Elmi ƏSƏRLƏr fiZİka-riyaziyyat və texniKA



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/55
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12993
1   ...   44   45   46   47   48   49   50   51   ...   55

97
 
 
müddətdə tikilinin işləri ilə əlaqədar bir neçə fərqli sənəti də yenə bu məktəbdə öyrənərdi. Təhsil, 
nəzəri və tətbiqli olurdu(17, s.10-12). 
XVIII əsrdən sonra arxitekturada möhtəşəm klassik dövr yerini Lalə Dövrü (1703-1730) ilə 
yanaşı  sürətli  bir  Avropalaşmaya  vermiş;  arxitekturada  Avropa  tərzi  Barok  və  Rokoko  üslubu 
istifadə  edilməyə  başlanmış  və  ehtişamlı  klassik  Osmanlı  arxitekturası  davam  etdirilməmişdir(18, 
s.190). 
Osmanlı  Dövlətinin  Yüksəlmə  dövrünə  paralel  olaraq  inkişaf  edən  mədəniyyət  və 
incəsənətin qızıl çağına Klassik Dövr deyilməkdədir. Bir çox tədqiqatçı və mədəniyyət tarixçilərinin 
fikrincə  İstanbulun fəthi (1453) ilə başlayıb  Lalə  Dövrünə qədər (1718) davam etdiyi qəbul edilən 
Klassik Osmanlı Sənəti içində, şübhəsiz, arxitekturanın əhəmiyyətli yeri vardır. Çünki 1920-ci ildə 
siyasi ömrünü başa vuran Osmanlı dövlətinin özünü əks etdirir və şəxsiyyətini təmsil edir. Uç qitə 
üzərində  geniş  bir  əraziyə  yayılan  və  əksəriyyəti  dövrümüzə  qədər  gəlib  çatan  bu  monumental 
mədəniyyət  abidələri,  bəzilərinin  xüsusi  plan  və  arxitekturası  dəyişsə  belə  "Osmanlı  əsəri"  olaraq 
tanınmaqdadırlar(19, s.97). 
XV əsrin ortalarında müəyyənləşən Klassik Osmanlı arxitekturası, dövlətin sərhədlərinin ən 
geniş olduğu XVI əsrdə zirvəyə çatmışdır. Klassik dövr, Fatih Sultan Mehmet (1451-1481), Yavuz 
Sultan  Səlim  (1512-1520),  Qanuni  Sultan  Süleyman  (1520-1566),  Sultan  I  Əhməd  (1603-  1617), 
Sultan  IV  Murat  (1623-1640)  kimi  iradəli  padşahların  Sokullu  Mehmet  Paşa  kimi  sadrazamlarla 
dövlət  rəhbərliyində  təsirli  digər  vəzifəlilərin,  alimlərin,  sərkərdələrin  və  qazıların  ləyaqətli 
şəxslərdən meydana gəldiyi bir dövrdür(12, s. 195). 
Dövlətin  sərhədləri  Ərəb  Yarımadası  və  Yaxın  Şərqdən  Qafqazlara  Krım,  Polşa  və  bütün 
Balkanlar  üzərindən  Serbiyaya,  Şimali  Afrika  sahillərindən  Atlantik  Okeanına  qədər  uzanmış, 
dövlət iqtisadiyyatı, ictimai və mədəni baxımdan ən zəngin nöqtəyə çatmışdır. Bu geniş torpaqların 
idarəsi üçün mərkəzə bağlı güclü təşkilatlar qurulmuş içində yaşayan çox sayda etnik qrupa mənsub 
insanlara  xüsusiyyətlərinə  görə  vəzifə  və  öhdəlik  verilmişdir.  Hər  nə  qədər  hökmdar  mütləq  söz 
sahibi  olsa  da  mərkəzi  idarəetmə  ümumiyyətlə  ədalət  və  insan  hüquqlarına  hörmət  üzərində 
qurulmuşdur. Bu müsbət material sayəsində Barbaros Hayreddin, Sokullu Mehmet Paşalar, Memar 
Sinanlar,  şəxsiyyəti  bilinməyən  çini  ustaları,  xəttatlar,  nəqqaşlar  bu  dövrdə  yetişmiş,  çox  sayda 
memarlıq əsər bu dövrdə ortaya qoyulmuşdur. İdarə edənlə idarə edilən arasında ortaq bir məxrəc 
meydana  gəlmiş  Yaradanı  razı  etmənin  qul  haqqını  qorumaqdan  keçdiyi  inancı  və  davranışı  çox 
vaxt  mərkəzi  idarəni  yönləndirmişdir.  Mindən  çox  mədəniyyət  nümunəsi  ilə  bunları  ortaya  qoyan 
memarlıq anlayışını, hazırlayıb tətbiq edən qədər memar, usta və sənətkarı qısa bir çalışma ilə dilə 
gətirmək,  əlbəttə,  bəzi  məhdudiyyətləri  özü  ilə  gətirmişdir.  Bu  yazıda,  Klassik  Osmanlı 
arxitekturası, aparılan işlər əsasında nümunələri ilə yanaşı qısaca nəzərdən keçiriləcəkdir(20, s.28). 
Mühiti  hazırlayan  faktorlarla  dövr  əvvəli  memarlıq  anlayışı  və  Klassik  Osmanlı 
memarlığının  əsas  xüsusiyyətləri  üzərində  dayanılıb  dövrün  memarlarına  toxunulacaq,  memarlığı 
əmələ  gətirən  struktur  qrupları  əsas  başlıqlar  altında  təqdim  edilməyə  çalışılacaqdır.  Sinan  və 
əsərləri, bu tədqiqatda ayrı bir mövzu başlığı altında təqdim ediləcəyinə görə, burada yalnız digər 
dövr və strukturlarla bağlı abidələr üzərində dayanılacaqdır (5, s. 221). 
Klassik Osmanlı arxitekturasına zəmin hazırlayan əsl inkişaf Sultan II. Murat dövründə baş 
vermişdir. Ankara müharibəsindən sonra yalnız Anadolunun deyil, bütün Türk və İslam ölkələrinin 
tək  bayraq  altında  birləşməsi  lazım  olduğuna  inanan  II  Murat,  böyük  dövlət  olma  idealını  hər 
sahədə tətbiq etmişdir. Arxitekturada, atası Çələbi Mehmetin ölümü üzərində yarımçıq qalan Yaşıl 
Külliyyəni  tamamlamaqla  işə  başlamış,  Bursa  və  Ədirnədə  çox  sayda  əsər  inşa  etdirərək 
mütərəqqilik fəaliyyətlərini paytaxta layiq bir şəkildə davam etdirmişdir. 


98
 
 
Ədirnədə  tikdirdiyi  Üç  Şərəfəli  Məscid  (1437-1447),  Klassik  Osmanlı  arxitekturasının  ilk 
xəbərçisidir.  Əsası  Artuklular  mehrab  önü  günbəzli  yatıq  (eninə)  düzbucaqlı  planlı  məscidləri  ilə 
Manisa Ulu Məscidinə qədər uzanan Üç Şərəfəli Məsciddə, əsas kütləni örtən günbəz yanlara doğru 
daha  kiçik  iki  günbəzlə  genişlədilərək  mərkəzi  plan  sxeminə  doğru  yeni  bir  addım  atılmışdır. 
Mərkəzi  günbəz  ikisi  müstəqil  olan  altı  ayaq  üzərində  oturdulmuşdur.  Digər  tərəfdən  harimlə 
inteqrasiya olunan qapalı daxili həyət, biri üç Şərəfəli dörd minarə olaraq bu tarixə qədərki Osmanlı 
arxitekturasında  görülməyən  ilklərə  imza  atılmışdır.  Daha  əvvəl  Tirede  inşa  edilən  imarət 
məscidində  (1441)  mehrab  qarşısını  örtən  və  günbəzlə  inteqrasiya  olunan  yarımçıq  günbəz  isə, 
mərkəzi  plan  sxemini  hazırlayarkən,  Osmanlı  arxitekturasının  yalnız  Ayasofyanı  nümunə 
almadığını, öz təcrübələri ilə də bir axtarış içində olduğunu göstərməkdədir(1, s.485).( Şəkil 1) 
            
 
Şəkil 2 Üç Şərəfəli Cami Planı 
Klassik Osmanlı arxitekturası, şübhəsiz, universal ölçüdə xüsusi bir mədəniyyət hadisəsidir. 
Osmanlı  memarları,  fərqli  coğrafiyalardakı  mədəniyyət  abidələrinin  kənarında,  öz  ü  kimlərini  də 
aşaraq  yeni  bir  üslub  ortaya  qoymuşlar.  Monumental  ölçüdəki  arxitektura  əsərləri  çoxaldıqca 
şəhərlərin quruluşu və görünüşü də dəyişmiş, XV əsrə qədər fərqli mənsubiyyətə aid məskunlaşma 
mərkəzləri  artıq  bir  "Osmanlı  şəhəri"  halına  gəlmişdir.  Bu  dövrdə  xüsusi  şəhər  planlaması  yerinə, 
məhəllə forması, külliyyə və  ya digər memarlıq abidələrinə  görə formalaşdırılmışdır. Klassik dövr 
Osmanlı  əsərlərində  meydan  və  prospektlərə  açılan  monumental  ölçüdə  fasadlar  yox  idi.  Çox 
uzaqdan diqqəti çəkdikləri halda, məhəllə içində görünüşləri həyət divarı ilə gizlədilmişdir. Klassik 
arxitektura  dizaynında  ölçü,  nisbət  və  üslub  fərqlilikləri  olsa  da,  erkən  Osmanlı  dövründə 
formalaşan  mədrəsə,  hamam,  xan,  bedestan  kimi  ictimai  strukturların  sxemlərindən  asılı 
qalınmışdır. Ancaq məscidlərdə sərbəst şəkildə dəyişiklik aparıla bilinmişdir. Memar Sinanın eyni 
plan  qrupundakı  məscidlərində  belə  yeni  ünsür  və  ya  detalda  dəyişiklik  görülür.  Ancaq  klassik 
arxitektura  strukturlarında  homogenlik  və  kompleks  içində  daima  üslub  birliyi  mövcuddur(21, 
s.169) 
Dini  arxitekturada  harim  məkanın  üfüqi  istiqamətdə  genişləndirməkdən  daha  çox  şaquli 
istiqamətdə kompleks olaraq ələ alma səyi hakimdir. Böyük proqramlı strukturlarda günbəz ortada 
kvadrat, altı və ya səkkizbucaqlı ayaq və kəmərlər üzərində oturdulmuşdur. Qalan hissələr günbəzə 
bağlı  yarım  və  dörddə  bir  günbəzlərlə  kiçik  künc  günbəzlərindən  əmələ  gələn  örtü  sistemi  ilə 
bağlanılaraq mərkəzi plan sxemi hazırlanmışdır. Bu örtü forması İslam yaradıcılığında geniş olaraq 
yalnız Osmanlı  arxitekturasında istifadə edilmişdir. Klassik dövrdə məscidlərdə  ayaq və kəmərlər 
üzərində  oturan  günbəzli  orta  məkan,  həndəsi  dizaynında  tikilinin  modulunu  meydana  gətirirdi. 
Mərkəzi  plan  sxemində  xarici  arxitekturada  günbəz  aləmində  nöqtələnən  pilləli  və  piramidal 
fantaziya izlənərkən, daxili arxitekturada dinclik verən sərhədsiz məkan təsiri təmin edilmişdir(21, 
s. 58). 
Klassik  arxitekturada  infrastruktur  düz,  örtü  sistemi  əyri  xətlərdən  meydana  gəlməkdədir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə