Əl-maiDƏ (SÜFRƏ)


ﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾ (8.64) “Ey Peyğəmbər! Sənə və sənin mömin ardıcıllarına Allah kifayətdir!”94



Yüklə 2,81 Mb.
səhifə36/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   ...   29   30   31   32   33   34   35   36   37

ﭶﭷﭸﭹﭺﭻﭼﭽﭾ

(8.64) “Ey Peyğəmbər! Sənə və sənin mömin ardıcıllarına Allah kifayətdir!”94
Allah Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə gedən möminlərə kömək göstərəcəyini və düşmənlərlə mübarizədə yardım edəcəyini vəd etmişdi. Müsəlman­lar bu şərti yerinə yetirsələr, haqq dinə etiqad etsələr və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getsələr, onda O, bütün dünyəvi və dini işlərində onlara hökmən kömək göstərər. Lakin Onun köməyi, onların bu şərti nə dərəcədə qüsursuz yerinə yetirmələrindən asılı olacaqdır.
ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊ ﮋ ﮌﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ
(8.65) “Ey Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!
Ey Peyğəmbər! Möminləri cihada dəvət et və əlindən gələni et ki, onların niyyətləri möhkəm və qəti olsun! Onlarda düşmən­lərlə döyüşmək arzusu oyat, onları itaətsizlikdən və müqəddəs müharibədə iştirak etməkdən boyun qaçırmamaq barədə xəbərdar et! Onlara fədakarlığın və səbirliliyin faydası və həmçinin mükafatlandırılma haqqında danış ki, onlar həm bu dünyada və həm də ölümdən sonra həmin məziyyət­lərinə görə təltif ediləcəklər. Onlara qorxaqlıqdan törəyən pis nəticələri xatırlat, çünki bu pis xüsusiyyət dindar və igid insanlara yaraşan deyil. İzah et ki, mömin müsəlmanlar həmişə digər insanlardan daha cəsarətli olmalıdırlar. Fövqəluca Allah buyurur: “Düşməni təqib edərkən zəiflik göstərməyin. Əgər siz əziyyət çəkirsinizsə, bilin ki, onlar da siz kimi əziyyət çəkirlər. Lakin siz Allahdan almağa ümid etdiyinizə, onlar ümid bağlamırlar. Allah Biləndir və Müdrikdir”95.
Ey möminlər! Əgər sizin aranızda iyirmi nəfər səbirli döyüşçü olsa, onlar iki yüz kafirin öhdəsindən gələrlər. Əgər aranızda yüz nəfər səbirli döyüşçünüz olsa, onda onlar min kafirin öhdəsindən gələrlər. Sizin hər biriniz on kafirə qalib gələr, çünki onlar anlaqsız insanlardır. Onların, Allahın Onun yolunda vuruşanlar üçün hazırladığı mükafatdan xəbərləri yoxdur. Onlar yer üzündə şöhrət tapmaq və orada fitnə-fəsad yaratmaq üçün döyüşürlər, siz isə cihadın haqq məqsəd üçün aparıldığını bilirsiniz. Siz Allahın adını və Onun dinini şərəfləndirməyə can atırsınız, Onun Kitabını müdafiə edirsiniz və Ondan böyük mükafat gözləyirsiniz. Bu şərtlər sizi cəsur, səbirli və cihadda iştiraka hazır olmağa yönəldir.
ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕﯖ ﯗ ﯘ ﯙ ﯚ
(8.66) “(Ey möminlər!) İndi Allah (yükünüzü) yüngülləş­dirdi. Çünki O sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə (kafirə), min kişi olsa, iki min nəfərə Allahın iznilə qələbə çalar. Allah səbr edənlərlədir!”
Allah möminlərin vəzifəsini asanlaşdırdı, çünki O, onların zəif olduğunu bilirdi. Onun rəhmi və müdrikliyi Onu öncə xatırladığımız hökmü asanlaşdırmağa sövq etdi və O, bildirdi ki, bundan sonra yüz səbirli müsəlman kafirlərdən iki yüz nəfərin, min səbirli müsəlman isə iki min kafirin öhdəsindən gələ bilər. Allah səbirliləri tərk etmir, daima onlara kömək və yardım göstərir.

Bu və bundan əvvəlki ayələrdəki hekayətlərdən aydın olur ki, əgər möminlərin qoşunlarının sayı müəyyən həddə çatarsa, onlar müəyyən sayda kafirləri darmadağın edə bilərlər. Həm də həmin ayələrdən məlum olur ki, Allah möminlərə onların imanı ilə bağlı olan cəsurluq bəxş etmişdir. Lakin bu vəhylərin əsil mənası ondadır ki, əvvəlcə Allah bir müsəlmanın on nəfər kafirin, on müsəlmanın – yüz kafirin və yüz müsəlmanın min kafirin qarşısından qaçmasını qadağan etdiyi halda, sonradan Allah bu hökmü yüngül­ləşdirir və müsəlmanlara kafirlərin sayı onlardan cəmi iki dəfə artıq olduqda onların qarşısından qaçmağı qadağan edir. Əgər kafirlərin sayı müsəlmanlarınkından iki dəfədən artıq olarsa, onda onlara geri çəkilməyə icazə verilir. Amma bu iddia iki şərtlə təkzib olunur.

Birincisi, şərh etdiyimiz vəhylər hekayət formasındadır və hər hansı hekayət ancaq xatırlanan mətn çərçivəsində nəzərdən keçirilməlidir. Deməli, bu ayələrdə Allah Öz mərhəmətini qulla­rının yadına salmışdır və nələrin baş verəcəyini xəbər vermişdir.

İkincisi, bu ayələrdə müəyyən sayda səbirli döyüşçülərdən bəhs edilir ki, onlar müxtəlif şəraitdə dözümlülük göstərməyə alışdırılmış olsunlar. Deməli, əgər döyüşçülər səbirli deyillərsə və əgər hətta düşmən öz sayına görə onlardan iki dəfədən də azdırsa, buna baxmayaraq onlar döyüşün davam etdirilməsinin onların məğlubiyyəti ilə nəticələ­nəcəyini hesab edirlərsə, o halda onlara geri çəkilməyə icazə verilir. Şübhəsiz ki, bu şərh ilahi müdrikliyə uyğundur, lakin onu təkzib etmək mümkündür.

Birinci iddia Allahın müsəlmanların yükünü yüngülləşdir­məsi haqqındakı sözləri ilə təkzib edilir. Bu o deməkdir ki, ayədə xatırlanan hökm qətidir və yerinə yetirilməlidir. Əgər Allah deyibsə ki, O, müsəlmanların vəzifələrini yüngülləşdirmişdir, onda nazil edilmiş ayə, hekayət formasında olsa da Allahın hökmüdür.

Habelə qeyd etmək lazımdır ki, vəhyin hekayət formasında olması bu hökmə xüsusi bir cazibədarlıq bəxş edir ki, ayə əmr formasında nazil edilsəydi, həmin özəlliyindən məhrum ola bilərdi. Bu özəllik ondan ibarətdir ki, Allah möminlərin ürəklərini möhkəmlədərək, onların kafirlər üzərində mütləq qələbə çalacağını xəbər verir.

İkinci iddianın təkzib olunmasını təsdiq edən səbirli döyüşçülər haqqında xatırlatmadır ki, o, sadəcə, müsəlmanları səbirli olmağa çağırır və onları dözümlü və səbirliliyə yönəldən işlər görməyə sövq edir. Əgər müsəlmanlar belə əməllər etsələr, onda mənəvi və maddi şərait onların Allahın iradəsi ilə, az sayla da olsa, qələbə çalacaqlarına dəlalət edəcəkdir.
ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬﯭ ﯮ ﯯ ﯰ ﯱ
(8.67) “Heç bir peyğəmbərə yer üzündə (küfrün kökünü kəsmək üçün bacardığı qədər çox kafir) öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey möminlər!) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) Axirəti qazanmağınızı istəyir. Allah – Yenilməz Qüvvət Sahibi, Hikmət Sahibidir!”
Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) və möminləri Bədr döyüşləri gedişində müşriklərdən əsir götürmə­lərinə görə məzəmmət edir. Onları diri saxlayırlar ki, əvəzində fidyə alsınlar, halbuki möminlərin gələcək əmiri Ömər b. əl-Xəttab onları axırıncı nəfərinə kimi öldür­məyi təklif etmişdi.

Allahın nurunu söndürmək istəyən, Onun dinini məhv etməyə çalışan, yer üzündə tək Ona ibadət edənlərin kökünü kəsmək istəyənlər əsir götürülməməli, onlara görə fidyə almaq məqsədilə onlar diri saxlanmamalı idilər. Çünki onların buna görə alacaqları dünya malı, kafirlərin edam edilməsilə əldə ediləcək fayda ilə müqayisədə çox cüzi idi. Kafirlər hakimiyyətə sahib olduqca və pislik etməyi bacardıqca müsəlmanlar onları əsir götürməməlidirlər. Müşriklərin qanı axıdıldıqda, fitnəkarlıqları darmadağın edildikdə və planları pozulduqda isə, müsəlmanlar əsir kafirləri həyatdan məhrum etməsələr, günah işlətməzlər.

Ey müsəlmanlar! Siz əsirləri diri saxladınız ki, onların əvəzində dünyəvi nemətlər əldə edəsiniz. Siz dininizə daha çox fayda verən şey barədə fikirləşmədiniz. Axı Allah istəyir ki, Öz dinini qüdrətli görsün, Öz sevimli qullarına yardım göstərir və bütün digər dinlər üzərində təntənə çalmasında onların işinə kömək edir. O, onlara əmr edir ki, belə bir uğuru qazanmağa səbəb olacaq əməlləri həyata keçirsinlər.

Onun gözəl adları arasında – Qüdrətli və Müdrik adı haqqında. Onun qüdrəti hüdudsuzdur və əgər O, istəsə, müsəlmanlar kafirlər üzərində hər hansı bir savaşsız qələbə çalardılar. Lakin Onun İlahi müdrikliyi tələb edir ki, insanların bir qismi digər qismi üçün sınaq rolunu ifa etsinlər.




ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ

(8.68) “Əgər Allah tərəfindən əzəl­dən yazılan bir hökm ol­masaydı, aldığınız fidyə müqa­bilində sizə böyük bir əzab toxunardı”96.

Əgər Fövqəluca Allahın qədəri ilə sizə hərbi qəniməti mənimsəmək icazəsi verilməsəydi, əgər O, sizi ümmətinizin kökünün kəsilməsindən xilas etməsəydi, sizə böyük bir cəza nəsin olardı. Buna görə hədisdə belə deyilir: “Əgər Bədr döyüşü günü cəza nazil edilsəydi, ondan təkcə Ömər xilas ola bilərdi”.


ﯽ ﯾ ﯿ ﰀ ﰁﰂ ﰃ ﰄﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ
(8.69) “Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq (halallıq və nuşcanlıqla) yeyin. Allahdan qorxun. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir!”
Fövqəluca Allah İslam ümmətinə göstərərək, onlara hərbi qənimət götürməyə icazə vermişdi, halbuki bu, əvvəlki ümmətlər­dən heç birinə verilməmişdi. Bununla yanaşı Allah təqvalı olmaq və bəxş edilən nemətlərə görə Ona şükür etmək hökmü vermişdi. Onun gözəl adları arasında Bağışlayan və Rəhmli adları haqqında. O, tövbə edənlərə onların hər cür günahını bağışlayır və Ona şərik qoşmayanların hamısının günahlarını əfv edir. O, müsəlmanlara rəhm etmiş və onlara hərbi qənimətlər götürməyə və onu halal gəlir saymağa icazə vermişdir.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣ ﭤ ﭥﭦ ﭧ ﭨ ﭩ ﭪ
(8.70) “Ey Peyğəmbər! Əlinizə düşən əsir­lərə de ki: “Allah qəl­binizdə xe­yirxahlıq görsə, siz­dən alınandan daha xeyirli­sini sizə verər və sizi ba­ğışlayar. Allah Bağışlayandır, Rəhm­lidir!”97
Bu ayə Bədr döyüşündə əsir düşmüş bir sıra insanlarla əlaqədar olaraq nazil edilmişdir. Əsirlərdən biri Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) əmisi əl-Abbas idi. Müsəlmanlar ondan azad edilməsi üçün fidyə tələb etdikdə, o bildirdi ki, bundan əvvəl İslamı qəbul etmişdir. Lakin müsəlman­lar öz dediklərindən əl çəkməyərək ondan ötrü fidyə verilməsini tələb edirdilər və elə bu vaxt Fövqəluca Allah həmin ayəni nazil etdi və İslamı qəbul edənlərə, lakin müşriklər tərəfində vuruşmağa məcbur olanlara təsəlli oldu. Öz azadlığı üçün onlar nə qədər pul versələr də, əgər onların ürəyində həqiqətən xeyirxahlıq olarsa, Allah onlara verdiklərindən daha böyük mükafat əta edəcəyinə söz verdi. Bununla yanaşı Allah onlara günahlarını bağışlayacağını və onları Cənnət bağlarına daxil edəcəyini vəd etdi.

Sonradan Allah əl-Abbasa və bir sıra digər qüreyşlilərə vəd etdiyini yerinə yetirdi. Bir dəfə, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) çoxlu ianə gətirdikləri zaman əl-Abbas onun (ona Allahın salavatı və salamı olsun!) yanına gəldi. O (ona Allahın salavatı və salamı olsun!), ona özü ilə nə qədər apara bilərsə, götürməsini əmr etdi. O, o zaman ianədən o qədər götürmüşdü ki, evinə çətinliklə aparmışdı.


ﭫ ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴﭵ ﭶ ﭷ ﭸ ﭹ
(8.71) “Əgər əsirlər sənə xəyanət etmək istəsələr, (bilsinlər ki) bundan (Bədr vuruşundan) əvvəl Allaha xəyanət etmişdilər. Allah (sənə Bədrdə olanlardan intiqam almağa) imkan verdi. Allah (hər şeyi) Biləndir, Hikmət Sahibidir!”
Onlar sənə xəyanət etsələr və sənə qarşı müharibəni yenidən başlasalar, bil ki, onlar əvvəlcə Allaha da xəyanət etmişdilər və buna görə Allah sənə onlara üstün gəlməyə imkan verdi. Qoy onlar sənin etibarına qarşı xəyanət etməkdən çəkinsinlər və yadda saxlasınlar ki, Allah onları cəzalandırmağa qadirdir.

Onun gözəl adları sırasında Bilən və Müdrik adları haq­qında. Allah Öz elmi sayəsində hər şeydən xəbərdardır, Öz müdrikliyi ilə isə hər şeyi öz yerində yerləşdirir. Məhz bu sifətləri sayəsində O, şərəfli və gözəl qanunlarını nazil etmiş, azad edilmiş əsirlərin istədikləri zaman müsəlmanlara qarşı xəyanətkarcasına törədə biləcəkləri bəlalardan qurtaracağını müsəlmanlara vəd etmişdir.


ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿ ﮀ ﮁ ﮂ ﮃ ﮄ ﮅ ﮆ ﮇ ﮈ ﮉ ﮊﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒ ﮓ ﮔ ﮕ ﮖ ﮗﮘ ﮙ ﮚ ﮛ ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ
(8.72) “Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən müha­cirlər və sığınacaq verib köməkl­ik göstərən ənsarlar – məhz onlar bir-birinin dostları­dır. İman gəti­rən, lakin hicrət etməyənlərə gəl­dikdə isə, onlar hicrət etməyincə siz onları hi­mayə etməyə borclu deyil­siniz. Əgər onlar din uğrun­da sizdən kömək istə­sələr, sizinlə arala­rında müqavilə olan bir ca­maat əleyhinə yardım istisna ol­maqla, kömək etməyiniz gə­rək­dir. Allah sizin nə etdikləri­nizi görür”.
Fövqəluca Allah haqq dini qəbul etmiş və Onun yolunda hicrət etmiş, Onun və Onun yolunda müqəddəs müharibə xatirinə doğma yurdlarını tərk etmiş mühacirlərlə və Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələrinə sığınacaq vermiş, öz evlərini, var-dövlətini və hətta həyatını belə qurban vermiş ənsarlar arasında məhəbbət və dostluq yaratmışdı. Bu müsəlmanlar əsil dostlar və köməkçilər idilər, çünki onların imanı kamil və onları bir-biri ilə bağlayan əlaqə möhkəm idi.

İman gətirib, amma Mədinəyə hicrət etməyənlərə gəldikdə isə, onlar mücahidlərin və ənsarların yardımına arxalanmamalı idilər, çünki onlar müsəlmanların köməkçilərə kəskin ehtiyac duyduqları bir vaxtda özlərini kənara çəkmişdilər. Onlar hicrət etmə­mişdilər və müsəlmanların onlara yardım göstərməsinə və himayə etməsinə hələ layiqincə nail olmamışdılar. Buna baxmaya­raq, əgər onlar möminlərdən din xatirinə vuruşduqları düşmən­lərinə qarşı mübarizədə kömək istəsəydilər, müsəlmanlar köməyə gəlməli və onlarla birlikdə döyüşməliydilər.

Yox, əgər hicrət etməmiş müsəlmanlar dünyəvi məqsədlərə nail olmaq xatirinə müharibə apararlarsa, onda digər müsəlmanlar onların tərəfində vuruşmamalı və onlara kömək etməməlidirlər. Onlar həmçinin, müsəlmanlarla sülh müqaviləsi imzalamış rəqibləri ilə müharibə aparan hicrət etməmiş insanların tərəfində də döyüşməməlidirlər. Allah insanların etdiyi bütün əməlləri görür və onların tutduqları işlərə müvafiq olaraq hökmlər nazil edir.
ﮫ ﮬ ﮭ ﮮ ﮯﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘ ﯙ ﯚ
(8.73) “Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (yuxarıda sizə buyurulanları) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər)”.
Möminlər arasında dostluq yaradıldıqdan sonra, Fövqəluca Allah xəbər verir ki, küfrün birləşdirdiyi kafirlər də dostdurlar və bir-birilərinə köməkçidirlər. Bu isə o deməkdir ki, kafirlərə kömək edən və onları sevən ancaq kafir ola bilər. Əgər mömin müsəlman­lar bir-birilərini sevməsələr və kafirlərlə düşmənçilik etməsələr, əgər onlar qeyd-şərtsiz hamını sevsələr və ya qeyd-şərtsiz hamı ilə düşmənçilik etsələr və yaxud da onlar kafirləri sevsələr və mömin­lərlə düşmənçilik etsələr, onda yer üzündə fitnə-fəsad bərqərar olar və böyük qarma-qarışıqlıqlar başlayar.

Belə davranış çoxsaylı pis nəticələr törənməsinə səbəb olar və əgər bu baş versə, onda həqiqət yalana, möminlər isə kafirlərə qarışarlar. Bununla yanaşı müsəlmanlar əzəmətli ayinlər olan cihaddan və Allah yolunda hicrətdən boyun qaçırarlar və şəriətin, dinin digər tələblərini yerinə yetirməkdən əl çəkərlər. Bütün bunlar, onlar öz məhəbbətini təkcə mömin qardaşlarına yönəltmə­yə­­cəkləri halda, baş verə bilər.


ﯛ ﯜ ﯝ ﯞ ﯟ ﯠ ﯡ ﯢ ﯣ ﯤ ﯥ ﯦ ﯧ ﯨﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ ﯳ ﯴ ﯵ ﯶ ﯷﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ

(8.74) “İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacir­lərə) sığınacaq verib kömək edənlər (ənsar) – məhz onlar həqiqi möminlərdir. Onları (Axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!”

(8.75) “Sonradan (Hüdeybiyyə sazişindən sonra, Məkkənin fəthindən əvvəl) iman gətirib hicrət edənlər və sizinlə bərabər döyüşənlər (cihad edənlər) də sizdəndirlər. Qohumlar Allahın Kitabında (lövhi-məhfuzda və ya Quranda irs, va­rislik baxı­mın­dan) bir-birinə daha uyğundurlar (yaxındırlar). Həqiqətən, Allah hər şeyi Biləndir!98”.
Bunlardan əvvəlki ayələrdə iman gətirmiş mücahidlər və ənsarlar arasında olan məhəbbət və dostluqdan bəhs edilirdi. Bu ayələrdə isə Allah onları tərifləyir və onların mükafatlandırıla­cağından danışır. O, mühacirləri və ənsarları həqiqi mömin adlan­dırır, çünki onlar hicrət etməklə, Onun dininə yardım göstərməklə, bir-birini sevməklə və düşmənləri olan kafirlərə və münafiqlərə qarşı döyüşməklə öz imanlarını təsdiq etdilər. Allah onların günahlarını və nöqsanlarını bağışlamış və Səadət bağlarında onlar üçün böyük mükafat hazırlanmışdır. Onların bəziləri bu dünyada da mükafat almışdır ki, bu onlara ləzzət vermiş, ürəklərinə rahatlıq və əminlik gətirmişdir. Eyni şey mühacirlərdən və ənsarlardan sonra İslamı qəbul edən və sədaqətlə onların yolu ilə gedən iman sahiblərinə də aiddir. Onlar da iman gətirərək hicrət etdilər və cihada qoşuldular. Onlar da möminlərdən oldular, onlara da mücahidlərə və ənsarlara verilən vəzifələrdən həvalə edildi, onların da mühacirlər və ənsarlar kimi mükafat almaq haqqı var idi.

Dini qardaşlıq ilk müsəlmanların həyatında mühüm yer tuturdu. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) mühacirləri və ənsarları xüsusi bir qaydada qardaşlaşmaya dəvət etmişdi və onların bu qardaşlığı dini qardaşlıqdan daha böyükdü. Onlardan bəziləri hətta bir-birinin əmlakına varis də olurdular və onda Fövqəluca Allah xəbər verir ki, qan qohumları­nın irsə daha çox haqqı var. Miras, onda müəyyən paya haqqı olan (zul fəraid) qohumlar arasında bölünməlidir, əgər belə qohumlar yoxdursa, onda o, digər ən yaxın qohumlara çatmalıdır. Allahın hökmü belədir. O, Öz qulları barədə hər şeydən tam xəbərdardır və nazil etdiyi qanunlar onların ehtiyaclarına tamamilə uyğun gəlir.



MÜNDƏRİCAT


  1. Tərcüməçinin ikinci cildə sözönü..............................................3

  2. Şeyx Muhəmməd b. Saleh əl-Useyminin Təqdimatı.............14

  3. Abdullah b. Əbdüləziz b. Aqil əl-Aqilin Müqəddiməsi.......16

  4. Şeyx Bəkir b. Abdullah Əbu Zeydin Qeydləri.......................18

  5. Əl-Maidə (Süfrə) surəsinin şərhi..............................................23

  6. Əl-Ənam (“Mülk”) surəsinin şərhi........................................192

  7. Əl-Əraf (Sədd) surəsinin şərhi................................................388

  8. Əl-Ənfal (“Qənimətlər”) surəsinin şərhi...............................565

  9. Mündəricat ...............................................................................637



1 Birinci cilddəki önsözün qismən təkrarlanmasının zəruriliyi hər cildin ayrı-ayrı vaxtlarda nəşr edilməsi və önsözdə bütövlükdə əsərin bütün cildlərinə məxsus açıqlamaların verilməsi ilə əlaqədardır. F.S.

2 İsrail əfsanələri – qədim İsrail qaynaqlarından götürülmüş yazılı və ya şifahi rəvayət edilən hadisə və hekayətlərdir. İsrail Quranda öz əksini tapmış on iki yəhudi nəslinin atası olan Yəqub peyğəmbərin (əleyhissalamın) adı və ya ləqəbidir. Yəhudilər bəni-İsrail (İsrail oğulları) kimi tanınırlar. İbranicə olan “İsrail” sözü “isra” (“qul”) və “İl” (Allah) sözlərinin birləşməsindən tö­rə­mişdir və “Allahın qulu” mənasını ifadə edir. Bəzi təfsirlərə salınmış “İsrail əfsanələri” ad­landırılan hekayətlər, bu sözün lüğəvi mənasının nəyə dəlalət etməsindən və, ümumiyyətlə, yəhudi, xristian və digər dinlərə məxsus mədəniyyət izləri kimi, yaxşı və ya pis məqsədlə uydurulmasından asılı olmayaraq, Allahın Elçisi Muhəmmədə (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələrinə və onlardan sonrakı nəsillərə aid edilən hər cür xəbərlərdən ibarətdir. Bu əfsanələri təkcə yəhudi mədəniyyətinin qalıqları kimi ifadə etmək yanlış olardı Qeydlər “Şamil İslam Ensiklopediya­sından (Türkiyə Respublikası internet nəşri) əxz edilmişdir. Tərc. F.S.

3 Rus dilində iki irihəcmli cilddə olan əsər türk dilində hər biri yeddi yüzdən artıq səhifəlik beş cildə yerləşmişdir. Ehtimal edirəm ki, Azərbaycan dilində 6 və ya 7 cild həcmində olacaq inşallah! Tərc. F.S.

4 Əraf, 7/199. (F.S.)

5 Hicri 1376-cl ildə vəfat etmişdir. F.S.

6 Ayənin şərhi: “Bu və buna bənzər ayələr, insanların iman gətirməli olduqları nə varsa, hamısını əhatə edir. Bilmək lazımdır ki, iman gətirmək dedikdə, əsas dini baxışlarda əqidə möhkəmliyi nəzərdə tutulur ki, bu da ruhun və bədənin etdiyi əməllərlə təsdiq olunur. Bu ifadədən belə anlamaq olar ki, iman, imanın bir hissəsi və nəticələrinin biri olan saleh əməllərin hamısını özündə birləşdirir. Əgər iman Quran ayələrində ayrıca xatırlanırsa, o həmişə İslamı və saleh əməlləri bildirir, əgər təkcə İslam qeyd olunursa, onda o, həmişə imanı və əməlisaleh nəzər nöqtələrini əks etdirir. Əgər onlar ikisi birlikdə yad edilirsə, onda iman adı altında qəlbdə olan əqidə, İslam adı altında isə, açıq şəkildə həyata keçirilən saleh əməllər nəzərdə tutulur. Eyni şeyi imanın saleh əməllərlə yanaşı xatırlandığı ayələr haqqında da demək mümkündür”. Tərc. F.S.

7 Bu ayənin şərhi də yuxarıdakı (Bəqərə, 2/136) kimi böyük məharət və bacarıqla verildiyi üçün, onu burada göstərməyi lazım bilmədim. Tərc. F.S.

8 Şeyx Əbu Zeydin dəqiqləşdirmədiyi bu ayə Əhzab surəsinin 13-cü ayəsidir. Tərc. F.S.

9 Qeybə aid elmlərdən biridir. Tərc. F.S.

10 Burada İbn Teymiyyədən gətirilən sitat sona yetir. Tərc. F.S.

11 Azərbaycanda, məlum olduğu kimi, qurbanlıq (adətən, kiçik buynuzlu) heyvanlara, həmin məqsədlə qırmızı rəng çəkilir və ya qırmızı zolaq parça bağlanır. F.S.

12 Bu o deməkdir ki, qadağa qoyulmasına qədər olan şərait bərpa olunur ki, bu da şəriət qaydasına çevrilir. F.S.

13 Ehtimal etmək olar ki, burada “boğulmuş” deyildikdə, suda batdıqdan sonra xilas edilmiş heyvan nəzərdə tutulur. Çünki heyvan boğulmuş o vaxt sayılır ki, o, suda batdıqdan sonra ölmüş olsun. Yoxsa, azca da olsa diri qalanı heyvanı “boğulmuş” adlandırmırlar. F.S.

14 Əsasən camaat üçün vacib olan” – ifadəsi ilə, şəriət termini olan fərzi-kifayə deyilən və müsəlman­ların müəyyən bir hissəsi camaat halında onu yerinə yetirdikdə, digər müsəlmanlar üçün vacib olmayan ibadət ayini nəzərdə tutur. F.S.

15 Yaxın ətrafda su axtarmadan onun olmaması qərarını qəbul etmək yolverilməzdir. F.S.

16 İmam əl-Kurtubi (Allah ona rəhmət etsin) bu ayənin şərhində yazır: “Bu ayə onu göstərir ki, imansızın kafirliyi ona qarşı ədalətli yanaşmaya maneə yaratmır”. (Bax: “Təfsir əl-Kurtubi”, 5/85). F.S.

17 Şeyx əs-Səədinin bu müddəası ilə əlaqədar Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bir ifadəsi yerinə düşür: “Hər bir insan üçün (zəruri olan) – hər şeyə və hər kimə qarşı ədalətli olmasıdır. Həmçinin hər bir insan üçün ədalətsizlik özünün bütün formalarında və hər bir kəsə qarşı, istər müsəlman olsun, istər kafir və yaxud zülmkar olsun, qadağandır”. Macmuul-fətava. F.S.

18 Codlaşdırmaq (məcazi mənada) sərtləşdirmək, bərkləşdirmək, daşa döndərmək. F.S.

19 Tövbə etdikləri andan əvvəl törətdikləri günahlara görə. F.S.

20 Bu barədə həmin surənin 54-cü ayəsinin təfsirinə də bax. F.S.

21 Dinar – qızıl pul vahididir. F.S.

22 Dirhəm – çəki vahididir və təxminən -3 qrama (3,207 qr.) bərabərdir. F.S.

23 Cinayət törədən nəzərdə tutulur. F.S.

24 Kursiv mənimdir. F.S.

25 Yəni, şəriət üzrə. F.S.

26 Ayənin fərqli tərcüməsi mənimdir. Z.B. və V. M. tərcüməsi belədir: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər”

Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə