Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   21   22   23   24   25   26   27   28   ...   134

52 
 
bütün  arıçılıq  məhsulları  yalnız  və  yalnız  ağız  suyu  ilə  fəal  həzm  olunur.  Onları  adi  nabat  kimi 
ağızda  tam  həll  olana  qədər  ağızda  saxlamaq  lazımdır,  həm  də  mümkün  qədər  çox  saxlamaq 
lazımdır  ki,  həzm  ağızın  selikli  qişasında  getsin,  Onu  udmaq,  ələlxüsus  də  üstündən  su  içmək 
müalicəvi məhsulu boş yerə sərf etmək deməkdir.20 yə yaxın amin turşusu, 110 a yaxın bioloji aktiv 
maddələr, müxtəlif hormon və fermentlər var. Arı ailəsi bir ana arıdan, yüzlərlə erkək arıdan və on 
minlərlə işçi arıdan ibarətdir.Ana ari iki cür yumurta qoyur: mayalanmış və mayalanmamış. Ana arı 
və  işçi  arıların  genetik  mənşəyi  eynidir.  Mayalanmamış  yumurtadan  erkək  arı  yaranır.  Sürfələri 
yemləmək işçi arıların vəzifəsidir. Həyatın inkişafını süfrəyə verilən yemlə dəyişdirirlər. İşçi arıya 
çevriləcək sürfələr bal və çiçək tozunun qarışığı  ilə  yemlənir.Ana  arıya  çevriləcək sürfələr isə arı 
südü  ilə  yemlənir.  (  2.s  18)Beləliklə  arı  südü  bu  xassələrə  malikdir:  Sürfənin  daha  sürətlə 
böyüməsini  təmin  edir.  Cinsiyyət  orqanlarının  əmələ  gəlməsini  təmin  edir  və  ana  arının  cinsi 
fəaliyyətini  tənzimləyir.  Ana  arının  ömrünü  45  gündən  5  ilə  qədər  uzadır.Həyatın  inkişafını 
dəyişdirə biləcək qədər zəngin və qüdrətli olan arı südü insan orqanizmi üçün də xeyirlidir.
 
Arı südü 
aterosklerozda, mədə və 12 barmaq bağırsaq yaralarında, qaraciyər xəstəliklərində, uşaqlarda fiziki 
və  zehni  inkişafın  zəifliyində,  orqanizmin  ümumi  zəifliyində,  süd  əmizdirən  qadınlarda  süd 
azlığında  müsbət  təsir  göstərir.  Arı  südü  sidikqovucudur.  Piylənməni  ləngidir,  qan  dövranını 
normallaşdırır,  endokrin  vəzilərin  funksiyasını  isə  tənzimləyir.  Arının  bu  məhsulu  qocalma 
prosesini  ləngidən,  yaddaşı  və  görməni  yaxşılaşdıran,  cinsiyyət  vəzilərini  fəallaşdırmaq  və  iştahı 
artırmaq  xüsusiyyətlərinə  malikdir.Arı  südündən  radioaktiv  zonalarda  işləyənlərdə  hüceyrələrin 
bərpa olunmasında və şüalanmanın zərərli təsirlərinin qarşısının alınmasında effektiv dərman kimi 
istifadə oluna bilər
"Arı  südü  dilin  altına  qoyulur.  Özü-özünə  sorulub  getməlidir.  Arı  südünü  daxilə 
birbaşa    qəbul  etmək  məsləhət  deyil.  Çünki  mədə  turşusu  arı  südünü  parçalayar.  Bu  zaman  həmin 
südün  tərkibi  tamamilə  dəyişir  və  keyfiyyətini  itirmiş  olur.  Müalicə  müddəti  20-25-30  gün  ərzində 
qəbul  edilir.  Onu  da  qeyd  edim  ki,  arı  südünün  qəbulu  yalnız  səhər  və  günorta  olmalıdır.  Axşamlar 
qəbulu  məqbul  sayılmır.  Çünki  yuxu  qaçıran  xüsusiyyətə  malikdir". 
Arı südünün qəbulu bir kurs 
müalicədən  sonra  bir  müddətlik  dayandırılmalıdır.  Yalnız  üç  aydan  sonra  təkrar  müalicəyə 
başlamaq  məqsədə  uyğundur.    Həkimlər  genetik  olaraq,  xərçəng  riski  daşıyanlar  üçün  tövsiyə 
edirlər. Arının bu məhsulundan istifadə edərkən  xüsusilə diqqətli olmaq lazımdır. Həddindən artıq 
dozada  ya  da  səhv istifadə  edilən  arı  südü  allergiyaya səbəb  ola  biləcəyi  kimi insanı zəhərləyə də 
bilər:
  "Xüsusilə  üç  xəstəlikdə  ondan  istifadə  etmək  olmaz.  El  arasında  "brünc"  xəstəliyi  deyilən 
"Edisson" xəstəliyində, allergiya və kəskin infeksion xəstəliklərdə arı südünü qəbul etmək olmaz"
Arı  südündən  istifadə  zamanı  onu  digər  arıçılıq  məhsulları  ilə  də  qarışdırıb  qəbul  etmək 
mümkündir.  Bal,  çiçək  tozu  və  vərəmumla  qarışdırılan  məhlulun  bir  sıra  dəri  və  mədə-bağırsaq 
xəstəliklərində  istifadəsi  yararlıdır.  Bu  qarışığın  böyüklərə  bir  qaşıq  verilməsi  nəzərdə  tutulursa, 
uşaqların  0,5  qaşıq  qəbul  etməsi  məqsədə  uyğundur.  Yaponiyada  arı  südü  xüsusilə  geniş  vüsət 
tapıb.  Orada  dövlət  tərəfindən  məktəblərdə  şagirdlərə  arı  südü  verilir.  Bu,  həm  gələcək  nəslin 
sağlam və uzunömürlü olmasına, həm də şagirdlərin dərslərini daha yaxşı oxumasına müsbət təsir 
göstərir. Bu məqsədlə Yaponiya hər il özündə arı südü az olduğuna görə digər ölkələrdən, həmçinin 
qardaş Türkiyədən böyük miqdarda arı südü idxal edir. ( 3. s 112)  


53 
 
ƏDƏBİYYAT 
 
1.
 
Etibar Məmmədov "ARIÇILIQ, TƏBİƏT VƏ TƏBABƏT". 2015 
2.
 
Məhərrəmov S.H, Tahirov Ə.S, Əsədov E.S  “Naxçıvanda arıçılıq: ənənələri və 
perspektivləri. Naxçıvan şəhəri, Təbriz küçəsi 1 
3.
 
Moris Meterlink. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2013, s. 169-170). 
 
ABSTRACT 
Shafa   Maharramova 
About royal jelly and its importance 
5-15  day  worker  bees,  royal  jelly  is  made  of  the  pharynx  and  the  upper  jaw  glands.  Pure 
royal  jelly  appearance  yellowish  white,  flowing,  water-soluble,  strongly  scented,  has  a  sour-sweet 
taste. Life is rich and powerful enough to alter the development of royal jelly, which is good for the 
human body. JELLY atherosclerosis, gastric and duodenal 12 wounds, liver diseases, physical and 
mental  development  of  children,  weakness,  general  body  weakness,  lack  of  milk  has  a  positive 
impact  breastfeeding  women.  JELLY  diuretic.  Obesity  inhibits  blood  circulation,  normalizes  and 
regulates the function of the endocrine glands. Bee this product delaying the aging process, improve 
memory and vision, gender gums are features stir and increase appetite. Bee milk harmful effects of 
radiation  from  radioactive  zones  and  prevention  of  workers  restoring  the  cells  can  be  used  as  an 
effective medication. "In particular, the disease will not have to use it." Edisson "disease, allergies, 
and acute infectious diseases, bee's milk should not be accepted". 
 
РЕЗЮМЕ 
Шафа Магеррамова 
О маточном молоке и его важности
 
5-15  день  рабочие  пчелы,  маточное  молочко  состоит  из  глотки  и  верхних  желез 
челюсти.  Чистый  внешний  вид  маточное  молочко  желтовато-белый,  течет,  растворимые  в 
воде, сильно душистые, имеет кисло-сладкий вкус. . Развитие богатых и достаточно мощный, 
чтобы  изменить  жизнь  маточное  молочко  лучше  всего  подходит  для  человеческого 
организма.  Желе  атеросклероз,  язва  желудка  и  двенадцатиперстной  кишки  12  раны, 
заболевания  печени,  физическое  и  психическое  развитие  детей,  слабость,  общая  слабость 
организма,  недостаток  молока  оказывает  положительное  влияние  женщин,  кормящих 
грудью. Желе мочегонное. Ожирение тормозит кровообращение, нормализует и регулирует 
функцию эндокринных желез. Пчела этот продукт задерживает процесс старения, улучшает 
память и зрение, гендерные особенности десны размешать и повышают аппетит. Пчелиный 
молоко  вредное  воздействие  излучения  от  радиоактивных  зон  и  предотвращения  рабочих, 
восстанавливающих  клетки  могут  быть  использованы  в  качестве  эффективного 
лекарственного  средства.  "В  частности,  болезнь  не  будет  использовать  его."  Edisson 
"болезнь, аллергии и острых инфекционных заболеваний, пчелиный молоко не должно быть 
принято".  
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni  çapa  təqdim  etdi:  Biologiya  üzrə  fəlsəfə  doktoru,  dosent   
M. Piriyev
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə