27
“Niyə qəzetə və məcmuə satılmır” felyetonunda geniş izah edir: “Hər kəs istəsə bilsin ki, hansı
şəhərin mömin və müqəddəs adamları çoxdur və harada çox ixlasi- iradəti kamildir? Daha dağ-daşa
düşmək lazım deyil, gəlsin junal idarələrinə orada bu mühüm məsələni başa düşə bilər. ...“Molla
Nəsrəddin”in abunə dəftərini açım qabağına gör hansı dindar müsəlman çoxdur və hansı məmləkə-
tin
əhli bədəməldirlər ki, onların adı bu şeytan karxanasında sərti zəbtdir?” (3, s.183).
Böyük maarif carçısı Əliqulu Qəmküsar xalqda milli təfəkkürün inkişafını, bu mənada onları
oyatmağı, ayağa qaldırmağı, hərəkətə gətirməyi, düşündürməyi, zülm və əsarətə qarşı mübarizəyə
ruhlandırmağı, “camaatın bəsirət gözünü açıb dost ilə düşmənini ona tanıtmağı” qarşısına məqsəd
qoymaqla öz ölməz əsərləri ilə xalqı oyanışa səsləmişdir.
ƏDƏBİYYAT
1.
Əliqulu Qəmküsar. Tərtib edəni: L.Hüseynzadə. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1959,
165 s.
2.
Əliqulu Qəmküsar. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2006, 168 səh.
3.
Kazımova F. Azərbaycan ədəbiyyatının “Cüvəllağısı”. Bakı: Mütərcim, 2012, 324 səh.
4.
Mir Cəlal, F.C.Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı. “Maarif” nəşriyyatı, 1974, 390
səh.
ABSTRACT
Haciyeva Gulmira
Educational issues in Aligulu
Gamkusar creativity
İn the article educational ideas of Aligulu Gamkusar involved to research. İt is noted that,
he considered the main reason of folling behind progress in pregudice, considered the ways of
clearing prejudice form vague minds in adducing convincing İcientific proofs in formation of
scientific world autlook. Aligulu Gamkusar had peculiar services in implementing educational aims
and deeds, criticized all reflection forms of fanatism, formed mutual unity of thought and deed on
the way of progress.
РЕЗЮМЕ
Гаджиева Гюльмира
Задачи просвещения в творчестве Алигулу Гамгусара
В статье идеи просвещения Алигулу Гамгусара были превращены в объект
исследования. Отмечается, что главную причину отставания от прогресса Алигулу Гамгусар
искал в фанатичности, он видел пути стирания фанатичности из туманных умов в
приведении убедительных научных доводов, в формировании научного мировоззрения.
Алигулу Гамгусар показал своеобразные заслуги по претворению в жизнь его идей и
действий, подверг критике все формы проявления фанатизма, сформировал взаимодействие
мнениями и союз действий на пути к прогрессу.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi:
Filologiya üzrə elmlər doktoru,
professor H.Həşimli
28
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.
ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY.
SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ.
НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
MEHPARƏ ƏHMƏDOVA
Naxçıvan Dövlət Universiteti
e-mail:ehmedova mehpare69@gmail.com
UOT:82
YENİYETMƏLƏRİN VƏTƏNƏ MƏHƏBBƏT RUHUNDA TƏRBİYƏ EDİLMƏSİNDƏ
MƏMMƏD ARAZ ŞEİRLƏRİNİN ROLU
Açar sözlər: Məmməd Araz, Vətən, şair, tərbiyə, yetişən nəsil
Key words: Mammad Araz, Motherland, poet, upbringing, growing generation
Ключевые слова: Мамед Араз, Родина, поэт, воспитание, подрастающее паколение
Yetişən nəsli vətənə məhəbbət və sədaqət ruhunda tərbiyələndirmək baxımından Məmməd Araz
yaradıcılığında geniş təəssüratlar vardır. Bu gün hər bir Azərbaycan övladını itirilmiş torpaqlarımızın
düşməndən azad edilməsi, ərazi bütövlüyünün bərpası, Azərbaycanın qüdrətli dövlət kimi
möhkəmləndirilməsi və inkişafı məsələləri düşündürür. Bu baxımdan Məmməd Araz irsi zəngin
mənbədir.
Şairin şeirlərində həyat hadisələrinə fəal münasibət, vətən torpağının gözəlliklərinə həqiqi
övlad məhəbbəti, böyük vətəndaşlıq qüruru qızğın ehtirasla tərənnüm olunur. Bunun səbəbi isə
özünün etiraf etdiyi kimi, “Vətən ilə böyüyüb başa çatdığı el ilə, oba ilə bağlı” olmasıdır. Şair bu
fikri təbliğ edir ki, o vətəninə, torpağına, elinə-obasına hansı sevgi, hansı məhəbbətlə yanaşırsa
yetişən
nəsil də vətənə, torpağa, doğma yurd-ocağa eyni sevgi ilə yanaşmalıdır:
Azərbaycan - qayalarda bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından baxar dünyaya [1, s.12].
Məmməd Araz Vətəni necə sevmək gərəkliyini, başqa sözlə, hansı dərəcələrdə duymaq və
vəsf etmək zərurətini vurğulayır. Şair Vətən təsəvvürünü formalaşdırmaq, Vətən duyğusunu
oyatmaq, dərinləşdirmək məqsədi ilə ana yurdun təbiətini bütün varlığı ilə vəsf və təsvir edir. Şairin
Azərbaycan dünyasından dünyaya baxması qəlbinə hakim kəsilən yurd istəyi, torpağa bağlılıq,
vətən sevgisi, ona vurğunluqdur.
Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. “Mənim ana yurdum hardan başlar?
- ürəyimin kandarından...” [2, s.17] deyən şair haqlı olaraq vətəndaş şair adlandırılır . Onun
“Azərbaycan, dünyam mənim”, “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim
Naxçıvanım”, “Ana torpaq”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum”, “Vətən desin”, “Yerlər”
kimi şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi hər bir oxucunun dillər əzbəridir.
Şair “Ana torpaq” şeirində yeniyetmələrdə Vətən duyğusunu oyatmaq, Vətən təsəvvürünü
dərinləşdirmək və formalaşdırmaq məqsədilə bütün varlığı ilə ana yurdun təbii portretini
gözlərimizin önündə canlandırır:
Çox elləri
görməmişəm,
Görməmişəm bir də nə qəm,
Bu torpağı çox sevirəm,
Öz qəlbimdən, öz canımdan [3, s.54].
Şair Vətənin adi dağını da, daşını da, bulaqlarını da, bir udum havasını da, axar çaylarını da,
qışını da, yazını da, adi bir çiçəyini də, ağacdan düşən bir yarpağını da təsvir edib onlara elə sevgi
ilə yanaşır ki, o dağ da, daş da, o çiçək də, o ağacdan düşən yarpaq da ruhumuza, canımıza,
qanımıza çiçək, yarpaq, su kimi deyil bir Vətən kimi hopur.