Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə45/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

147
antı da vardır, Senti. Əgər icazə versəniz mən məsələni bu va­
riantla həll edərəm. O zaman biz həm varlı olarıq, həm də ki, 
mən heç bir maneəsiz sənin olaram. 
Bir qədər fikrə gedən Senti: – O hansı variantdır? – deyə 
dilləndi. Və Searanı dinləməyə hazırlaşdı. 
Pəncərədən otağın içərisinə düşən günəşin zər şəfəqləri öz 
işığı ilə artıq bahar fəsli olduğunu bir daha xatırladaraq insan da 
xoş bir əhvali­ruhiyyə yaradırdı. Doğurdan da, baharın gəlişi 
gözəl və hərarətlidir. İnsan bu gözəlliyi və hərarəti çiçəklərin 
ətrindən, rəngindən, havanın ilıqlığından və saflığından du­
yur və hiss edirdi. Yenicə tumurcuqlayan və çiçəkləyən ağac­
lar, cücərən otlar və tək­tək uçan qaranquşlar təravətli baha­
rın carçılarıdır. Nəinki ən ali varlıq olan insanlar, hətta bütün 
canlılar bu gözəlliyə qarşı biganə qalmırdılar və öz müxtəlif 
qayğıları ilə baharın gəlişini qarşılayırdılar. Təbiətin belə bir 
vaxtında öz söhbətlərini davam etdirən Senti ilə Seara həyatın 
hər bir sahəsinə böyük ruh yüksəkliyi ilə atılmağa hazır idilər. 
Nə isə… Nəhayət ki, Seara onu dinləyən Sentiyə birləşməkləri 
üçün öz ürək sözlərini deməyi lazım bildi. O həddindən artıq 
həyəcanlı idi. Görünür, deyəcəyi sözlərin Senti tərəfindən nə 
cür  qarşılanacağı  onu  bərk  düşündürürdü.  Bəzən  müəyyən 
bir fikir söyləyən insan öz hisslərinə, dinləyənlər tərəfindən 
nə  cürə  münasibət  bəslənəcəyinin  fərqinə  xüsusilə  vara­
raq, daxilən hədsiz dərəcədə narahat olur. Elə buna görə də 
daxilən  bərk  həyəcan  keçirirdi.  Odur  ki,  özünü  bir  qədər 
sakitləşdirmək  üçün  dərindən  nəfəs  aldı  və  hiss  olunacaq 
dərəcədə kədərli bir səslə dedi: 
– Əzizim Senti, əgər sən razı olsan, mən ərimi zəhərləyib 
öldürərəm,  sərvətimizin  bir  hissəsini  məhkəməyə  verməklə 
ərimin  də  sərvətinə  malik  olarıq  və  sənə  ərə  gələrəm.  İcazə 
versən, bu çox asan başa gələn bir işdir, Senti. Senti bir qədər 


148
xəyala  daldı.  Onun  gözləri  qarşısında  sinifli  cəmiyyətin  ey­
bəcərlikləri güzgü kimi aydın göründü. Demək o cəmiyyətdə 
ki,  arvad  ərini  var­dövlət  üstündə  zəhərləyib  öldürməyə 
cəsarət edə bilər, demək o cəmiyyətdə namus da, vicdan da, 
insanın insana münasibəti də hamısı sərvət üzərində qurul­
muşdur. Demək o cəmiyyətdə ata oğula, qardaş qardaşa, bacı 
bacıya,  arvad  ərə  var­dövlət  üstündə  düşmən  kəsilə  bilər. 
Bu  deyilmi  yaşadığımız  kapitalizm  cəmiyyətindən  doğan 
eybəcərliklər, bu deyilmi sinifli cəmiyyətin daxili siması? 
–  Yox,  yox…  –  Senti  Searanın  belə  bir  hərəkət  etməsinə, 
belə bir addım atmasına yol verə bilməz deyə düşünən Senti 
acı­acı dilləndi: – Yox, Seara, sən heç vaxt belə etməməlisən, 
sən  heç  vaxt  öz  vicdanını  pula,  mal­dövlətə  satmamalısan, 
sən mənim nəzərimdə necə paksan, elə də qalmalısan. Nəyinə 
lazımdır  sənin,  kimsələrin  acı  göz  yaşlarının,  kimsələrin 
əzablarının, işgəncələrinin qatışığı olan sərvət? Söylə, nəyinə 
lazımdır? Unudursanmı ki, əldə etməyə çalışdığın var­dövlət 
özün etiraf etdiyinə görə səni qraf Şokla xoşbəxt etməmişdir? 
Unudursanmı? Sən gərək atılmaq istədiyin həyata yeni gözlə, 
yeni münasibətlə baxasan, yaşayasan. Sən artıq öz səadətini 
mal­dövlətdə, sərvətdə görməyəsən, Seara. Bilirəm, sən bun­
ları bacararsan, Seara. Sən öz mənəviyyatında, psixologiyan­
da dönüş yaratmağa qadirsən. Təsadüfi deyil ki, bu bir həqi­
qətdir, insan əgər istəsə ən qatı cinayətkarlıqdan belə doğru 
yola qayıda bilər. Bunun üçünsə, möhkəm iradə və həyatın 
əsl sərtlikləri ilə mətin mübarizə etmək lazımdır. Seara mən 
sənin etdiyin təkliflə qətiyyən razılaşa bilmərəm. Mən həyatın 
mənasını  heç  vaxt  var­dövlətdə  görməmişəm  və  sənin  də 
onu var­dövlətdə görməyini istəmirəm. Yox, yox, mən bu cür 
xoşbəxtliyi  istəmirəm,  Seara,  istəmirəm  –  deyərək,  əlləri  ilə 
üzünü tutan Senti bir müddət beləcə dayandı. Sonra yenidən 


149
özünü ələ alıb aralığa çökən sükutu öz həyəcanlı səsi ilə sın­
dırdı:  –  Seara,  mənim  həyatım,  sənin  fikirlərinlə  razılaşma­
dığım üçün məni bağışla, çünki bu yolun son nəticəsi mənə 
qaranlıq  görünürdü.  Unutma  ki,  mənim  dünyanın  heç  bir 
sərvətində gözüm yoxdur. Mənim üçün dünyanın ən qiymətli 
sərvəti sənsən. Lakin bununla belə, əgər biz sənin dediyin yol­
la hərəkət etsək, qraf Şoku zəhərləsək, o zaman mən vicdanı 
ləkələnmiş və özümün indiki pak və təmiz ürəkli Searamı itir­
miş olaram. Bu isə mənim üçün ən böyük əzab və işgəncə olar. 
Ona görə də sən mənim üçün dünyanın ən qiymətli sərvəti 
kimi lazımsan və mən səni itirmək istəmirəm. O, bu sözləri 
deyib susdu. Araya bir neçə dəqiqəlik sükut çökdü. Bu sükutu 
yalnız tək­tək cikkildəşən quşların səsi və yaz böcəklərinin vı­
zıltısı pozurdu. Ümumiyyətlə, zamanın bu bir neçə dəqiqəlik 
gedişi bu iki müsahib arasında sükutla qarşılandı. Hər halda 
isə zaman inkişafda idi. Həyat irəliyə doğru inkişaf edirdi. Bu 
isə labüd idi. Nə isə… Yaranmış sükutu öz incə və hərarətli 
səsi ilə pozan Seara nəhayət ki, dilləndi: 
–  Əzizim  Senti,  həyatın  insanlara  bəxş  etdiyi  ən  böyük 
xoşbəxtlik  ondan  ibarətdir  ki,  insanlar  öz  fikirlərini  bir­
birlərinə çatdıra bilirlər, onlar bir­birlərini duyur və anlayırlar. 
Mənim fikrim sənə çatdığı kimi, mən də sənin fikrini anladım 
və bununla bərabər hiss etdim ki, öz fikrimdə həddən ziyadə 
yanılmışam. Bir də ki, Senti, mənə hansı gözlə baxırsan bax, lap 
təhqir etsən də belə dözərəm, mən bütün bunları sənin xətrinə 
etmək istəyirdim. İstəmirdim ki, hələlik heç bir yerdən gəliri 
olmayan,  yalnız  atasının  göndərdiyi  cüzi  tələbə  xərcliyi  ilə 
dolanan bir şəxsin gündəlik qayğı və tələbatları mənim ucba­
tımdan, məhz mənim ucbatımdan bir qədər artmış olsun. Axı, 
mən də insanam, axı, mənim də ürəyim var. Hiss edirəm ki, bu 
yük sənin üçün ağır, çox ağır ola bilər. cəmiyyətimizin həyat 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə