Antik siVİLİzasiyalar tariXİ



Yüklə 73,3 Kb.
tarix01.11.2017
ölçüsü73,3 Kb.
#7966
növüMühazirə

ANTİK SİVİLİZASİYALAR TARİXİ

Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

Antik sivilizasiyalar tarixi, HIST203, 3 kredit

Departament

Tarix və Arxeologiya departamenti/Otaq-(309)

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

Yaz 2016

Fənni tədris edən müəllim (lər)

PhD Roza Arazova

E-mail:

rarazova@khazar.org

Telefon:

(012) 421-79-16 (departament)

Mühazirə otağı/Cədvəl

IV gün, saat 15:20-16:50 Mühazirə otağı- 304

17:10-18:30





Məsləhət saatları

Tələbələrlə razılaşdırılan vaxtlarda

Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

* şəklində işarələnmiş kitablar cədvəldə göstərilmişdir

Əsas ədəbiyyat:

  1. *M.Erivanski. Qədim Yunanıstan tarixi. Dərs vəsaiti. Bakı, 1963.

  2. Kamal İbrahimov. Qədim dünya tarixi. Dərs vəsaiti. Gəncə, 1992, s.183-702.

  3. *Y.Həsənov. Qədim Roma tarixi. Dərslik. Bakı, 1975

  4. *Telman Orucov. “Qədim Roma: qüdrətin qabarması və çiçəklənməsi”, Bakı 2008

  5. İlqar Hüseynov, Nigar Əfəndiyeva “Qədim dünya mədəniyyəti”. Bakı 2009

  6. Tofiq Mustafazadə. Ümumi tarix, I kitab. Bakı, 2009, III, IV bölmələr

  7. Древние цивилизации. Под. ред. Г.М. Бонгард-Левина. Москва, 1989, fəsil XVI-XVIII

  8. История древнего мира. Под. ред. И.М.Дьяконова, В.Д.Нероновой, И.С.Свенцицкой, Москва, 1982. Кн. 1 Ранняя древность, лекции 15,16,17; кн.2. Расцвет древних обществ, лекция 8-19; лекция 22-24; кн.3. Упадок древних обществ, лекция 2-5, 11-13

  9. Mühazirələr


Əlavə ədəbiyyat

  1. Homer. “İliada”, Bakı, 2009 və b. nəşrlər

  2. Homer. Odisseya, Bakı, Qərb-Şərq, 2009 və başqa nəşrlər

  3. N.A.Kun. Qədim Yunanıstanın mifləri və əfsanələri, Bakı: “Mütərcim”, 2008, birinci nəşr

  4. N.A.Kun. Qədim Yunanıstanın mifləri və əfsanələri, Bakı: “Mütərcim”, 2012, ikinci nəşr

  5. Əli Sultanlı. Antik ədəbiyyat tarixi. Bakı, 2008

  6. Qay Yuli Sezar (“Tarixi yaradanlar” seriyasından), Bakı 2001

  7. Makedoniyalı İskəndər (“Tarixi yaradanlar” seriyasından) Bakı 2001

  8. “Мифы и легенды древних греков”. Филипп Ардах, Belitha Press 1997

  9. Spartak, Rafaello Covanyoli, Bakı, 2014


Qeyd: Göstərilən ədəbiyyat və əlavə materialları Universitet kitabxanasında və Tarix departamentində əldə etmək olar.



Kursun vebsaytı




Tədris metodları


Mühazirə

Öyrənmə və Tədris Metodları.

- Mühazirələr

- Mövzu ətrafında interaktiv müzakirələr və yoxlama işləri

- Xəritələr, video və digər əyani vəsaitlərdən istifadə

- Mövzularla əlaqədar olaraq, Azərbaycan Tarix muzeyi, İncəsənət muzeyinə ekskursiyanın təşkil

edilməsi



Qeyd: Semestr ərzində fənlə əlaqədar Azərbaycan Milli İncəsənət Muzeyində və Gənc tamaşaçılar teatrında (“Ezop” tamaşası) iştirak etmək nəzərdə tutulur.


Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

Digər

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı

İmtahan fevral-mart aylarının ortalarına qədər “Qədim Yunanıstan tarixi”nə aid keçirilmiş mövzuları əhatə edir


35 bal

Fəallıq

Dərslərdə, müzakirələrdə fəal iştirak və əlavə tapşırılan ədəbiyyatların oxunulması və onların müzakirəsində iştirak etmək.


5 bal

Tapşırıq və testlər

Semestr ərzində yoxlama yazı işləri keçiriləcək

5+5 bal

Kurs işi

Əlavə ədəbiyyat” siyahısında göstərilən kitablardan ən azı dörd kitabın oxunulması və onların müzakirəsində iştirak etmək

10

Prezentasiya

Mövzu

Qədim Yunan və Roma şəxsiyyətləri (müstəqil seçim)

5

Final imtahanı

İyun

Aprel-may aylarında

“Qədim Roma tarixi”nə aid mövzuları əhatə edir.


35 bal

Digər







Yekun




100 bal

Kursun təsviri

Antik sivilizasiya qədim dünya tarixinin tərkib hisssidir. Qayda olaraq antik dünya dedikdə biz qədim Yunanıstan və Roma cəmiyyətlərini nəzərdə tuturuq.

Qədim Yunanıstan tarixi Balkan yarımadası və Egey bölgəsində quldarlıq cəmiyyətinin yaranması, çiçəklənməsi və süqutunun öyrənilməsinə əsas diqqət yetirir. Bu dövr e.ə. III-II min. əvvəllindən yəni Krit adasında ilk dövlətlərin yaranmasından başlayır. Dövrün tədrisi e.ə. II- I əsr. Şərqi Aralıq dənizi bölgəsində yerləşən yunan və ellin dövlətlərinin Roma imperiyası tərəfindən işğalı ilə sona çatır.Yunanlar iki min illik tarixi bir dövr ərzində nəinki iqtisadi cəhətdən güclü olan respublika quruluşlu polis cəmiyyəti yaratmışlar, onlar həmçinin Roma və eləcə də dünya mədəniyyətinə böyük təsir göstərmiş mədəni irsi miras qoymuşlar.

Qədim Roma tarixi qədim dünyanın quldarlıq cəmiyyətinin ən yüksək inkişaf nöqtəsi olan Romanın yaranması, çiçəklənməsi və süqutunu geniş şəkildə işıqlandırır.


Kursun məqsədləri




Tədrisin (öyrənmənin) nəticələri

  • Antik sivilizasiyalar Qədim Yunanıstan və qədim Roma tarixi haqqında təsəvvür yaranır;

  • Qədim Yunanıstan və qədim Roma-ümumdünya tarixinin tərkib hissəsidir;

  • Qədim Yunan polislərin, qədim Roma dövlət quruluşunu, quldarlıq ictimai-iqtisadi formasiyasının inkişafını öyrənir;

  • Qədim Azərbaycan mədəniyyətinin antik sivilizasiyalar ilə ortaq izlər daşıdığını öyrənir;


İnkişaf etdiriləcək qabiliyyətlər:
- analitik düşüncə

- tənqidi təfəkkür

- fikrin müstəqil ifadə edilməsi


Qaydalar (Tədris siyasəti və davranış)

Davamiyyət

Bütün tələbələr dərslərdə iştirak etməyə borcludurlar. Üzrlü səbəbləri (xəstəlik, ailə vəziyyəti və s. ) olanlar dəvamiyyətsizliyinin səbəbini dekanlığa bildirməlidir. 20% dən artıq dərs buraxan tələbələr imtahana buraxılmır.


Gecikmələr

Dərsə 15 dəqiqədən artıq gecikən tələbə dərsə buraxılsa da, ona qaıb işarəsi yazılır. Ancaq o, sonrakı saatlara girə bilər.



Yoxlama işi

Müəllimə və dekanlığa qabaqcadan məlumat verilən səbəblərdən yoxlama işində iştirak etməyən tələbə yoxlama işini növbəti həftədə yaza bilər.


İmtahanlar

Tələbənin imtahanda iştirakı və ya imtahanın buraxılması ilə bağlı bütün məsələlər fakültə rəhbərliyi tərəfindən həll olunur. Suallar dərs mövzuları əsasında hazırlanacaq. Aralıq imtahanının sualları yekun imtahanında təkrarlanmır.


İmtahan qaydalarının pozuntuları

Aralıq və yekun imtahanında tələbə tərəfindən imtahanın gedişini pozmaq və köçürmə qadağandır. Həmin halda tələbənin imtahan işi ləğv olunur və tələbə 0 (sıfır) qiyməti ilə imtahandan kənarlaşdırılır.


Fənni bitirmə qaydası:

Fənn ciddi olaraq Universitetin qiymətləndirmə siyasətinə riayət edir. Buna görə də bir qayda olaraq, fənni uğurla keçmək üçün ümumi qiymətin 60%- ni toplamalıdır. Qeyri- müvəffəq qiymət alan tələbə digər semestr və ya növbəti il fənni yenidən götürə bilər.


Tələbələrin davranış qaydaları.

Dərs zamanı dərs gedişini pozmaq, icazəsiz müzakirə, mobil telefonlardan istifadə və ya qeyri- etik hərəkətlər etmək qadağandır. Fənni uğurla bitirmək üçün tələbələr dərsdə fəal olmalı və digərlərini də iştiraka cəlb etməlidirlər.





Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



11.02.2016

Giriş. Tələbələri tədris fənninin proqramı ilə tanış etmək. “Antik dövr” anlayışı. Antik sivilizasiyalar və Azərbaycan.

Qədim Yunanıstanın ümumdünya tarixində yeri. Qədim yunan tarixinin dövrləşdirilməsi. Mənbələr. Tarixi əsərlər. Fəlsəfi və ictimai-siyasi ədəbiyyat. Arxeoloji tədqiqatlar. Qədim Yunanıstanın təbii şəraiti və əhalisi.



1, səh. 3-11



18.02.2016

E.ə. III-II minillikdə Krit və Axey dövlətləri. Yunanıstan e.ə. XI-IX əsrlərdə. Bu dövrün kənd təsərrüfatı, sənətkarlıq, ticarət. Nəsli quruluşun dağılması və dövlət ünsürlərinin yaranması.

1, səh. 11-21



25.02.2016


Arxaik Yunanıstan b.e.ə. VIII-VI əsr. Yunan quldar polis-dövlətlərin yaranması və formalaşması. Qədim Sparta oliqarxik polis nümunəsi kimi. Qədim Attikada polisin formalaşması. Quldar demokratiyasının bərqərar olması.


1, səh. 21-39



03.03.2016


Yunan-İran müharibələri və onların Yunanıstanın ictimai-iqtisadi və mədəni-siyasi inkişafına təsiri.

B.e.ə. V-IV əsrlərdə Yunanıstanın iqtisadiyyatı.



1, səh. 40-49

1, səh. 54-60





10.03.2016


Afina quldarlıq demokratiyası b.e.ə. V əsrdə. Periklin ictimai və mədəniyyət siyasəti. Xarici siyasəti. Peloponnes müharibəsi və onun nəticəsi. Yunanıstan b.e.ə. IV əsrin birinci yarısında. Polis sisteminin böhranı. Heqemonluğ uğrunda mübarizə.

1, səh. 49-54

səh. 60-82





17.03.2016


B.e.ə. VIII-IV əsrlərdə Qədim Yunan mədəniyyəti.

Qədim yunan mədəniyyəti inkişafının əsas şərtləri. Yunan dini. Memarlıq. Incəsənət və heykəltəraşlıq. Yunan ədəbiyyatı. Yunan teatrı. Yunan fəlsəfəsi. Elmi biliklər.Qədim Yunan mədəniyyətinin irsinin əhəmiyyəti.



1, səh. 82-101



31.03.2016

E.ə. V-IV əsrlərdə Makedoniyanın yüksəlişi və Yunanıstanda Makedoniya hegemonluğunun qurulması.Makedoniyalı İsgəndərin şərq yürüşü. İsgəndərin yürüşünün tarixi əhəmiyyəti. Ellin dövlətləri, Ellinizmin dövrü təsnifatı. Ellin dövrünün səciyyəvi əlamətləri. Ellinizm mədəniyyəti.

Aralıq imtahanı (qədim Yunanıstan tarixi )



1, səh. 101-116



07.04.2016

Qədim Roma tarixi.

Giriş. Mənbələr. Apennin yarımadasının coğrafi mövqeyi və təbii şəraiti. Etnik tərkibi. Etrusk problemi.

İtaliyada erkən quldarlıq cəmiyyəti və dövlətin meydana gəlməsi. Roma “padşahlıq dövründə”.


3, səh. 4-20; 31-52;

4, səh. 10-28





14.04.2016

B.e.ə. V-III əsrlərdə Roma respublikasında sinfi və silki mübarizə. E.ə. V-III əsrlərdə Roma respublikasının xarici siyasəti. Erkən Roma mədəniyyəti.

3, səh. 50-66

4, səh. 29-58





21.04.2016


Qərbi Aralıq dənizində ağalıq uğrunda Roma və Karfagenin mübarizəsi. Birinci Pun müharibəsi. İkinci Pun müharibəsi.

Romanın Şərqi Aralıq dənizində ekspansiyası və ellin dövlətlərin (Makedoniya, Yunanıstan) dağılması. III Pun müharibəsi. Romanın Aralıq dənizinin qüdrətli quldar dövlətinə çevrilməsi.

E.ə. II-I əsrlərdə Roma dövlətində ictimai-iqtisadi münasibətlər.


3, səh. 66-99

4, səh. 59-97





28.04.2016


E.ə. II əsrin sonu və I əsrin əvvəllərində Roma dövləti.

Romada siyasi mübarizənin kəskinləşməsi. Müttəfiqlər müharibəsi. Şərq əyalətlərindən Roma əleyhinə hərəkat. Sullanın diktaturası. Spartak üsyanı.



3, səh. 106-137

4, səh. 98-167





05.05.2016


Roma resublikası siyasi sisteminin böhranı və Roma respublikasının süqutu.

E.ə. 70-ci 60-ci illərdə siyasi qrupların mübarizəsi. I Triumvırat. II Triumvırat.

B.e.ə. III-I əsrlərdə Roma mədəniyyəti.



3, səh. 137-173

4, səh. 168-240





12.05.2016


Erkən imperiya dövrü. Oktavian Avqustun prinsipatı.

Roma imperiyası Yuli-Klavdilər sülaləsi və Flavilər sülaləsi zamanı.



3, səh. 174-201

4, səh. 241-304





19.05.2016


Roma imperiyası eramızın II əsrində (“Qızıl əsr”).

Antonilər sülaləsinin hakimiyyəti. Daxili və xarici siyasət.

I-II əsrlərdə Roma mədəniyyəti.

Roma imperiyası eramızın III əsrində. Quldarlıq cəmiyyəti və dövlətinin böhranı. Xristianlığın meydana gəlməsi və onun təkamülü.



3, səh. 201-224

4, səh. 305-338





26.05.2016

Roma imperiyası IV əsrdə. Dominat sistemi. Quldarlıq quruluşunun dağılması. Roma imperiyasının Qərbi və Şərqi imperiyalarına bölünməsi. Onların tarixi inkişafının müxtəlif yolları. Feodosinin ölümündən sonra Qərbi Roma imperiyasında vəziyyət. Xalqların böyük köçünün başlanması. Qərbi Roma imperiyasının dövlət müstəqilliyinin sonu.

Final imtahanı (Qədim Roma tarixi)



3, səh. 224-243

4, səh. 339-360



Yüklə 73,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə