Elçin
66
çıxışdan sonra Abbas müəllimin aqibəti ilə maraqla-
nırdı və demək olar ki, hər gün telefonla ona zəng
edib hal-əhval tuturdu.
Xeyli sonralar, 60-cı illərin axırlarında mən
aspirant olduğum zamanlar Abbas müəllimlə aramız-
da səmimi bir münasibət yarananda, Abbas müəllim
deyirdi:
-O vaxt yaxın dostların, tanışların çoxu küçədə
məni görəndə qaçıb gizlənirdi. Ancaq İlyas hər gün
mənə zəng eləyib kefimi soruşurdu. Rastlaşanda da
mənimlə «demonstrativ» görüşürdü.
Bu «demonstrativ» sözünü Abbas müəllim necə
demişdisə, elə də yazıram.
O çıxışdan sonra Abbas müəllimin başı çox bəlalar
çəkdi, onu partiyadan çıxartdılar, işdən çıxartdılar,
əsərlərinin çapı yasaq olundu, bir sözlə, sistemin
güclü təqib mexanizmi işə düşdü, Abbas müəllim
üçün böyük maddi çətinliklər dövrü başladı, amma
mənən ona heç cür təsir edə bilmədilər.
Abbas müəllim özü mərd və dostluqda möhkəm
adam idi. Vaxtilə Cəfər Cəfərov «kosmopolit» kimi
ifşa edilib təqibə məruz qaldığı vaxt onun ən çox
qayğısına qalmış adam Abbas Zamanov olmuşdu və
bunu mən dəfələrlə Cəfər müəllimin öz dilindən
eşitmişdim.
Abbas müəllim də təqibə məruz qalanda, bir sıra
dostları ona qahmar çıxmışdı, amma əksəriyyət ondan
gen gəzirdi...
Təxminən yeddi il beləcə davam etdi.
Ə
d
ə
biyyat v
ə
c
ə
sar
ə
t t
ərcümanı
- Abbas Zamanov
67
Sonra Abbas Zamanov əzmi, zəhməti, şövqü onu
öz layiqli yerinə, əgər belə demək mümkünsə, bərpa
etdi.
Mən hələ 1985-ci ildə Abbas müəllimin 75 illiyi
münasibətilə onun haqqında kiçik bir yazı yazmışdım
və o yazını başlarkən, istər-istəməz, Türkiyəyə ilk
səfərimi xatırlamışdım, həmin yazını elə o səfərin
təəssüratı ilə də başlamışdım.
Mən 1979-cu ilin yazında Əziz Nesinin dəvətilə
İstanbula getdim və o səfər zamanı ədəbi məclislərdə,
görüşlərdə, yığıncaqlarda türk yazıçıları, alimləri, sə-
nət adamları məndən, əsasən, iki nəfəri xəbər alırdı və
o iki nəfərə də salam göndərirdi: unudulmaz maestro
Niyazini və professor Abbas Zamanovu.
Maestro Niyazi neçə dəfə Türkiyəyə getmişdi,
orada konsertlər vermişdi, opera quruluşlarına rəhbər-
lik etmişdi və nəinki o zaman, bugünün özündə də
türk musiqi xadimləri türk simfonik musiqi ifaçı-
lığının inkişafında Niyazinin xidmətlərindən ağız-
dolusu danışırlar.
Abbas Zamanov isə o vaxtacan Türkiyədə olma-
mışdı, amma onun sovet zamanı Azərbaycan ədəbiy-
yatının, mədəniyyətinin Türkiyədəki təbliği sahəsində
göstərdiyi fəaliyyət böyük və çox səmərəli rol oyna-
mışdı və bu barədə söz düşəndə biz həmişə sidq-ürək-
dən etiraf edirdik: Abbas müəllim o işi görür, o zəh-
məti çəkir, o əzab-əziyyətə qatlaşır ki, onu bizim heç
birimiz etmirik. Türkiyədəki elmi müəssisələrin, alim-
lərin ünvanını tapır, onlarla əlaqə yaradır, heç kimin
Elçin
68
köməyi olmadan o ünvanlara cild-cild kitablar, jurnal-
lar göndərir, qorxunc və beton sərhədlərin üzərindən
türk professorunu, türk tələbəsini Azərbaycanın ədəbi,
mədəni, elmi həyatına cəlb edə bilir.
Abbas Zamanov «Sabir və müasirləri» monoq-
rafiyasında böyük şairimizin «öz dövründə təqib və
təkfirlərə məruz qalmasından» bəhs edərək yazırdı:
«Lakin çox zaman bu məsələni yanlış izah edirlər:
guya, xalq Sabiri başa düşməmiş, millət Sabiri vərəm-
lədib öldürmüşdür. Əlbəttə, belə fikirdə olanlar kobud
səhv edirlər. Onlar xalq ilə xalqın içərisində olan və
azlıq təşkil edən mürtəce, istismarçı, tüfeyli təbəqələri
ayırd edə bilmirlər».
Olsun ki, bu, məlum həqiqətdir, amma indiki halda
mənim üçün ona görə əlamətdardır ki, Abbas müəl-
limin xislətindəki ədəbiyyat, sənət təəssübkeşliyinin
əsasında da həmin xalq təəssübkeşliyi dayanırdı: kiçik
detaldır, amma Abbas müəllimin xisləti barədə, onun
cəsarəti, ötkəmliyi, məğrurluğu, eyni zamanda, xeyir-
xahlığı, həssaslığı barədə, elə bilirəm ki, az şey demir.
Əlbəttə, həmişə belə olmalıdır, ədəbiyyatı tədqiq
edən hər bir qələm sahibi, aydın məsələdir ki,
ədəbiyyatın təəssübkeşidir, ədəbiyyatın təəssübü isə
xalq təəssübünün fövqündə deyil, çünki həmin ədə-
biyyat mücərrəd bir varlığın yox, xalqın özünü ifadəsi,
xalqın mənəvi sərvətidir.
Bəli, həmişə belə olmalıdır, amma təəssüf ki,
həmişə belə olmur və buna görə də Abbas Zamanov
kimi ədiblərimizin sovet ideologiyasının heç vəchlə
Ə
d
ə
biyyat v
ə
c
ə
sar
ə
t t
ərcümanı
- Abbas Zamanov
69
bəyənmədiyi, təqdir etmədiyi, bir sıra hallarda isə
cəzalandırdığı xalq təəssübkeşliyi, xalqın milli-
mənəvi sərvətinin təbliği naminə gənclik ehtirası ilə
fəaliyyət göstərməsi, elə bilirəm ki, bu gün də gənc-
lərimiz üçün bir örnəkdir.
Abbas müəllim bir tədqiqatçı alim kimi klassik
Azərbaycan ədəbiyyatını, xüsusən, Cəlil Məmmədqu-
luzadə və Mirzə Ələkbər Sabirin adı ilə bağlı olan
«Molla Nəsrəddin» və mollanəsrəddinçilər dövrünü
araşdırırdı, öyrənir və öyrədirdi, mətnşünas bir alim
kimi xalqın mənəvi sərvətini yenidən xalqın özünə
təqdim edirdi, Cəlil Məmmədquluzadə ilə Sabirdən
başqa M.P.Vaqifin, N.Nərimanovun, S.S.Axundovun,
Ə.Haqverdiyevin, S.M.Qənizadənin, Hambalın, S.Hü-
seynin və başqalarının da əsərlərinin nəşrində yaxın-
dan iştirak edir, böyük Mirzə Cəlilin həyat yoldaşı
Həmidə xanımın çox qiymətli xatirələrini, müasir-
lərinin Sabir haqqındakı xatirə və məqalələrini nəşrə
hazırlayır, tənqidçi və teatrşünas kimi müasir ədəbiy-
yatımızın və teatr sənətimizin problemlərindən, yara-
dıcılıq nailiyyətlərindən, çatışmazlıqlarından yazır,
eyni zamanda həmin gənclik ehtirası ilə ədəbiyya-
tımızı, sənətimizi təbliğ edir, Q.Zakirin, S.Ə.Şirvani-
nin, Cəlil Məmmədquluzadənin kitablarını rusdilli
oxuculara təqdim edir, klassik ədəbiyyatımızın nümu-
nələrini ərəb əlifbası ilə nəşr etdirir (Abbas müəllim
deyirdi: «-Cənubda da oxuya bilsinlər!»), yalnız Tür-
kiyədə yox, Yaxın Şərq ölkələrindən tutmuş İspani-
yaya, o zamankı AFR-ə, Fransaya, İngiltərəyə, ABŞ-
Dostları ilə paylaş: |