Əlisalam Bağırov Əsil insan olmaq



Yüklə 2,48 Kb.
Pdf görüntüsü
səhifə7/27
tarix14.01.2018
ölçüsü2,48 Kb.
#20813
1   2   3   4   5   6   7   8   9   10   ...   27

27
əzm, iradə və mətinlik tərbiyə etməlidir. Həyat ziddiyyətlər 
üzərində qurulmuşdur. Bu ziddiyyətlərdən baş çıxarmaq və 
onları  mümkünlük  dairəsində,  məqsədə  müvafiq  şəkildə 
həll etmək hər bir insanın borcudur. İnkişafın və ya yaşa­
yışın yeganə yolu mübarizədir. Məhz bu səbəbə görə insan 
iradəsinin də möhkəmləndirməsində mübarizənin mühüm 
rolu vardır. Özünə qarşı tələbkar olmayan insan iradəsi ən 
ibtidai  haldadır  və  nəfsə  tabedir. Aşağıdakı  təmsilə  nəzər 
salaq. 
Qırğı bərkdən söylədi ki, bu gündən belə, 
Toyuqların cücəsini vurmaram dilə. 
Qan tökərək pis işlərlə məşğul olmaram
Dən-düş tapıb dolanaram, ac da qalmaram. 
Bu sözləri deyən zaman gördü bir cücə
Bədəninə doldu onun sanki vicvicə. 
Hücum edib cücəciyi qapdı bir anda, 
Qırğı sözün unutdu bir ani zamanda. 
Bircə anda çevrildi o nəfsin əsrinə
İradəsiz kəs tabedir ancaq nəfsinə. 
Bir  çox  ziyanlı  təsirlərin,  o  cümlədən  də  spirtli  içki­
lərin  və  papirosun  aludəsi  olanların  da  əksər  hissəsi  bu 
qəbildəndir.  Onlar  spirtli  içkilərdən  və  papirosdan  ziyan 
görə  bildikləri  halda  bu  işlərdən  yaxa  qurtara  bilmirlər. 
Axı niyə? Çünki bu işdə onların möhkəm iradəsinin rolu 
vacibdir. Lakin möhkəm iradə isə görünür, onlarda tərbiyə 
edilməmişdir.  Əgər  belə  şəxslər  möhkəm  iradə  sahibi  ol­
saydılar sərxoşluğun ən ali dərəcəsi alkoqolizmə gəlib çıx­
mazdılar. 
Şərabdan soruşdular nədəndirmi sən, 
İçilib başlardan əqil çəkirsən. 


28
Şərab söylədi ki, insaflı olun, 
Yoldaş olmamışam aqillərlə mən. 
Bununla  yanaşı,  belə  insanları  heç  bir  işə  yaramayan, 
tamamilə cəmiyyət üçün faydasız sanmaq hər kəs üçün ba­
ğışlanılmayan bir səhvdir. Bu işdən onların çəkilməsi üçün 
təbabətin  köməyi  ilə  yanaşı,  onların  iradəsini  də  tərbiyə 
etmək lazımdır. 
Uyub al şərabın xumarlığına, 
Ya odlu bir baxış tumarlığına.
Bir anlıq ləzzətçün satma mənliyi, 
Düşərsən xəcillik bimarlığına. 
Bildiyimiz kimi, ən qatı əyyaşlığa və sərxoşluğa qapılan 
kəsin qəlbi heç də tam çirkablıq içərisində itib batmamışdır. 
Onun qəlbində heç olmasa, bir balaca körpə ürəyi kimi, təmiz 
məsum hisslər vardır. Əgər biz bu hissləri müdrikliklə ara­
yıb tapsaq, o hisslərin köməyi ilə həmin şəxsi düzgün yola 
qaytara bilərik. Belə hisslərə sevgi, kişilik, qeyrət, vətənə, 
anaya məhəbbət hissləri və s. daxildir. Bu hisslərin köməyi 
ilə ən mətin iradəli, hətta ölümün gözlərinin içərisinə qorx­
madan məğrur baxan şəxslər yetişdirmək olar. Bir şeyi də 
qeyd etmək lazımdır ki, ilkin tərbiyədən başqa insan özü­
nün bir şəxsiyyət olduğunu başa düşən vaxtdan özünə qarşı 
tələbkar  olmayan  şəxs  müsbət  şəxsiyyət  kimi  inkişaf  edə 
bilməz. 
Deyilmi insanın tacı zəhməti?!
Olarmı insanın acı zəhməti?!
Qazan insanlarda yaxşılığınla, 
Dünyada ən ali şərəf, hörməti. 


29
İnsan  möhkəm  iradə  sahibi  olmaqla  yanaşı,  həm  də 
əzm kar olmalıdır. Bir işin arxasınca getdimi, o işi hökmən 
həll etməyə çalışmalıdır. Əzmkarlıq etməyi bacarmayanla­
rın arzu və istəkləri həmişə əlçatmaz olaraq qalır. Əzm və 
iradə insan xarakterinin ən müsbət cəhətlərindən biridir. Bu 
cəhətlərə malik olan insanlar doğurdan da fəxr etməyə haq­
lıdırlar. 
Həyata bir nadan gözüylə baxma, 
İldırım olsan da vədəsiz çaxma. 
Kişisən kişitək ömrü vur başa
Su olub bəzən də çuxura axma. 
Bir işi görməyə başlayarkən, əgər insanda inam varsa, o 
zaman hökmən istək əmələ çevrilməlidir. İnam insanı yaşa­
dır. Onun ölümə qalib gəlməsinə kömək edir. Ən qorxulu 
xəstəliklər zamanı həkimin xoş və ümidverici bir sözündən 
sonra xəstə dirçəlir. Bu xəstədə inam hissinin baş qaldırma­
sı ilə əlaqədardır. 
Xəyallar zülmətdən doğan işıqdır, 
Arzular hisslərə bil yaraşıqdır. 
İnam olan yerdə istək əməldir, 
İnamsız ürəkdə hiss dolaşıqdır. 
İnam  insana  hər  vaxt  lazımdır.  Cəmiyyət  içərisində 
də, işdə də, ailədə də. O yerdə ki, inam var, o yerdə səmi­
miyyət və xoşbəxtlik də vardır. İnamsız görülən işin yüksək 
keyfiyyəti olmaz. İnamsız qurulan ailə əvvəl­axır dağılmağa 
məhkumdur. İnamsız səadət tapmaq mümkün deyildir. Unut­
maq lazım deyildir ki, mübarizəsiz həyat insanı məhvə doğ­
ru sürükləyir. Yaşamaq üçün, özü də xoşbəxt yaşamaq üçün 
mübarizə aparmaq lazımdır. Mübarizəsiz nə müvəffəqiyyət 


30
əldə etmək olar, nə də bir şeyi təslim etmək olar. Bütün can­
lı  və  cansız  cisimlər  yaranan  gündən  mübarizə  meydanı­
na düşürlər. Əgər onlar bir anlıq müqavimət göstərməyib 
mübarizəni  dayandırsalar,  hökmən  məhv  olarlar.  Butün 
canlı və cansız cisimlərin hamısında xaricdən və daxildən 
onlara  edilən  müxtəlif  birgə  təsirlərə  qarşı  müqavimət 
göstərmək  üçün  müəyyən  miqdarda  enerji  vardır.  Şüurlu 
məxluqlardan başqa, yerdə qalan bütün varlıqlarda bu ener­
jinin müqavimət gücü xarici təsirlərə qarşı demək olar ki, 
sabit  qalır  və  cismin  müqavimət  göstərmək  üçün  enerjisi 
qalmayanda o, parçalanıb dağılır. Misal üçün adi qara çay 
daşları müəyyən müsbət temperaturda çəki və kütləsindən 
asılı olaraq parçalanıb dağılır. Şüurlu varlıq olan insan isə 
belə deyildir. Məsələn, hər hansı bir şəxs elə bir suya düşüb 
ki, tədricən o suyun temperaturu artır. Və temperatur həddi 
artıq elə dərəcəyə çatır ki, bundan artığına həmin şəxs dözə 
bilməyəcəyini  hiss  edir.  Elə  bu  zaman  uzaqdan  ona  tərəf 
üzən  bir  qayığa  gözü  sataşır.  Həmin  şəxsdə  salamat  qala 
biləcəyinə bir qədər ümid oyanır. O, hiss edir ki, bir az da 
dözsə qayıq ona yaxınlaşacaq və o, xilas olacaq, ona görə 
də  bir  qədər  də  dözür.  Lakin  suyun  temperaturu  tədricən 
artır, qayıq isə lap yaxındadır, lakin daha dözmək mümkün 
deyildir. Elə bu vaxt o öz gözlərinin qarşısına onun yolunu 
gözləyən və ondan başqa köməyi olmayan balalarını gətirir. 
Bu  zaman  onun  dözümü  sanki  bir  az  da  artır.  O,  bütün 
iradəsini toplayıb ona doğru üzən qayığa doğru can atır və 
qayığa çatır. Qayıqdakılar onu xilas edirlər. Amma həmin 
şəxs qayıqda huşunu itirir, bir də xəstəxanada, həkimlərin 
səyi nəticəsində özünə gəlir. İnam və iradə onun dözümü­
nü artırdığı üçün o yaşayır. Və yaxud da həyati bir misal. 
Azərbaycanın  igid  təyyarəçisi  Hüseynbala  Əliyev  neçə 
yerdən ölümcül yaralansa da öz təyyarəsini yerə endirməyə 


Yüklə 2,48 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə