Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə14/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

Elbəyi CƏLALOĞLU 
44 
dövrünün  say-seçmə  alimlərindən  hesab olunurdu.  Lakin 
nədənsə, bu gün o, elə bil ki, öz gözündə azalmışdı, ozünün 
bilik sarayında hələ çox şeylərin çatışmadığını yəqinləmişdi. 
Bundan başqa, Mövlana Cəlaləddin bu gün yeni bir xəzinə-
nin  yerini  aşkarlamışdı,  ona  az  məlum  olan  ilahi  incilərin 
yerini  müəyyənləşdirmişdi.  O,  indi  Şəms Təbrizi təfəkkü-
ründəki dürlərin üstünü açmaq, onlardan yararlanmaq, ən 
saflarını  mənimsəmək barədə  düşünürdü.  Mövlana  bütün 
bu fikirlərin  qovşağında  tilsimə  düşübmüş  kimi otağında 
var-gəl  edirdi.  Bu  günkü görüş  sanki  onu  hər  şeydən,  hər 
kəsdən, hətta müridlərindən belə soyutmuşdu. O, ancaq Şə-
ms Təbrizinin  hikmətlərini düşünərək ailə üzvlərinə başqa 
bir aləmdəymiş kimi təəssürat bağışlayırdı. Mövlana  Cəla-
ləddin gecə yarısına qədər mürşidinin söylədiyi fikirləri an-
lamağa çalışdı, öz bilikləri ilə onun dediklərini müqayisə et-
di və onun “elm və ağıl müəyyən həddə qədər işə yarayır, 
sonra hicaba  –  pərdəyə  çevrilir,  odur  ki,  sonrası  ruhun  və 
ürəyin işidir, qalanı eşqlədir” kəlamının üzərində dayandı. 
Və bu dəm o, – demək elmi biliyə və həyat təcrübəsinə yük-
sək səviyyədə  yiyələnmək hələ  heç  nə  demək  deyil,  bura-
dan o yana yeni bir yatab başlanır, – deyə düşündü. Birdən 
Mövlananın yadına Şəms Təbrizi Larəndədə atasının qonağı 
olarkən dediyi “unutma ki, elmin sonunda eşq, alimliyin so-
nunda  aşiqlik  durur” kəlamı  düşdü.  O,  Mürşidi-kamilin  o 
vaxt  nə  demək istədiyini  indi  anlamağa  başlamışdı.  Artıq 
Mövlana  yüksəlişinin  “aşıqlik” yatabı  başlayırdı,  bunun 
üçün o, eşqin bütün fəzilətlərinə dərindən bələd olmalıydı. 
Bu sirlərə isə o, yalnız eşqin təfsirini kökündən bilən Mürşi-
di-kamil Şəms Təbrizinin sayəsində nail ola bilərdi. Elə bu-
na  görə  də,  Mövlana  Cəlaləddin  Rumi  üçün  Şəms Təbrizi 
bir müqəddəs varlığa  çevrilmişdi.  Bütün  bunları  düşün-
məkdəykən Mövlananın ürəyini xiffət hissi bürüdü, ustadı 
yenidən görmək, onunla söhbətləşmək istədi. Lakin vaxt o 
vaxt deyildi, buna görə də, o, gecənin oğlan çağında “Alla-
hın nuru”nu narahat etmək fikrindən vaz keçdi. Onun göz-
ləri  ağarmaq istəməyən  üfüqdə  qalmışdı.  O  bir  neçə  saat, 


Eşq dənizləri qovuşanda 
 
45 
sanki bir neçə əsrə dönmüşdü... 
Nəhayət, şərqdən Günəşin hənirtisini hiss edən dan ul-
duzu  ondan  gizlənmək  üçün  qərbə  doğru meylləndi,  azan 
oxunurdu,  sübh  namazının  vaxtıydı.  Hər iki mütəfəkkir 
dəstəmaz alıb namaz qıldılar. Sonra Allaha dualar etdilər. 
Bundan sonra Mövlana Cəlaləddin söhbətlərinə heç kə-
sin  mane  olmaması  məqsədilə  qonağını  müridlərindən  və 
dostlarından  biri,  zərgər  nəslindən  olduğuna  görə  Zərkub 
ayaması ilə tanınmış Səlahəddin Fəridunun hücrəsinə dəvət 
etdi  və  xidmət  üçün  yanlarına  girməyə  yalnız  böyük  oğlu 
Sultan Vələdə icazə verdi. Onlar hücrəyə daxil olub, xalça-
nın üstündə bardaş qurub oturdular və mükaliməyə başla-
dılar. Mürşidi-kamil söhbətinə əvvəlcə bu sualla başladı: 
– Bu qədər elm öyrənməkdə nə fayda güdürsən? 
– Məgər elmdən üstün nəsə varmı? – Mövlana Cəlaləd-
din Rumi suala sualla cavab verərək belə dedi. 
– Elm səni məlum olana doğru aparır, o, alimlərin bildi-
yini və ya kəşf etdiyini sənə öyrədir. Din səmavi kitab vasi-
təsilə insana Tanrının və haqqın təfsirini deyir. Lakin o, de-
diklərinin  insanlar tərəfindən  olduğu  kimi qavranılması 
üçün, təbiət hadisələrindən sitatlar gətirməklə müqayisələr 
aparır, bir sözlə, məntiqə söykənərək söhbətlər edir. Növbə-
ti vasitə isə təsəvvüfdür, eşq ilə Tanrıya qovuşmaqdır, lakin 
bu vasitə  göründüyü qədər  asan  deyildir.  Bunun  üçün  sə-
birli,  əzmli,  fədakar olmalı  və  ilk  olaraq,  Allahın  Həzrəti 
Məhəmməd (s.ə.s) eşqinə yaratdığı yeddi müqəddəs dərya-
nı dərk etməlisən. Bunlar – nur dəryası, helm dəryası, elm 
dəryası, səbir dəryası, ağıl dəryası, fağır dəryası və ümmət 
dəryasıdır. Bu varlıqların dərki də eşqlədir. 
Eşq insanı mənçilikdən uzaqlaşdırıb Allaha yaxın-laşdı-
rır. Eşq insanın cismini zəiflədir, camalını gözəlləşdirir, cə-
lalını  artırır,  könlünü  saflaşdırır,  ruhunu  isə  Haqqa yönəl-
dir, – Şəms Təbrizi bu sözləri deyib, idrakın bilinən tərəflə-
rini  Mövlana  Cəlaləddinə  aşılamağı  öz  qarşısına  məqsəd 
qoydu, bunu özünün mənəvi borcu hesab etdi və bu məq-
sədlə yenidən söhbətə başladı: 


Elbəyi CƏLALOĞLU 
46 
– Hər kəsin özündə olan iki şeyin birini öldürüb, birini 
diriltməsi lazımdır.  Öldürülməsi lazım  olan  şey  nəfsdir. 
Çünki nəfs elə bir ifritdir ki, onu öldürmədən, rahatlığa çat-
maq mümkün deyil. Dirildilməsi lazım olan şey isə könül-
dür.  Çünki  könlü  ölü  olanların  məsud  və  bəxtiyar olması 
mümkün deyil, – Şəms Təbrizi düşüncələrini ifadə etdikdən 
sonra dalğın halda əlini saqqalında gəzdirdi, başını yenidən 
yuxarı qaldırdı və söhbətinə davam etdi, – nəfs həm də, bə-
dənlə ruh arasında çəkişmə yaradan mücərrəd bir anlayış-
dır. Belə ki, ruh özünün on doqquz gözəl xisləti ilə bədəni 
Haqqa çəkdiyi halda, nəfs də özünün on doqquz afəti ilə bə-
dəni Haqqdan sapdırmaqdadır. Lakin nəfsin yeddi məqamı 
var ki, insan onun altıncısına yüksəlmək uğrunda davamlı 
mübarizə aparmalıdır. Nəfsin birinci məqamı onun on doq-
quz afətini, yəni qeybət, fitnə-fəsad, acgözlük, xəsislik, asi-
lik, kin və ədavət, küfr, riyakarlıq, nankorluq, öfkə və hirs, 
səbirsizlik,  vəfasızlıq,  zənn,  zülmkarlıq,  hava  və  həvəs, 
ədəbsizlik və  avamlıq,  təkəbbür,  həsəd,  israfçılıq  kimi  pis 
vərdişləri əmr edən nəfsi-əmmarədir. İkinci məqam, sadala-
dığımlz  pis  vərdişləri  edib  sonradan  peşmançılıq  gətirən 
nəfsi-ləvvamədir. Üçüncü məqam, ilhamlanaraq qəlbindəki 
bütün pislikləri öldürən, afətləri özündən rədd edən nəfsi-
mülhimədir.  Nəfsin  dördüncü  məqamı,  nəfsi-mutmainədir 
ki, bu, heç bir pis şey istəməməklə tamamilə sakitləşmiş, bil-
mərrə özünə arxayın nəfsdir. Beşinci məqam, Allahdan razı 
qalmış,  yaxud  şükür  edən  nəfsi-raziyədir.  Altıncı  məqam 
bütün Haqq aşiqlərinə, gerçək ərənlərə, övliyalara, vəlilərə 
aid  olmaqla,  ruhun  on  doqquz  xislətinə,  yəni  helm,  elm, 
ədəb,  səbir,  vicdan,  səxavət,  sirr  saxlamaq,  qənaət,  itaət, 
iman,  sevgi  və  eşq,  təvazö,  mərhəmət,  şükür  etmə,  doğru-
luq,  ədalət,  vəfa,  sakitlik,  ötəri hisslərə  qapılmamaq  kimi 
gerçəkliklərə təslim olmuş və Allahın razı qaldığı nəfsi-mər-
ziyədir. Bu məqam insanın öz mənliyini tamamilə öldürmə-
sidir ki, ondan sonra Allaha eşqlə vasil olmanın növbəti ya-
tabı  gəlir. Nəfsin  ən  uca  və  mükəmməl  olan  bu  yeddinci 
məqamı isə yalnız peyğəmbərlərə xas olan nəfsi-kamilədir. 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə