Elbəyi CƏlaloğLU



Yüklə 2,81 Kb.
Pdf görüntüsü
səhifə12/69
tarix15.03.2018
ölçüsü2,81 Kb.
#31820
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

Eşq dənizləri qovuşanda 
 
37 
ödəmək qarşılığında Anadolunun tamamilə işğalının bir qə-
dər ləngiməsinə nail oldu... 
Bəyçi Noyan Qeysəriyyəyə hücum edən zaman qalanın 
bütün qapıları onun  üzünə bağlanmışdı. Şəhər əhalisi mo-
ğollara qarşı mübarizəyə başlamışdı. Cihad edənlər arasın-
da  “Əxi”  və  “Bacı”  təşkilatları  da  var  idi.  Bu  təşkilatların 
hər ikisi sufi cərəyanına  aid  idi.  “Əxi”  təşkilatının  başında 
“Əxi Evrən (Kainatın qardaşı)” adını almış Şeyx Nəsrəddin 
Mahmud Xoyi dururdu. Onun arvadı Fatimə isə “Bacı” təş-
kilatı yaradaraq ərinin əqidəsini qadınlar arasında yaymış-
dı. Moğolların Qeysəriyyəyə hücümü da elə həmin vaxta tə-
sadüf etmişdi. Bu vaxt Əxi Evrən Şeyx Nəsrəddinin təşviq-
ləri ilə əxilər şəhər əhalisinə qatılaraq kütlələr halında Qey-
səriyyəyə  axışan  moğollara qarşı  mücadilə  etmişdilər. Bu 
mücadilə  zamanı  moğollar  15  gün  Qeysəriyyənin  qapısın-
dan içəriyə daxil ola bilməmişdilər. Lakin şəhərin su başçısı 
olan  erməni  əsilli  Xaçik  oğlu Hüsaməddin  şəhərin  çirkab 
suları  üçün  tikilmiş  kanallardan  qalanın  xaricinə  çıxaraq 
moğolların  başçısı  Bəyçi Noyanla görüşmüşdür.  Bu  görüş-
dən  sonra  xəyanətkar  Xaçik  oğlu Hüsaməddin  tullantı  və 
zir-zibili yuyub aparan həmin su kanalları vasitəsilə moğol 
əsgərlərini şəhərə daxil etmişdir. Beləcə moğollar Qeysəriy-
yəyə soxuldular, şəhəri döyüş yolu ilə götürdüklərindən bö-
yük  qırğınlar törədərək  on  minlərlə  insanı  amansızcasına 
qətlə  yetirdilər,  çoxlu sayda  əsir götürdülər və  şəhəri  oda 
qaladılar. Bu sırada Şeyx Nəsrəddinin xanımı Fatimə Xatun 
da moğollara əsir düşdü. Əxi Evrən Şeyx Nəsrəddin Mah-
mud Xoyi isə Anadolunun bu qarışıqlıq zamanında Anado-
lu Səlcuqlu dövlətinə qarşı meydana gələn bir hadisədə suç-
lanaraq beş il müddətinə həbs edildi... 
Konya  şəhərinin  girəcəyində  düyüsatanların  karvansa-
rası yerləşirdi. Şəms Təbrizi hər yerdə olduğu kimi, burada 
da  həmin  karvansaraya getməyi qərarlaşdırdı.  Ona  çox  da 
böyük olmayan  ayrıca bir otaq verdilər.  İkindi  namazının 
vaxtı çatdığından, nəzarətçinin verdiyi mis qabda su götü-
rüb dəstamaz aldı, sonra namazını qılıb, Allaha dualar etdi. 


Elbəyi CƏLALOĞLU 
38 
Bu zaman bələdçi qapını açıb, ona yaxınlaşdı: 

 
Allah namazını qəbul eləsin!  
Bələdçi qonağın razılığını aldıqdan sonra onu sövdəgər 
qiyafəsində gördüyündən, – yükün nədir? – deyə soruşdu. 
Şəms Təbrizi  onu  diqqətli  nəzərlərlə  süzüb,  çox  da  gözlət-
mədi: 
–  Yüküm çox ağırdır. 
–  Bəs hardadır? 
–  Onu adi gözlə görmək olmur, – Şəms Təbrizi belə de-
di. Bələdçi bu cavabdan qaşlarını çatdı, əlləri ilə üzünü və 
gözlərini ovuşdurdu, sonra isə gülümsəmiş halda dilləndi: 
–  Başqa cür göz də olur? – onun bu istehzalı sualını eşi-
dən Şəms Təbrizi canamazını yığa-yığa cavab verdi: 
–  Mənim yükümü ancaq ruhun gözləriylə görmək, kön-
lün  qulaqlarıyla  duymaq  olar,  təəssüf  ki,  bunların  heç  biri 
səndə yoxdur.  
Şəmsin  bu  sözləri bələdçinin  beyninə  girmədi,  o,  –  bu 
kişi deyəsən dəlidir, – deyə düşünərək uzaqlaşdı. Lakin bir 
azdan onun karvasaradakılarla xısınlaşması Şəmsin gözün-
dən qaçmadı. Bu söhbət bütün karvansaraya yayıldı, hamı 
onu  diqqətlə  süzürdü.  Bu  aralıqda  Xoydan  düyü satmağa 
gəlmiş  ticarətçilərən  biri  onu  tanıdı.  Bu  nurani-pirani  kişi-
nin Şəms Təbrizi olduğu nəinki karvansaraya, hətta qısa za-
manda bütün şəhərə yayıldı. Mövlana Cəlaləddin Ruminin 
müridlərindən  biri  bu  xəbəri  eşitcək,  onu  dəqiqləşdirmək 
üçün dərhal karvansaraya gəldi. O, dərviş babayla danışma-
ğa  cürət etmədiyindən,  Xoylu ticarətçilərdən  bu  məsələyə 
aydınlıq  gətirdi.  Sonra  o,  bir  az  aralıdan  Şəms Təbriziyə 
xeyli nəzər salıb, öz-özünə, – İlahi, kəramətinə şükür, onun 
zahiri gözəlliyi göz qamaşdırır, – deyə düşündü... 
Səhərisi gün mədrəsəyə gedən mürid bu xəbərdən Möv-
lana  Cəlaləddin  Rumini  agah  etdi.  Eşitdiyi  xəbərdən  təəc-
cüblənən Mövlana bu gözlənilməz qonağı gözləri ilə görmə-
miş qulaqlarına inanmaq istəmirdi. “Dinin günəşi” ucalığını 
fəth etmiş bir şeyxi öz ayaqları ilə Konyaya gətirən nə idi? 
Bəlkə də bu, Tanrının göndərdiyi bir bəxşeyiş, yaxud da ta-


Eşq dənizləri qovuşanda 
 
39 
leyin  oynadığı  sınaqdır. Hər halda  işıq  zərrəsi umduğun 
yerdən  bəxtinə  Günəşin  özü  pay  göndərilərsə,  bu  zaman 
həmin kəramətdə ilahi hikmətin olduğuna şübhə etmək na-
şılıq  olar.  Bu  düşüncələr içərisində  var-gəl  edən  Mövlana 
Cəlaləddin Rumi evdən necə çıxdığını heç özü də bilmədi. 
Az keçmiş o, artıq karavansarada, Şəms Təbrizinin yanında 
idi. Mövlana əvvəlcə qonağın əlini öpdü, sonra isə onlar il-
lər həsrəti kimi, qucaqlaşdılar. Bir-birindən hal-əhval tutdu-
lar. Mövlana  Cəlaləddin  ustada  atasının  qonağı  olarkən 
onunla  olan  ilk  görüşünü  xatırlatdı  və,  –  həmin  gün  sizin 
mənə söylədiyiniz hikmətli sözü heç vaxt unutmayacam, – 
dedi. Sonra da o, – sizin söylədiyiniz hikmət mənə mükəm-
məl yetişmək üçün bir təkan verdi, – deyə əlavə etdi. Şəms 
Təbrizi gülümsəyərək üzünü ona tutub, – oğlum, kamilləş-
mənin sonu yoxdur, idrakın birinci qatını adlayıb təkəbbürə 
yuvarlanmaq olmaz, qarşıda təvazö doğuran ikinci, heyrət 
və  heyranlıq  yaradan  üçüncü qatlar  var,  –  deyə  israr etdi. 
Cəlaləddinin azca utanaraq düşüncələrə qərq olduğunu gö-
rən Şəms Təbrizi belə əlavə etdi: 
–  Arif  ağılla biləndir,  aşıq  könüllə,  burada  elm  və  ağıl 
müəyyən  həddə  qədər  işə  yarayır,  sonra hicaba  –  pərdəyə 
çevrilir, odur ki, sonrası ruhun və ürəyin işidir, yaxud qala-
nı eşqlədir. Əgər bu mənaları oxuyub öyrənmək və müzaki-
rə ilə dərk etmək mümkün olsaydı, onda gərək Fəxri Raziyə 
baxanda, Bəyazidlə Cüneydin başına aləmin külü olaydı, – 
Şəms Təbrizi burada  məşhur ilahiyyatçı  Fəxrəddin  Razini 
məşhur sufilər Bəyazid Bəstami və Cüneyd Bağdadi ilə mü-
qayisə edərək belə deyirdi. Sonra da o, – deyirlər, Fəxrəddin 
Razi Quranın təfsirində min kitab yazıb, bəziləri də bunun 
beş  yüz  olduğunu  söyləyirlər.  Amma yüz  min  Fəxrəddin 
Razi, Bəyazidin getdiyi yolun heç tozuna da çatmaz, – deyə 
əlavə etdi. Mövlana Cəlaləddin Rumi ustadın qızıldan qiy-
mətli söhbətinin uzandığını görüb, bu söhbətlərin mədrəsə-
də, müridlərinin qarşısında davam etdirilməsi üçün onu öz 
iqamətgahına dəvət etdi. Bu zaman Mövlana Cəlaləddin ye-
rindən  durarkən  “Allahu-əkbər” kəlməsini  dilinə  gətirdi. 


Yüklə 2,81 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə