Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə163/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   156   157   158   159   160   161   162   163   164

olmur.  Bu  mədəniyyətlər  kortəbii  çoxalır  və  məhv  olur.  İkinci 

nəsil  sivilizasiyalarda  sosial  əlaqə,  yeni  sosial  qaydalann  ilk 

yaradıcılığını  öz  arxasınca  aparan  yaradıcı  şəxsiyyətlərə  doğru 

yönəlib.  İkinci nəsil sivilizasiyaları dinamik  və çevikdir, Roma 

və  Babil  kimi  böyük  şəhərlər  qurur,  əmək  bölgüsü,  əmtəə 

mübadiləsi və bazarı inkişaf etdirir. Sənətkarlar təbəqəsi, tacirlər, 

zehni  əmək  adamları  meydana  gəlir,  ranqlar  və  statusların 

mürəkkəb sistemi yaranır. Burada demokratiya atributları, seçkili 

orqanlar, hüquq sistemi, özünüidarə, hakimiyyət bölgüsü inkişaf 

edə bilir. Üçüncü «^5//sivilizasiyalar din əsasında formalaşır, t 

A.Toynbinin dediyinə görə XX əsrə qədər mövcud olmuş otuz 

sivilizasiyadan  7-si  və  yaxud  8-i  qalıb:  xristian,  islam,  buddist, 

hinduizm və b. sivilizasiyalar, f 

Öz sələfləri kimi Toynbi də sivilizasiyalann inkişafının sik- lik 

sxemini  qəbul  edir:  yaranma,  artma,  çiçəklənmə,  sökülmə  və 

dağılma dövrləri. Lakin bu sxem qaçılmaz deyil, sivilizasiyaların 

məhvi  ehtimaldır,  lakin  zəruri  deyil.  Sivilizasiyalar  da  insanlar 

kimi uzaqgörən deyildir: onlar özlərinin inkişafını təmin edən öz 

hərəkətlərinin  və  vacib  şəraitin  daxili  hərəkətverici  qüvvəsini 

axıra  qədər  başa  düşmürlər.  Fikrin  tarixi  prosesə  təsir  dərəcəsi 

artır. Alimlərin nüflızu və onların siyasi həyata, iqtisadiyyata və 

gündəlik həyata təsiri getdikcə çoxalır. 

K.Yaspersin  təməl  vaxt  (sivilizasiya)  konsepsiyası.  Təməl 

(məhvər)  vaxt  K.Yaspersin  kulturoloji  dünyagörüşündə  əsas 

anlayışlardan  biridir.  Bu  elə  bir  dövrdür  ki,  sivilizasiyaların 

sonrakı  inkişafı  üçün  elə  bil  ki,  ox  rolunu  oynayır  və  gələcək 

dövrdə onun ətrafında fırlanır. Yaspers b.e.ə. 800-cü ildən 200-cü 

ilə qədər olan dövrü - təməl vaxt adlandırır. Onun fikrincə, dünya 

sivilizasiyasının  bütün  sonrakı  inkişafının  miqyasını  və 

problemlərini məhz həmin vaxt müəyyənləşdirmişdir. 

Yaspersə  görə  həmin  dövrdə  dünya  mədəniyyətinin  «üç 

yuvası»nda tamamilə yeni dəyərlər irəli sürən dini-etik təlimlər 

meydana gəlmişdir. Həmin dəyərlər 0 qədər dərin və universaldır 

ki, bu gün də öz aktuallığını itirməyibdir. Aralıq dənizinin şərq 

tərəfindəki bölgədə (Qərbin başlanğıcı) - Fələstin 

494 



peyğəmbərləri,  Zərdüşt,  yunan  şairləri,  filosofları  və 

tarixçilərinin təlimləri; Hind bölgəsində - Buddanın nəsihətləri; 

Çində  -  daosizm  və  konfusiçilik  təlimləri  meydana  gəlmişdir. 

Yunan- yəhudi ənənələri əsasında yaranan Qərb mədəniyyətini 

başqa qədim Şərq mədəniyyətlərinə qarşı qoyan Veberdən fərqli 

olaraq  Yaspers  qədim  dünya  mədəniyyətinin  «üç  yuvası»nm 

hamısı üçün bir ümumi təməl vaxtın eyni dərəcədə əhəmiyyətli 

olması fikrini əsaslandırırdı. 



\  Dünya  mədəniyyətinin  inkişafında  Yaspers  «iki  nəfəs»in 

olduğunu  göstərir.  Birinci  -  «Prometey  dövrü»ndən  (oddan 

istifadə, nitqin və əmək alətlərinin yaranmasından) başlayır və 

qədim dövrün «böyük mədəniyyətləri»ndən keçərək təməl vaxta 

gətirir.  İkinci  isə  -  «yeni  Prometey  dövrü»ndən  (indiyə  qədər 

davam edən elm və texnika dövründən) başlayaraq və gələcək 

«böyük mədəniyyətlər»dən keçərək «insanın həqiqi təşəkkülü» 

ilə  bağlı  olacaq  hələ  uzaqda  olan  ikinci  təməl  vaxta  aparır. 

Yaspersin  fikrincə  təməl  vaxtda  yaranan  və  qədim  dövdəki 

«böyük  mədəniyyət»ə  malik  xalqlar  tərəfindən  mənimsənilən 

universal  mədəni  dəyərlər  nəticədə  həmin  xalqların  mədəni 

özünəməxsusluğunu  itirməyə  gətirib  çıxardı.  Bu  isə  daha 

əhəmiyyətli  dünya  mədəniyyətlərinin  vahid  ümumbəşəri 

mədəniyyətə  doğru  inkişafının  vektorunu  müəyyənləşdirir. 

Təməl  vaxt  -  bütün  dünya  mədəniyyətlərini  seçim  qarşısında 

qoyur: ya doğulmada olan dünya mədəniyyətində assimilyasiya 

olmaq, ya da məhv olmaq, t 

«...Əvvəlcə dünyada bir-birindən köklü  surətdə və  ya xeyli 

dərəcədə fərqlənən hansı düşüncə tərzlərinin, həyat tərzlərinin, 

mədəniyyətlərin  olması  və  bunların  əsas  fərqləndirici 

xüsusiyyətləri  öyrənilməlidir.  Çünki  hər  bir  xalqın,  etnosun 

özünə məxsus spesifik cəhətləri olsa da, daha böyük miqyasda 

eyniyyət məqamlarının olması bir neçə böyük sivilizasiyalardan 

və mədəniyyətlərdən danışmağa imkan verir».^*^ 

İnformasion  cəmiyyətin  təşəkkül  tapması  həyat  tərzini, 

sosial-mədəni  prosesləri,  elmi  biliyin  paradiqma  strukturunu 

kökündən dəyişən dünya sivilizasiyasının yeni mərhələsini açır. 

S.Xolilov. Sivilizasiya vocomiyyot. İ3ax: Jum. «İ|wk yolu», №2.2000, s.18-19. 

495 



<  Sivilizasiyaların  toqquşması  nazəriyyəsL  Amerika 

politolo- 

qu 

Semuel 


P.Hantinqtonun 

«Sivilizasiyalann 

toqquşması və dünya qaydasının dəyişdirilməsi» kitabı (1996) 

dünyada  böyük  maraq  doğurubdur.  O,  «Qərbi  Qərb  edən 

nədir?» sualına belə cavab verir: Klassik irs: yunan fəlsəfəsi və 

rasionalizm;  Roma  hüququ,  latın  dili  və  xristianlıq;  dini  və 



dünyəvi  hakimiyyətlərin  ayrılması,  qanunun  hökmranlığı; 

sosial  plüralizm  və  vətəndaş  cəmiyyəti;  nümayəndəli 

hakimiyyət;  fərdiyyətçilik.»^  Hantinqton  sivilizasiyaların 

toqquşmasını  zəruri  hesab  edir  və  bunun  səbəbini  aşağıdakı 

kimi izah edirt 

«Əvvəla, sivilizasiyalar arasındakı fərq nəinki sadəcə olaraq 

bir reallıqdır, onlar getdikcə daha vacib olurlar. Sivilizasiyalar 

özlərinin tarixinə, dilinə, mədəniyyətinə, ənənələrinə, ən vacibi 

isə - dininə görə oxşar deyillər. Müxtəlif sivilizasiyalara məxsus 

insanlar  Allah  və  insan,  fərd  və  qrup,  vətəndaş  və  dövlət, 

valideyn  və  uşaqlar,  ər  və  arvad  arasındakı  münasibətlərə 

müxtəlif cür baxırlar;  hüquq və vəzifələrə, azadlıq və məcbur 

etməyə,  bərabərlik  və  tabeçiliyə  fərqli  qiymət  verirlər.  Bu 

fərqlər  əsrlərlə  yaranıb.  Onlar  yaxın  gələcəkdə  aradan  qal- 

dınlmayacaqdır».^^ 



«İkincisi, müxtəlif sivilizasiyalardan olan xalqlar arasındakı 

qarşılıqlı  əlaqə  sivilizasion  mənlik  şüurunun  artmasına, 

sivilizasiyalar arasındakı fərqləri və bir sivilizasiya daxilindəki 

birliyi daha dərindən anlamağa gətirib çıxarır». 



«Üçüncüsü,  iqtisadi  modemizasiya  və  onu  müşayiət  edən 

sosial dəyişikliklər yerli dəyər sistemini və həyat tərzini dağıdır, 

tarixi eyniyyət kimi milli dövlətləri zəiflədir. Yaranan boşluğu 

çox  hallarda  daha  geniş  sosial  təbəqələri  özünə  cəlb  edən 

təməlçi dini hərəkatlar doldurun>. 

«Dördüncüsü, Qərbin həddən artıq güclənməsi əks reaksiya 

kimi  qeyri-qərb  sivilizasiyaların 

yaranmasına,  dünyanı 

özlərinin Qərbdən fərqli olaraq yaratdıqları nümunələrə uyğun 

olaraq qurmaq cəhdlərinin meydana çıxmasına səbəb olun>. 

Bax: Журн. «Мировая экономика и международные отношения», № 8,1997. с. 86. 

Сравнительное изучение цивилизаш{й. Хрестоматия. М., «Аспект Пресс», 1999, 

с.215-216. 

496 



Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə