6
Çin haqqında,
onun tarixi, iqtisadiyyat və digər fəaliyyət sferalarındakı
nailiyyətləri, mədəni irsi və təbii gözəllikəri, təhsil səviyyəsi və dinləri
haqqında çox cüzi məlumatları var.
Çində yaşaya-yaşaya mən gözümün önündə baş verən maraqlı
hadisələri təsvir edir, çinlilərin tarixini, adət və ənənələrini, həyat
səviyyəsini öyrənirdim. Kifayət qədər çox təəssürat yığıldı və mən
qərara
gəldim ki, onları sistemləşdirib nəşr etdirim.
Bu kitaba Çində siyasi quruluş və iqtisadi islahatlarla bağlı
ümumi informasiya materialları, ölkənin inkişaf tarixinin başlıca
mərhələləri; Çin xalqının tarixi irsi, mövcud adət-ənənələr haqqında
məlumatlar; eləcə də verilən mövzularla əlaqədar şəxsi müşahidə və
tədqiqatların nəticələri daxil edilmişdir.
Təqdim оlunan bu kitab ÇXR-ə səfər edənlər üçün arayış, yaxud
soraq kitabçası kimi dеyil, оnlar üçün minimum informasiya mənbəyi,
xalqın Səmaaltı adlandırdığı ölkəyə qədəm qoyanlar üçün faydalı ola
bilər.
7
1.
COĞRAFI, SİYASİ VƏ İQTİSADİ VƏZİYYƏTİ
COĞRAFIYA
Belə bir fikir mövcuddur ki, ölkənin coğrafi mövqeyi və iqlimi
orada yaşayan xalqların xarakteri, adət və ənənələrinin formalaşmasına
ciddi təsir edir.
Buna görə də, Cinlə maraqlananları başlanğıc üçün
onun coğrafiya və iqlimi ilə qısaca tanış etmək istəyirik.
Ərazisi. Sakit okeanın qərb suları ilə yuyulan Çin, Asiyanın
şərqində yerləşir. Çinin quru ərazisi 9,6 mln.km
2
-dir. Çin ərazisi
cənubdan şərqə 5,7 min km, şimaldan cənuba isə 3,7 min km uzanır.
Çin həmçinin ucsuz-bucaqsız dəniz sərhədlərinə də malikdir. Çinin şərq
və cənub-şərq sahillərini Boxay, Sarı, Şimali-Çin və Cənubi Çin
dənizləri yuyur. Çinin ərazi sularının ümumi sahəsi 4,73 mln. km
2
-dir.
Çin sahillərində çoxlu adalar vardır ki, bunların ən böyüyü Tayvan və
Xaynandır. Çin 10-dan çox dövlətlə: şimalda Monqolustan və Rusiya,
qərbdə Qazaxıstan və Əfqanıstan,
cənub-qərbdə Hindistan, Nepal,
Butan, Birma, Tayland, Laos, Vyetnam və şərqdə KXDR ilə sərhəddir.
O, Filippin və Yaponiya ilə uzunluğu təxminən 11000 km olan
(adaların sahil xətti daxil olmaqla isə 21000 km) dəniz sərhəddinə
malikdir. Quru sərhədlərinin uzunluğu isə 22,8 min km təşkil edir.
Çinin ən iri limanı olan Şanxay respublikanı dünyanın bütün
ölkələri ilə – Amerika, İngiltərə, Fransa, Braziliya, Kanada, Avstraliya
və digərləri ilə birləşdirir. 1984-ci ildə isə,
Çin höküməti birbaşa xarici
iqtisadi əlaqələr hüququ qazanan 14 sahilyanı şəhər açmaq qərarı qəbul
etmişdir. Həmçinin, 4 azad iqtisadi zona da yaradılmışdır. Onlardan ən
irisi – Şençjen Honkonqun yaxınlığında yerləşir.
Çin öz topoqrafiyasının müxtəlifliyi ilə də fərqlənir. Dağlar,
yaylalar və təpələr ölkənin quru ərazisinin 65 faizini təşkil edir. Bütün
dünyada məşhur olan dağ sistemləri Çin ərazisinin böyük hissəsini tutur
– bu, Çinin coğrafi xüsusiyyətlərindən biridir. Dünyada 8 min m-dən
hündür olan 19 zirvənin 7-si Çində yerləşir.
Çində həmçinin çoxlu çay və göllər də vardır. Çayların ümumi
uzunluğu 220 min km-dən artıqdır. 5 mindən yuxarı çayın hövzəsi 100
km
2
-i keçir. Çində sahəsi 1 km
2
olan 2800-dən çox, sahəsi 1000 km
2
-
dən çox olan isə 13 göl yerləşir.
Əgər Çinin ərazisinə yuxarıdan baxsan, o, qərbdən şərqə enən
dördpilləli pilləkəni xatırladar.
8
Tsinxay-Tibet yaylası bu relyef iyerarxiyasının birinci, ən
yüksək
pilləsini təşkil edir. İkinci pilləni Daxili Monqolustan yaylası, Less
yaylası, Yunnan-Quyçjou yaylası, Tarim çökəkliyi, Cunqar və Sıçuan
çüxurları təşkil edir. Əgər birinci pillənin orta hündürlüyü dəniz
səviyyəsindən təqribən 4000 m təşkil edirsə, ikincinin hündürlüyü 1-2
min m hüdudları arasındadır. Böyük Xinqan, Tayxanşan, Uşan və
Syuefenşan dağlarının şərq yamaclarından dəniz səviyyəsindən 500-
1000 m orta hündürlükdə olan üçüncü pillə başlayır. Çinin 200 m-dək
dərinlikdə yerləşən şelfləri relyef dəyişkənliklərinin
dördüncü pilləsini
təşkil edir.
Çin ərazisinin böyüklüyünə görə dünyada üçüncü yeri tutur.
İqlim. Çinin quru ərazisinin təxminən 98%-i
20
0
– 50
0
şimal en
dairəsində yerləşir, buna görə də mülayim və subtropik iqlim zonaları
xüsusilə çoxluq təşkil edir. Bu coğrafi mövqe Çinin açıq-aşkar musson
xarakter daşıyan iqlim şəraitinə səbəb olur. Qışda üstünlük təşkil edən
küləklər şimaldan əsir, yayda isə cənubdan. Mövsümlərin kəskin
dəyişikliyi xarakterikdir. Yağışlar mövsümü adətən ilin ən isti dövrünə
düşür. Güclü soyuq külək axınları, leysan yağışları və tayfunlar Çinin
iqliminin ayrılmaz əlamətləridir. Çinin iqliminin daha bir fərqləndirici
xüsusiyyəti temperaturun və yağıntının miqdarının ən
geniş limitdə
dəyişməkdə özünü biruzə verən kontinental xarakterli olmasındadır.
Məsələn, yanvar və iyul aylarında orta aylıq temperaturu götürək. Eyni
en dairəsi rayonunda yerləşən digər ölkələrin analoji göstəricilərinə
nisbətdə temperatur yanvarda daha aşağı, iyulda isə daha yuxarıdır.
İllik yağıntının miqdarı dənizdən uzaqlaşdıqca aşağı düşür:
sahilboyu
cənub-şərqdə 1000-2000 mm-dən şimal-qərbdə 100-200 mm-dək.
Regional və iqlim müxtəlifliyinə görə Çinin ərazisini üç təbii
qurşağa bölmək olar:
1)
Şərq musson qurşağı. Bu qurşaq Çinin quru
ərazisinin 45%-ni,
əkin üçün yararlı torpağın 90%-ni
və
əhalinin 95%-ni
əhatə edir. Burada nəzərə çarpacaq
musson təsiri var, iqlim rütubətli və yarımrütubətlidir,
qurşağın çox hissəsinin hündürlüyü 1000 m-dən aşağıdır.
Bu ərazi həm də çoxlu düzənlik
və çaylarla da zəngindir
və əsas kənd təsərrüfatı rayonudur.
2)
Şimal-qərb quraqlıq qurşağı. Bu qurşaq Çinin
quru ərazisinin 30%-ni,
əkin üçün yararlı torpağın 10%-ni
və əhalinin 4%-ni
əhatə edir. İqlimi quru və