Elm və din
- 31 -
səbir istəyən ətraflı və uzunmüddətli müşahidə və təcrübi
yanaşma kimi şeylər yunan tərzinə yaddır. «Elm» adlan-
dırdığımız hadisə, Avropaya ərəblər tərəfindən gətirilən
təcrübə, müşahidə və ölçmə metodları nəticəsində doğ-
muşdur. (Müasir) elm, İslam mədəniyyətinin dünyaya ən
qiymətli hədiyyəsidir…»
Bu düşüncələr böyük elm tarixçisi Corc Sarton tə-
rəfindən də təkrarlanır: «Orta əsrlərin əsas, ancaq bir o qə-
dər də az bilinən nailiyyəti, təcrübə ruhunu oyandırılması-
dır ki, bu da hər şeydən əvvəl XII əsrə qədər müsəlman-
ların sayəsində oldu».
Tarixin tragediyalarından biri də bu müasir ruhun
qarşısının alınması olmuşdur. Buna görə də, elm metodo-
logiyasında köklü və daimi bir dəyişiklik gətirilməmişdir.
Əl-Biruninin və İbn Heysəmin işlərindən yüz il qədər son-
ra İslamda elmlərin quruluşu və təşkili bir durğunluq döv-
rünə girmişdir. İnsanlıq, təzədən eyni səviyyədəki mükəm-
məlliyə, müşahidəyə və təcrübəyə verilən üstünlüyə çat-
maq üçün təqribən 500 il daha – Tiho Brahe, Qaliley və
müasirlərini gözləməli olacaqdır.
İslam dünyasında elmlərin geriləməsi
İslam mədəniyyətində elmlər niyə ölmüşdü? 1100-
cü illərdə başlayan bu geriləmə başladıqdan haradasa 250
il sonra başa çatmışdır.
Heç kim dəqiq olaraq bilmir. Əslində, monqol istila-
sının səbəb olduğu dağıntılar kimi xarici faktorlar var. An-
caq məncə, İslam mədəniyyətində elmin canlılığını itirmə-
si çox daha əvvəl başlamışdı. Və bu, daha çox daxili sə-
bəblərin ucbatından olmuşdur. Birincisi, elm təşəbbüsləri-
nin öz daxilinə qapanması və təcrid olunması, ikincisi və