Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/134
tarix20.01.2018
ölçüsü5,01 Kb.
#21718
1   ...   11   12   13   14   15   16   17   18   ...   134

32 
4.
 
Qənbərov  D.Ş.  Naxçıvan  Muxtar  Respublikasında  yayılan  Astracantha  və  Astragalus 
(Fabaceae  Lindl.)  növlərinin  fitosenoloji,  eko-bioloji  xüsusiyyətləri  və  genofondunun 
qorunub saxlanılması.  Biol.elm.dok. ... diss. avtoref. Bakı, 2016, 42 s. 
5.
 
Флора Азербайджана. Баку, тт. I-VIII, Изд. АН Азерб. ССР, 1950-1961. 
6.
 
Флора СССР. В 30-х т. Т. 13, М.-Л.: Изд. АН СССР, 1934-1967  
7.
 
Черепанов С.К. Сосудистые растения России и сопредельных государств (в пределах 
бывшего СССР). С.- Петербург: Мир и семья-95, 1995, 990 с. 
8.
 
 Прилипко  Л.И.  Растителъные  отношения  в  Нахчеванской  АССР.  Баку:  Из-во.  Аз. 
ФАН, 1939, т.7, 196 с. 
9.
 
Прилипко Л.И. Растительный покров Азербайджана. Баку: Элм, 1970,170 с.  
10.
 
Гроссгейм А.А. Анализ флоры Кавказа. АзФАН СССР, 1939, 230 с.  
11.
 
Гроссгейм А.А. Флора Кавказа. Т.V. Изд. АН СССР. М.Л., 1952, 455  
12.
 
Сытин  А.К.  “Астрагалы  (Astragalus  L.,  Fabaceae)  Восточной  Европы  и  Кавказа: 
систематика, география, эвалюция” док. био. наук ... diss. aвтореф. Санк-Петербург , 
2009, 48 с.   
13.
 
İnternational Code of  Botanical Nomenklature Saint Louis, 1999; Vienna, 2005 
 
ABSTRACT 
Dashgin Ganbarov 
Conspekts of Species Belonging to the Astragalus Genus Spreading in the Nakhchivan 
Autonomous Republic Flora 
The article deals with the conspekts of species belonging to the Astragalus genus spreading 
in the Nakhchivan Autonomous Republic flora. During the researches in the region, there have been 
identified  2  semi-genuses  and  84  species  that  join  in  32  sectionsbelonging    to  the  Astragalus 
species. 53 species out of them join in the Astragalus genus and 31 species join in the Cercidothrix 
semi-genus.  As  well  as  one  species-Astragalus  dasyantus  Pall  has  been  noted  for  Azerbaijan  and 
Nakhchivan flora. But the rest 5 species: A.alexandrii charadze, A.lunatus Pall., A.contortuplicatus 
J., A.mollis Bieb., and A.stevenianus DC. have been noted for the first time in the regional flora.   
 
РЕЗЮМЕ 
Дашгын Канбаров 
Конспект видов, относящихся к роду астрагал (Astragalus L.), распространяющиехся во 
флорe Нахчыванской Автономной Республики 
В  статье  рассматривается  конспект  видов,  принадлежающих  к  роду  астрагал, 
обнаруженных во флоре Нахчыванской Автономной Республики. В результате исследований 
в  регионе  выявлены  2  подрода  и  84  вида,  которые  объединяются  в  32  ceкциях, 
принадлежащих  к  роду  Astragalus.  Из  них  53  вида  входят  в  род  Astragalus,  а  31  вида 
относятся к подроду Cercidothrix. Кроме того, выявлен новый вид - Astragalus dasyantus Pall 
для  флоры  Азербайджана  и  Нахчыванской  АР.  Остальные  5  видов:  A.alexandrii  Сharadze
A.lunatus Pall., A.contortuplicatus J., A.mollis Bieb. и A.stevenianus DC впервые были отмечены 
в региональной флоре. 
 
NDU-nun  Elmi  Şurasının  27  aprel  2017-ci  il  tarixli  qərarı  ilə  çapa 
tövsiyyə  olunmuşdur. (protokol № 08)

Məqaləni  çapa  təqdim  etdi:  Biologiya  üzrə  fəlsəfə  doktoru,  dosent   
M. Piriyev 


33 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2017,  № 3 (84) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2017,  № 3 (84) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2017,  № 3 (84) 
 
 
HİLAL QASIMOV 
Naxçıvan Dövlət Universiteti 
hilal_1964@mail.ru 
UOT: 581.6  
NAXÇIVAN MUXTAR RESPUBLİKASI FLORASININ ALKOQOLLU İÇKİ VƏ SİRKƏ 
ALILNAN BİTKİLƏRİ 
Açar  sözlər: alkoqollu içkilər, sirkə, Carum carvi, Dictamus caucasicus, Malus orientalis, 
Potentilla recta, Artemisia absinthium  
Key words: Carum carvi, Dictamus caucasicus, Malus orientalis, Potentilla recta  
Ключевые слова: Carum carvi, Dictamus caucasicus, Malus orientalis, Potentilla recta  
Naxçıvan  Muxtar  Respublikası  ərazisində  rast  gəlinən  bitkilərin  bir  çoxundan  müxtəlif 
içkilər  (kbas,  pivə,  giləmeyvə    çaxırı  ,araq,  sirkə,  şərbət,  sərinləşdirici  içkilər)  hazırlanır.  Bəzi 
bitkilərin  meyvə  və  yarpaqları  çay  və  kofeni  əvəz  edir.  Bu  bitkilər  əsas  içki  növlərinin 
hazırlanmasına görə aşağıdakı 6 qrupa bölünür. 
1. Sərinləşdirici içkilər hazırlanan bitkilər; 
2. Kofe tipli içki alınan bitkilər; 
3. Çay kimi dəmlənən bitkilər; 
4. Köpük əmələgətirən bitkilər; 
5. Tərkibində limon turşusu olan bitkilər; 
6. Alkoqollu içki və sirkə alınan bitkilər.   
Bəzi bitkilərin meyvələri, giləmeyvələri,  kökümsovları və digər orqanlarından alınan şirələr 
şəkərlə zəngin olduqlarından spirtli qıcqırtma nəticəsində alkoqollu içki alınır [1, 5]. Bəzi hallarda 
alınmış srirtli məhsul bir daha qıcqırdılaraq meyvə sirkəsi alınır. Ədəbiyyat məlumatlarına [2, 3, 4] 
və aparılan tədqiqatlara  əsasən  bubitkilərin bəzilərinin bioekoloji xüsusiyyətləri,  istifadə imkanları 
haqqında məlumat verək: 
1. Acı yovşan-Artemisia absinthium L. Çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. 
Kökümsovları  çoxşaxəli,  qısa,  şaquli  və  oduncaqlıdır.  Bütün  yerüstü  hissələri  sarımtıl-gümüşü 
rəngli  olmaqla,  sıx  tükcüklərlə  örtülmüşdür.  Yovşanın  özünəməxsus  kəskin  iyi  vardır.  Gövdəsi 
çoxsaylı,  qabırğalı,  yuxarı  tərəfdən  süpürgəvari-budaqlanan  yarpaqlardan  ibarətdir.  Kökətrafı 
yarpaqları adətən bitki çiçəkləyən zaman ölüşkəyir. Çətirləri və gövdənin aşağı yarpaqları saplaqlı 
olub,  uzunluğu  20  sm,  yumurtaşəkilli,  girdə  üçbucaqşəkilli və  ya  neştərvari-uzunsov,  zərif  itiuclu, 
bütövkənarlı olub, uzunluğu 1-5 mm-dir. Gövdə yarpaqları saplaqlı və növbəlidir. Zirvə yarpaqları 
oturaq, bütövkənarlı və üçbölümlüdür. Boruşəkilli çiçəkləri sarımtıl, şarabənzər, səbətciyi sallanmış 
olmaqla,  diametri  4  mm-ə  qədərdir.  Çiçəkləyən  zaman  keçəyəbənzər,  daha  sonra  çılpaq  olub, 
yarpağın  xarici  tərəfi  xətti,  daxili  tərəfi  isə  ellipsvari  kütdür.  Süpürgəvari  çiçəkləri  geniş  çiçək 
qrupunda formalaşmışdır. 
Avropa,  Ukrayna,  Qafqaz,  Cənub-Qərbi  Sibir  və  Uzaq  Şərq.  Azərbaycanda  Böyük  Qafqaz 
(Qubanın  dağ  massivi),  Samur-Şabran  düzənliyi,  Böyük  Qafqazın  qərbi,  Kiçik  Qafqazın  cənubu, 
mərkəzi, Naxçıvan və Lənkəran dağlıq ərazilərində yayılmışdır.  
Alaq otları ilə birlikdə yol kənarlarında, təzə salınmış bağ və meşələrdə rast gəlinir. Bitki və 
yarpaqları  çardaxda  kölgəli  şəraitdə  doğranaraq  nazik  halda  (3-5  sm)  kağız  və  ya  parça  üzərində 
sərilərək,  qurudulmalıdır.  Eyni  zamanda  40ºС-də  quruducu  şkafda  qurutmaq  olar.  Yaxşı  hava 
şəraitində 5-7 gün, yarpaqları isə 3-5 gün qurudulmalıdır.  
Ot  və  çiçəklərinin  tərkibində  2%  efir  yağı,  başlıca  komponent  olan  tuyon,  tuyol,  fellandren, 
seksiviterpen  laktonlar  absintin,  anabsintin,  artabsin,  acı  dadlı  xammal  olan  flavonoidlər  və  aşı 
maddələr  vardır.  Bitkinin  tərkibində  aşı  maddələr,  artemizin  flavonoidi,  üzvi  turşular,  karotin  və 
askorbin turşusu vardır. Kökünün tərkibində inulin olur. Tərkibindəmürəkkəb efir yağı olduğundan 
ondan ətirli spirtli içki hazırlanır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə