Ə
d
ə
biyyat v
ə
c
ə
sar
ə
t t
ərcümanı
- Abbas Zamanov
31
“Bakıda oxumaq istəyirəm, mənə təqaüd verin” –
deyə sizin maarif nazirinin qəbuluna qədər getdim.
O, bunun mümkün olmadığını dedi. İndi düşündük-
cə bunlar mənə röya kimi gəlir. Sonra bir neçə yaşlı
adam mənə : “Sən türksən, burada heç bir türkə
inam olmaz. Burada qalsan səni öldürəcəklər. Kitab-
ları al, apar, ancaq burada oxuma. Rus burada tür-
kün oxumasına izn verməz” dedilər. Mən Bakıdan
iki bağlama kitabla qayıtdım...
-Abbas Zamanovun dəstəyi ilə Azərbaycana gəlib-
getdim və buraları tanıdım.
Ən çox məktub yazdığım Abbas Zamanov olub.
Onun da məndə məktubları var. Hətta, Ədəbiyyat
arxivinin müdiri Maarif Teymur bir neçə dəfə
“onları gətir arxivdə saxlayaq” -dedi.
70-80-ci illərdə Bakıdan Təbrizə məktub yazmaq
çətin idi. Məktubu göndərsən də gedib çatmazdı.
Ancaq Türkiyə ilə İran çox açıq olub. Hətta, bu gün
belə iki dövlət arasında viza yoxdur.
Abbas Zamanov Səməd bəy Behrənginin qardaşı
Həsən bəyə yazdığı məktubu mənə göndərirdi, mənsə
Ərzurumdan Təbrizə göndərirdim. Mən həmin
illərdə bilavasitə Azərbaycanla İran arasında körpü
idim.
Yavuz AKPİNAR
Professor.
“Kaspi qəzeti”. Bunlar mənə bir röya kimi gəlir.
Yavuz Akpinarla müsahibə.
15 oktyabr 2016. Səh 13.
Elçin
32
Mən ona çox şey borcluyam. Allah rəhmət eləsin!
Abbas bəy sovet zamanı qorxmadan məndən
Rəsulzadənin əsərlərini istəyirdi. “Sən gətir , sənə
nə?”- deyirdi. “Ya sərhəddə əlimdən alarlar, burax-
mazlar”. “Olsun”. Sərhəddə Ermənistandan girər-
kən Gümrü tərəflərdə siyahı tuturdu ki, bu-bu
kitablara əl vurulmuşdur. Gətirib Abbas bəyə qəbzini
verirdim. Abbas bəy bir həftə, on gün sonra nəyi
deyirdim o kitabları Bakıya gətirirdi. Yəni mən da-
şımaq söhbətindən qurtarırdım (gülür). Haqlısan
yəni, Abbas bəy qorxmadan məktub yazardı, sadəcə
bizə deyil, Kərkük türklərinə Abbas məktub yazardı.
Biz hələ Kərkükdə türk olduğunu yeni başa düşdük.
Yavuz AKPİNAR
Professor.
Ə
d
ə
biyyat v
ə
c
ə
sar
ə
t t
ərcümanı
- Abbas Zamanov
33
«Azərbaycan müəllimi» qəzetində «Cənubdan
səslər» adı altında xüsusi bölmə ayrılmışdır. Cənubi
Azərbaycan ədəbiyyatının patriotlarından və tədqi-
qatçılarından olan Abbas Zamanov könüllü olaraq o
bölmənin rəhbərliyini boynuna götürmüşdür. Təkcə
«Azərbaycan müəllmi»ndə çap olunmuş məqalələri
bir yerə toplansa samballı bir kitab əmələ gələr.
Mirzə İBRAHİMOV
Xalq yazıçısı
Elçin
34
İstərdim Abbas Zamanovu xatırlayaq. Cünki,
mühacirət ədəbiyyatının Azərbaycanda tanıdıl-
masında, yəni bilinməsində ən böyük xidmət məncə,
Abbas Zamanovun adı ilə bağlıdır. Onun məktub-
laşmaları təmasları...
Abbas Zamanov Amerikada yaşamış mühacirləri-
mizdən Mustafa Hakkı Türkəqulun “Azərbaycanın
mağdur şairi Hüseyn Cavid” kitabının da Vəli
Məmmədovun araçılığı ilə sovet dönəmində Azərbay-
canda tanıdılmasına vəsilə olmuşdu.
Səlim Turanın Bakıya gəlməsi uçun də çox
uğraşmışdı. Səlim Turanı ilk dəfə Abbas Zamanovun
vasitəsilə tanıdılar Azərbaycanda.
Azər TURAN
“Ədəbiyyat qəzeti”-nin baş redaktoru
Ə
d
ə
biyyat v
ə
c
ə
sar
ə
t t
ərcümanı
- Abbas Zamanov
35
Azər Turan
filalogiya üzrə fəlsəfə doktoru
“Ədəbiyyat qəzeti”-nin baş redaktoru
Elçin
36
Sabir Rüstəmxanlı
xalq şairi
Ə
d
ə
biyyat v
ə
c
ə
sar
ə
t t
ərcümanı
- Abbas Zamanov
37
Abbas Zamanov başqalarına bənzəmirdi. Qəzetdə miixbir
işləyirdim. O vaxtdan tanıyırdım onu. Sabir giinlərində
oxuduğum «Vətən» şeirini dinləyəndən sonra zəng vurub
məni çağırmışdı yanına. Nizami muzeyinin direktoruydu.
Qapını örtən kimi siyirtmədən, yazı vərəqi boyda şəkil
çıxartdı: «Bunu tanıyırsan?» «Yox!» «Şerində adını
çəkdiyin Cavad xandı!» Diksinmiş və tanımadığıma görə
bir az da pərt olmuşdum...
«Bu şəkli məndən başqa heç kimdə görə bilməzsən.
Bağışlayıram sənə».
Abbas müəllim beləydi. Əlinə maraqlı bir sənəd keçən
kimi səliqəylə üzünü çıxartdırıb iki-üç cümlə fikriylə
mənə göndərərdi...
Sabir RÜSTƏMXANLI
Xalq şairi.
Dostları ilə paylaş: |