Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   ...   18   19   20   21   22   23   24   25   ...   164

46 
daxilə  qatlanmış  olanlar.  Yeni  yoldan  aşkar  edilən  nümunələrdən  biri  düz  ağız  quruluşuna  malik 
olmaqla, saman və qum qarışıqlı gildən hazırlanmışdır (Şəkil 3,1). 
 
 
Şəkil 3.Yeni yol (1-2) və Şorsudan (3) aşkar edilmiş Son Eneolit keramikası  
[4, Şəkil 3, 1-2 ;1, Şəkil 5,1]. 
 
Digər nümunə xarici səthinə qırmızı və qara rənglə çəkilmiş boya naxışı ilə diqqət çəkir. Bu 
tipə  aid  olan  kasalar  bir  qayda  olaraq  yaxşı  bişirilmişdir.  Zirinclidən  üzə  çıxarılan  nümunələr 
qırmızı  rəngli  və  saman  tərkibli  gildən  hazırlanmışdır.  Onların  bəzilərinin  ağız  kənarları  içəriyə, 
bəzilərininki  isə  xaricə  doğru  meyillidir  [1,  Şəkil  3,2;  1,2].  Konusvari  kasalar  Ovçulartəpəsi 
[2,Tablo XXIX, 2; XXX, 2,3], Şorsu [5, Рис. 5, 7,10,12] yaşayış  yerlərinin qazıntı materialları ilə 
bərabər, həmçinin Yumru Sürümçək, Çay ağzı, Güney ağıl [1, Şəkil 6, 2,4; 9,7] abidələrinin yerüstü 
materialları  arasında  xeyli  miqdarda  qeydə  alınmışdır  hansı  ki,  paralelləri  Azərbaycanın  şimal-
qərbindəki Leylatəpə mədəniyyətinə məxsus abidələrdən [11, tabl. III, 4,6,7], Yaxın Şərqin [6, 138] 
və Şərqi Anadolunun Eneolit abidələrindən məlumdur [10, pl.II, 2-3]. 
Kasaların  bir  qismi  ağız  kənarının  1  sm  aşağısında  dairəvi  deşilmə  yolu  ilə  tətbiq  edilən 
ornamentasiya  ilə  fərqlənir.  Onlar  Neolit  dövründəki  sələflərindən  fərqli  olaraq  qabların 
bişirilməsindən əvvəl açılmışdır. Bu tip ornamentli keramika nümunələri Yeni yol, Zirincli, Şorsu 
[1, Şəkil 2, 3,5,6; 5, 2-3,6], Xələc [15, Şəkil 14, 4] yaşayış yerlərində də qeydə alınmışdır.  
İkinci qrupa aid kasalar qabarıq gövdəli olub ağız formasına görə bir neçə tipə ayrılır. Ağız 
kənarı  xaricə  qatlanan  kasalar  saman  qarışıqlı  gildən  hazırlanaraq  xaricdən  hamarlanmış  çəhrayı 
rəngdə  bişirilmişdir.  Yeni  yol  yaşayış  yerinə  aid  olan  bu  tip  qablardan  biri  sarı  rəngli  gildən 
hazırlanaraq yaxşı bişirilmişdir. Nümunələrdən biri səthindəki sarı ləkələr və kəsiyindəki boz təbəqə 
ilə  fərqlənir.  Ərəbyengicədən  aşkar  edilən  bu  tip  qablardan  biri  bikonik  gövdəyə  malik  olub  ağız 
kənarı xaricə qatlanmışdır. Ağız diametri 20, divar qalınlığı 0,5 santimetr olan qabın kəsiyində boz 
təbəqə  izlənilir  (Şəkil  2,  1).  Ağzı  içəriyə  doğru  yığılan  kasalara  Ovçulartəpəsi,  Zirincli,  Xələc 
materiallarında  xeyli  miqdarda  rast  gəlinir.  Onların  bənzərlərinə  Cənubi  AzərbaycanınYanıqtəpə 
[6,57],  həmçinin  Şərqi  Anadolu  abidələrində  -Norşuntəpədə  [8,  Tabl.  61,  6,13]  və  Oylum  Höyük 
[14, pl.17,3] rast gəlinir.  
 Küpələr  sarı,  az  miqdarda  boz  rənglərlə  təmsil  olunmaqla  boğazları  müxtəlif  dərəcələrdə 
içəriyə  doğru  batıqdır.  Onlar  2  tiplə  təmsil  olunmuşdur.  Birinci  tipə  boğazı  qıfşəkilli  formada 
içəriyə doğru batıq olanları, ikinci tipə isə silindirik boğazı xəfif şəkildə içəriyə tərəf batıq olanlar 
aid etmək olar. Oturacaqları düz formada divarlarına birləşən bu tipli qablar qalın divarlı olması ilə 
fərqlənirlər.  Ərəbyengicədən  aşkar  edilərək  AMEA  Naxçıvan  Bölməsinin  Arxeologiya  və 
Etnoqrafiya Muzeyində  saxlanılan nümunələrdən biri qalın divarlı olub  (d/q=1,7 sm) oturacaqdan 
gövdəyə  doğru  konusşəkilli  formada  genişlənir  (Şəkil  2,3).  Silindirik  boğazlı  küpələrdən  birinin 


47 
ağzının  2  sm  aşağısında  kiçik  dairəvi  deşik  açılmış,  boz  rəngli  olan  digər  nümunənin  isə  ağzının 
kənarı xaricə doğru meyilləndirilmiş və oval batıqlar cərgəsi ilə naxışlanmışdır.  
Naxçıvanın  Son  Eneolit  keramikasının  ornamentasiyasını  iki  qrupa  ayırmaq  olar.  Birinci 
qrupa aid olanlar boyasız qabların üzərində batıq, cızma və əsasən qabların ağız kənarlarının dairəvi 
deşilməsi metodu ilə tətbiq edilmişdir. Dairəvi deşiklərlə bəzəmə motivi geniş yayılmışdır (Şəkil 3,3).Bu 
tipornamentlər həm də praktik məzmun daşımışdır. Qabların ağzının 2-3 sm aşağı hissəsində bəzən qoşa, 
bəzən də cərgəli şəkildə düzülən bu deşiklər müxtəlif vaxtlarda ip salınaraq mütəhərrik qulp funksiyasını 
yerinə  yetirmişdir.  Zirinclidən  aşkar  edilən  nümunələri  qabın  1-2  sm  ağız  kənarını  cərgəli  şəkildə 
çevrələmişdir (Şəkil 3,3). Şorsu keramikasında bəzən tək bəzən də cərgəli şəkildə tətbiq edilmişdir 
[1, Şəkil 5, 2-3; foto 6]. Qaratəpə [1, Şəkil 10,1] və digər abidələrin eneolit keramikasında onların 
tək-tək nümunələrinə rast gəlinir. 
Basqı  motivi  ornamentlər  müxtəlif  nümunələrlə  təmsil  olunmuşdur.  Onlar  bəzən  dairəvi, 
bəzən novşəkilli formalarla, bəzən də daraq dişinə bənzər kiçik nöqtəşəkilli batıqlar cərgəsinin maili 
düzülüşü  formasında  ortaya  çıxmışdır.  Zirincli  keramikasının  ağız  qurtaracağında  kənarlarda 
yuvarlaqlaşdırılan  trapes  yaxud  novşəkilli  qısa  paralel  basqılar  formasında  tətbiq  edilmişdir  [1, 
Şəkil 2, 1]. Güney ağıl yaşayış yerinin konusvari formalı Eneolit kasasının ağız kənarının xaricində 
buğda şəkilli basma naxışlar sola meyilli paralel cərgələrlə çevrələmişdir [1, Şəkil 9,7].  
Daraqlama  naxış  motivi  özünəməxsus  xüsusiyyətləri  ilə  fərqlənir.  Bu  motivdən  qabların 
xarici,  daxili  səthində,  bəzən  də  hər  iki  üzündə  tətbiq  edilmişdir.  Bəzi  hallarda  sadəcə  qabların 
səthinin  hamarlanmasında  istifadə  edilmiş  hər  hansı  bir  alətin,  yaxud  saman  dəstəsinin  izini 
xatırladan xəfif cizgilər şəklində ortaya çıxır. Bəzi qabların səthində isə daha dərin və aydın paralel 
xətlər kompleksi  şəklində izlənilir. Bu tip ornamentlər əsasən Ovçulartəpəsi  keramikasında qeydə 
alınmışdır.  Bununla  yanaşı  Çay  ağzı,  Güney  ağıl,  Şorsu,  Sürümçək  yaşayış  yerlərinin  yerüstü 
materialları  içərisində  də  belə  ornamentlərə  rast  gəlinir  [1,Şəkil  9,6-7;  5,2;  11,  3-4;  14,1]. 
Ovçulartəpəsində  qabların  hər  2  üzündə  rast  gəlinən  bu  xüsusiyyət  digər  abidələrin  həmdövr 
qablarının interyer hissəsində rast gəlinmişdir. 
Cızma naxışlar digərləri ilə müqayisədə azlıq təşkil edir. Sürümçəkdən tapılan kasa üzərində 
2 cərgə paralel ziqzaq şəklində tətbiq edilmişdir [1, Şəkil 13,3]. 
Ornamentlərin  ikinci  qrupunu  boya  naxışlar  təşkil  edir.  Əsasən  həndəsi  xətlərlə  təmsil 
olunan boya naxışlı qablardaha çox Sürümçək yaşayış yerində qeydə alınmışdır [1, Şəkil 12, 4-5]. 
Buradan  tapılan  kasalardan  birinin  ağız  kənarının  xaricində  sola  doğru  meyilli  kiçik  ölçülü  oval 
yarımdairələr  cərgəsi,  silindirik  boğazlı  küpənin  ağız  xaricində  isə  eyni  qaydada  qısa  enli  xətlər 
sağa doğru meyilləndirilmişdir [1, Şəkil 14, 4,5]. Bununla  yanaşı  qabların boğazında, gövdəsində 
müxtəlif fomalı həndəsi xətlərə də rast gəlinir [1, Foto 10,13]. 
Diqqət çəkən xüsusiyyətlərdən biri Eneolitin Erkən mərhələsinin sevilən naxışlarından olan 
yuvarlaq qabartma ornamentlərin və relyef qurşaqların bu dövrdə tədricən üstünlüyünü itirməsidir. 
Bu ornamentlər yalnız Ovçulartəpəsindən aşkar edilmiş qablarda rast gəlinir. Məlum olduğu kimi, 
bu  abidədən  Eneolitin  orta  və  son  mərhələsinə  aid  təbəqələr  aşkar  edilmişdir.  Ehtimal  ki,  bu 
ornamentlərin  tətbiq  edildiyi  qablar  orta  mərhələyə  aid  olmuşdur.  Ovçulartəpəsi  yaşayış  yerində 
Şərqi Anadolu  ilə bağlı elementlər ağırlıq  təşkil  edir. Bu özünü Eneolit  qabları  üzərində izlənilən 
relyef  qurşaqların,  basma,  həmçinin  küncdə  yuvarlaqlaşdırılmış  kvadrat  şəkilli,  yaxud  dalğavari 
relyef bəzəklərin öz  yaxın paralellərini  Norsuntəpə [8, Abb. 38;  43], Tülintəpə  [7, p. 128],  Böyük 
Güllücek  [9,  Resim  47]  kimi  Anadolu  abidələrində  tapmasında  da  göstərir.  Lakin  tikinti 
xüsusiyyətləri,  qabların  forması,  hazırlanma  texnologiyasına  görə  bu  abidə  özünəməxsus 
xüsusiyyətləri özündə ehtiva edir. Naxçıvançay vadisində yerləşən abidələrin tikinti xüsusiyyətləri, 
həmçinin saxsı məmulatında da yerli elementlərin üstünlüyü nümayiş olunmaqdadır.  
Beləliklə,  Naxçıvanın  Son  Eneolit  abidələrində  qonşu  regionlarla  bəzi  ortaq  elementlərə  rast 
gəlinsə də, özünəməxsus xüsusiyyətlər daha çoxdur. Tikili qalıqları, saxsı məmulatı, həmçinin onların 
ornamental  xüsusiyyətləri  Naxçıvanda  Son  Eneolit  mədəniyyətinin  yerli  zəmində  formalaşdığını 
göstərir. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə