Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   21   22   23   24   25   26   27   28   ...   164

52 
sadə, kiçik tikinti olan Atabəy günbəzi vardır ki, burada mühüm müsəlman nümayəndəsi əbədi olaraq 
yatır.  Bina  tağlı  türbənin  üzərində  ucalır,  piramida  şəkilli  örtüyü  kərpicdən  düzəldilmişdir.  Bu 
abidənin  friz  və  fasadı  Cümə  məscidində  olduğu  kimi  kufi  kitabələri  ilə  bəzədilmişdir,  mozaik 
kərpiclərdən çox bəsit şəkildə düzəldilmişdir” ( 7, s. 15).  
Səyyahlar Naxçıvanda olan başqa abidələrdən də bəhs etmişlər. Onlar vaxtı ilə Möminə Xatın 
türbəsinin yanında portal vasitəsilə bir-birinə ilhaq edilmiş qoşa minarələrin və qədim məscid qalıqlarının 
mövcud olduğunu xəbər verirlər. Dübua burada ən gözəl bir tarixi abidə hesab olunan bir məscid haqqında 
məlumat verərək göstərir ki, onun geniş xərabəlikləri hələ də “Atabəy günbəzilə” “Nuhun məzarı” 
arasında görünməkdədir. O kərpicdən hörülmüş kitabə və zərif relyeflərlə bəzədilmişdir (7, s.17). 
 
Azərbaycanın  memarlıq  abidələri  içərisində  Naxçıvan  şəhərindən  40  km  şimal-qərb  tərəfdə 
yerləşən,  Şərurun  ən  qədim  yaşayış  məskənlərindən  olan  Qarabağlar  kəndində  zəmanəmizədək 
qismən  dağılmış  şəkildə  gəlib  çatmış  memarlıq  kompleksi  özünəməxsus  yer  tutur.”Qarabağlar 
türbəsi”  orta  əsrlər  Azərbaycanının  məşhur  tarixi  abidələrindəndir.  Burada  qoşa  minarə  və  onların 
arasında yerləşən dini bina movcud olmuşdur. Qoşa minarələrin XII-XIII əsrin əvvəllərində tikildiyi 
ehtimal  olunur.  Minarələri  bir-birinə  bağlayan  baştaq  isə  XIV  əsrdə  tikilmişdir.  Baştağın  üzərində 
elxani hökmdarı Hülakü xanın arvadı Quti Xatının adının həkk olunması bunu söyləməyə əsas verir 
(9  s. 67).  Ərazisində  aşkar  edilən  maddi-mədəniyyət  nümunələri  və  orta  əsr  yazılı  mənbələrinin 
məlumatları  göstərir  ki,  Qarabağlar  Azərbaycanın  qədim  şəhərlərindən  olmuş,  orta  əsrlər  zamanı 
çiçəklənmə  dövrü  keçirmiş,  yüksək  inkişaf  səviyyəsində  olmuşdur.  Görkəmli  türk  səyyahı  Evliya 
Çələbi  “Səyahətnamə”  sində  bu  şəhər  və  abidələr  haqqında  maraqlı  məlumatlar  təqdim  edir:  “Çox 
abad  və  sonu  görünməyən  münbit  torpağı  olan  bir  düzənliyə  malikdir.  Neçə  dəfə  Süleyman  xan  (I 
Sultan Süleyman Qanuni (1520-1566)) və sair sərkərdələr də burda qışlamışdır. İndilər yerli-yerində 
yenə abad olmaqdadır. Xidmətçilərimiz orada təqribən 40-a qədər minarə saydılar. Allaha şükür ki, bu 
şəhərin ab- havasının gözəlliyindən təbiətimiz xoşlandı. Süvari  yoldaşlarımızla şəhərə tamaşa etdik. 
Mehmandarımızın dediyinə görə şəhərin 10 minə qədər bağlı-bağçalı evi, 70 mehrabı var ki, onun 40-
ı minarəli məsciddir. Orada karvansara, hamam, çarşu- bazar çoxdur” ( 4, s. 120). Naxçıvanda Əhməd 
Paşa, Fərhad paşa, Gözələli paşa, Cığaloğlu, Xadim Cəfər paşa cameləri kimi gözəl sənət nümunələri 
tikilmişdir.  Osmanlı  paşalarının  nəfinə  tikdirilmiş  bu  binaların  əksəriyyəti  azərbaycanlı  ustalar 
tərəfindən inşa edilmişdir. Evliya Çələbi bu abidələrin böyük memarlıq dəyərinə malik olduğunu qeyd 
edir: “Bəzi camelər siqfi zərgərlik məmulatlarından, çini, mina və kaşıdan hörülmüşdür” (2, s. 236-
237).  XVII  əsrdə  şəhərdə  İstanbul  minarələrinə  bənzər  33  minarə  var  idi.  Mənbələrdə  XVII  əsrdə 
Naxçıvanda  divarları  Çin  kaşısı  ilə  bəzədilmiş  çoxlu  hamam  olduğu  qeyd  olunur  (2, s.  237). 
Gözəl memarlıq  xüsusiyyətlərinə  malik  olan  bu  bəzəkli  hamamlar  haqqında  Evliya  Çələbi  yazır:  “ 
Hamam olduqca lətif və işıqlıdır. Onun qapı və divarları Çin kaşısındandır. Bütün poşthaləri şətrəncə 
(şahmata) oxşar naxışlanmışdır. Mehmanxanamıza yaxın Zal Paşa hamamı vardır. Onun bütün qapı 
və divarları Çin kaşısındandır. Döşəməsi başdan başa parlaq və səqfi mərmərdəndir. Elə münəvvər bir 
hamamdır  ki,  bütün  şüşələri  billurdur.  Qübbəsinin  ortasında  böyük  bir  hovuz  vardır”  (1,  s.  19). 
Səyyah yazır ki, Osmanlı Zal Paşazadə Əhməd Naxçıvanda hakim olduğu zaman İstanbul memarlıq 
üslubunda  Sədərəkdə  gözəl  bir  məscid  tikdirmişdir.  Bu  məscidə  əcəmlər  “Zaviyeyi  Əhməd  Paşa” 
deyirlər. Məscidin ətrafındakı 500 evdən ibarət olan kənd onun vəqfidir (1, s. 20). 
Evliya Çələbi XVII əsrdə Naxçıvanda “gözəl alim və şairlər” yaşadığını qeyd edirsə  də, lakin 
təəssüflər olsun ki, onların haqqında ətraflı məlumat vermir. Məlum olduğu kimi orta əsrlər dövründə 
yüzlərlə  naxçıvanlı  sənətkar  –  alim,  şair,  memar,  nəqqaş,  rəssam,  sazəndə  doğma  Azərbaycan 
torpağından sürgün edilmişdir. Bəzən elə hallar olurdu ki, azadlıq və sərbəstlik arzusu ilə yaşayan bir 
sıra  sənət  ustaları  ağır  feodal  zülmünə  dözməyib,  özləri  vətəni  tərk  etməyə  məcbur  olurdular. 
Nəticədə  Naxçıvanda  yetişmiş  bir  sıra  alim  və  sənətkarlar  başqa  ölkələrə  köçür,  onların  adları  isə 
yanlış olaraq həmin ölkələrə aid edilirdi. Türkiyə sultanları və İran şahları Naxçıvanı istila etdikləri 
zaman  bəzi  adlı-sanlı  sənətkarları  zorla  öz  saraylarına  aparmışdılar.  Evliya  Çələbinin 
“Səyahətnamə”  əsərində  belə  sənətkarlardan  Naxçıvanlı  Əcəm  Murad  Ağanın  adı  qeyd  olunur. 
“Əvəzsiz bir sazəndə” olan Əcəm Murad ağa Osmanlı sultanı  IV Muradın saray musiqiçilərindən 
hesab olunurdu (2, s. 238). 


53 
Naxçıvan  memarlıq  məktəbi  memarlıq  tarixində  çox  mühüm  bir  yer  tutur.  Orta  əsrlərdə 
həmin memarlıq məktəbi öz inkişafını əvvəlki kimi olmasa da müəyyən dərəcədə davam etdirirdi. 
XVII  əsrin  birinci  yarısında  Naxçıvanda  olmuş  səyyahlar  şəhərdə  çoxlu  bina  olduğunu  qeyd  edir. 
Lakin XVI-XVII əsrlərdə Naxçıvan memarlarının öz doğma şəhərlərinin hüdudlarından kənarda hər 
hansı bir bina inşa etmələri haqqında əlimizdə məlumat yoxdur. Buna görə də belə hesab etmək olar 
ki, Naxçıvan XV əsrdən etibarən əsas memarlıq mərkəzi kimi öz yerini Təbrizə versə də  hər halda 
bu dövrdə də Naxçıvan memarlıq məktəbi öz təsirini saxlamışdı. 
                         
ƏDƏBİYYAT 
 
1.
 
Baxşəliyev  A.  Azərbaycanın  sosial-iqtisadi  durumu  və  mədəni  həyatı  Evliya  Çələbinin 
“Səyahətnamə”sində (XVII əsrin 40-cı illəri). Bakı: ADPU nəşriyyatı, 2000, 157 s. 
2.
 
Evliya Çələbi Səyahətnaməsində Azərbaycan. Nəşrə hazırlayan Mehmet Rıhtım. Bakı, Qafqaz 
Universiteti nəşriyyatı, 2012, 296 s. 
3.
 
Əbdürrəşid  Əl  Bakuvi.  “Abidələrin  xülasəsi  və  qüdrətli  hökmdarın  möcüzələri”.  Bakı:  Şur, 
1992, 132 s.  
4.
 
 Əliyev İ.N. Naxçıvan bölgəsi Səfəvilər dövründə. Bakı, Elm və təhsil, 2014, 224 s. 
5.
 
Mahmudov Y. M. Odlar yurduna səyahət. Bakı, Gənclik, 1985, 184 s. 
6.
 
Məmmədov R.A. Naxçıvan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü). Bakı, Elm, 1977, 158 s. 
7.
 
Məmmədov R.A. Yaxın Şərq və Qərbi Avropa səyyahları Naxçıvan şəhərinin orta əsrlər tarixi 
haqqında//  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  Xəbərləri.  İctimai  elmlər  seriyası.  1962, 
№ 4, s.11-22. 
8.
 
Naxçıvan tarixi. Üç cilddə, I cild. Naxçıvan, Əcəmi, 2013, 452 s. 
9.
 
Piriyev V.Z. Naxçıvan tarixindən səhifələr. Bakı, Müəllim, 2004, 126 s. 
10.
 
 Səfərli F.Y. Naxçıvanın türk islam mədəniyyəti abidələri. Naxçıvan, Əcəmi, 2017, 216 s. 
 
ABSTRACT 
Sevinj Babayeva 
THE CULTURE OF NAKHCHIVAN AT THE TRAVELERS  
NOTES OF THE MIDDLE AGES 
In the article it is dealt with the cultural life of Nakhchivan in the Middle Ages. Travelers, 
who  had  been  in  our  country  including  Nakhchivan  in  the  Middle  Ages  at  different  times,  gave 
valuable information about cultural life of the city, the mode of population and other areas. These 
sources,  which  are  providing  information  about  the  lifestyle  and  culture  of  population,  also 
medieval  architectural  monuments,  castles  and  tombs  have  been  involved  in  the  research.  The 
analysis of the data suggests that the cultural life of Nakhchivan developed along with other areas 
attracted the attention of the travelers. 
РЕЗЮМЕ 
Севиндж Бабаева 
КУЛЬТУРА НАХЧЫВАН В ЗАМЕТКАХ  
СРЕДНЕВЕКОВЫХ ПУТЕШЕСТВЕННИКОВ 
В  статье  обсуждаются  культурной  жизнь  Нахчывана  в  средних  веках.  Разных 
временах  прибывшие  в  нашей  стране,  в  том  числе  в  Нахчыван  путешественники  давали 
ценные сведение о культурной жизни, быта население города и др. Исследовалось источники 
которые подаются информации о образ жизни население, культуры, о мавзолеях, крепостях, 
о  архитектурных  памятников  средние  века.  По  анализом  сведений  можно  сказать,  что 
культурная  жизни  Нахчывана  развивалась  вместе  других  сферах  города  и  это  привлекал 
внимание путешественников. 
 
 
  
                                                                         NDU-nun Elmi Şurasının 19 oktyabr 2017-cı il tarixli qərarı ilə çapa   
 
 
 
 
tövsiyyə olunmuşdur. (protokol № 02).  
 
 
 
 
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Z.Şahverdiyev
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə