Elmi redaktor: amea-nın həqiqi üzvü, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, professor Fuad Qasımzadə



Yüklə 2,86 Mb.
Pdf görüntüsü
səhifə156/164
tarix17.11.2018
ölçüsü2,86 Mb.
#80535
1   ...   152   153   154   155   156   157   158   159   ...   164

hedonizm  göstərir  ki,  insanlar  faktiki  olaraq  yalnız  həzz 

almaqla  kifayətlənməməli,  ona  nail  olmaq  üçün  səy 

göstərməlidirlər. Çünki zövq yeganə faydalı nemətdir, 

Qeyri-zorakılıq  etikası.  İnsan  həyatı  həmişə  zorakılıq  ilə 

bağlı  olmuşdur.  Dövlətlərarası,  şəxsiyyətlərarası,  milli 

problemlərin güc mövqeyindən həlli problemləri demək olar ki

ənənəyə  çevrilibdir.  Zorakılığın  hüquq  və  imtiyazları,  iqtisadi 

və  siyasi  hökmranlığı  əldə  etmək  və  saxlamaq  üsulu  kimi 

mövcud olması ictimai faktdır. 

Qeyri-zorakılıq etikası məhz zorakılığın dünyanı idarə etdiyi, 

qanunsuzluqlar  törətdiyi  vaxt  meydana  gəlir.  Etika  tarixindən 

bizə  məlumdur  ki,  hər  bir  yeni  cərəyan  mövcud  və  hökmran 

tendensiyaya zidd olaraq yaranır. 

Qeyri-zorakılıq  etikası  problem  və  konfliktlərin  həll 

olunmasının elə prinsip və metodudur ki, şəxsiyyət üzərində hər 

cür, o cümlədən mənəvi və fiziki zorakılığı istisna edir. Qeyri- 

zorakılıq etikası elə həyat tərzidir ki, hər kəs ona uyğun olaraq 

başqa  insanlar  ilə  öz  əlaqəsini  qurur,  bütün  canlılara,  təbiətə 

münasibət bəsləyir. 

Qeyri-zorakılıq  etikasının  prinsiplərinin  yaranmasında 

böyük rus yazıçısı L.N.Tolstoyun böyük xidməti olmuşdur. O, 

yazırdı  ki,  şərə  qarşı  zorakılıqla  müqavimət  göstərməyin 

zəruriliyini  qəbul  etmək,  insanların  özlərinin  adət  etdikləri 

sevimli 

nöqsanlarına 

(qısqanclıq, 

qərəz, 


qibtə, 

hakimiyyətsevərlik, 

qorxaqlıq, 

kin 


və 

s.) 


bəraət 

qazandırmaqdan  başqa  bir  şey  deyil.  Tolstoyun  dediklərindən 

belə  nəticə  çıxır  ki,  zorakılıq  gücsüzlükdür,  səmərəsizlikdir, 

dağıtmaqdır, qeyri-insanidir. 

Hindistanın  müstəqilliyi  uğrunda  çalışan  M.Qandi  azadlığı 

dinc  yolla  əldə  etməyi  arzulayırdı.  Qandi  qeyri-zorakı 

mübarizənin iki formasını qəbul edir: əməkdaşlıq etməmək və 

vətəndaş itaətsizliyi. Bu fikirlər onun «Mənim qeyri-zorakılığa 

inamım»  əsərində  öz  əksini  tapmışdır.  O,  yazmışdı: 

«Qeyri-zorakılıq  bəşəriyyətin  xidmətində  olan  çox  böyük 

qüvvədir. O insan düha- 

471 



sının yaratdığı ən güclü dağıdıcı silahdan daha güclüdÜD>.^’ Qan- 

di üçün qeyri-zorakılıq təkcə üsul deyil, həm də ideal idi. 



5.

 

Dinin fəlsəfəsi 



5.1.

 

Din nədir? İnam və Allah 

Dinin  nə  olması  haqqında  məsələ  çox  qədim  vaxtlardan 

mübahisə  və  müzakirələrə  səbəb  olmuşdur.  Bu  mübahisənin 

əsasında  insanların  dünyagörüşündə  və  onların  sosial-siyasi, 

əxlaqi amallarındakı fərq durur. 

Din cəmiyyətdə sosial birlik, həmrəylik, mənəvi əlaqə üçün 

qüdrətli vasitə kimi çıxış edir. Din nisbi müstəqilliyə malikdir, 

bu da ona xüsusi sabitlik verir. 

Təbiət hadisələrini, ayrı-ayrı əşyaları, heyvanları və s. ilahi 

ləşdirən ibtidai dinhri insanların özləri yaradıblar. Dinin erkən 

formalan 

bunlardır: 

XAnimizm 

təbiət 


hadisələrinin 

şəxsləşdirilməsi, onlara insana x^s olan əlamət və qabiliyyətlər 

verməyə  əsaslanan  görüşlər  sistemidir^  Animizm  (lat.  «an- 

4^ma»,  «animus»  -  ruh,  can)  ruh  haqqında  dini-mistık  təsəv- 

^rlərə  deyTUrT^J  TotemlznT^^n  qrupları  (tayfa,  qövm)'  ilə 

totemlər  (heyvan(  bitki,  bəzən  hətta  cansız  predmet  və 

hadisələr)  arasındakı  fövqəltəbii  qohumluğa  inanmağa 

əsaslanan  ibtidai  görüşlər  sistemidir. F e i i ş i z m   (frans. 

«fetiche»  -  idol,  talisman-tilsim)  bəzi  predmetlərin  (fetişlərin) 

fövqəltəbii,  ilahi  xassələrə  malik  olmasına  inanmağa  deyilir. 

Hər  şey  -  qeyri-adi  forması  olan  daş,  ağac,  heyvan,  kiçik 

heykəlciklər (idollar) fetiş kimi çıxış edir. 

Bir  sıra  milli  dinlər  də  mövcuddur:  yəhudilərin  iudaizmi, 

hinduizm,  yaponların  sintoizmi,  çinlilərin  daosizmi,  dinə 

çevrilən konfiısiçilik və s. 

Buddizm,  xristianlıq,  islam  isə  dünya  dinləri  hesab  edilir. 

Çünki  onlar  bir  xalq  deyil,  çoxları  tərəfindən  həyata  keçirilib, 

dünyanın çox yerinə yayılıb. 



Sitat götürülüb:A..Zl.JIıiTMaH.CoBpeMeHiıaH HHiUfHCKaa 

(]}Haoco(])Mfl. 

M.,«Mbicjib», 

1985, 

C. 


198.

 

472 


İudaizm, xristianlıq, islam həm də səmavi (göydən göndərilən) din 

hesab edilir. Çünki müvafiq olaraq Bibliya (Qədim / Əhd), «İncil» 

(Yeni Əhd) və Quran - Allah kəlamı hesab edilir.^ 

Bütün  dinlər  Ali  Reallığa  inam  ilə  bağlıdır  və  insanlan 

ümumi məqsədə doğru aparır. Doğrudur, müxtəlif dinlərin hər 

biri  özünün  müstəsna  məqsədini  elan  edir,  öz  Allahının  və 

yaxud Ali Prinsipinin başqalarına oxşamadığını qətiyyətlə sübut 

etməyə  çalışır.  Buna  baxmayaraq  Ali  Reallığın  və  yaxud  Ali 

Prinsipin mövcudluğunu qəbul etməklə biz təsdiq edirik ki, bu 

Reallığa  itaətin  formalan  çox  olsa  da  O  yalnız  tək  ola  bilər. 

Konfusi  demişdir:  «Dünyada  çox  yollar  var,  lakin  onların 

hamısı  bir  məqsədə  doğru  aparır.  Yüz  üsul  var,  lakin  nəticə 

həmişə birdir».“*“ 

Filosof və sosioloqların heç də hamısı dinin insan həyatında 

roluna  müsbət  qiymət  verməmişlər.  Məsələn,  K.Marks  hesab 

edirdi ki, din şüurun təhrif edilmiş formasıdır və xalq kütləsinin 

istismar olunmasına şərait yaradır. O, dini «xalq üçün tiryək», 

«zülm  çəkən  canlı  varlığın  ah-naləsi»  hesab  edirdi. 

Materialistlər,  xüsusən  marksistlər  mübariz  ateizm  (Allahı 

inkar)  mövqeyində  dayanırdılar.  F.Engels  yazırdı:  «...Hər  bir 

din  in- sanlann beynində onların  üzərində,  gündəlik həyatında 

hökmranlıq  edən  xarici  qüvvələrin  elə  fantastik  inikasıdır  ki, 

burada  dünyəvi  qüvvələr  qeyri-dünyəvi  forma  kəsb  edİD>.“" 

Marksist təlimə görə, dinin ən dərin kökləri ictimaidir. Allaha 

inam  hər  şeydən  əvvəl  insanların  təbiətdən  və  onlar  üzərində 

hökmranlıq  edən  ictimai  qüvvələrdən  asılılığının  obyektiv 

münasibətləri ilə şərtlənir. Dinin həm də qnoseoloji kökləri var. 

İctimai varlıq insan şüurunda gerçəkliyin təhrif olunmuş şəkildə 

əks  olunmasının  mümkünlüyü  şəraitində  təbiətüstü  qüvvəyə 

inam  yaradır.  Ateizm  -  dini  görüşləri  inkar  etməyə  yönəlmiş 

təlim kimi meydana gəlib. 

Dinin bir çox idealist tədqiqatçıları da Allahın varlığını inkar 

edirlər (ateist ekzistensialistlər, freydçilər və b.). Məsələn, Freyd dini 

cəmiyyətin xüsusi xəstəliyi, narkotik sərxoşluğun 



^“Sitat götürülüb; Всемирное писание. M., «Республика». 199.*), c.44. 

К.Маркс п Ф.Эпгсльс. Сочинения. Т.20, с.328. 

473 


Yüklə 2,86 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə