Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə51/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   45   46   47   48   49   50   51   52   53

165
itirməmişsə də, gec­tez itirəcəkdir. Bir qadın ki, zahirən gözə­
gəlimlik gətirən libas üçün qarşında mütiləşdi, demək, o qa­
dından  miskin  canlı  yoxdur.  Bir  qadın  ki,  məhəbbətini  mil­
yonların  qarşısında  satmağı  üstün  tutdu,  demək,  bu  qadın 
çirkinliyin, eybəcərliyin ən axırıncı nəticəsidir. Bax, Klara da 
belələrindən idi. O da başqa qadınlar kimi vaxtilə incə bir çiçək 
olmuşdu, lakin başqaları öz zərifliyini qoruyub saxlaya bildiyi 
halda, Klara nəinki sərtləşmiş, həm də əldən­ələ gəzən solux­
muş bir gülə çevrilmişdi. O, bədbəxt idi. Bəli, Seara xoşbəxt 
idi. Qrafinya Klara isə bədbəxt. Bir ailədən çıxmış iki bacı, biri 
hal­hazırda  yoxsul  olan  Seara,  ikincisi  isə  qrafinya  adlanan, 
gününü ballarda, teatrlarda keçirən Klara. Yoxsul bacı özünü 
xoşbəxt hiss edir, varlı bədbəxt. Bunu nə islə izah etmək olar? 
Əlbəttə ki, dövr üçün cəmiyyətin yaratdığı təzadlarla. Pulun 
həyatda oynadığı rolla. O cəmiyyətdə ki, sənin ağlın, qəlbin, 
vicdanın,  təmizliyin,  hörmətin,  izzətin,  namusun  pula  ölçü­
lür və kübar cəmiyyətdə yaşamaq üçün zəhmətdən qeyri hər 
hansı bir vasitə ilə sərvət sahibi olmusansa, deməli, hər bir in­
san üçün meyar olan əxlaq normalarından hansınısa pozmu­
san.  Demək,  öz  səadətin  yolunda  parlayan  ulduzun  üstünə 
öz çirkin əməlinlə ləkə salmısan. İnsana isə düşünmək üçün 
beyin və fikirlərini sahmanlamaq üçün ürək verildiyinə görə, 
duyacaqsan ki, hər bir zaman bu ləkə sənin ürəyini məngənə 
kimi sıxır. Sənin istəyindən asılı olmayaraq, bu ləkə səni öz 
gözlərində eybəcərləşdirəcəkdir. İnsanınsa öz­özü qarşısında 
daxili eybəcərliyini dərk etməsindən böyük dərd ola bilməz. 
Özü  də  bilə­bilə  o  eybəcərliyi  aradan  qaldırmağa  çalışma­
yanda. Bax, qrafinya Klara da başqalarının gözündə nə qədər 
təmtəraqlı görünsə də, öz gözlərində bir o qədər eybəcər idi. 
Ona görə də o, bədbəxt idi. Elə bu bədbəxtliyin nəticəsidir ki, 
bir gün də kavalerləri arasında baş verən dalaşma nəticəsində 
ağır yaralandı və onu yalnız halsız vəziyyətdə evə gətirdilər. 


166
FƏSİL 15
Paris şəhəri. Axşam idi. Adi yay axşamlarından biri. Hava 
bir az bürkülü idi. Yalnız arabir əsən külək adamın bədəninə 
xoş bir sərinlik yayırdı. Belə bir vaxtda xoş əhval­ruhiyyə ilə 
gəzintiyə çıxmaq heç də pis olmazdı. Lakin çox təəssüflər ol­
sun ki, bu heç də hər kəsə müyəssər olan bir xoşbəxtlik deyil­
dir. Elə məhz bu gün də Klara belə bir xoşbəxtlikdən məhrum 
olmuşdu. 
Bəzən elə ola bilər ki, keçmişdə keçirdiyin adi günlər gələ­
cəkdə sənə əlçatmaz bir xoşbəxtlik kimi görünə bilər. İndi Kla­
ra da belə bir halda idi. Ağır xəsarət almış və hansı bir instink­
tin nəticəsində öz ölümünün yaxşılaşdığını hiss edən Klara bu 
vaxta qədər keçirdiyi ömrünün ən adi günlərini təzədən yaşa­
saydı belə, bu onun üçün ən böyük xoşbəxtlik hesab edilərdi. 
Nə isə… 
Bu gün Klaranın vəziyyəti həddindən artıq ağır idi. Odur 
ki, ona öz yaxınlıq münasibətlərini bildirən bütün mərhəmləri 
–  dostları,  tanışları,  qohumları  onunla  bir  növ  vidalaşmağa 
gəlmişdilər. Aralığa hüznlü bir sükut çökmüşdü. Heç kəs bu 
sükutu sındırmağa qadir bir söz deməyə cəsarət etmirdi. Yal­
nız hərdənbir xəstənin iniltili və qəmli səsi eşidilirdi. O, gah 
su istəyir, gah da ki, canının ağrısından ufuldayırdı. Nə isə… 
Nəhayət  ki,  xəstəni  yoluxmaya  gələrək  öz  borclarından 
çıxanların sırası get­gedə seyrəldi və yalnız xəstənin yanında 
onun bacısı qaldı. Bacısının belə vəziyyətindən həyəcanlanmış 
Seara  bir  neçə  saat  bundan  qabaq  xəstəyə  baxmış  və  heç  bir 
ümidverici söz deməmiş həkimin xəstəyə işarəylə «onu danış­
dırmaq olmaz» sözlərinə əhəmiyyət vermədən ürək yanğısı ilə: 
– Bacıcan, kaş mən öləydim, səni bu gündə görməyəydim, 
deyib  hıçqırdı  və  uzun  müddət  yanaqlarından  süzülən  göz 


167
yaşları ilə birlikdə hıçqırıqları da kəsilmədi. Həqiqətən də in­
sana yer üzündən bir kəsin, xüsusilə də ona ən yaxın olan bir 
şəxsin həyatdan keçməsi ən ağır iztirabdır. Ona görə də Se­
ara üçün Klaranın belə bir vəziyyətdə olması ən ağır iztirab 
idi. Odur ki, o özünü heç cürə ələ ala bilmirdi. Klaranın isə 
vəziyyəti getdikcə ağırlaşırdı. 
Bu vaxt Senti və Klaranın əri qraf Dare içəri daxil oldular. 
Xəstənin vəziyyəti isə doğurdan da ciddiləşmişdi. Kəsik­kəsik 
nəfəs alan qrafinya Klara: 
–  Allah  kömək  elə  –  deyə­deyə  tez­tez  huşunu  itirirdi. 
Vəziyyəti belə görən qraf Dare: – Həkim dalınca adam gön­
dərmək lazımdır, – deyib otaqdan çıxdı. Bu vaxt Klara son gü­
cünü toplayıb Searanı yanına cağırdı. Görünür, artıq həyatla 
vidalaşdığını  hiss  edərək  boynundakı  qiymətli  boyunbağını 
Searaya verib dedi: 
– Al bacı, qoy bu sənə məndən yadigar qalsın. Bunu mənə 
də kavalerlərimdən ən istəklilərindən biri bağışlamışdı. Görü­
nür, mənimki bura qədər imiş. Bir də ki, öz məhəbbətinizə sa­
diq qalın, Senti ilə səni deyirəm. Doğurdan da, xoşbəxtlik heç 
də var­dövlətdə deyilmiş. Mən bunu nəhayət ki, başa düşdüm. 
Lakin əfsuslar olsun ki, çox gecdir. Var­dövlət hərisi olmaq, 
yüngül əyləncələrlə gün keçirmək, öz ehtirasının əsiri olmaq 
insanı bədbəxt edərmiş. Məhz mənim də həyatımı belə bir yol 
zəhərlədi, məhv etdi. Heç olmasa, mənim taleyimdən nümunə 
götürüb çalışın ki, siz də bu yolla hərəkət etməyəsiniz. Hal­
hazırda isə sizin tutduğunuz yol doğru yoldur. Mən bu yolun 
doğruluğunu  etiraf  edirəm.  Doğurdan  da,  o  yol  ki,  haqqın­
ədalətin  tərəfindəymiş,  o  yol  doğruymuş.  Lakin  nə  etməli, 
mən… O öz sözlərini sona qədər deyə bilmədi. Az qala ba­
yılmaq dərəsinə gələn Seara özündə yalnız bacısının göz qa­
paqlarını endirmək üçün qüvvə tapa bildi və dizi üstə onun 
yatağının yanına çökdü. 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə