Elmi ƏSƏRLƏr fiZİka-riyaziyyat və texniKA



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/55
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12993
1   ...   43   44   45   46   47   48   49   50   ...   55

95
 
 
tapır. Yəni başqa bir sözlə klassik anlayış dəyişən çağla birlikdə dəyişən gündəlik həyatın ehtiyaclarını 
erkən  dövr  sənətinin  qarşılayamaması  ilə  ortaya  çıxmışdır.  Bu  xüsusiyyətinə  görə  klassik  Osmanlı 
memarlığında tikilinin ən əhəmiyyətli xüsusiyyəti funksionallığıdır. Memarın məqsədi isə funksionallığı 
azaltmayacaq ölçüdə yaradıcılıq xüsusiyyəti də olan abidələr inşa edə bilməkdir(2, s.79).  
Beləliklə Klassik Dövr strukturlarında şişirtmədən qaçınıldı, sadə və tarazlı kompozisiyalar 
yaradılmağa başlandı. XV əsrdən XVI əsrə qədər olan dövrdə (memarlıq xalqın ehtiyaclarına cavab 
verən  bir  vasitə  olaraq  ələ  alınması  və  xüsusi mülkiyyət  anlayışının  var  olmamasına  görə)  ictimai 
strukturlar ilk planda gəlirdi. Yerləşdiyi yerdə, xalqın bütün ehtiyaclarına cavab verəcək strukturlar 
kompleksi olan külliyələrin inşası sürətini artırdı. Beləliklə həm şəhərləşmə nəzarət altına alınmış 
oldu,  həm  də  dövlət  ictimai öhdəliklərini bir dəfədə  yerinə  yetirmiş  oldu. Həmçinin  bu strukturlar 
vəqflər  vasitəsi  ilə  idarə  edildiyinə  görə  həm  dövlətə  əlavə  yük  olmur,  həm  də  strukturu  tikdirən 
bina  üzərində  haqq  iddia  edə  bilmirdi.  Beləliklə  də  binalar  tamamilə  xalqın  istifadəsinə  açıq 
olurdu(10, s. 274). 
Məsələn, klassik anlayışın ortaya çıxdığı ilk abidə olan II Bəyazid Məscidi onun əsəri deyil. 
Həmçinin  Memar  Sinanın  tikililərində  istifadə  etdiyi  günbəz,  yarım  günbəz,  bir  neçə  Şərəfəli 
minarələr,  kəmərlər,  tonozlar  ondan  əvvəl  dəfələrlə  tətbiq  olunmuşdur.  Sinanın  böyüklüyü 
memarlıq  ənənəsinin  zəngin  təcrübəsini  yenidən  ələ  alıb  yeni  ölçülər  və  nisbətlərlə  fərqli  bir 
gözəlliyə  çatmaq  üçün  çalışarkən  əldə  etdiyi  müvəffəqiyyətdən  qaynaqlanır.  O,  ölçü  və  nisbətlər 
üzərində  çalışaraq  klassik  memarlığın  əsas  doğrularını  aşkara  çıxarmış,  beləcə  "Sinan  Məktəbi 
deyilən anlayış ortaya çıxmışdır(15, s. 39). 
1.  Üfüqi  və  şaquli  istiqamətdə  gözü  narahat  etməyəcək  bir  kompleks  kompozisiyasına  üstünlük 
verilməsi, kobud və sərt keçidlərin qarşısının alınmağa çalışılması; 
2. Abidə elementlərinin ölçülərinin bir tam ədədin qatları olmasına diqqət edilməsi;  
3.  Şişirdilmiş  və  ya  həssas  dekorasiyadan  uzaq  durulması,  bunun  yerinə  texniki  işlərdə  həssas  və 
dəqiq olunması;  
4. Günbəz dizaynının davamlı inkişaf etdirilməsi;  
5.  Abidə  elementlərinin  çox  funksiyalı  istifadəsi  (məsələn  Sinanın  əsərlərində  günbəzə  keçid 
elementi  olaraq  istifadə  olunan  mukarnasların  sabit  günbəzi  saxlaması,  estetik  gözəlliyə  uyğun 
keçid təmin etmək və akustik səsin dağılmadan əks olunmasını təmin etmək funksiyası vardır). 
6.  Hörgü  Karkas  texnikasının  istifadə  edilməsi  (Bu  ağırlığın  kəmərlərə  və  ayaqlara  verilməsini, 
divarlara  heç  yük  düşməməsini  təmin  edən,  Sinan  tərəfindən  tapılmış  bir  texnikadır.  Beləliklə 
divarlar  dağılsa  belə  günbəz  ayaqda  qalacaq;  həm  də  divarlar  incəldilərək  tikilinin  görünüşünü 
zərifləşdirəcəkdir.) Sinan üslubu klassik  anlayışın standart xəttini  əks etdirir. Klassik dövr  ərzində 
Sinan  üslubu  qorunmuşdur.  Bu  arxitekturada  müxtəlif  memarların  əsərləri  arasındakı  fərq  onların 
müxtəlif  etnik  mənşələrinə  deyil,  ayrı  dövrlərdə  yaşamalarından  irəli  gəlir.  Mənşə  fərqi  ümumi 
memarlığı  fərqli  bir  xəttə  istiqamətləndirməmiş,  yerli  bir  çox  abidələrdə  belə  saray  üslubunun 
ağırlığı  müşahidə  edilmişdir.  Bu  memarların  dövlətin  ən  ucqar  yerlərinə  qədər  nüfuz  edə  bilən 
təşkilat nizamından qaynaqlanır(3, s.55). 
Osmanlı  Bəyliyinin  bir  dünya  dövlətinə  çevrilməsi  dünya  tarixi  baxımından  necə  yeni 
dövrlər  açmışsa,  eyni  hadisə  memarlıq  sahəsində  də  yeni  və  orijinal  tikinti  kompozisiyaları  ilə 
coğrafi ətraf mühiti də dəyişdirmişdir. Osmanlı arxitekturası, Osmanlı Dövlətinin hər cür tikintini 
əhatə  edən  fəaliyyət  sahəsinin  hamısını  ifadə  edir.  Bu  memarlıq  dövlətin  quruluşundan  XVI  əsrə 
qədər ümumiyyətlə Səlcuqlu və Bəyliklər dövrü arxitekturasının xüsusiyyətlərini daşımaqla yanaşı, 
Osmanlıların  bu dövrdə  meydana  gətirdiyi  əsərlər, klassik  dövr arxitekturasının inkişafında təsirli 
rol oynamışdır. Bu dövr, eyni zamanda Osmanlı memarlığının zirvədə olduğu bir dövrdür(22, s.23). 


96
 
 
Osmanlı arxitekturası, İslam arxitekturasının ümumi xüsusiyyətlərini daşımaqla yanaşı fərqli 
bir şəxsiyyətlə meydana çıxdığı qəbul edilməkdədir. Belə ki, bu fərqlilik memarisi ən yaxın sayılan 
Səlcuqlu əsərləri ilə müqayisədə belə, özünü müəyyən edir. Memarlıq tikililərin forma, üslub, plan 
və  bəzəklərdəki  diqqət  çəkən  xüsusiyyətləri  uyğun  kompozisiyanı  əldə  etmiş  olması  Osmanlı 
arxitekturasını  orijinal  və  özünəməxsus  etməkdədir.  Xüsusilə  Memar  Sinana  aid  olan  arxitektura 
strukturları o qədər qane edicidir ki, bu dövrə aid nümunəyə yeni bir şey əlavə etmək, hər hansı bir 
detalı  gərəksiz  hesab  edib  çıxartmaq  mümkün  deyil.  Qısaca  desək  bu  dövr  strukturlarında  hiss 
edilən şey bütövlük duyğusunun verdiyi məmnuniyyət duyğusudur(11, s. 30-36). 
İstanbulun fəthi Osmanlı memarlığının  yeni,  böyük ölçülü və daha zəngin  nümunələr verə 
bilməsi üçün yeni sahələr açmışdır. Yenə bu dövrdə imperiyanın hər tərəfində, memarlıq tarixində 
xüsusi  və  əhəmiyyətli  yer  tutan  arxitektura  strukturları  ard-arda  yüksəlməyə  başlamış,  Osmanlı 
coğrafiyasının tarixi mühit və mədəni silueti şəkillənərək müsbət istiqamətdə dəyişmişdir. Topqapı 
sarayı,  Fatih,  Bəyazid  və  Süleymaniyyə  külliyələri  buna  ən  gözəl  nümunədir.  Memarlıqdakı  bu 
inkişaf  Qərbi  Asiya  və  Şimali  Afrikada  Şam,  Bağdad,  Qahirə  və  Tunis;  Şərqi  Avropada  Selanik, 
Belqrad, Budapeşt kimi böyük şəhərləri təsiri altına almışdır(7, s.145). 
Klassik dövr Osmanlı Memarlığı, başda məscidlər olmaqla digər strukturlarda da material, 
plan  və  bəzək  cəhətdən  böyük  bir  oxşarlıq  təşkil  edir.  Tikinti  materialı  olaraq  əsasən  daş  istifadə 
olunmuşdur. Göstərişdən uzaq və təsir gücünü kompozisiyasından alan üslub hakimdir. Strukturlar 
daima günbəz ilə örtülü olub, pəncərələr alt mərtəbələrdə düz, üst mərtəbələrdə kəmərlidir. Qədim 
daş oyma sənəti yerini, içəri hissədə istifadə olunan çini örtmələr, boyalı bəzək, rəngli şüşələr, ağac 
işləmələr, hüsn-ü xətt yəni gözəl yazı sənətinin nümunələri almışdır. Sütun başlıqlarda da paxlava 
və sarkıt motivləri istifadə edilmişdir(8, s. 130). 
Yeri gəlmişkən bu dövrdə inşa edilən əsas memarlıq strukturlarından olan məscidlərin üslub 
və  formalarından  qısaca  bəhs  etmək  istəyirik.  Osmanlı  məscidlərində  minarə  nizamı,  iki  və  dörd 
minarəlilər  simmetrikidir.  Dörd  minarə,  Süleymaniyə  məscidi  nümunəsində  olduğu  kimi  əsas 
kütlənin  künclərinə  yerləşdirilərkən,  yalnız  Sultanahmet  Məscidində  müşahidə  edilən  altı  minarə, 
əsas  kütlə  və  həyət  künclərinə  paylanmış  vəziyyətdədir.  Mərkəzi  planlı  məscidlərdəki  əsas 
günbəzin,  İslamdakı  tövhid  düşüncəsindən  ilhamlanılaraq  inşa  edilmişdir.  Daxili  hissələrin 
bəzənməsində  xətt  və  çinilər  əhəmiyyətli  yer  tutur.  Günbəz-məkan  əlaqəsinin  uyğunluğu 
əhəmiyyətlidir. Məscidlərdə böyük həyət və şadırvan vardır. Məscidlərin ətrafında tez-tez mədrəsə, 
aş evi, kitabxana, hamam və s. strukturlardan mütəşəkkil külliyyə inşa edilərdi (16, s.350). 
Heç  şübhəsiz  ki,  bu  dövr  Osmanlı  arxitekturasını  zirvə  nöqtəsinə  çatdıran,  dövrünə  öz 
damğasını vuran memar Sinan olmuşdur. Əlbəttə ki, Memar Sinandan əvvəl bir çox memar var idi. 
Ancaq  Memar  Sinan  Səlcuqlulardan  bəri  gələn  təcrübələrdən  ən  yaxşı  şəkildə  faydalanaraq, 
məhsuldar  zəkası  ilə  bunları  inkişaf  etdirərək  yeni  və  orijinal  əsərlər  meydana  çıxara  bilmişdir. 
Memar  Sinanın  Osmanlı  arxitekturasına  gətirdiyi  ən  əhəmiyyətli  yenilik,  günbəz-məkan  əlaqəsini 
ən ideal şəkildə ifadə etməsidir. Memar Sinan 1530-cu ildən 1588-ci ildə qədər davam edən uzun 
məslək  həyatı  ərzində  dövlətin  müxtəlif  yerlərində  məsciddən  körpüyə,  karvansaradan  hamama 
qədər bir çox sahədə 300-dən çox əsər vermişdir(4, s.315). 
Osmanlı  arxitekturası  ilə  əlaqədar  bilinməsi  lazım  olan  bir  başqa  əhəmiyyətli  xüsus  isə 
memarların yetişdiyi Hassa memarlar ocağıdır. Bu ocaq, rəsmi tikililərin inşaat və təmirlərini həyata 
keçirən ən əhəmiyyətli qurumdur. Sarayın ən güclü məktəblərindən olan bu müəssisə, eyni zamanda 
bir  mühəndislik  məktəbi  sayılır,  qabiliyyətli  gənclər  burada  yetişdirilirdi.  Memar  Sinan,  Memar 
Hayreddin,  Sədəfkâr  Mehmet  Ağa,  Memar  Davud  Ağa,  Memar  Ayas  və  s.  böyük  memarlar  bu 
məktəbin  yetirmələridir.  Burada  təlim-təhsil,  usta  şagird  əlaqəsinə  görə  olurdu.  Bir  memar,  bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə