Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   13   14   15   16   17   18   19   20   ...   134

36 
maddələri  vardır.  Bitkinin  yerüstü  hissəsi  aşı  maddələri,  flavonoidlər,  efir  yağı,  şəkər, 
piqmentlərdən  ibarətdir.  Kök  və  kökümsovlarında  triterpenli  saponinlər,  qatran,  üzvi  turşular  və 
piyli yağlar vardır. Köklərindən alınmı cövhər „kiyev acısının" əsas hissəsidir.  
12.  Sürtükyarpaq  baldırğan-  Heracleum  pastinacifolium  C.Koch.  Gövdəsi  budaqlı, 
yarpaqları pərdəli, üzəri çılpaq arxası tükcüklü, aşağı  yarpaqları lələkvari 3-4 cüt seqmentli, aşağı 
seqmentlər  saplaqlı  yuxarıdakılar  oturaq,  3  parçalı  və  ya  2-3  bölümlü  paylıdır.  Çətir  12-15  şüalı, 
ləçəkləri ağdır. D.s.-dən 3000 m yüksəkliyə qədər su kənarlarında geniş yayılmışdır. Yabanı tərəvəz 
kimi  geniş  istifadə  olunur.  Ç.  və  m.  VI-VII.  Orta  və  yuxarı  dağlıq  qurşaqlarda  meşələrdə, 
kolluqlarda,  meşə  talalarında,  bulaq  kənarlarında  və  subalp  çəmənliklərdə  yayılmışdır.  Bitki 
nümunələri və toxumları Biçənək kənd ətrafından (1800 m), Küküdağ dərələrindən toplanılmışdır.  
Bitkinin  köklərində  0,1%,  meyvələrində  1,8%  efir  yağı,  kumarinlərdən  umbelliferon,  sfondin, 
berqapten, skopoletin, biakangelisin, marmezin, angelisin, izoberqapten və digərləri nə rast gəlinir. 
Hazırda  bu  baldırğan  növlərindən  qida  məhsullarının  hazırlanmasında  geniş  istifadə  edilir. 
Baldırğandan müxtəlif salatlar, sup və qatqılar hazırlanır.  Yarpaq saplaqları və cavan çiçək zoğları 
təzə  halda  soyularaq  yeyilir.  Eyni  zamanda  həmin  hissələr  duza  qoyulur,  turşu  kimi  qışda  istifadə 
edilir.  Adətən  may-iyul  aylarında  bitkilərin  yarpaq  saplaqları  və  körpə  çiçək  zoğları  toplanır. 
Köklərindən spirtli içki alınır.  
13.  Adi  çaytikanı-Hippophae  rhamnoides  L.  Meyvələrindən  əsasən  cövhər  alınır  və 
meyvəşirəsindən likor alınır.  
14.  Adi  xamırmaya-  Humulus  lupulus  L.  Çoxillik,  sarmaşan bitkidir. Gövdəsi sarmaşan, 
nadirən  yatan,  dördtilli,  kələkötür  və  3-6  m  uzunluqdadır.  Yarpaqları  tam  və  ya  3-5  paylı,  əsası 
dərin  ürəkvari,  kənarları  iri  dişciklidir.  Dişi  çiçəklərin  çiçək  yanlıqları  meyvə  zamanı  birtərəfli 
böyüyən,  qanadşəkilli,  xırda  vəzilərlə  örtülü,  əsası  qozacıqla  qucaqlanıbdır.  Çox.  VI-VII.  Orta 
qurşağın meşə və kolluqlarında rast gəlinir. 
Bitkinin  yerüstü  hissələrinin  tərkibində  dipenten,  30-50%  mirsen,  β-kariofillen,  geraniol, 
borneol,  linalol,  nerol,  limonen,  α-pinen,  β-pinen,  geranilasetat,  flavanoidlərdən  astraqalin,  rutin, 
kversitrin,  vitaminlərdən  B
1
,  B
2
,  C,  karotin,  fenolkarbon  turşularından  n-kumarin,  kofein, 
flavonoidlərdən  kempferol,  kversetin,  17%  antosian,  3,4%  aşı  maddələri,  palmitin,  stearin,  olein 
kimi yağ turşuları və digər maddələr vardır. Yarpaqları, açılmamış qozaları və cavan gövdələri salat 
kimi işlədilir. Bitki pivə və likor  istehsalında isatifadə olunur.  
15. Zəif dazı- Hypericum perforatum L. Bitki sazı arağının  tərkibinnə daxildir.  
16.  Uca    andız-İnula  helenium  L.  Kökləri  tərkibindəki  maddələrə  görə  likor  və  araq 
istehsalında istifadə olunur.  
  17. Adi ardıc –Juniperus communis L. Tünd-yaşıl iynəyarpaqlı kol və ya kiçik ağac bitkisi 
olub,  hündürlüyü  8m-ə  qədərdər.  Gövdəsi  sıxılmış  və  ya  sallanmışdır.  Təzə  gövdəsi  qırmızımtıl-
qonur,  üçtilli,  köhnə  gövdəsi  isə  kükürdü-sarı  olmaqla,  qabığı  soyulandır.  Yarpaqları  uzun  xətti-
lansetvari,  oturaq,  tikanlı  və  köbəlidir.  Erkək  çiçəklərinin  ölçüsü  2-4mm,  sarı  rəngli,  oturaq  olub, 
gövdədə keçənilki budaq bərabərliyində yerləşir. Dişi çiçəkləri çoxsaylı, uzunsov-yumurtavari, qısa 
ayaqcıqları  zirvədə  yarpaqların  qoltuq  tumurcuqlarında  yerləşir.  Yazdakı  meyvələri  qabarlı-
pulcuqlu, meyvəyəbənzər llətli hissəyə bitişir və inkişaf edərək iki il qalır. Birinci il yaşıl, ikinci ilin 
payızında  şarşəkilli,  göyümtül-qara  olur.  Avropa,  cənub-qərbi  Sibir,  Ukrayna,  Belarusiya 
ərazilərində yayılmışdır. Adi ardıc çöllərdə, yolların kənarlarında və dağlıq ərazilərdə bitir. 
Meyvələri  avqustun  sonundan,  oktyabrın  sonuna  qədər  tonlarla  toplanılır.  Bu  dövrdə  onun 
meyvələrində  efir  yağı   toplanılır.  Toplanılan xammal  ya  yaxşı  ventiliyasiya  edilən  yerlərdə və  ya 
30
0
C temperaturada quruducu şkafda qurudulmalıdır. 
Meyvələrinin tərkibində çoxlu miqdarda şəkər (40%-ə qədər), qatran (9,5%), efir yağı (2%), 
mürəkkəb tərkibli rəngləyici maddələr, yağlar, üzvi turşular (alma, qarışqa və sirkə), köklərində aşı 
maddələr, efir yağları və askorbin turşusu (266mq%) vardır. 
Bitkinin meyvələrinin tərkibində  şəkər olduğundan xüsusi dada və iyə malik spirtli içkilər alınır.  
18. Şərq alması –Malus orientalis Uglitzk. İri çətirli, 8-9 m hündürlüyündə ağacdır. Qabığı 
tutqun-boz  rənglidir.  Yarpaqları  yumurtavari-lansetvari  və  ya  girdə  olub,  kənarları  mişar  dişlidir. 
Yarpağın  alt  tərəfi  ağ  və  ya  bozumtul  tükcüklüdür.  Meyvələri  girdə,  saplağı  qısa  və  tükcüklüdür. 


37 
Orta  qurşağın  meşələrində  yayılmışdır.  Ç.  və  m.  IV,V-VIII,IX.  Mezofit.  Coğrafi  tipi:  Qafqaz. 
Yayılması:  BQ,  KQ,  Alazan-Əyriçay,  Naxçıvan  dağlıq.  Ümumi    yayılması:  Kiçik  Asiya,  İran. 
Meyvələrinin şirəsini qıcqırtmaqla alma sirkəsi və spirtli içkilər alınır.  
19. Dərman xəşəmbülü-Melilotus officinalis (L.) Pall. Dazı arağının tərkibində daxil olur.  
20.  Üçyarpaq  suyoncası  -  Menyanthes  trifoliata  L.  Gövdəsi  30-60  sm  hündürlüyündə, 
aşağı  yarpaq-ları  uzun  saplaqlı,  üçlü,  tərs  yumurtavari  uzunsov  küt  paylı  və  növbəli  düzülübdür. 
Əsası  uzun  qınlıdır.    Çiçəkləri  gövdə  ucundakı  sıx  fırçadadır.  Tac  solğun  çəhrayı  və  ya  ağ 
olub,üçbucaq paylıdır. Subalp qurşağın sulu və bataqlıq ərazilərində rast gəlinir. Hidrofit. Ç.m. VI-
VIII,IX.  Coğrafi  tipi:  Holarktik.  Yayılması:    Naxçıvan  dağlıq.  Bitkinin  tərkibində  acı  menyantin 
maddəsi vardır. Yarpaqlarının cövhəri narınc arağının, pivə və likorun tərkibinə daxildir.  
21. Mussin pişiknanəsi - Nepeta mussini Spreng. Çoxillik, 15-40 sm hündürlükdə, çoxgövdəli 
bitkidir.Yarpaqları  kiçik,  ürəkşəkilli,  küt,  üst  tərəfi  bozumtul-yaşıl,  alt  tərəfi  bozumtul,  məxməri 
tükcüklüdür.  Tac  bənövşəyi-göyümtüldür.  Orta      dağlıq  qurşağın  qayalıq  və  daşlı  ərazilərində 
yayılmışdır.  Ç.  və  m.  V-VIII,VII-IX.  Kserofit.  Coğrafi  tipi:    İberiya.  Yayılması:  Bütün  Azərbaycan. 
Ümumi yayılması: Şimali İran. Bitkidən alınmış efir yağı likor və konyakın tərkibin dədaxil olur.  
22.  Adi  qaraqınıq-Origanum  vulgare  L.  Arağın  cövhərlənməsində  və  dazı  arağının 
tərkibində daxil olur.  
23. Adi meşə gilası - Padus avium Mill.( Padus racemosa (Lam.) Gilib.). Hündürlüyü 2-6 
m olan koldur. Yarpaqları uzunsov elliptik, sivriləşmiş, xırda mişardişli və çılpaqdır. Salxımı uzun 
və əyridir.  Ləçəkləri tərs  yumurtavari və ağdır.  Meyvələri  kiçik  və qaradır.  Orta  və  yüksək  dağlıq 
qurşağın  meşə  və  meşə  kənarı  kolluqlarında  rast  gəlinir.  Ç.  və  m.  VI-VIII.  Mezofit.  Coğrafi  tipi: 
Paleoarktik.  Yayılması:  Naxçıvan  dağlıqMeyvələrindən  meşəgilası  arağı  və  abrikotin  tipli  likor 
alınır. Əzilmiş meyvələri ağ üzüm şərabının tərkibinə daxil olur.  
24.  Şərq  lələkotu  -  Pennisetum orientale Rich. Gövdəsi 20-40 sm hündürlükdə və aşağısı 
quru  qınlarla  örtülü birillik  bitkidir.  Yarpaq qınlarının kənarları  kirpikciklidir. Yarpaqları  dar-xətti 
və  burulmuşdur.  Çiçək  qrupu  dar  sünbülşəkillidir.  Sünbülcüyü  əhatə  edən  cod  tüklər  bənövşəyi 
rəngdədir.  Sünbülləri  neştərvari,  ikinci  sünbül  pulcuğu  üç  damarlıdır.  Orta  dağlıq  qurşağın  quru 
daşlı  yamaclarında  yayılmışdır.  Ç.  və  m.  V-VIII.  Kserofit.  Coğrafi  tipi:  Şərqi  Aralıq  dənizi-İran. 
Yayılması: Naxçıvan. Ümumi yayılması: Aralıq dənizi, Iran. Toxumlarından araq alınır.  
25.  Daşdələn  yalançı cirə-Pimpinella saxifraga  L. Pivəyə ətirli iy vermək üçün ona əlavə 
olunur.  
26.  Düz  qaytarma-  Potentilla  recta  L.  Bitkilərin  köklərindəki  ətirli  efir  yağları  vardır. 
Bunun üçün onlardan müxtəlif  spirtli içkilərin hazırlanmasında istifadə olunur.   
27.  Qafqaz  armudu  -  Pyrus  caucasica  Fed.  Cavan  budaqları  boz  qabıqlı  və  tikanlıdır. 
Yarpaqları girdə və ya geniş yumurtavari, əsasən uzunsov, əsası girdə, küt və ya iti uclu, tam kənarlı, 
saplağı  yarpaq  ayasından  2-3  dəfə  uzundur.  Çiçəklər  qalxanda  toplanıbdır.  Meyvəsi  girdə  və  ya 
yastılaşmışdır. Orta dağlıq qurşağın meşələrində yayılmışdır. Ç. və m. IV,V-VII,IX. Mezofit. Coğrafi 
tipi: Qafqaz. Yayılması: BQ, KQ, Naxçıvan. Meyvələrindən yaxşı meyvə şərabı və sidr alınır.  
İtburnu  -  Rosa  L.  Gövdə  və  budaqları  cüt  və  ya  dağınıq  tikanlı,  yarpaqları  tək  lələkvari, 
kasayarpaqları  və  ləçəkləri  5,  nadirən  4,  erkəkcikləri  çoxsaylı,  dişicik  çoxsaylıdır.  Yarpaqaltlığı 
saplaqlıdır. Qiymətli bəzək və dərman bitkiləridir. Cinsin Azərbaycanda 34, Naxçıvan MR-də 33, 
qoruq ərazisində 21 növü yayılmışdır. İtburnu meyvələrindən ətirl və dadlı şərab alınır.  
28. Buş itburnusu - Rosa buschiana Chrshan. Gövdəsi tək, zəif budaqlanan, tikanları sıx, 
eyni  tipli,  düz  və  iynəvaridir.  Yarpaq  oxu  tükcüklü  və  incə  tikanlı,  yarpaqcıqları  5  nadirən  7,  dar 
elliptik,  sıx  qısa  tükcüklü  və  vəzilidir.  Çiçəkləri  tək,  ləçəkləri  solğun  çəhrayı,  meyvələri  oval-
şarşəkillidir.  Orta  dağlıq  və  sublp  qurşağın  meşə  kənarı  və    kolluqlarında  yayılmışdır.  Qiymətli 
dərman bitkisidir. Ç. və m. V,VI-VII. Mezokserofit. Coğ. tipi: Qafqaz. Yayılması: Naxçıvan dağlıq.  
29.  Yarımkürə  itburnu  -  Rosa  haemisphaerica  Herrm.  Gövdəsi əsası  aşağı qaçan  iri və 
xırda tikanlı, çiçək oxu çılpaq, yarpaqaltlıqları qulaqcıqlı, yarpaqcıqları 5-7, tərs yumurtavari, əsası 
pazvari  və  göyümtül  yaşıldır.  Çiçəkləri  tək  və  çiçəkaltlıqsızdır.  Ləçəkləri  kükürdü-sarıdır. 
Meyvələri  şarşəkilli,  sarı  və  ya  narıncıdır.  Orta  dağlıq  qurşağın  quru  yamaclarında  yayılmışdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə