Elm adamlari elm haqqinda



Yüklə 1,99 Mb.
Pdf görüntüsü
səhifə7/92
tarix08.09.2018
ölçüsü1,99 Mb.
#67208
1   2   3   4   5   6   7   8   9   10   ...   92

Elm və din   
 
- 25 - 
bu Mərkəz  –  Nəzəri fizika üzrə  Beynəlxalq  Abdüs Səlam 
Mərkəzi adlandırılmışdır. 
Bir çox ölkələrin elmlər akademiyalarının, o cümlə-
dən SSRİ Elmlər Akademiyasının xarici üzvü olmuşdur.  
Cenevrədə, SERN- də Əbdüs-Səlam adına küçə var-
dır. 
Əbdüs-Səlam  1996-cı  ilin  21  noyabrında  Oksford 
şəhərində vəfat etmişdir.  
Əbdüs-Səlamın  yaxın  dostu,  1972-1991  Pakistan 
AEC-in  sədri  olmuş  məşhur  nüvə  mühəndisi  Münir  Əh-
məd xanın aşağıdakı sözləri çox ibrətamizdir:  
Hətta, biz pakistanlılar Dr.Səlama qarşı laqeyd ol-
saq da, bütövlükdə dünya onu daim yad edəcək”. 
 
 
 
Mükafatları: 
Hopkins  mükafatı  (Kembric  universiteti)  –  1957-
1958-ci illər ərzində fizika sahəsindəki nailiyyətlərinə  gö-
rə; 
Adams mükafatı (Kembric universiteti) – 1958; 
Sitara-e-Pakistan – Pakistan elminə verdiyi töhfələrə 
görə – 1959 ; 
Maksvell  adına  medalın  və  mükafatın  ilk  laureatı  – 
Fizika cəmiyyəti, London –1961 ; 
Hughes medalı – Kral cəmiyyəti, London –1964); 
Atom  Sülh  üçün  mükafatı  –  Atom  Sülh  uğrunda 
Fondu –1968; 
Robert Oppenheymer adına Xatirə medalı və müka-
fatı,  Miami universiteti –1971; 
Guthrie medalı və mükafatı – 1976; 
Matteuci medalı – (Accademia Nazionale dei Lincei, 
Roma) – 1978; 


Elm adamları elm haqqında 
 
- 26 - 
Con Torrens Tate medalı – Amerika fizika İnstitutu 
– 1978; 
Kral medalı – Kral cəmiyyəti, London –1978; 
Nişan-e-İmtiyaz  – Pakistandakı  elmi  layihələrin  hə-
yata keçirilməsinə görə –1979; 
Eynşteyn medalı – UNESCO, Paris –1979; 
Nobel  mükafatı  (fizika  üzrə)  –  Stokholm,  İsveç  -
1979; 
Şri R.D. Birla mükafatı – Hindistan Fizika cəmiyyəti 
– 1979; 
Josef  Stefan  medalı  –  Josef  Stefan  İnstitutu,  Lyub-
lyana – 1980; 
Fizikaya verdiyi böyük töhfələrə görə Qızıl medal – 
Çexoslovakiya Elmlər Akademiyası, Praqa – 1981; 
Lomonosov adına Qızıl medal  – SSRİ  Elmlər Aka-
demiyası –1983; 
Kopli  (Copley)  medalı  –  Kral  cəmiyyəti,  London  –
1990. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Elm və din   
 
- 27 - 
 
 
 
 
 
 
Əbdüs-Səlam.  
ĠDEALLAR və GERÇƏKLƏR 
*
 
 
 
I   f ə s i l 
 
 
Quran və elm 
Hər  şeydən  əvvəl  etiraf  edim  ki,  mən  islam  dininə 
həm inanan, həm də onu tətbiq edən bir insanam. Mən bir 
müsəlmanam,  çünki  Quranın  ruhi-dəvətinə  inanıram.  Elm 
adamı kimi, Quran mənimlə kainatdan, fizikadan, biologi-
yadan və təbiətdən çəkilən misallarla, təbiət qanunları üzə-
rində ilahi möcüzələrin bütün insanlara xitab edən dəlillər 
olduğunu göstərərək danışır. Belə ki, 
 
«Baxmazlarmı dəvələrə, necə yaradılmış; göy-
lərə,  necə  yüksəldilmiş;  dağlara,  necə  ucaldılmış; 
ərazilərə, necə yayılmış?» (88:17-20) 
 
və yenə, 
 «Əlbəttə,  göylərin  və  yerin  yaradılışında,  ge-
cənin və gündüzün bir-birini əvəz etməsində ağıl sa-
hibləri üçün ibrətlər vardır.» (3:190) 
                                                 
*
Prof.Dr.Abdüsselam.  İdeallar  və  gerçəklər.  Yeni  Asya  Yayınları, 
İstanbul, 1991. (Türkcəyə tərcümə edən: Senai Demirçi, Mesut Topla-
yıcı. Türkcədən çevirən: Nahid Həsənov). 
 


Elm adamları elm haqqında 
 
- 28 - 
Quranın yeddi yüz əlli ayəsi – təxminən səkkizdə bi-
ri  –  inananları  təbiəti  araşdırmağa,  həqiqət  axtarışında 
ağıllarını ən yaxşı şəkildə istifadə etməyə, bilik əldə etmə-
ni və elmi düşüncəni ictimai həyatın bir parçası halına gə-
tirməyə  sövq  edir.  İslam  Peyğəmbəri  bilik  və  elm  axtarı-
şının, qadın-kişi hər müsəlmanın  vəzifəsi  olduğunu xüsu-
silə qeyd edir.  
Bu, İslamda elmi biliyi ön plana çıxardan əsas prin-
sipdir. Buna, Maurice Bucaille tərəfindən «Kitab-i müqəd-
dəs», «Quran və elm» adlı əsərlərində açıq şəkildə göstəri-
lən ikinci prinsipi də əlavə etmək olar. Quranda təbiət ha-
disələrinin  nəql  edildiyi  və  elmi  kəşflərlə  əldə  etdiyimiz 
biliklərə zidd olan heç bir ayə yoxdur. 
Buna  üçüncü  prinsipi  əlavə  edin:  İslam  tarixində 
Qaliley  hadisəsinin  oxşarına  rast  gəlmək    mümkün  deyil. 
İşgəncə,  təkfir  kimi  davranışlar  doktrinalar  arasındakı 
fərqlər  üzərində  bu  gün  də  davam  edir.  Məncə,  elmi  dü-
şüncələr  üzərində  birbaşa  belə  davranışlar  yoxdur.  Çox 
maraqlıdır ki, İslamda ilk «inkvizisiya» ilahiyyatçılar tərə-
findən  deyil,  ağlı  ön  planda  tutan  ilahiyyatçılar  (mö-
təzililər) tərəfindən tətbiq edilmişdir. Məşhur Vəli Əhməd 
İbn Hanbel də bunların mühakiməsiz qərarlarına və aman-
sız qəddarlığına düçar olanlardan biridir. 
 
Müasir elm: insanlığın ortaq mirası 
İlk müsəlmanlar Quranın və ulu Peyğəmbərin tövsi-
yələrinə nə ölçüdə əməl etdilər? 
Müsəlmanlar  Peyğəmbərimizin  ölümündən  yüz  il 
sonra  öz  dövrlərinin  elmlərini  öyrənmək  vəzifəsini  yerinə 
yetirdilər.  Mütərəqqi  Araşdırma  İnstitutları  (beytül-hik-
mətlər) quraraq elm sahələrində 350 il davam edən inkişaf 
əldə etdilər. 


Yüklə 1,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə