Əli̇salam Bağirov SƏNSİz yaşaya biLMƏRƏM



Yüklə 2,64 Kb.
Pdf görüntüsü
səhifə48/53
tarix14.06.2018
ölçüsü2,64 Kb.
#49045
1   ...   45   46   47   48   49   50   51   52   53

156
Bu sözləri Sentiyə deyəndən sonra Seara özünü həddindən 
artıq yüngülləşmiş və rahat hiss etdi. Hiss etdi ki, deyilməsi la­
zım olan sözü ürəkdə saxlamaq insana həddindən artıq daxili 
narahatlıq və dalğınlıq bəxş edir. Sentiyə gəlincə isə, o, Sea­
ranın son sözlərini həddindən artıq xoşbəxtcəsinə və qürurla 
qarşıladı. Odur ki, çılğın bir ehtirasla sevdiyi Searanı yenidən 
qucaqlayıb qolları arasına aldı və inamlı bir səslə dedi: 
– Mənim üçün həyatda ancaq bir Seara vardır, o da qarşım­
dadır. Özü də dünyanın bütün qrafinyalarından mənim üçün 
üstün və gözəldir. Əsl sevgi də elə budur. Sevdiyin kəsə qarşı 
olan sevginə və onun yeganəliyinə inanasan və o sevgi üçün 
ölümə belə getməyə hazır olasan. 
FƏSİL 14
Senti  yuxudan  ayılanda  artıq  səhər  bütün  naz­nemətləri 
ilə  açılmışdı.  Günəşin  zər  şəfəqləri  sanki  narazılıq  salma­
maq üçün hər yana bərabər səpələnmişdi. Xəfif­xəfif pıçılda­
şan  yarpaqlar  torpaqda  öz  əkslərini  böyütmək  üçün  elə  bil 
ki, daha da yuxarı qalxmaq həvəsi ilə yırğalanırdılar. Təzə­
tər çiçəklərin malikanənin ətrafında yaratdığı çalarlıq insanı 
valeh edirdi. Bir sözlə, qaynayan həyat gözəl təbiiliyi ilə öz 
işini  davam  etdirirdi.  Senti  də  bu  qaynar  həyatın  kiçik  bir 
hissəsi  kimi,  bütün  gördüklərini  və  hiss  etdiklərini  qucmaq 
istəyirdi.  Onun  düşüncəsi  təmiz,  fikirləri  saf  idi.  Öz  qəlbini 
çirkablardan  təmizləmək  heç  də  asan  deyildir.  Bu  işi  baca­
ranlara  isə  səadətin  sükanını  etibar  etmək  olar.  Böyük  ehti­
ras  və  məhəbbət  sahiblərinin  əlində  qarşıya  çıxan  maneələr 
ram  ediləndi.  Məhz  Senti  də  belə  pak  keyfiyyətlərə  malik 
məhəbbət  və  ehtiras  sahiblərindən  idi.  O,  cəsarətli  üzgüçü 


157
kimi özünü həyatın çağlayan dalğaları arasına atdı. Cəsarət 
bəzən mümkün olmayan işləri də mümkün edər. Mübariz in­
san odur ki, öz cəsarətini özündə tapa bilir. Qaynar həyatın 
ən burulğanlı yerinə həyatın heç bir müsibətindən qorxmayan 
insanlar baş vura bilər. Çox hallarda da bu insanlar öz arzu 
və məqsədlərinə çatarlar. Onlara qorxunc görünən yalnız bu 
burulğana baş vuranadək ürəklərini didən şübhələr olar. Elə 
ki hər şeyi unudub yalnız öz məqsədləri uğrunda mübarizəyə 
başlayırlar,  daha  onların  qarşısına  çıxan  maneələrin  heç  bir 
qorxusu yoxdur. Bu işi isə qəlblərini mum kimi yumşaq, daş 
kimi sərt etməyi bacaran insanlar edə bilərlər. Senti də belə 
insanlardan idi. 
Artıq Searanın mənzilinə köçən Senti səhər yeməyini Seara 
ilə birlikdə iştaha ilə yedi. Onu da qeyd etmək lazımdır ki, iki 
sevən ürək artıq qanunla da birləşdirilmişdi. Nə isə… Səhər 
yeməyini yeyəndən sonra Senti Searaya müraciətlə dedi: 
– Həyatım, bu yoxsul həyatımız səni darıxdırmır ki, axı… 
Seara nəzakət çərçivəsindən heç də kənara çıxmadan gülə­
rüz və mülayimliklə Sentinin sözünü kəsdi və söhbəti başqa 
istiqamətə yönəltməyə çalışdı:
–  Heç  də  yox,  mənim  əzizim.  Səninlə  bir  yerdə  olmaq, 
səninlə söhbət etmək mənim üçün hər şeydən artıqdır. Bir də 
ki,  o,  Sentiyə  bir  qədər  pul  uzadaraq  sözünə  davam  etdi:  – 
Bu pulları götür  hələlik iş tapana  qədər xərcləyərsən. İnsan 
hər açılan yeni sabaha ümid və inamla yanaşmasa yaşayışının 
mənası olmaz. Senti Searanın uzatdığı pulu aldı və onun eşq 
və ehtirasdan alışıb­yanan gözlərindən öpüb dedi: 
–  Doğrudur,  Seara,  insan  hökmən  böyük  ümidlərlə  ya­
şamalıdır,  səhərinə  inamla  baxmalıdır,  lakin  bu  günü  ilə 
də  mübarizə  aparmağı  unutmamalıdır.  O,  bu  sözləri  de­
yib iş tapmaq ümidiylə evdən çıxdı. Sentinin həyatında baş 


158
verən  dəyişiklik  onda  kişilərə  məxsus  bir  qürur  hissi  oyat­
mışdı  ki,  məhz  bu  hiss  də  Sentini  həyatdan,  onun  hər  bir 
müvəffəqiyyətindən  sarsılmamağa  –  mübarizəyə  səsləyirdi. 
O, iş tapmaq ümidi ilə müxtəlif sahibkarların müəssisələrinə 
baş çəkə­çəkə düşünürdü: – Mən hökmən işləməliyəm. Həyat 
mənə böyük  bir  xoşbəxtlik  bəxş etmişdir. Mən öz sevdiyim 
qadınla qovuşa bilmişəm. Bəs belə olan təqdirdə rəvadırmı ki, 
öz sevdiyimi maddi ehtiyac içində sızıldadam? Onun öz ürəyi 
istədiyi kimi yaşamasına şərait yarada bilməyəm? Sanmayın 
ki, iş tapandan sonra alacağım maaşla və atamın göndərdiyi 
tək məni dolandıra biləcək cüzi xərcliklə həyatımızı yaxşılığa 
doğru köklü dəyişikliyə uğrada biləcəyəm. Bu heç də kapita­
lizm cəmiyyətində mümkün olan iş deyildir. Lakin hər halda 
biz özümüz üçün müəyyən şərait yarada bilərik. Ona görə də 
hökmən və hökmən mən iş tapmalıyam. 
Təxminən Seara ilə yaşamasından bir ay keçirdi, lakin Senti 
hələ də iş tapmamışdı. Yoxsulluq öz zəhərli pəncəsini onların 
evinin astanasından içəri qoysa da, bu iki sevən qəlb arasında 
incikliyə səbəb olmağa cürət etmirdi. Təmiz hisslərdən yara­
nan atəşin duyğuları söndürməyə qabil başqa bir hiss yoxdur. 
Olsa da o hiss məsumluq qarşısında əvvəl­axır baş əyməlidir. 
Parisdə Klara və onun kavalerləri kimilər az olmadığı kimi, 
Seara, Senti, Frida kimilər də az deyildilər. Birincilər öz hü­
quq larını  saxlamağa  çalışsalar  da,  ikincilər  insani  hüquqlar 
uğrunda mübarizə aparırdılar. İkincilərin səsi hələ nə qədər 
zəif  olsa  da,  gec­tez  birincilərin  milyonlarla  pul  hesabına 
çıxan səslərini boğmağa qadir özlərində qüvvə tapacaqdılar. 
Bir ovuc şəxslərin nəşəylə gün keçirməsi milyonların əməyi 
hesabınadırsa, gec­tez öz hüquqları uğrunda mübarizə apa­
ran milyonların doğan işıqlı günəşi həmin o bir ovuc istismar­
çıları yandıracaqdır, bu, bir həqiqətdir. Senti də bunu bütün 


Yüklə 2,64 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə