Еlcan həbibzadə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/52
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#13090
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

 
42 
  Cədvəl 3-də Çin hökmdarlarının hakimiyyətt xronologiyası 
verilir.  İnlilərin dini sistemlərinin məğzində  əsas ilk əcdad  Şandı 
olmaqla  əcdadlara sitayiş dururdu. İnlilərin hökmdarı eyni zamanda 
kahin funksiyasını da yerinə yetirirdi. Hökmdarın şəxsiyyəti müqəddəs 
sayılırdı.  
E.ə. XII əsrin sonlarında şanlardan qərbdə yaşayan çjou tayfaları 
Mue yaxınlığıda (Xenan əyaləti) döyüşdə  Şan dövləti qoşunlarını 
sarsıdıcı  məğlubiyyətə  uğratdı  və öz hökmranlığını qurdu. Çjou 
sülaləsinin  hakimiyyət dövrü demək olar ki, doqquz əsri  əhatə edir 
(e.ə. 1100-221-ci illər) və Qərbi Çjou (Erkən) (e.ə. 1122-771-ci illər) 
və Şərqi Çjou (Sonrakı) (e.ə. 770-256/221-ci illər) dövrlərinə bölünür. 
İmperiyaların adları paytaxtların yerləşməsinə uyğundur. Qərbi Çjou iki 
dövrə bölünür – “Bölünmüş dövlətlər” və “Vuruşan dövlətlər” (Çjanqo) 
– müvafiq olaraq e.ə. 722-481 və 481-221-ci illər.  
 Çjou hökmdarlarının ilk paytaxtı Tszunçjou Veyxe çayının 
kənarında yerləşirdi (indiki Sian şəhəri yaxınlığında). Sonralar 
Xuanxenin orta axınında iknci paytaxt – Loi salındı (indiki Loyan 
şəhəri yaxınlığında).  
 Bu dövrdə meydana gələn ən mühüm konsepsiyalardan biri orta 
dövləti – Cun Quo konsepsiyası hesab edilir. Çjou dövründə 
Dalxuanedə  səkkiz knyazlıq: Ti, Pu, Jin, Tszin, Sun, Lu, Yus, U 
mövcud idi. Bu knyazlıqlardan hər biri özlərini mərkəz hökmdarlığı 
adlandırırdı. Bu səbəbdən çinlilərdə beş istiqamət var: şimal, cənub, 
qərb, şərq və mərkəz. Mərkəz – əsl sivilizasiyanı təcəssüm edən hesab 
nöqtəsidir, geridə qalanlar isə – barbarlardır. Çjou sülaləsinin ilk 
yaranmış sivilizasiyası “Qərbi Çjou” adını daşıyırdı. “Qərbi Çjou” 
sülaləsi nisbətən inkişaf etmiş  cəmiyyət idi. Kənd təsərrüfatı 
çiçəklənmiş,  əkinçi  əmək alətləri təkmilləşdirilmiş, bir çox kənd 
təsərrüfatı bitkiləri becərilməyə başlanmışdır. Çoxlu sayda incəsənət və 
mədəniyyət abidələri, həmçinin fəlsəfə, siyasət və tarix əsərləri 
meydana gəlmişdir. E.ə. 841-ci ilədək hadisələrin mütəmadi xronikası 
aparılmamışdır, hansı ki, Qərbi Çjou səltənət evi hadisələrin illik 
qeydiyyatını aparır və saxlayırdı.  
 Yarımköçəri jun tayfaları ilə (çjoululara qohum) tez-tez baş 
verən və e.ə. VIII əsrdə daha da kəskinləşən hərbi münaqişələr 
ucbatından hökmdar Pin-van e.ə. 770-ci ildə dövlətin paytaxtını  şərqə 
köçürür, bu dövr isə – “Şərqi Çjou” adını alır. “Şərqi Çjou” sülaləsinin 
hakimiyyəti dövrü quldarlıq quruluşunun dağılması ilə əlamətdardır. Bu 


 
43 
dövrün sonu (e.ə. 476-cı ildən 221-ci ilədək) “Vuruşan hökmdarlıqlar” 
adlandırılır, bunların da sayı, yuxarıda qeyd olunduğu kimi səkkiz olsa 
da, vəliəhdlərin səriştəsizliyi ucbatından çoxlu sayda kiçik 
hökmdarlıqlar yarandı.  
Bu dövr həmçinin qarışıqlıq dövrü kimi də xatırlanır. Konfutsi 
məhz bu zamanda yaşamışdır. Onun təlimi öz siyasi fəlsəfəsi və etik 
istiqamətinə görə  cəmiyyətdəki bu böyük və uzunmüddətli hərc-
mərcliyə  təbii reaksiya kimi nəzərdən keçirilir. O, Çin cəmiyyətinin 
hələ uzun əsrlər boyu mənəvi simasını müəyyənləşdirən  əxlaqi-etik 
normalar tətbiq etmişdir.  
 Bununla belə, bu dövr bəşər tarixinə  həmçinin dəmirin 
əridilməsi texnologiyasının, baltadan, kotandan və digər  əmək 
alətlərindən istifadənin kəşf olunması dövrü kimi də düşmüşdür. 
Torpağın işlənməsində buynuzlu heyvanlardan istifadə vərdişi yarandı. 
Quldarlıq formasiyasının yerinə feodal quruluşu gəldi.  
 E.ə. IV-III əsrlərdə müxtəlif hökmdalıqlar arasında hakimiyyət 
uğrunda mübarizə  şiddətlənir. Nəticədə e.ə. 230-cu uldə Tsin 
hökmdarlığı əvvəlcə Xan hökmdarlığını ciddi məğlubiyyətə uğradır və 
onun  ərazilərini zəbt edir, e.ə. 228-221-ci illərdə isə digər 
hökmdarlıqları da (Çjou, Vey, Çu və s.) ələ keçirir.  
Tsin Şixuan Vuruşan hökmdarlıqların separatizminə son qoyaraq 
Çin tarixində ilk dəfə çoxmillətli mərkəzləşdirilmiş dövləti – Tsin 
imperiyasını yaradır. 
 
 
   ERKƏN İMPERİYA DÖVRÜ 
 
 Tsin imperiyasından başlayaraq X əsrin ortalarına qədər davam 
edən dövr Çin tarixində Erkən İmperiya dövrü adlanır. Tsin imperiyası 
cəmi 14 il mövcud olmuşdur. Lakin bu dövrdə çoxlu sayda islahatlar 
həyata keçirilmişdir: ölkənin inzibati-ərazi dairələrinə bölünməsi; 
mərkəzləşdirilmiş idarəetmə orqanlarının yaradılması; pul, ölçü və çəki 
vahidlərinin unifikasiyası; yazının nizama salınması  və s. Böyük Çin 
səddinin tikilişi də bu dövrdə başlayır. Divarın ayrı-ayrı hissələri artıq 
səkkiz hökmdarın dövründən mövcud idi, lakin əsasən  şimal və 
qərbdən köçəri tayfaların hücumları  təhlükəsi ilə  əlaqədar onların 
birləşdirilməsi və gücləndirilməsi tələb olunurdu. Bu tikintiyə 
imperator Tsin Şixun çox böyük sayda insan – səkkiz hökmdarın 


 
44 
süqutu nəticəsində  ələ keçirilmiş  əsirləri və  həmçinin torpaqsız 
kəndliləri cəlb etmişdi. Bununla əlaqədar konfutsiçilər imperatoru 
despotizmdə günahlandıraraq öz narazılıqlarını bildirməyə başladılar, o 
isə öz növbəsində e.ə. 213-cü ildə Konfutsinin bütün kitablarını 
yandırmağı, 416 konfutsiçini isə boynuna qədər torpağa basdırmaqla 
əzabverici ölümə məhkum etdi.  
 O, öz şəxsi fəlsəfəsinə (leqizm) ehtiyac olduğundan fa-tszyanı 
yaratdı. Fa – Çin dilində qanun, tszya – isə ailə, qrup deməkdir, yəni 
qanunlar külliyatı. Bu fəlsəfənin tərəfdarları konfutsiçiliyi özlərinin qatı 
düşməni hesab edirdilər, belə ki, Konfutsi ön plana əxlaqi keyfiyyətləri 
çəkirdi və qaydalara riayət etməyi təkcə  sıravi vətəndaşlardan deyil, 
imperatordan da tələb edirdi. Fa-tszyanın ardıcılları birbaşa bəyan 
edirdilər ki, əxlaqla siyasət bir araya sığmır. Hökmdar nəyi lazım 
bilirsə, o da edilməlidir, çünki o, qanunların yaradıcısıdır.  
 Tsin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta 
uğradı. Tsin Şixuanın ölümündən sonra yenə  də qarışıqlıq dövrləri 
başladı. E.ə. 206-cı ildə keçmiş  kəndxuda Lyu Banın başçılığı altında 
qiyamçı  dəstələr Tsin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı 
aldı. Bu Çudan olan Lyu Bana özünü Xan hökmdarı elan etməyə imkan 
verdi, belə ki, Tsinin paytaxtı keçmiş Xan hökmdarlığı  ərazisində 
yerləşirdi. Daha dörd il də çoxsaylı üsyankar rəhbərlər taxt-tac uğrunda 
mübarizə apardılar. E.ə. 202-ci ildə Lyu Ban özünün əsas və sonuncu 
rəqibini – zadəgən ailəsindən olan general Syan Yuyanı  məğlub etdi. 
Qao-tszu, “Ali ulu əcdad” titulunu qəbul edib Xan sülaləsinin əsasını 
qoydu, bu da Qədim Roma, Xristianlıq və  Məsihlə bir dövrə  təsadüf 
edirdi. Lyu Ban Çanan şəhərini imperiyanın paytaxtı elan etdi.  
 Xan sülaləsinin dörd əsrdən çox hakimiyyəti iki dövrə bölünür: 
Erkən Xan (Qərbi) və Sonrakı Xan (Şərqi), bunlar da müvafiq olaraq 
e.ə. 206-cı ildən eramızın 8-ci ilinədək və 8-ci ildən 220-ci ilədək olan 
dövrü əhatə edir.  
 Bu dövrlər arasındakı eramızın 9-25-ci illərini  əhatə edən az 
müddət ərzində Sin sülaləsi hakimiyyətdə olmuşdur.  
Erkən Xan Tsin imperiyası idarəetmə sisteminin bəzi xarakterik 
xüsusiyyətlərini qoruyub saxlamışdır. Öz yeddi silahdaşına Lyu Ban 
van titulu bağışlamışdı, 130-na isə  vərəsəlik torpaqları paylamışdı. 
İmperator Udiy isə (e.ə. 140-87) mərkəzi hakimiyyətin 
gücləndirilməsinə yönəldilmiş  dəyişikliklər həyata keçirir, bunun da 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə