Ekspertizasi dərsliK



Yüklə 3,31 Mb.
Pdf görüntüsü
səhifə13/133
tarix01.06.2018
ölçüsü3,31 Mb.
#46945
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   133

42 

 

Cədvəl 1.5 



4-cü qrup üzrə götürülən nümunənin miqdarı 

Məhsul partiyasının həcmi,  

Butulka yaxud banka 

Götürülən nümunənin 

miqdarı,  

Butulka yaxud banka 

1200 



1201-35000 



35001-150000 

13 

 

Doldurulma səviyyəsini təyin etmək üçün tutumu 1000 sm



3

-dan 


çox  olmayan  partiyadan  10  butulka  yaxud  banka,  1000  sm

3

-dan 



çox  olan  tutumdan  isə  3  banka  götürülür.  Bu,  götürülən  nümu-

nələrdə 1-ci qrup (deformasiya, çat, etiket əyriliyi, butulka yaxud 

bankanın  xarici  hissəsinin  əhəmiyyətsiz  dərəcədə  çirklənməsi), 

yaxud  2-ci  qrup  (qablama  və  filtr  materiallarının  və  s.  qırıq 

hissəciklərinin adi gözlə görünən səviyyədə olması) və 3-cü qrup 

göstəricilərinin qəbul edilən rəqəmdən böyük yaxud ona bərabər 

olması  halında  aparılır.  Əgər  qüsurlu  butulka  yaxud  bankalar 

nümunə  hissəciyində  çox,  yaxud  çıxdaş  rəqəminə  bərabərdirsə, 

partiya çıxdaş edilir. 

Cədvəl 1.6 

Çəllək, flyaqa, konteyner, avtosisternlərdə, 

izotermik rezervuarlarda, həmçinin (spirtsiz 

içkilərdən başqa) tutumu 3000 sm

3

 olan 



bankalarda, ədədlə 

Nümunənin həcmi,  

ədədlə 

2-15 


16-25 


26-dan çox 

 

4-cü və 5-ci qrup göstəricilərdən heç olmasa birinə görə sınaq 



nəticələri qeyri-kafi alındıqda partiya çıxdaş edilir. 

Spirtsiz  içkilər  üçün  dayanıqlığı  yoxlamaq  üçün  cədvəldə 

göstərilən  orta  nümunədən  2  butulka  yaxud  banka;  dad,  ətir  və 

rəngi  yoxlamaq  üçün  isə  yenə  2  butulka yaxud  banka  götürülür. 




43 

Nümunədə  qalan  butulka  yaxud  bankalar  bir  qabda  cəmlənərək 

möhkəm  qarışdırılır  və  alınan  birləşdirilmiş  nümunədə  4-cü 

qrupun  digər  göstəriciləri  təyin  edilir.  Cədvəldə  göstərilən  hər 

spirtsiz  içki  nümunə  vahidindən  hər  biri  500  sm

3

  olmaqla  4 



nöqtədən nümunə hissəciyi götürülərək hər birinin tutumu 500 sm

3

 



olan  ayrı-ayrı  quru  təmiz  butulkaya  keçirilir.  Dayanıqlığı  təyin 

etmək  üçün  onlardan  2  butulka  götürülür.  Qalan  içki  bir  qaba 

boşaldılır, möhkəm qarışdırılır və alınan birləşdirilmiş nümunədə 

xarici görünüş (şəffaflıq, kənar qarışıqların olması); dayanıqlıqdan 

əlavə 4-cü qrupun digər göstəriciləri təyin olunur. 

Spirtsiz  içkilərdən  ayrı-ayrı  nöqtələr  üzrə  nümunə  hissəcik-

lərinin  götürülməsi  doldurucu  yaxud  nümunə  götürən  kranın 

köməyilə  həyata  keçirilir.  Dayanıqlığı  yoxlamaq  üçün  nümunə-

lərin götürülməsi mikrobioloji analizlərdə olduğu qaydada 26668-

saylı QOST-a uyğun aparılır. 

Hər  bir  nümunə  götürülən  butulkaya  etiket  vurulur  və  onda 

aşağıdakılar əks etdirilir: 

 

Hazırlayan müəssisənin adı; 



 

Məhsulun adı; 



 

Doldurulma tarixi; 



 

Nümunənin götürülmə tarixi



 

Nümunə götürülən məhsulun miqdarı; 



 

Nümunə götürən şəxsin soyadı və vəzifəsi. 



Nümunə götürülən butulkalar təhlil olunanadək 0-5

0

C tempe-



raturda 24 saatdan artıq olmamaqla saxlanır. 

 

1.1.4.2. Orqanoleptik qiym



ə

tl

ə

ndirm

ə

 

 

Hazır içkinin orqanoleptik keyfiyyət göstəriciləri - xarici gö-



rünüşü,  şəffaflığı,  rəngi,  ətir  və  dadı  6687,5-86  saylı  QOST-a 

uyğun təyin edilir. 

Spirtsiz içkilər və mineral suların orqanoleptik qiymətləndiril-



44 

məsinin bir sıra terminləri təklif olunmuşdur. Bunlar rəng – rəng-

siz, sarı-yaşıl, açıq-yaşıl, yaşıl, tünd-yaşıl, çəhrayı, parlaq-çəhrayı, 

qırmızı, tünd-qırmızı, moruğu, mavi, göy, açıq-göy, tünd-göy; ətir 

– güclü, zəif, qeyri-xarakterik, xarakterik, əks olunmayan, təmiz, 

aparıcı notlu, tünd, ədviyyəli, ot və digər xammala, mayaya, sivuşa 

uyğun; turşa-şirin, duzluvari, təmiz, dolğun, harmonik, ifadə olu-

nan  (parlaq,  zəif),  boş,  dadsız,  səciyyəvi,  əhatəli,  meyvə,  gilə-

meyvə,  ot  və  digər  xammala  uyğun,  səməni,  ballı,  ədviyyəli, 

karamel tonlu, metal tonu ilə, incə, duzluvari-turşaşirin, xoşa gəl-

məyən  dad  sonrası  təmlə;  şəffaflıq  –  şəffaf,  parlaqlıqla,  lopalı 

(güclü, zəif), bulanlıq, asılqansız, çöküntü ilə. 

Spirtsiz içkilərin xarici görünüşü 1000 dm

3

-dan çox olmayan 



tutumda  -butulka  və  bankalarda  olan  hazır  məhsula  görə  gözlə 

baxmaqla  normativ-texniki  şərtlərin  tələblərinə  uyğun  müəyyən 

edilir. Etiketin düzgün yapışdırılması, əyriliyin – çəpliyin olması, 

deformasiyası, kəsiklər, butulka təmizliyi qiymətləndirilir. Şəffaf-

lıq  və  kənar  qarışıqların  olmasını  1000  sm

tutumlu  butulka  və 



bankalarda olan spirtsiz içkiləri işıq qarşısında çevirərək baxmaqla 

müəyyən edirlər. Spirtsiz içkilərin rəngi tutumu 250 sm

olan quru 



təmiz slindrdə gözlə baxmaqla müəyyən olunur. Rəngin çalarları 

və  intensivliyi  hazır  məhsula  qoyulan  normativ-texniki  şərtlərin 

tələblərinə uyğun qiymətləndirilir. 

Spirtsiz içkilərin maye içkiləri və konsentratları xarici görü-

nüşünə görə 28188-89 saylı QOST-un tələblərinə uyğun olmalıdır. 

Şəffaflıq  –  çöküntüsüz  və  kənar  qarışıqlarsız  şəffaf  maye 

olmaqla  xammalın  xüsusiyyətlərini  əks  etdirən  yüngül  lopalılığa 

yol verilir. 

Bulanıq – qeyri-şəffaf mayedir. Məhsula xas olmayan çörək 

ehtiyatları  hissəciklərinin  asılqanları,  yaxud  toxumsuz  və  kənar 

qarışıqlarsız çöküntünün olması yol veriləndir. 

Əmtəəlik  şərbətlər  xarici  görünüşünə  görə  28499-90  saylı 

QOST-un  tələblərinə  cavab  verməlidir.  Şəffaf  şərbətlər  –  şəffaf 

özülü maye, çöküntüsüz, bulanıqsız və kənar qarışıqlarsız olmalı-

dır. Xammalın xüsusiyyətlərindən irəli gələn yüngül lopalılığa yol 



Yüklə 3,31 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə