Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə85/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   81   82   83   84   85   86   87   88   ...   91

- 177 - 
dramatik  patetikası  ilə  fərqlənir.  Bu  xarakterin  əsas  daşıyıcısı  özünün  qeyri-bərabər  ritmi,  tək 
ölçüləri  qammaşəkilli  və  sıçrayışlı  hərəkətlərin  sərbəst  müqayisəsi,  eləcə  də,  gərgin  döyünməsi 
(pulsasiya  etməsi)  və  hərdənbir  kəskin  dissonant  akkomponomenti  ilə  meydana  çıxan  əsas 
partiyanın mövzusudur. 
V.Adıgözəlovun bu konsertini başqalarından fərqləndirən əsas cəhət odur ki, müəllif burada 
əsərin  məzmununun  “ağırlıq  mərkəzini”  finala  keçirir  ki,  bununla  da  onun  əhəmiyyətini  və 
orijinallığını qabarıq şəkildə nəzərə çarpdırır. 
1964-cü ildə Nəriman Məmmədov da Konsert yazır. Konsert elə ilk xanələrindən orkestrin 
və  solo  verən  instrumentin  özünəməxsus  parlaq  səslənməsi  ilə  diqqəti  cəlb  edir.  Bu,  bəstəkarın 
harmoniya  və  orkestrovkasının  xüsusiyyətləri  ilə  əlaqədardır.  Belə  ki,  ənənəvi  “aşıq”  akkordları 
əsasında  müəllif  “çoxpilləli”  sekunda  kompleksi  qurur,  eyni  zamanda  qısaldılmış  (kiçildilmiş) 
oktava intervalından da geniş istifadə edir. 
Birinci  hissə  iradəli,  cəsarətli  və  bununla  birlikdə  dramatik  münaqişə  ilə  dolğun  olan  obrazın 
geniş girişi ilə başlanır. Ekspozisiyanın kontrastı isə bir qədər başqadır. Solo instrumentinin partiyasında 
tokkata xarakterli musiqi meydana çıxır ki, bu da saz səsinin bir növ imitasiyası kimi verilir. 
İkinci  hissə  özünə  məxsus  noktürndür.  Burada  müxtəlif  vasitələrlə  təmsil  olunmuş  təsviri 
səsyazmaları üstünlük təşkil edir. Birinci hissədə olduğu kimi, burada da tempin dəyişilməsi diqqətə 
layiqdir. 
Finalda  enerji  və  hərəkət  hökmranlıq  edir.  Solo  instrumenti  ilə  bütün  registrlərdə  təkrar 
olunan  orkestrin  giriş  akkordlarından  sonra  finalın  fəal,  hərəkətli  və  çevik  baş  mövzusu  başlayır. 
Mövzu  final üçün xas olan xarakterdə qəbul olunur.  
Konsertin  son  səhifələri  təntənəli  apofeoz,  cəsarətli  həyat  mənbəyinin  inamlı  təsdiqi  kimi 
xarakterizə edilir.  
1963-cü  ildə  Azər  Rzayev  tərəfindən  də  bir  Konsert  yazılmışdır.  Bu,  Azər  Rzayevin  do 
major Konsertidir ki, Azərbaycanın gənc ifaçılarına ünvanlanmış ilk fortepiano Konsertidir.  
Birinci  hissənin  əsas  partiyası  üçhissəli  formadadır.  Əsas  partiyanın  hamısı  qırx  xanədən 
artıq  davam  edir.  Əlaqələndirici  partiya  isə  cəmi  səkkiz  xanədir.  Bu  isə  bəstəkarın  tematik 
materialın ifadəsinin məhz ilk plana çıxarmaq cəhdini sübut edir.  
İkinci hissə dərin düşüncə xarakteri daşıyır. Musiqi özünün melodikliyi, səmimiliyi və daxili 
mərhəməti ilə özünü göstərir. 
Konsertin  finalı  bir  növ  birinci  və  ikinci  hissələrə  qarşı  qoyulur.  Bütövlükdə  isə  final 
gülməli karnaval şənliyi təsiri bağışlayır. 
Zakir  Bağırovun  1965-ci  ildə  yazdığı  Konsert  üç  hissədən  ibarətdir:  başlanğıc  sonata 
Sostenuto,  nisbətən  böyük  olmayan  Andante  cantabile  və  final  Andante  assai.  Konsertin  bütün 
tematizmi  bilavasitə  xalq-mahnı  və  xalq-rəqs  mənşəi  ilə  əlaqəsinə  görə  fərqlənir.  Bəstəkar,  hər 
şeydən əvvəl Azərbaycan xalq musiqisinin lad, melodik, metroritmik xüsusiyyətlərini onların ilkin 
vəziyyətində çatdırmağa çalışır. 
Birinci  hissə  mahnı  xarakterli  iki  temanın  müqayisəsi  əsasında  qurulmuşdur.  Hadisələrin 
inkişafı  janr  və  formanın  qəbul  olunmuş  normaları  əsasında  baş  verir.  Birinci  hissənin  sonunda, 
reprizada  köməkçi  partiyadan  əvvəl  kadensiya  verilmişdir  ki,  burada  da  demək  olar  ki,  əsas 
partiyanın teması inkişaf etdirilir. 
Mahnı melodiyası ikinci hissədə verilmişdir. Onun müxtəlif ifadələrlə dəfələrlə işlənməsi bütün 
hissənin ümumi dalğavari formasını yaradır və bunun da zirvəsi fa diyez minor variasiyası ilə başa çatır. 
Əvvəlki iki  “mahnı”  hissələrindən  fərqli  olaraq finalın janr  əsasını rəqs təşkil edir. Musiqinin 
sərbəst  şərh  olunmuş  rondo  forması  da  onun  janrına  tamamilə  uyğun  şəkildə  verilmişdir.  Bu  parlaq, 
bayramsayağı  musiqi  bütün  Konsertin  böyük  kodasının  birinci  bölməsi  rolunu  oynayır.  Onun  ikinci 
bölməsi yönəldilən yüksəliş (piu mosso), üçüncüsü isə finalın son refren (Presto) variantıdır.  
Z.Bağırovun  Konserti,  müəyyən  çatışmazlıqlarına  baxmayaraq,  Azərbaycan  pianistlərinin 
repertuarında öz lazımi yerini tutmağa layiqdir. 
Ötən əsrin baxdığımız dövrünün 60-80-cı illərinin fortepiano musiqisi əsasən iki istiqamətdə 
inkişaf  etmişdir.  Onlardan  birincisində  lad-intonasiya  və  ritmik,  eləcə  də  forma  yaradan  olmaqla, 
xalq  musiqisinin  yaradıcı  şəkildə  işlənməsi  xətti  davam  etdirilir.  İkincisində  isə  müəlliflərin, 


- 178 - 
xüsusilə  də  gənc  müəlliflərin  müasir  dil  və  faktura  stilistik  priyomlarına  açıq  şəkildə  üstünlük 
vermələri müşahidə olunur. 
ƏDƏBİYYAT 
 
1.
 
Məhərrəmova  İ.  Vasif  Adıgözəlovun  fortepiano  ilə  simfonik  orkestr  üçün  bir  nömrəli  konserti, 
NDU, Qeyrət, Naxçıvan-2007. 
2.
 
Адигезалов В. Концерт  – 136-139, 144; Концерт с оркестром азербайджанских народных 
инструментов – 139, 144, Пьесы для детей –120, 121, Соната – 33, 64, 67, 85, 1992 
3.
 
Назирова  Е.  Вариации  –  25,  121;  Концерт  –  33,  84,  Концерт  на  арабские  темы  (соавтор 
Ф.Амиров)–33,  77-83,  84,  85,  Пять  детских  пьес  –  25,  Пять  прелюдий  –  10,  23-25, 
Сонатина-71;  Сюита  на  албанские  народные  темы  для  двух  фортепиано  (соавтор 
Ф.Амиров) – 33, 46-51, 78, Четыре етюда – 25, 1980. 
4.
 
Сеидов T. Азербайджанская советская фортепианная музыка, Язычы, Баку 1980.  
 
ABSTRACT 
Aynur Safarova 
 
Composing  of  large  size  musical  compositions  for  piano,  using  of  folk  music,  mugham 
(eastern melody), songs, rhythmic music, tasnifs have been studied in this article. Honorable places 
of  these  compositions  in  Azerbaijan  and  abroad  have  been  studied  and  notified  the  remarks  and 
opinions  of  the  world  famous  composers.  Have  been  studied  of  the  stylistically  reflection  of  the 
piano compositions of the Azerbaijan composers in XX century world music.   
 
РЕЗЮМЕ 
Айнур Сафарова 
 
Предлагаемая  статья  посвящена  произведениям  крупных  форм  в  азербайджанской 
фортепианной  музыке.  В  статье  анализированы  жанровые  и  стилистические  особенности 
этих  произведений,  выявлены  пути    использования  примеров  народного  творчества  – 
мугамов, песен, рянг и тэснифов.  
В  статье  освещены  своеобразные  различия  этих  произведений  в  творчестве  наших 
композиторов,  одновременно  были  исследованы  взгляды  не  только  специалистов  нашей 
республики,  но  и  зарубежных  композиторов  мирового  уровня.  Подчеркнуто  применение 
всесторонних  стилистических  тенденций  музыкального  искусства  фортепианной  музыки 
Азербайджана ХХ века в этих произведениях. 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent İ.Məhərrəmova
 
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə