Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə14/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   10   11   12   13   14   15   16   17   ...   164

istənilən  məqamda  hərəkət  vəziyyətini  necə  təsvir  etmək 

olar? Bu suala cavab vermək üçün riyaziyyatçılar sonsuz kiçik 

kəmiyyət  anlayışını  irəli  sürürlər.  Bu  halda  sonlu  dəyişiklik 

sonsuz kiçik dəyişikliklərin sonsuz sıralarına bölünür. 

Yuxarıda  deyilənlərdən  belə  nəticə  çıxır  ki,  hərəkət  eyni 

vaxtda həm dəyişikliyi, həm də sabitliyi əhatə edir. Hərəkətdə 

dəyişikliyin olması aydın məsələdir. Lakin sabitlik də hərəkətdə 

mövcuddur.  Hərəkət  və  sükunət  əkslik  hesab  edilir.  Də- 

yişgənlik və sabitlik nəinki bir-birini inkar edir, eyni zamanda 

bir-birini  lazımlı  edir;  onların  qarşılıqlı  təsir  birliyi  hərəkətin 

əsasıdır.  Sükunət  dialektik  təlimə  görə  hər  bir  hərəkətin 

məqamıdır;  sükunət  keçici,  müvəqqəti,  nisbidir,  hərəkət  isə 

daimi,  əbədi,  mütləqdir.  Mütləq  sükunət  ola  bilməz,  çünki 

sükunətdə  olmaq  varlığı  itirməkdir.  Cisim  yalnız  şərti  olaraq 

hərəkətsiz  kimi  qəbul  edilən  hesablama  sisteminə  nisbətən 

sükunətdə ola bilər. 

F.Engels  hərəkət  formalannın  təsnifatını  verməyə  cəhd 

göstərmişdir.  Onun  fikrincə  beş  əsas  hərəkət  forması  var: 

mexaniki,  fiziki,  kimyəvi,  bioloji  və  sosial  hərəkətlər.  Bu 

təsnifat  müasir  elmin  nailiyyətləri  sayəsində  daha  da 

zənginləşib.  İndiki  dövrdə  hərəkətin  göstərilən  formalarının 

məzmunu  XIX  əsrdə  hesab  edildiyindən  daha  zəngindir.  İndi 

biz daha çox müxtəlif hərəkət formalannın olduğunu bilirik və 

bu  səbəbdən  hərəkət  formalarının  yeni  təsnifatını  yaratmaq 

zərurəti  ilə  qarşılaşınq.  Lakin  o  hələ  yaradılmayıb,  odur  ki, 

hələlik  çoxlan  Engelsin  təsnifatından  istifadə  edirlər.  İnkişaf 

prosesində  hərəkətin  daha  mürəkkəb  forması  özündən  əvvəl 

gələndən  yaranır.  Dialektik  metoda  görə  hərəkətin  bir 

formasından  başqasına  keçid  sıçrayış  formasında  baş  verir, 

tədricilik dayanır, yeni keyfiyyət yaranır. 

Hərəkətin  keyfiyyətcə  müxtəlif  səviyyələri  var:  cansız 

təbiətdə, canlı təbiətdə və insan cəmiyyətində olan hərəkət. Bir 

mərhələnin  keyfiyyət  fərqlərini  başqa  mərhələnin  keyfiyyət 

fərqləri  ilə  izah  etmək  olmaz.  Məsələn,  bioloji  orqanizmin 

xüsusiyyəti  dünyanın  fiziki  mənzərəsi  çərçivəsində  izah  edilə 

bilməz.  İnsan  cəmiyyəti  də  yalnız  ona  məxsus  xüsusiyyətlərə 

malikdir. Bununla yanaşı biz hərəkətin bütün səviyyələrinə aid 

40 



olan ümumi qanunauyğunluqlann, həmçinin müxtəlif səviyyələr 

arasında  əlaqənin,  qarşılıqlı  təsirin  olduğunu  da  nəzərə 

almalıyıq.  Bu əlaqə hər şeydən əvvəl özünü orada göstərir ki, 

yuxarı səviyyə ilkin genetik şərt kimi aşağını özünə daxil edir. 

Xüsusi qeyd etmək lazımdır ki, bir-birindən təcrid olunmuş 

ayrı-ayrı  fiziki,  kimyəvi  və  yaxud  başqa  hərəkət  formaları 

yoxdur, müxtəlif hərəkət formalanmn sistemli birliyi var. Belə 

müxtəlif əlaqələr özünü o vaxt göstərir ki, bəzi hərəkət forma- 

larındakı dəyişikliklər başqa formalardakı dəyişikliklər ilə eyni 

vaxtda baş verir və bu dəyişikliklər bir-birinin səbəbi olurlar. 

Konkret  elmlər  real  dünyadakı  əşya  və  hadisələrin  məruz 

qaldığı  dəyişiklikləri  öyrənir.  Məsələn,  fizika  elmi  məkanda 

mövcud  olan  makrocisimlərin  vəziyyətinin  dəyişməsini, 

müxtəlif sahələrdə baş verən dəyişiklikləri, kvant dəyişmələrini 

və  s.;  kimya  bu  və  ya  digər  şəraitdə  kimyəvi  maddələrdə  baş 

verən  dəyişiklikləri;  biologiya  elmi  orqanizmlərin  həyati 

fəaliyyəti  ilə  əlaqədə  olan  maddələrdə  baş  verənləri  təhlil 

etməklə  orqanizmin  fərdi  inkişafında  gedən  əhəmiyyətli 

dəyişiklikləri;  geologiya  dağ  süxurlarının  yaranması  və 

dağılması  prosesini;  dilçilik  isə  dilin  lüğət  və  səs  tərkibini, 

sözlərin  qrammatik  quruluşunun  dəyişməsini  öyrənirlər. 

Cəmiyyətin və onu təşkil edən hissələrin strukturunda baş verən 

hər  cür  inkişaf  proseslərini  isə  insan  haqqında  olan  bir  sıra 

humanitar elmlər öyrənirlər. 

«Hərəkət»  kateqoriyası  öz  həcminə  görə  «inkişaf» 

kateqoriyasından genişdir. Hər bir inkişaf hərəkətdir, lakin hər 

hərəkət inkişaf deyil. 

Gerçəklikdə həm aşağıdan aliyə, həm alidən aşağıya, həm də 

dairəvi hərəkətlər var. Lakin bu meyllər eyni əhəmiyyətli deyil. 

Onların arasında aşağıdan aliyə hərəkət meyli apancıdır. Məhz 

belə  hərəkət  inkişaf  adlanır.  Lakin  alidən  aşağıya  və  dairəvi 

hərəkət  də  inkişafa  keçə  bilər.  İnkişaf  müvafiq  şərait  olanda 

həyata keçir. 

Hərəkətin xüsusi növü kimi inkişaf bir sıra mühüm xassələr 

ilə  xarakterizə  edilir:  1)  inkişaf  prosesi  bir  keyfiyyət 

vəziyyətindən  başqasına,  daha  mürəkkəb  və  mükəmməlinə 

keçməyi 

41 



tələb  edir;  2)  inkişaf  sabit  dəyişiklikdir;  3)  inkişaf  prosesinə 

dönməzlik xasdır,  yəni  sistemin  (obyektin)  tamamilə  başlanğıc 

vəziyyətinə  qayıtması  mümkün  deyil;  4)  inkişafda  varisliyin 

olması,  yəni  köhnənin  mütləq  olaraq  inkar  edilməsi;  5)  inkişaf 

istiqamətli xarakter daşıyır, yəni inkişaf həmişə yüksələn xətt ilə 

hərəkət,  deməli,  mütərəqqi  istiqamətli hərəkət  olur. Biz inkişaf 

dedikdə  mütləq  nə  isə  yeni  bir  şeyin  yaranmasını  nəzərdə 

tuturuq. Yeni, köhnəyə münasibətə görə müəyyənləşir. Beləliklə, 

yeni  ilə  köhnənin  münasibəti  inkişaf  probleminin  mərkəzində 

dayanır. 



4.4.

 

Məkan və zaman anlayışı 

Məkan  və  zaman  məsələsi  fəlsəfə  tarixində  müxtəlif 

mənalarda izah edilmişdir. Bir çox filosoflar məkan və zamanı 

varlığın  obyektiv  xüsusiyyəti  hesab  edirlər,  başqalan  isə  onlan 

bizim  dünyanı  qavramağımızı  xarakterizə  edən  sırf  subyektiv 

anlayışlar  kimi  göstərirlər.  Elə  filosoflar  da  olmuşdur  ki, 

məkanın  obyektivliyini  qəbul  etməklə  yanaşı  zamana  sırf 

subyektiv  status  verir  və  yaxud  da  bunun  əksini  sübut  etməyə 

çalışırdılar. 

Məkan  və  zaman  anlayışları  təbiəti  daha  mücərrəd  formada 

izah etdiyi  üçün antik dövrdən başlayaraq bu  anlayışlar əsasən 

riyaziyyatın tədqiqat obyekti olmuşdur. 

Məkan və zamanın aşağıdakı tərifi daha çox yayılıb: məkan 

maddi qurumların ölçüsü, qarşılıqlı əlaqəsi, birlikdə yerləşməsi 

və  yaşaması  deməkdir.  Zaman  bir-birinin  arxasınca  gələn 

dəyişiÜiklərin uzunluq müddəti və tempidir. 

XX  əsrin  əvvəllərində  Eynşteynin  nisbiyyət  nəzəriyyəsinin 

yaranması  ilə  alimlər  məkan  və  zaman  haqqında  ənənəvi 

anlayışlara  yenidən  baxmağa  başladılar.  Ümumi  nisbiyyət 

nəzəriyyəsinin mahiyyətini  yığcam  şəkildə izah edən Eynşteyn 

yazırdı ki, mahiyyət belədir: əvvəllər hesab edirdilər ii, əgər hər 

hansı  möcüzə  nəticəsində  bütün  maddi  cisimlər  birdən  yox 

olsaydı  məkan və zaman qalardı. Nisbiyyət nəzəriyyəsinə  görə 

isə cisimlər ilə birlikdə həm məkan, həm də zaman yox olardı. Bu 

mühakimə  F.Engelsin  məkan  və  zaman  haqqında  dedikləri  ilə 

üst-üstə 

42 




Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə