Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə89/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   83   84   85   86   87   88   89   90   91

- 185 - 
ABSTRACT 
N.Aliyarova 
THE SYSTEMATIZATION AND CLASSIFICATION OF  
NAKHCHIVAN MUSIC PERFORMANCE 
 
 
The article by is about Nakhchivan music culture. Object of this investigation is Nakhchivan 
music  performance.  Music-mastery  art  of  Nakhchivan  is  inseparable  of  Azerbaijan  music  history. 
Author  investigates  musicperformance  kinds  of  Nakhchivan  region.  This  article  implementes 
scientific systematization and classification of Nakhchivan music performance. 
 
РЕЗЮМЕ 
Н. Алиярова 
СИСТЕМАТИЗАЦИЯ И КЛАССИФИКАЦИЯ ПРОИЗВОДИТЕЛЬНОСТИ 
НАХЧИВАНСКОЙ МУЗЫКИ 
 
В  статье  рассказывается  о  музыкальной  культуре  Нахчывана.  Объектом  этого 
исследования  является  музыкальное  представление  Нахчывана.  Музыкальное  искусство 
Нахчывана  неотделимо  от  истории  азербайджанской  музыки.  Автор  исследует  виды 
музыкальной  деятельности  Нахчыванской  области.  В  этой  статье  представлена  научная 
систематизация и классификация музыкальной работы Нахчывана. 
 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
                         Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova 
 
 
 
 


- 186 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
ELFANƏ QASIMOVA  
Azərbaycan Dövlət İqtisad Universiteti 
UOT:78 
DİZAYN VƏ İNSANIN PREDMET-MƏKAN MÜHİTİ 
 
 
Açar sözlər: dizayn, predmet-məkan mühiti, emosional dizayn, dizayn məhsulu, sosiomədəni 
hadisə, estetik fenomen 
Key wordsdesign, spatial environment, emotional design, design products, socio-cultural 
event, esthetic phenomena 
Ключевые  слова:  дизайн,  предметно-пространственная  среда,  эмоциональный 
дизайн, дизайнерская продукция, социокультурное событие, эстетический феномен 
Dizaynda başlıca problem məkandan effektli və rasional istifadə bacarığıdır. Dizayn mühiti 
insanın  məişət,  ictimai  və  istehsalat  fəaliyyəti  üçün  məqsədəuyğun,  komfort  və  estetik  şəraitinin 
daha da yaxşılaşdırılmasıdır. 
Müasir  dizaynerin  fəaliyyəti  ayrıca  predmetlərin,  yaxud  ayrı-ayrı  kommunikasiya 
obyektlərinin  yaradılması  ilə  məhdudlaşmır.  Onun  diqqət  mərkəzində  duran  bütövlükdə  mühit 
problemidir  –  fərqi  yoxdur,  ictimai,  yaxud  yaşayış məkanı,  ya da xarici  mühit  olsun. Dizayner  bu 
məkanı müəyyən funksional proseslərə uyğun “qurur”, buna insan üçün psixoloji baxımdan komfort 
mühitin  formalaşdırılması  prosesi  kimi  yanaşır.  Ona  görə  də  bu  gün  predmet-məkan  mühitinin 
elementlərini  ağıllı  layihələndirmək  məqsədilə  insan  və  onun  məkan  əhatəsilə  tələbatlarını 
öyrənmək  və  düzgün  həyata  keçirmək  mühüm  məsələdir.  Başqa  sözlə,  mühit  dizaynı  insanın 
rahatlığı üçün istənilən ərazinin yaradıcı inkişafı deməkdir. 
Doğrudur,  dizaynın  bütün  növləri  bütöv  estetik  məkanın  formalaşdırılmasında  iştirak  edir, 
mühit dizaynını isə müasir mədəniyyətin miqyaslı hadisəsi kimi qəbul etmək lazımdır. Bu gün geniş 
tələb  obyekti  olan  mütərəqqi  fəaliyyət  növü  kimi  dizayner  fəaliyyəti  yeni  sosial-iqtisadi  və  bazar 
münasibətlərinin  yaradılmasına  xidmət  edərək  müxtəlif  istehsalların  rəqabətə  davamlı 
faktorlarından biri olmuşdur. 
Dizaynın  çoxaspektli  fenomen  olması  məsələsini  dəfələrlə  qeyd  etmişik.  Həqiqətən  də 
dizaynın  maddi-bədii  mədəniyyətin  formalarından,  texnika  sahəsindən  predmetli  bədii  yaradıcılıq 
növlərindən  biri  olması,  insanların  həyat  keyfiyyətinin  yaxşılaşdırılmasına  yönəlmiş  layihə  bədii-
texniki fəaliyyət olması onun insanı formalaşdırmaq potensialına malik olmasından xəbər verir. Bu 
isə  öz  növbəsində  dizaynı  sistem  kimi  nəzərdən  keçirilməsini  zəruri  edir.(1)  Bu  gün  həyat 
keyfiyyətinin  yaxşılaşdırılmasına  cəhd  göstərən  şəxslərin  “mənə  müasir  dizayn  lazımdır”  devizini 
başa düşmək çətin deyildir. 
Bəşəri  təcrübə  göstərir  ki,  bir  çox  əsrlər  ərzində  insanın  predmet-məkan  mühiti,  onu  əhatə 
edən bütün predmetlər yaradıcı insanların gərgin əməyinin nəticəsidir. XIX əsrin əvvəllərində hələ 
mədəniyyətdə kök salmamış yeni predmetlər istehsal olunurdu ki, bu da məhsulların istehlakçıların 
zövqünə 
uyğunlaşdırılması 
problemini 
aktuallaşdırırdı. 
Eyni 
zamanda, 
zövqlərin 
proqnozlaşdırılması  məsələsi  də  estetik  amil  kimi  aktuallaşmağa  başlayır.  Bu  faktor  Avropada 
dizayner peşəsinin formalaşmasına təkan vermiş və tezliklə məlum olmuşdur ki, dizayn mürəkkəb, 
çoxaspekti  prosesdir,  çünki  onun  təyinatı  hələ  mövcud  olmayan  hadisənin,  obyektin  əvvəlcədən 
xarakteristikaları  verilən  cihazların  modelini  yaratmaq,  təsvir  etməkdir.  Bununla  belə,  olduqca 
geniş, çoxsahəli fəaliyyət növü olan dizayn yaradıcılığı elmi biliklər sistemi əsasında qurulur. 
Dizayner  peşəsinin  mürəkkəbliyi,  dizayner  məhsulu  nəticəsində  meydana  çıxan 
problemlərin müəyyən sistemə, qaydaya salınmasını, düzülüş və məntiqi nizamlanmasını tələb edir. 
Ümumiyyətlə,  sistemli  yanaşma  əsasında  obyekti  qarşılıqlı  əlaqədə  olan  bütöv  kompleks  sistemi 
kimi  nəzərdən keçirən elmi idrak metodologiyasında istiqamətdir.(2) Sistemli  yanaşmanın mühüm 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə