. Buradan da ölkənin regional təhlükəsizliyinin təmin
olunması məsələləri müəyyən qədər həll olunmuş olur. Hər iki istiqamət
Azərbaycanın geosiyasi mövqeyini və statusunu müəyyən edir. Deməli,
geosiyasi mövqe və geosiyasi status ölkənin regional geosiyasətini
formalaşdıran istiqamətlərdəndir.
Azərbaycan dövləti bu iki xüsusiyyət, iki istiqamət arasında müəyyən bir
mövqe tutur. Azərbaycan özünün geosiyasi mövqeyindən dövlətin regionda və
regiondan kənarda geclənməsinə zəmin hazırlamış olur. Azərbaycan üzərində
formalaşan geosiyasi maraqlar və Azərbaycanın özünün formalaşdırdığı
maraqlar qarşılıqlı olaraq dövlətin geosiyasi baxımdan möhkəmlənməsinə
xidmət edir. Bu iki güc istiqamətindən istifadə edən ölkə regionda tarazlı
siyasəti
həyata keçirə bilir və iki istiqamətin rəvan bağlayıcılığını meydana
gətirir. Geosiyasətin bu xarakterindən milli maraqlar daha yaxşı səviyyədə
təmin oluna bilir. Azərbaycanın özünün geosiyasəti ilə ölkə üzərində
formalaşan geosiyasət birlikdə dövlətin regional gücünün formalaşmasına
təsirlər edir.
Azərbaycan regional layihələri həyata keçirməklə özünün beynəlxalq
statusunu möhkəmlədir. Eləcə də bu beynəlxalq statusdan istifadə edərək
üzərində formalaşan geosiyasi gücün (xarici geosiyasət sisteminin) dövlətin
tam şəkildə daxili işlərinə qarışmasının qarşısını alır. Azərbaycanın özünün
geosiyasəti xarici geosiyasətin təsirlərini minimuma endirmək iqtidarında
olur.
Azərbaycanın geosiyasəti (özünün və xarici ölkələrin)
cəlbetmə və
cəzbetmə
istiqaməti üzrə formalaşır. Öz resurslarını başqa məkanlarda hərəkət
etdirir, başqa məkanlarda təsir imkanları qazanır və əks dövlətin təsirlərini öz
79
məkanında azaldır. Digər tərəfdən də başqa dövlətlərə təsir olaraq
(resurslardan təsir elementləri kimi yararlanır) öz ərazisini onlar üçün açıq
elan edir. Azərbaycanın açıq qapılar siyasəti dövlətin geosiyasətini
möhkəmlədir.
Məlumdur ki, Azərbaycanın geosiyasətini formalaşdıran əsas faktor onun
makro milli sərvətləridir. Bu sərvətlər hesabına həm xarici ölkələrin
maraqlarını formalaşdırır, həm də öz resurslarını reallaşdırır. Azərbaycanın
geosiyasi sistemini meydana gətirən elementlər tək iqtisadi sərvətlər deyil,
həm də digər amillər də burada aktiv iştirak edə bilir: coğrafi mövqe, əhalinin
elmi-mədəni potensialı, dinə rasional baxışlar, müxtəlif dinlər arasında barışıq
mövqe tutmaq, rasional (dünyəvi) dövlət siyasəti və s.
Azərbaycanın da iştirak etdiyi geosiyasi regionları (məkanları) bu kimi
istiqamətlər üzrə təsnif etmək olar:
-postsovet geosiyasi məkanı, o cümlədən Xəzər regionunun Mərkəzi
Asiya geosiyasi məkanı;
-Xəzər regionu daxilində Qafqaz geosiyasi məkanı-buraya Şimali Qafqazı
da aid etmək olar;
-Qara dəniz-Xəzər regionu geosiyasi məkanı;
-Avro-Asiya geosiyasi məkanı;
-Xəzər dənizi-Aralıq dənizi-Qara dəniz birləşmiş “dairəvi” geosiyasi
məkan;
-Şimal-Cənub geosiyasi qovşaq məkanı -buraya Ərəb dünyası ilə Slavyan
dünyası, həmçinin Türk dünyası ilə Rus-Slavyan dünyası arasındakı
birləşdirici məkan aiddir;
-Türk dünyası arasında –Mərkəzi Asiya ilə Anadolu Türkləri arasında-
birləşdirici geosiyasi məkan;
-Rusiya və Türkiyəni, eləcə də İran və Rusiyanı birləşdirən və sözügedən
dövlətlərin maraqlarını uzlaşdıran bir məkan;
-Türkiyə və İranı birləşdirə biləcək bir məkan, məsələn, bu istiqamətdə
İranda yaşayan çoxmilyonluq Azəri türklərindən dayaq elementi kimi istifadə
oluna
bilər.
Türkiyə
və
İranın
gələcəkdə
“Avrasiya”
ittifaqına
inteqrasiyalarında mühüm rola malik ola biləcək geosiyasi məkan;
-Cənubi Qafqaz-Rusiya tranzit geosiyasi məkanı;
-Dinlərarası qovşağı yaradan və müxtəlif sivilizasiyalar malik olan
xalqları birləşdirən bir məkan.
Azərbaycan özünün geosiyasi mövqeyindən barışdırıcı rol oynaya bilir və
eləcə də müxtəlif sivilizasiyaları bir araya gətimək imkanlarına malikdir.
Məsələn, dinlərarası dialoq uğurla təşkil olunur, Bakıda Beynəlxalq
Multikulturalizm Mərkəzi fəaliyyətdədir. Beynəlxalq Humanitar Forumların və
digər tədbirlərin mərkəzlərindən biri rolunu oynaya bilir.