Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə8/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

31
müvəffəq olur, yoldaşları təyyarənin yanına yüyürüb kabi­
nəyə qalxırlar, lakin cəsur təyyarəçini ölmüş görürlər. Onun 
yaralarını yoxlayırlar, bu yaraların bir neçəsi elə həmin an 
insan üçün ölüm demək idi. Lakin cəsur təyyarəçi Vətənə və 
xalqına olan məhəbbətinin nəticəsində bütün iradəsini top­
layıb öz məqsədinə nail olmuşdu... Təyyarəni sağ­salamat 
yerə endirmişdi. Buradan belə nəticə çıxarmaq olar ki, in­
sanın xarici təsirlərə olan müqavimət qüvvəsinin gücü onun 
daxilində olan saf hisslərin bir məqsəd uğrunda səfərbərliyə 
alınmasından asılıdır. 
Cisminin bəzəyi, canı ürəkdir, 
Atəşsiz bir ürək nəyə gərəkdir? 
İnsana iradə, mətinlik verən,
Ürəkdə yaşayan arzu diləkdir. 
Axıtdım bir zaman çeşmi giryanı, 
Komaya bərabər qoydum cahanı. 
Bir vədə ayıldım bunlar əbəsmiş, 
İradə yaşadır ancaq insanı. 
İnsanın öz məqsədinə çatmaq üçün gördüyü iş həyatla 
mübarizə deməkdir. İnsan, birinci növbədə, öz daxilindəki 
mübarizədə  müsbət  hisslərinin  qələbəsini  təmin  etməlidir 
ki,  həyatda  yaxşı  mövqe  tuta  bilsin.  Öz  daxili  hissləri 
üzərində hökmranlıq etməyi bacarmayan kəslər ən aciz in­
sanlardır. 
Öküz tək qalınlıq varsa gönündə, 
Əli bizli kəsin dayan önündə. 
Özünü tənhalıq giri tutarsa
Belini bizləyən olsun sənin də. 
Kilim tək döşənmə ayaq altına,
Satılma qızıla, pula altuna. 


32
Saf, təmiz ömür sür ki, sən, 
Bir vaxt söyülməsin sənin zatına. 
Ümumiyyətlə, materiyanın bütün növləri öz varlıqları­
nı qorumaq üçün mübarizə aparır. Bu mübarizədə birinin 
məhvi  digərlərinin  yaranması,  yaşaması  deməkdir.  Elə 
həyatın da əsas qanunu bundan ibarətdir ki, bu mübarizədə 
o, irəliyə doğru inkişaf edir. 
Zaman hüdudsuzdur, günlər tükənməz
Bu qoca dünyaya heç kim güvənməz. 
Spiral şəkilli inkişafı biz 
Qəti söyləyirik geriyə dönməz. 
Həyata gəlmisənsə yaşa, yarat, hər yerdə yeniliklər ax­
tarmağa çalış. İrəliyə doğru can at, geriyə yol yoxdur. 
Ey insan övladı, acizlik həyatın sənə verdiklərini sədəqə 
kimi qəbul etmək deməkdir. Əgər müəyyən bir şeyin əldə 
edilməsində  imkan  və  şərait  daxilində  öz  məqsədinə  çat­
maq üçün mübarizə aparmırsansa, demək həyatda sürdüyün 
ömür puç və mənasızdır. 
Yerində işlət ki, cəsarəti sən
Ziyan görməyəsən cəsarətindən. 
Aslandan dovşan da bac alar inan, 
Bu asılı imkandan, şəraitindən. 
İmkan və şərait daxilində öz arzu və istəklərini həyata 
keçirməyə  çalış.  Bunun  üçün  birincisi  vaxtdan  istifadə 
et. Çünki zaman hər gün sənin həyatından qəlpələr qopa­
rır.  Əgər  sən  müəyyən bir işi görməkdən ötrü məqam və 
fürsətdən  istifadə  etməmisənsə,  bir  də  ayılıb  görəcəksən 


33
ki, qocalıq səni haqlayıb, hər şey arxada qalıb. Yaşanmış 
günləri isə bir daha geri qaytarmaq mümkün deyildir. 
Ömrünün üstündən keçən hər bir an
Alacaq canını sənin bir zaman. 
Ömrünün üstündən keçən hər anın, 
Qədrini biləsən gərək ey insan. 
Həyatı oyuncaq sanarsa insan, 
Onu da oyuncaq eyləyər zaman. 
Ümmandan bir parça ömür payını, 
Nə üçün axı sən yaratmayasan. 
Ey insan övladı, həyatla mübarizədə acizlik sənə yaraş­
maz. Sən öz maddi və mənəvi ehtiyaclarını təmin etməyin 
müxtəlif  yolları  olduğunu  bilməlisən.  Bu  yollardan  ən 
müsbətini seç. Və əlbəttə ki, öz imkan və fəaliyyətini nə­
zərə alıb fəaliyyətə başla. Bax bu zaman həyatda öz istə­
diyinə nail ola bilərsən. Əks təqdirdə, vəziyyətin aşağıdakı 
təmsildəki kimi olar. 
Uca palıd ağacında bir dələ, 
Oynayırdı, gördü onu qurd lələ. 
Qurd düşündü: – Əcəb işdir bir bax ha
Olsam belə dərdim olmaz bir daha. 
Ağacda da öz ovumu taparam, 
Bu talanı tamam çalıb çaparam. 
Mən həyata keçirməkçün bu işi, 
Gərək əvvəl öyrənəm bu vərdişi. 
Bunu deyib qurd dırmaşdı ağaca, 
Bu an keçdi boğazına bir haça. 
Əlləşsə də o haçadan çıxmağa, 
Ölüm güzəşt eyləmədi axmağa. 


34
İnsanın  həyatda  can  sağlamlığını  qoruması  və  yaxşı 
ya şaması  öz  əlindədir.  Qədim  Yunan  filosoflarından  biri 
çox  gözəl  demişdir.  Sağlam  bədəndə  sağlam  da  ruh  olar. 
Öz  xoşbəxt  yaşayışını  təmin  etmək  istəyirsənsə,  birinci 
növbədə, öz sağlamlığını qorumağa çalışmalısan. Sağlam 
bədən sənin arzu və istəklərin üçün apardığın mübarizənin 
birinci şərtdir. 
Qızıldır həyatın hər keçən anı, 
Həyat yaşamağa səslər insanı. 
O vaxt həyatından gileylənməzsən, 
Ağrıdan, acıdan qorusan canı. 
Ümman qətrə-qətrə heçliyə dönər
Məlumdur qaralan ocaq tez sönər. 
Könül gülzarına xəzan gəlibsə, 
Şənlik də insana qəmli görünər. 
Cəmiyyətlə ayaqlaşmağı bacar. Gerilik cəhalət deməkdir. 
Cəmiyyətdən  ayrı  düşən  şəxs  öz  yaşayışını  təmin  edə 
bilməz. Aşağıdakı bir təmsilə nəzər salaq. 
Qamış olmamaq üçün başqa bitkilərə tay, 
Boyunu uzadırdı qarış-qarış, ay ba ay. 
Bir vədə baxıb gördü hamıdan yüksəkdədir, 
Kiçicik külək belə onu tir-tir titrədir. 
Bunu görüb keçirdi fikrindən bu hikməti: –
Cəmdən ayrı düşənin acı olar qisməti. 
Çünki həyatla mübarizənin ən yaxşı formaları cəmiyyətin 
ümumi fikrində öz əksini tapır. Bir təmsilə nəzər salaq. 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə